Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-896/2023 21.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi və sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan ona təyin edilmiş 3 və daha çox uşaqlı ana kimi sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək,tələbin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi, İddiaçı təyin edilmiş sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, onun 3 uşaqlı ana kimi 57 yaşından yaşa görə sosial müavinət almaq hüququ yaranmışdır və hüququnun yarandığı tarixdən müavinət almışdır. Lakin xx.xx.2022-ci il tarixdən ona təyin olunmuş sosial müavinəti dayandırılmışdır. Buna səbəb kimi onun aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu göstərilmişdir. Halbu ki onun adına vöen olduğundan xəbəri belə olmamışdır. Ona məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasınm 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki şəxslərin hüquq vəziyyətini yaxşılaşdıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyat qaydası miiəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı iıızibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir .Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olumasını xahiş etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********0 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Bu Qanunun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yasa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq, xx.xx.2018-ci il tarixdən İddiaçı 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixədək ödənilmişdir.Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı adına aktiv VÖEN (**********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona təyin olunan yaşa görə sosial müavinətin ödənişinin xx.xx.2022-ci il tarixədək davam etdirildiyi aşkar edilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının qərarına əsasən, iddiaçı Abbasova Ceyran Xıdır qızının sosial müavinəti xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş X4 çıxarışlara və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin **********685000 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı aktiv vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə uçota alınmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2220-cü il tarixədək fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1 -ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir.Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uydun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1,2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər va kompensasiyalarla bağiı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, təqaüd va kompensasiyaların təyinatını hayata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək,1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının arasdırıİması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Hazırki isin hallarından müəyyən olunur ki. İddiaçı yasa görə müavinət almaq üçün müraciət etdiyi tarixdə adına aktiv VÖEN **********) olduğu üçün onun bu müavinəti almaq hüququ yaranmamışdır.Bundan əlavə İddiaçı bu müavinəti almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə (hazırda 63 yas) çatmadığından və "Sosial müavinətlər haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “dayandırılmış yaşa görə müavinətin bərpa edilərək ödənilməsi" tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Hacıqabul rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialından daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən təyin edilən yaşa görə sosial müavinətin ödənişi 31,03.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 5063.13 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən vergi uçotunun dayandırılması haqqında rəsmi arayış təqdim etməsinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-ci maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində aktiv VÖEN olduğu üçün yaşa görə müavinət verilməsindən imtina olunmuş, xx.xx.2018-xx.xx.2022-ci l tarixədək ödənilmiş artıqvermə müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı ərazi vergilər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********685000 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, 5 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, X2 xx.xx.2022-ci il tarixdə təqdim etdiyi (“vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında”) ərizəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2200-ci il tarixədək sahibakarlıq fəaliyyətini dayandırmışdır. Fəaliyyəti hal-hazırda dayandırılmış vəziyyətdədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********154500 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) xx.xx.2016-cı il tarixində vergi orqanında qeydiyyata alınmışdır (əsas fəaliyyət növü: dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi). Vergi bəyannamələrinə əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2021 -ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vergi tutulan dövriyyəsi olmamışdır. Vergi uçotu məlumatlarına əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.20212-ci il tarixinədək İddiaçı (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə vergi hesablanmamış və ödənilməmişdir. İddiaçı xx.xx.2017-ci il tarixində təqdim etdiyi (vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında) ərizəyə əsasən xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, xx.xx.2022-ci il tarixində təqdim etdiyi ərizəyə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sahibkarlıq fəaliyyətini dayandırmışdır. Hal-hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Dövlət reyestrində olan məlumatlarına əsasən bildirilir ki, İddiaçı adına hər hansı təsərrüfat subyekti (obyeki) qeydiyyata alınmamışdır. Qeyd: Bu arayış vergi ödəyicisinin dövlət orqanları tərəfindən qeydiyyatdan çıxarılması və tender komissiyasına təqdim edilməsi üçün əsas götürülə bilməz. Əlavə məlumat almaq üçün 195-1 Çağrı mərkəzinə və ya onlayn qaydada növbəyə yazılmaqla 5 saylı Ərazi Vergilər idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinə müraciət edə bilər. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********129100 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, 5 saylı Ərazi Vergilər idarəsi bildirir ki, İddiaçı 17.11,2016-cı il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə (VÖEN) vergi uçotuna alınmışdır. Vergi ödəyicisinin fəaliyyəti halhazırda dayandırılmış vəziyyətdədir.İddiaçı sahibkarlıq fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılma vəziyyəti barədə məlumat arayışa əlavə olunur. İşdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş və Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı yaşa görə sosial müavinət ödənişinin bərpa olunması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciəti Mərkəzi Filiala daxil olmuşdur. Məlumat üçün bildirilir ki, adıçəkilən şəxsin əmək pensiyası təyin edilməsi ilə bağlı müraciəti Mərkəzi Filiala daxil olmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı müavinət işi üzrə inzibati icraat materialları məhkəməyə təqdim edilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli **********099500 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Əsas fəaliyyət növü “Dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” kimi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli **********334000 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır.Vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixdə vergi orqanına təqdim olunmuş arayış əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə təqdim olunmuş arayış əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2200-cü il tarixədək sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı şəxsi hesab vərəqəsinə əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək hər hansı vergi ödənişi olunması barədə məlumat mövcud deyildir. Vergi ödəyicisinin uçota alınma, fəaliyyət vəziyyəti və vergi ödənişləri barədə məlumatları özündə əks etdirən sənədlərin təsdiq edilmiş surətləri göndərilir. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən (3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara) müavinət təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya təyin edilmiş müavinət xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq, iddiaçıya xx.xx.2016-cı il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu (VÖEN **********) halda xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən xx.xx.2018-ci il tarixindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara” müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci yarımbəndinə əsasən ona təyin edilmiş müavinət xx.xx.2018-ci il tarixindən dayandırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2016-cı il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olsa da, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə hər hansı vergi ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hər hansı verginin ödənilməməsi və xx.xx.2022-ci il tarixdən onun vergi uçotundan çıxarılması, iddiaçının hər hansı fəaliyyətlə məşğul olmaması, yəni işləməməsi kimi qiymətləndirilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, İddiaçı (VÖEN: **********) xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, onun tərəfindən xx.xx.2017-ci il tarixdə vergi orqanına təqdim olunmuş arayış əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə təqdim olunmuş arayış əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2200-cü il tarixədək sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı şəxsi hesab vərəqəsinə əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək hər hansı vergi ödənişi olunması barədə məlumat mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı xx.xx.2016-cı il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olsa da, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə hər hansı vergi ödənilməməsi və nəticə etibarı ilə iddiaçının işləməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya təyin edilmiş sosial müavinətin dayandırılması qanunsuz hesab edilməli və dayandırılmış sosial müavinət bərpa edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdən tarixdən təyin edilmiş sosial müavinətin dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Hazırki işdə müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Eyni Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh sosial müavinətin dayandırılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2016-cı il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olsa da, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə hər hansı vergi ödənilməməsi və nəticə etibarı ilə iddiaçının işləməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya təyin edilmiş sosial müavinətin dayandırılması qanunsuz hesab edilməli və dayandırılmış sosial müavinət bərpa edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, ona təyin edilmiş sosial müavinət dayandırıldığı vaxtdan bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin, İddiaçı təyin edilmiş sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-896/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-896/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver