Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-899/2024 21.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********168577 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T Dİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********168577 saylı “vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının ünvanının Kürdəmir rayonu olduğunu, Kürdəmir rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2023-cü il tarixli, 2-1(112)-8110/2023 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********161240 saylı qərarı ilə onun (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ərzaq mağazasında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar X9 təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli, **********161302 saylı “X9” Aktı tərtib edilmişdir. Qeyd olunan akta və xx.xx.2023-cü il tarixli, **********52200 nömrəli sənədə baxılaraq xx.xx.2023-cü il tarixdə **********168577 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla vergi ödəyicisinə 845761,18 manat əlavə dəyər vergisi, 206734,5 manat gəlir vergisi, 200323,62 manat ƏDV (qeydiyyatsız), 378,0 manat ödəmə mənbəyində tutulan vergi olmaqla ümumilikdə 1253197,3 məbləğində əlavə vergilər və məcburi dövlət sosial sığorta haqqı hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 528041.89 manat, 58.4-cü maddəsinə əsasən 100161,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, yoxlama ilə ümumilikdə vergi orqanı tərəfındən vergi ödəyicisinə 1879658,82 manat (1251455,12 manat vergilər və məcburi dövlət sosial sığorta haqqı + 628203.70 manat maliyyə sanksiyası) əlavə hesablama aparılmışdır. İnzibati aktın əsassız və qanunsuz olmasına, hüquqlarının pozumasına dair əsasları və dəlilləri aşağıdakılardan ibarətdir: 1. X9 qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərin pozulması ilə aparılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.1-ci maddəsində görə X9, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. X9 növbəti və növbədənkənar ola bilər. Növbədənkənar X9 keçirildikdə, vergi orqanı tərəfındən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********161240 saylı qərarı ilə onun (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ərzaq mağazasında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar X9 təyin edilsə də, nə həmin qərarda, nə də keçirilmiş yoxlmaların nəticələrinə dair aktda mənbəyi bəlli olan məlumatların nədən ibarət olması, onun hansı mənbədən alınması, bu məlumatların yoxlamanın keçirilməsi üçün əsas olmuş digər hallar barədə heç bir məlumat göstərilməmiş və həmin sənədlərin ona təqdim edilməsini tələb etməyinə baxmayaraq qeyd edilən sənədlər ona təqdim edilməmişdir. Azərbaycan Respublikası VM-in xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti X9 təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. X9 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanın qərarına müvafiq olaraq X9nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən X9nın nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: -nümunə kimi götürülən əşyaların tədqiqi, X9 zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfındən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; -X9 ilə əlaqədar vergi orqanları tərəfındən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Azərbaycan Respublikası VM-in 38.4-cü maddəsinə görə X9 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Hazırkı iş üzrə vergi orqanı qanunvericiliyin tələblərini pozaraq X9nı 30 iş günü ərzində aparmalı olduğu halda yoxlamanı 100 iş günü ərzində həyata keçirmisdir. Hətta müddətin uzadılması haqqında xx.xx.2022-ci il tarixli, **********162621 saylı X9nın keçirilməsi müddəti 30 gün, xx.xx.2022ci il tarixli, **********164495 saylı qərarla daha 30 gün uzadılma aparmışdır. KY221766149 kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda isə yoxlama müddətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 47 gün, daha sonra yenidən 15 gün müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 43 gün artırıldığı qeyd edilmişdir. Qeyd edilən qanunvericiliyin normalarından görünür ki, qanunvericilik vergi yoxlamasının müddətini VM-in 38.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Yoxlamanın aparıldığı zaman qüvvədə olan VM-in 38.2-ci maddəsinə əsasən Növbəti X9 təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. X9 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafıq olaraq X9nın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Belə ki, X9 materiallarından görünür ki, X9 xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixli, **********162621 saylı X9nın keçirilməsi müddəti 30 iş günü, xx.xx.2022-ci il tarixli, **********164495 saylı qərarla daha 30 iş günü uzadılmış, yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Göründüyü kimi yoxlama müddəti sonuncu dəfə 10 noyabr 2022-ci il tarixdə 30 iş günü müddətinə uzadılsa da, bu müddətə də riayət olunmadan pozuntuya yol verilərək yoxlama müddəti bitdikdən bir neçə gün sonra, yəni 27 dekabr 2022-ci il tarixdə yoxlama başa çatdırılmışdır. Belə olan halda, aparılmış vergi yoxlaması və qəbul edilmiş qərar qanuni hesab edilə bilməz. Çünki, X9nın nəticələrinə dair qərarın qəbul edilməsi üçün VM-də ayrıca müddət müəyyən edilmədiyindən həmin qərarda X9 üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Bu, həm də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin müddəalarından irəli gəlir. Həmin Sərəncamın 2-ci bəndində Vergilər Nazirliyinə tapşırılmışdır ki, vergi orqanları tərəfındən keçirilən vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin (2.2); vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin (2.3). Beləliklə, vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi voxlamasını 30 iş günü ərzində aparmalı olduğu halda yoxlamanı 3 aydan artıq müddətdə həyata keçirmisdir. 2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********9118 saylı qərarı ilə keçirilmiş X6 həyata keçirilməsi haqqında qərar əsasında vergi ödəyicisinin ünvan 4 ünvanında yerləşən 30 kv.metr sahəsi olan ərzaq mağazasında aparılmış OVN tədbiri zamanı vergi ödəyicisinin kompyuterindən qanunsuz olaraq götürülmüş fləşkart əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********161302 saylı “X9” Aktı və qeyd olunan akta əsasən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş **********168577 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********9118 saylı qərarı ilə keçirilmiş X6 həyata keçirilməsi haqqında qərarda OVN tədbirinin keçirilməsi ilə bağlı 5 əsas göstərilmişdir. 1). Aksiz markası ilə markalanmalı olan malları Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikası ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”na müvafıq olaraq əldə edilməsinə nəzarət edilməsi; 2). Aksiz markası ilə markalanmalı olan malları Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikası ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”na müvfıq olaraq satılmasına nəzarət edilməsi; 3) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 4). Aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalar ilə markalanmaqla satılması, satış məqsədilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 5). Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfındən fıziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********9118 saylı qərarı ilə keçirilmiş X8 tədbiri zamanı hər hansı kompyuter məlumatlarının, vergi ödəyicisinin mühasibatlıq fəaliyyəti ilə bağlı sənədlərin, elektron məlumatların araşdırılması və ya götürülməsi nəzərdə tutulmamışdır. Belə olan halda, OVN tədbirini həyata keçirən vergi əməkdaşları qanunsuz olaraq vergi ödəyicisinin mağazasında olan kompyuterə qanunsuz olaraq daxil olub, oradakı elektron sənədlərə müdaxilə edilməklə qanunsuz olaraq vergi ödəyicisinin 3,5 illik mühasibatlıq sənədlərini əsassız olaraq götürmüşlər. Elektron məlumatlar götürülərkən xüsusi bilik tələb edən, kompyter sahəsində peşəkar formada işləmək qabiliyyəti olan mütəxəssisin dəvət edilməsi ilə bağlı qərar qəbul edilmədən, OVN tədbiri ilə bağlı qərarda adları göstərilən şəxslərdən başqa Məmməd Muradovun dəvəti əsasında orta boylu, qara saçlı, adını və soyadını bilmədiyi təxminən 25-30 yaşlı cavan bir oğlan mağazaya gəlmiş və kompyuterdə olan faylları bir-bir nəzərdən keçirdikdən sonra hansısa faylları özü ilə gətirdiyi tünd qırmızı rəngli fləşkarta köçürüb aparmışdır. 2-3 saat sonra Məmməd Muradov protokol tərtib edərək ona bildirmişdir ki, fləşkart əsasında kompyuterdən məlumatlar götürüldüyü üçün bu rəsmiləşdirilməlidir. O, da həmin protokolu imzalamışdır. Amma həmin protokolda götürülən fləşkartın içərisində hansı sənədlərin və faylların olduğu yazılmamışdı, fləşkartın rəngi belə göstərilməmişdi. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən X9nm keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfındən istifadə oluna bilməz. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasən X8ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfındən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habclə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qeyd olunan maddələrin əlaqəli təhlilindən görünür ki, X8 zamanı xüsusi biliklərə malik mütəxəssis dəvət edilməsi ilə bağlı qərar qəbul edilməli, eyni zamanda mütəxəssis qismində iştirak edən şəxs işin nəticəsində maraqlı olmamalıdır. Amma OVN tədbirinə rəhbərlik edən Məmməd Muradovun dəvəti ilə başqa bir mağazada yoxlamada iştirak edən vergi işçisinin mütəxəssis kim onun mağazasına qeyri-rəsmi şəkildə, onun icazəsi və razılığı olmadan gəlib oradakı kompyuterdən hər hansı mühasibatlıq sənədlərini özündə olan fləşkarta köçürüb aparması tam qanunsuzdur. Ona görə də həmin fləşkartdan da başqa fləşkarta köçürülüb üzərində istənilən dəyişikliklər aparılması mümkün olan cədvəllər, malların alış və satışı barədə məlumatlar əsasında heç bir yoxlama aparıla bilməzdi. Bu qanunvericiliyə tamamilə ziddir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məəcəlləsinin 89.2-ci maddəsində göstərilmişdir ki, Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfındən o şərtlə yazılı sübut kinıi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Hazırki iş üzrə OVN tədbiri zamanı götürülmüş fləşkartda olan elektron məlumatların həqiqiliyini vergi orqanı tərəfındən təsdiq edəcək heç bir dəlil, sübut yoxdur. Həmin fləşkartda olan məlumatların vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə və təqdim etdiyi vergi bəyannamələrinə heç bir aidiyyəti yoxdur. 3. Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafıq icra hakimiyyəti orqanı tərəfındən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafıq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Oanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci. 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kirni, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221766149 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2022, sona çatma tarixi xx.xx.2022ci il tarixidir. Yəni yoxlama 30 iş günü ərzində aparılmalıdır. Halbuki, yoxlama xx.xx.2022-ci il tarixində başlasa da, yoxlama müddəti 2 dəfə artırılmış, xx.xx.2022-ci il tarixində başa çatmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yanmbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yanmbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanıın qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı X9nın nəticəsi üzrə xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri barədə məlumat yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, qeyd edir ki, nəinki yoxlmanın, həmçinin yoxlamaya aid digər məlumatların dövlət revestrində qeydiyyata alınmaması yoxlamanın tamamilə qanunsuz hesab edilməsi ücün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqe artıq Ali Məhkəmənin bir neçə qərarlarında dövlət reyestrində qeydiyyata alınmayan yoxlamaların və yoxlamaya aid digər məlumatların həmin yoxlamaların hüquqi nəticəsinin olmamasına dair formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapıbdır. Belə ki, nümunə kimi vergi yoxlaması ilə bağlı mübahisəyə aid olan Ali Məhkəmənin 3 iyul 2019-cu il tarixli, 2-1(102)-1878/2019 nömrəli qərarını məhkəmənin diqqətinə çatdırmaq istəyir. Həmin qərarın məzmununda da vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi, vergi yoxlaması müddətlərinin uzadılması ilə bağlı bəzi qərarların dövlət revestrində qeydiyyata alınmadığı ücün bu yoxlamanın hüquqi nəticəsinin olmamasını göstərmisdir. 4. Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafıəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hiiquqi aktlar göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfındən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfındən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli 5 saylı Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Vergi Məcəlləsinin 49.5-ci maddəsi imperativ xarakter daşıdığından həmin maddədə nəzərdə tutulmuş hallar mövcud olduqda, yəni vergi orqanının vəzifəli şəxsləri tərəfındən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının məhkəmə tərəfındən ləğv edilməsi üçün əsasdır. Yoxlama aktına hesablamaların düzgünlüyünü təsdiq edən əlavə cədvəllərin, qaimələrin və sair sənədlərin əlavə edilmədiyi, əlavə hesablamaların hansı qanunvericiliyin pozulmasına görə hesablandığı aktda öz əksini tapmadığı üçün, inventarizasiya aparılmadan faktiki mal qalığının vergi ödəyicisinin bəyan etdiyi göstəricilərdən fərqli olmadığı halda Vergi ödəyicisinin kompyuterindən qanunvericiliyin tələblərinin pozulması ilə götürülmüş fləşkartda olan göstəricilərdən fərqli başqa bir fləşkartda olan məlumatlar əsasında hesablamalar aparıldığından həmin akt ləğv edilməlidir. Yoxlamanın nəticəsini əks etdirən üzləşdirmə cədvəlləri, guya ki, vergi ödəyicisinin kompyuterindən götürülmüş olan məlumatlar yekun yoxlama aktına əlavə edilmədiyi və sair səbəblərdən akt tərəfındən imza edilməkdən imtina edilmişdir. İnzibati orqan tərəfındən Vergi Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq 08 fevral 2023-cü il tarixdə aktın müzakirəsi üçün vergi ödəyicisi vergi orqanına dəvət olunmuşdur. Vergi ödəyicisinin nümayəndəsi Xəqani Sərdarov vergi orqanında müzakirə zamanı ona xx.xx.2022-ci il tarixli OVN tədbiri zamanı götürülmüş tünd qırmızı rəngli fləşkartdan fərqli qara rəngli başqa bir fləşkart təqdim edildiyi və həmin fləşkartda olan malların onun işlətmiş olduğu mağazadakı mallardan həm çeşidinə, həm də sayına görə kəskin fərqləndiyi üçün həmin fləşkartda göstərilən mallarla bağlı ondan hər hansı hesabatın tələb edilməsi tam məntiqsizlik və qanunsuzluqdur. Xəqani Sərdarov həmin malların ona aid olmadığını, bu səbəbdən həmin mallarla bağlı vergi orqanına sənəd təqdim edə bilməyəcəyini, mağazasında satdığı mallarla bağlı yalnız rəsmi qaimə əsasında mallar aldığını bildirsə də, vergi əməkdaşı bunu nəzərə almamışdır. Protokolla götürülmüş flaşkartdan fərqli başqa fləşkartda olan “ilkin muhasibatlıq sənədləri” (qara mühasibatlıq sənədləri) daha əsaslı və mötəbər hesab edildiyi üçün yoxlama zamanı vergi ödəyicisinin mal qalığının müəyyən edilməsi üçün inventarizasiya aparılmamış, hesablamalar “ilkin muhasibatlıq sənədlərinə” (qara mühasibatlıq sənədlərinə) əsasən aparılmış, X9 aktının nəticələrinə baxılma prosesində X9 ilə aparılmış hesablamalar və hesablamalara əsas verən sənədlərlə tanış ola bilməmişdir. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin nümayəndəsi aktın nəticələrinə baxılmasında iştirak etsə də, vergi orqanının mötəbər olaraq qiymətləndirdiyi qara mühasibatlıq sənədlərinin nədən ibarət olması, həmin qara mühasibatlıq sənədlərində hansı mötəbər məlumatlara istinad edildiyi bildirilməmiş və həmin sənədlər vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə təqdim edilmədən, vergi ödəyicisinin təqdim etdiyi hesabatların səhv olması əsaslandırılmadan xx.xx.2023-cü il tarixdə **********168577 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Göstərilən normaların tələblərinə zidd olaraq, cavabdeh vergi orqanı səyyar vergi yoxlamanın materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, pozuntuya səbəb olmuş və vergilərin hesablanmasına əsas olduğunu qeyd etdiyi məlumat və sənədləri iş materiallarına əlavə edilməmiş, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qeyd edilməsi ilə kifayətlənmişdir. 5. Vergi orqanı tərəfındən X9 aktında aparılmış hesablamaları aşağıdakı səbəblərə görə qanunsuz və əsassız hesab edir: Gəlir vergisi üzrə: Məhkəmənin nəzərinə çatdırır ki, vergi ödəyicisi 2019-cu ildə sadələşdirilmiş vergi ödəyicisi olduğundan gəlir vergisi bəyannaməsi təqdim etməmişdir. 2020-ci il üzrə vergi ödəyicisi tərəfındən vergi orqanına təqdim edilmiş vergi bəyannaməsinə (kassa metodu) əsasən malların təqdim edilməsindən gəliri 465096,00 manat, malların təqdim edilməsindən xərcləri 463083,00 manat, vergiyə cəlb olunan gəliri 2013,0 manat olmaqla 402,60 manat gəlir vergisi göstərilmişdir. 2020-ci il üzrə vergi ödəyicisi tərəfındən vergi orqanına təqdim edilmiş vergi bəyannaməsinə (hesablama metodu) əsasən malların təqdim edilməsindən gəliri 755413,22 manat, malların təqdim edilməsindən xərcləri 749813,22 manat göstərməklə, vergiyə cəlb olunan gəliri 5600,00 manat olmaqla 1120,00 manat gəlir vergisi göstərilmişdir. X9nın nəticəsi üzrə tərtib edilmiş aktın 2.1-ci bəndindən görünür ki, vergi orqanı tərəfındən illər üzrə vergi öhdəlikləri aşağıdakı kimi müəyyən edilmişdir: Əlavə dəyər vergisi üzrə: 2019-cu il üzrə - 200323,65 manat ƏDV və l00161,82 manat maliyyə sanksiyası; 2020-ci il üzrə - 374314,62 manat ƏDV və 187157,31 manat maliyyə sanksiyası; 2021-ci il üzrə - 311520,05 manat ƏDV və 155760,03 manat maliyyə sanksiyası; 2022-ci ilin yanvar-iyul ayları üzrə 160926,51 manat ƏDV və 80463,26 manat maliyyə sanksiyası əlavə hesablanmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə 378,00 manat və buna müvafıq 189,00 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan əlavə yoxlama zamanı Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə ümumilikdə cəmi 1170 manat əlavə vergi və 585,00 manat maliyyə sanksiyası hesablanmışdır. Yoxlama aktının ƏDV aid hissədə göstərilir ki, ƏDV üzrə hesablamanın aparılması OVN tədbiri zamanı qanunla müəyyən edilmiş qaydada götürülməmiş fləşkartda olan “məlumatlar” əsasında həyata keçirilmişdir. Vergi ödəyicisində OVN tədbirinin keçirilməsinə və səyyar yoxlamanın aparılmasına baxmayaraq nədənsə real malın inventarizasiyası aparılmamışdır. Nəticədə heç bir əsası olmayan qanunsuz və əsassız vergilər hesablanmış, dövriyyyə heç bir rəsmi sənədə və faktlara istinad edimədən süni surətdə dəfələrlə şişirdilmişdir. Vergi ödəyicisi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Vergi orqanına ƏDV məqsədləri üçün könüllü qeydiyyat haqqında ərizə təqdim etmiş və 3.04.2020-ci il tarixli, **********5 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almışdır. Bildiriş xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir. Vergi ödəyicisi tərəfındən yoxlanılan dövr üzrə (xx.xx.2019-xx.xx.2022) təqdim edilmiş bəyannamələrdə ƏDV tutulan dövriyyənin 1529199,13 manat, ƏDV-nin 275255,84 manat, ƏDV-dən azad olunan dövriyyənin 106600,59 manat, əvəzləşdirilən ƏDV-nin 293380,15 manat və dövlət büdcəsindən qaytarılmalı ƏDV-nin 18124,31 manat olduğu göstərilmişdir. Lakin Vergi orqanı tərəfindən vergi ödəyicisinin təqdim etdiyi məlumatlarla razılaşmamış, qeyd edilən dövr üzrə büdcəyə ödənilməli qara mühasibatlıq (fləşkartda götürülmüş) sənədlərinə əsasən büdcəyə hesablanmalı olan ƏDV-nin 845761,18 manat azaldıldığı göstərilmişdir. Nəticə etibarı ilə, vergi orqanı tərəfındən X9 zamanı vergi ödəyicisinin təqdim etdiyi dürüst məlumatlar nəzərə alınmamış, X8 tədbiri haqqında qərara əsasən keçirilmiş X8 tədbiri zamanı əldə edilmiş “qara mühasibatlıq sənədlərinə” əsasən vergi ödəyicisinin bəyan etdiyi və ödədiyi vergilərdən əlavə olaraq dövriyyənin müəyyən edildiyi bildirilərək əlavə dövriyyə məlumatlarına əsasən əsassız və qanunsuz vergilər hesablanmış, həmin hesablamaların aparılması əsası kimi Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfındən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq faaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar) istinad etmişlər. Qeyd edilən istinad da qanunsuzdur. Birincisi ona görə ki, qeyd edilən qara mühasibatlıq sənədlərinin nədən ibarət olmasından məlumatı yoxdur, dəfələrlə həmin məlumatların ona da təqdim edilməsini bildirməyinə baxmayaraq vergi orqanının mötəbər olaraq qiymətləndirdiyi qara mühasibathq sənədləri ona təqdim edilməmiş, yalnız fləşkartda ona məxsus olmayan hansısa mağazada olan mallar barədə ona şifahi məlumat verilmişdir. İkincisi Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə “məlumatlar” sözündən sonra o cümlədən vergi orqanı tərəfındən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” sözləri 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, həmin Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Vergi ödəyicisinin bəyan etdiyi məlumatlardan başqa hər hansı əməliyyatları və dövriyyəsi olmamışdır. Bundan başqa X9 aktında və məsuliyyətə cəlb etmə qərarında vergi ödəyicisinin əlavə dövriyyəsinin keçirilmiş X8 tədbiri zamanı əldə edilmiş mənbəyi bəlli olan məlumatlara əsasən hesablandığı qeyd edilir. Halbuki, OVN tədbirinin- plandankənar yoxlamanın əsası kimi də VM-nin 50.2.2-ci maddəsinə istinad edilməklə Vergi Orqanı tərəflndən mənbəyi bəlli olan mənbələrdən əldə edilən məlumatlar göstərilmişdir. Qeyd edilən yoxlama ilə vergi ödəyicisi tərəfındən sənədsiz hər hansı şəxsə malların təqdim edilmədiyi göstərilsə də, daha sonra vergi orqanı tərəfindən vergi ödəyicisinin təqdim etdiyi məlumatlardan əlavə sənədləşdirilmədən malların təqdim edilməsi hallarının olduğu, bunu da təsdiq edən sənəd kimi yalnız özlərinə bəlli olan məlumatlardan istifadə edilərək əsassız və qanunsuz əlavə vergilər hesablanmışdır. Göründüyü kimi, yoxlama aktında və məsuliyyətə cəlbetmə qərarda vergi ödəyicisinə əlavə vergilərin hesablanması üçün əlavə dovriyyəsinin yaranmasına əsas olan əməliyyatların nədən ibarət olması, həmin dövriyyənin kimlərlə hansı əməliyyatların aparılmasına görə yaranması göstərilmədən, guya ki, həmin vergi ödəyicisinin kompyuterindən götürülmüş elektron mühasibatlıq sənədlərinə, cədvəllərə əsasən əlavə vergilərin hesablandığı göstərilmişdir. Bildirir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin qərarı əsasında ona məxsus ünvan 4 ünvanında yerləşən 30 kv.metr satış sahəsi olan mağazada 14 nəfər yoxlayıcının iştirakı ilə operativ vergi yoxlaması keçirilmişdir. Yoxlama zamanı yuxarıda adı çəkilən qərarda yoxlayıcıların siyahısında adı olmayan bir nəfər kənar şəxs-vergi orqanının tanımadığ və adını bilmədiyi əməkdaşı tərəfındən qanunsuz olaraq, yoxlayıcıların göstərişi əsasında mağazada olan kompüterdən tünd qırmızı rəngli fləşkarta nələri isə köçürüb getdi. Bir neçə müddətdən sonra iş gününün axırında mağazada olan kompüterdən fləşkart köçürülüb götürülməsi barədə protokol tərtib olundu, lakin həmin protokolda fləşkartı köçürən həmin kənar şəxsin nə ad-soyadı qeyd olunmadı, nə də ki, imzası yoxdur. Operativ vergi yoxlamasının ardınca İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında ona məxsus ünvan 6 ünvanında yerləşən cəmi 30 kv.metr satış sahəsi olan həmin mağazada 4 aydan artıq müddət ərzində ərizində növbədən kənar X9 keçirildi. “Yoxlama” saxta, onun mağazasına hər hansısa aidiyyəti olmayan bir fləşkart məlumatlarından istifadə olunaraq, əsassız və qanunsuz şəkildə keçirildi. Bu əsassız yoxlamanın nəticəsi olaraq həqiqəti əks etdirməyən, xx.xx.2022-ci il tarixli, **********161302 saylı qanunsuz X9 Aktı tərtib olunmuşdur. Bildirir ki, xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidayi Araşdırılması Baş İdarəsinin inzibati binasındakı xidməti otağında Nuri Vahid (sözügedən Aktı tərtib edən şəxs) ona qara rəngli fləşkart göstərərək bildirdi ki, bu fləşkart onun mağazasındakı kompüterdən köçürülüb götürülən fləşkartdır və yoxlama materialları həmin fləşkartdakı məlumatlar əsasında hesablanaraq rəsmiləşdiriləcəkdir. O, mağazadakı kompüterdən köçürülərək götürülən fləşkartın rənginin tünd qırmızı rəngdə olduğunu bildirmişdir. Nuri Vahid isə bildirmişdir ki, mağazadakı kompüterdən köçürülərək götürülən fləşkatın surəti təkrarən köçürülərək, ona surət verilib. Qırmızı rəng fləşkart Operativ Şöbədə saxlanılır, deyərək, fləşkartı öz kompyuterinə qoşdu və içərisindəki məlumatlan ona göstərdi. O, isə görmüşdür ki, bu fləşkartda olan məlumatların onun mağazası ilə heç bir əlaqəsi yoxdur və bunu Nuri Vahidə bildirmişdir. O da ondan xx.xx.2022-ci il tarixli yazılı izahat aldı. Həmin izahatda rəsmən bildirdi ki, Nuri Vahidin əlində olan fləşkatın onun mağazasının fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Lakin, xx.xx.2022-ci il tarixli, **********161302 saylı X9 Aktından məlum olur ki, yoxlayıcılar yoxlama hesabatlarını ona heç bir aidiyyəti olamayan, bəlkə də, başqa bir obyektə məxsus, saxta, yalan fləşkart məlumatları əsasında aparmışlar. Yalan məlumatlar əsasında hesabat aparmaları azmış kimi həm də hesabatda qərəzli olaraq, qəsdən, bilərəkdən səhv hesabat apararaq, yalan, saxta rəqəmləri bir daha, təkrarən saxtalaşdıraraq onun ziyanına şişirtmişlər. Belə bir saxta akt əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, **********168577 saylı qanunsuz və əsassız qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixli, **********161302 saylı saxta X9 aktı əsasında qəbul edilmişdir. Belə ki, həmin aktda göstərilir ki, (səh.8, abzas 1) guya onun mağazasında satış dövriyyəsi: 2019-cu il üzrə 2737931,22 manat; 2020-ci il üzrə 3064352,41 manat; 2021-ci il üzrə 2896704,09 manat; 2022-ci ilin yanvar-iyun ayları üzrə 1524815,89 manat müəyyən edilmişdir. Hansı ki, bu rəqəmlər yoxlayıcılar tərəfindən ya bilərək qəsdən və yaxud bilməyərək, məsuliyyətsizlik nəticəsində saxtalaşdırılmışdır. Satış sahəsi 30 kv.metr olan bir mağazada ərzaq məhsullarının pərakəndə satışı fəaliyyətilə məşğul olan vergi ödəyicisinin satış dövriyyəsinin bu dərəcədə şişirdilərək bu cür göstərilməsi nəticəsində təbii olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun mağazasına analoqu olmayan mağaza statusu verərək, onun fəaliyyətinə uyğun analoji vergi ödəyicisinin tapılmasının mümkün olmadığını bildirmişdir. (bax. Akt səh.16, sonuncu abzas). Yoxlayıcılar yuxarıda qeyd olunan saxta rəqəmlərdən istifadə edərək ona vergi hesablayarkən saxta rəqəmləri yenidən, təkrarən saxtalaşdıraraq bir daha şişirtmişlər. Belə ki, 1). Aktda (səh.8) göstərilir ki, 2020-ci il üzrə dövriyyənin - 3064352,41 manatın guya 189338,66 manatı toyuq əti satışı, 30780,76 manatı un satışı, 30963,95 manatı işə çörək məhulları satışı olmuşdur. Bu üç rəqəmin cəmi- 251083.37 manat olan ƏDV-dən azad olan olunan məbləği aktda 92976,13 manat göstərərək saxta olan ƏDV tutulan dövriyyəni qəsdən, təkrarən saxtalaşdıraraq şişirtmişlər. 2). Aktda (səh.9, abzas 1) göstərilir ki, 2021-ci il üzrə satış dövriyyəsinin guya un satışı 23149,23 manat olmuşdur. Əslində isə 2021-ci il üzrə təqdim etdiyim bəyannamədən, eləcə də, 2021-ci il üzrə əldə etdiyi rəsmi e-qaimələrdən və onlayn rejimdə çalışan kassa aparatı vasitəsilə etdiyi satışdan məlum olur ki, 2021-ci ildə o, 53595,80 manat məbləğində un satmışdır. Satdığı 53595,80 manat olan unun həqiqi məbləğini yalandan 23149,23 manat göstərərək, saxta olan ƏDV tutulan dövriyyəni qəsdən, təkrarən saxtalaşdıraraq şişirtmişlər. 3). Aktda (səh.9, abzas 2) göstərilir ki, 2022-ci il üzrə satış dövriyyəsinin guya un satışı 14384,79 manat olmuşdur. Əslində isə 2022-ci il üzrə təqdim etdiyi bəyannamədən, eləcə də, 2021ci il üzrə əldə etdiyi rəsmi e-qaimələrdən və onlayn rejimdə çalışan kassa aparatı vasitəsilə etdiyi satışdan məlum olur ki, 2022-ci ildə o, 41278,79 manat məbləğində un satmışdır. Satdığı 41278,79 manat olan unun həqiqi məbləğini yalandan 14384, manat göstərərək, saxta olan ƏDV tutulan dövriyyəni qəsdən təkrarən saxtalaşdıraraq şişirtmişlər. Beləliklə, xx.xx.2022-ci il tarixli, **********161302 saylı saxta X9 aktı belə bir absurd nəticə çıxır ki, 2021-ci ildən 53595,80-23149,23=30446,57 manat məbləğində qalıq və 2022-ci ildən isə 41278,79-14384,79=26894,00 manat məbləğində qalıq olmaqla, yoxlama gününə 30 kv.metr satış sahəsi olan mağazasında 30446,57+26894,00=57340,57 manat məbləğində, yəni 57340,57:0,70 manat=81915,10 kq başqa sözlə 82 ton həcmində un yığışıb qalmışdır?! 4). Saxta X9 aktının 16-cı səhifəsində mağazanın satış dövriyyəsinin 2019-cu ilin ikinci yarımilliyi üzrə 1168641,95 manat, 2020-ci il satış dövriyyəsinin 2611091,61 manat, 2021-ci il üzrə satış dövriyyəsinin 2468079,34 manat və 2022-ci il birinci yarmilliyi üzrə satış dövriyyəsinin 1342497,76 manat məbləğində olduğunu yazaraq saxta rəqəmləri təkrarən saxtalaşdıraraq xəyali, şişirdilmiş rəqəmlərlə əvəz etmişlər. 5). Saxta X9 aktının yenə də 16-cı səhifəsində yazılır ki, guya yoxlama ilə əhatə olunan 2019, 2020 və 2021-ci illər üzrə vergi ödəyicisi xərclər barədə sənəd təqdim etməmişdir. Əslində isə o, 2019, 2020 və 2021-ci illər üzrə həqiqi dövriyyəm barədə vaxtı-vaxtında bəyannnamələr təqdim etmişdir. Bəyannamələrdə göstərilən dövriyyəni təsdiq edən rəsmi sənədlər, e-qaimələri, təhvil-qəbul aktlarını və bunlara çəkilən xərclər barədə bank məlumatlarını yoxlayıcılara yoxlamanın başlandığı ilk vaxtlardaca təqdim etmişdir. Saxta fləşkart əsasında tərtib olunmuş saxta aktda bəhs olunan saxta dövriyyə barədə hansısa bir sənəd təqdim etməyi isə mümkün deyildir. Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmis inzibati aktın mübahisəlindirilməsinə (ləğv olunmasına və ya dəyisdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır, mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfındən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın-ləğv olunmasını və ya dəyisdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmis inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki sərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda vergi ödəyicisi vergi qanunvericilivinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının, hazırki halda isə cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçı tərəfındən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən formal mülahizələrə əsaslanaraq X9 aktı tərtib etmiş və vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, bu da öz növbəsində onun qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (bundan sonra -cavabdeh) “X9nın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161240 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar X9 keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli **********161302 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********168577 nömrəli qərar çıxarılmışdır. X9 cavabdeh tərəfindən vergi ödəyicisində aparılan xx.xx.2022-ci il tarixli OVN tədbiri zamanı iddiaçının fəaliyyət göstərdiyi ünvanda ona məxsus kompyuterin yaddaşından götürülmüş 2019-2022-ci illərə aid olan satış dövriyyələrini əks etdirən hesabatlar, həmçinin bank və digər mənbələrdən əldə olunmuş sənədlər əsasında aparılmışdır. Fərdi sahibkar yoxlama ilə əhatə olunan dövrdə ərzaq və qeyri-ərzaq mallarının satışı ilə məşğul olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə fərdi sahibkar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü ilə məşğul olmamışdır. Adıçəkilən yoxlama fərdi sahibkar tərəfindən təqdim olunmuş ilkin sənədlər, vergi orqanında olan baza məlumatları və cavabdehin xx.xx.2022-ci il tarixli **********9118 №-li qərarına əsasən keçirilmiş X8 zamanı götürülmüş elektron daşıyıcılarda yerləşən vergilərin hesablanmasına əsas olan məlumatlara əsasən aparılmışdır. Yoxlama zamanı fərdi sahibkarın faktiki rekvizitləri ilə vergi orqanlarının uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Cavabdeh tərəfindən keçirilən OVN tədbiri zamanı Bakı şəhəri Lokal Gəlirləri Baş İdarəsində qeydiyyatda olan fərdi sahibkar İddiaçı Hüseynağa oğlundan götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri, bəyan edilmiş vergi tutulan dövriyyənin aşağı göstərildiyi və nəticədə vergidən yayınma riskinin yüksək olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2019- cu il tarixdən iyun 2022-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar X9 təyin edilmişdir. Yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir: Gəlir vergisi üzrə: 2019-cu ildə fərdi sahibkar sadələşdirilmiş vergi ödəyicisi olduğundan gəlir vergisi bəyannaməsi təqdim etməmişdir. 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsinə (kassa metodu) əsasən malların təqdim edilməsindən gəliri 465096,00 manat, malların təqdim edilməsindən xərcləri 463083,00 manat, vergiyə cəlb olunan gəliri 2013.0 manat olmaqla, 402,60 manat gəlir vergisi göstərilmişdir. 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsinə (hesablama metodu) əsasən malların təqdim edilməsindən gəliri 755413,22 manat, malların təqdim edilməsindən xərcləri 749813,22 manat, vergiyə cəlb olunan gəliri 5600,0 manat olmaqla, 1120,00 manat gəlir vergisi göstərilmişdir. OVN tədbiri zamanı götürülmüş elektron daşıyıcılarda olan məlumatlara, o cümlədən “2019 - Satış hesabatı xx.xx.2019 - xx.xx.2019”, “2020 - Satış hesabatı xx.xx.2020 - xx.xx.2020”, “2021 - Satış hesabatı xx.xx.2021 - xx.xx.2021”, “2022 - Satış hesabatı xx.xx.2022 - xx.xx.2022”, “Mal qalığı - Malların anbarlardakı qalığı xx.xx.2022” adlı alqı-satqı əməliyyatlarını əks etdirən fayllar araşdırılarkən bəyannamələrdə dövriyyənin az əks etdirildiyi müəyyən edilmiş və dövriyyə fərqindən vergilər hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9118 №-li “X6 həyata keçirilməsi haqqında” Qərarına əsasən fiziki şəxs İddiaçı məxsus ünvan 7 ünvanda yerləşən ticarət obyektindən götürülmüş mühasibatlıq sənədləri (elektron fayllar) araşdırılarkən rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilmişdir. Belə ki, 2019-cu ilin 2-ci yarımilliyi üzrə satış dövriyyəsinin 1168641,95 manat, 2020-ci il üzrə satış dövriyyəsinin 2611091,61 manat, 2021-ci il üzrə satış dövriyyəsinin 2468079,34 manat və 2022-ci ilin 1-ci yarımilliyində satış dövriyyəsinin 1342497,76 manat məbləğində olduğu müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan 2019, 2020 və 2021-ci illər üzrə vergi ödəyicisinin xərcləri barədə sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 130.3-cu maddəsinə əsasən vergi tutulan gəlir Vergi Məcəlləsinin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən X9nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, muhasibat uçotunu aparmadıqda və ya muhasibat uçotu müəyyən edilmiş qaydada aparmadıqda, muhasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Beləliklə, Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmış və xx.xx.2022-ci il tarixli **********949700 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə müraciət olunmuş, lakin əldə olunmuş xx.xx.2022-ci il tarixli **********618500 nömrəli cavab məktubunda fərdi sahibkar İddiaçı Hüseynağa oğlunun fəaliyyətinə uyğun olan analoji vergi ödəyicisinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyən edilməsi mümkün olmadığından Vergi Məcəlləsinin 67.14cü maddəsinə əsasən vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri Vergi Məcəlləsinin 83.9cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. G = G x R : (100+R); G - Vergiyə cəlb olunmalı gəlirin məbləği; G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. X9 ilə əhatə olunan dövrdə fərdi sahibkar uçot metodunu kassa metodu seçdiyini nəzərə almaqla, 2019-cu ildə malların təqdim edilməsindən faktiki gəlirlərinin 1168641,95 manat məbləğində olduğu müəyyən edilmişdir. Xərcə silinmiş malların uçotu aparılmadığından, xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən, fərdi sahibkarın əldə etdiyi gəliri birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu və 101.3-cü maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 №-li Qərarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən fərdi sahibkarın gəlirləri müvafiq dövr üzrə gəlirlərinə nisbətdə şərti rentabellik səviyyəsi 20% həcmində götürülərək aşağıdakı kimi hesablanmışdır: 2019-cu il üzrə: G = 1168641,95/120 x 20 = 194.773,66. Beləliklə, 2019-cu il üzrə hesablanmış 194.773,66 manat gəlirdən 20% dərəcə ilə dövlət büdcəsinə 38.954,73 manat məbləğində gəlir vergisi hesablanmışdır. X9 ilə əhatə olunan dövrdə fərdi sahibkar uçot metodu olaraq kassa metodu seçdiyini nəzərə almaqla 2020-ci ildə malların təqdim edilməsindən faktiki gəlirlərinin 1.168.641,95 manat məbləğində olduğu müəyyən edilmişdir. Xərcə silinmiş malların uçotu aparılmadığından, xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən, fərdi sahibkarın əldə etdiyi gəliri birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü, 83.9cu və 101.3-cü maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 №-li Qərarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən fərdi sahibkarın gəlirləri müvafiq dövr üzrə gəlirlərinə nisbətdə şərti rentabellik səviyyəsi 20 % həcmində götürülərək aşağıdakı kimi hesablanmışdır: 2020-ci il üzrə G = 2611091,61 / 120 x 20 = 435.181,94. Beləliklə, 2020-ci il üzrə hesablanmış 435.181,94 manat gəlirdən 20% dərəcə ilə dövlət büdcəsinə 87.036,39 manat məbləğində gəlir vergisi hesablanmışdır. Fərdi sahibkar tərəfindən 2020ci il üzrə bəyan edilmiş 402,50 manat gəlir vergisi nəzərə alınmaqla dövlət büdcəsinə çatası gəlir vergisinin 86.633,79 manat (87036,39 - 402,60) məbləğində azaldıldığı müəyyən edilmişdir. X9 ilə əhatə olunan dövrdə fərdi sahibkar uçot metodunu hesablama metodu seçdiyini nəzərə almaqla 2021-ci ildə malların təqdim edilməsindən faktiki gəlirlərinin 2.468.079,34 manat məbləğində olduğu müəyyən edilmişdir. Xərcə silinmiş malların uçotu aparılmadığından, xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən, fərdi sahibkarın əldə etdiyi gəliri birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü, 83.9cu və 101.3-cü maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 №-li Qərarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən fərdi sahibkarın gəlirləri müvafiq dövr üzrə gəlirlərinə nisbətdə şərti rentabellik səviyyəsi 20 % həcmində götürülərək aşağıdakı kimi hesablanmışdır: 2020-ci il üzrə G = 2467979,34/ 1 2 0 x 2 0 = 411.329,89. Beləliklə, 2021-ci il üzrə hesablanmış 411329,89 manat gəlirdən 20% dərəcə ilə dövlət büdcəsinə 82.265,98 manat məbləğində gəlir vergisi hesablandı. Fərdi sahibkar tərəfindən 2020-ci il üzrə bəyan edilmiş 1120,00 manat gəlir vergisi nəzərə alınmaqla dövlət büdcəsinə çatası gəlir vergisi 81.145,98 manat (82265,98 - 1120,00) məbləğində azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2021-ci il üzrə 40572,99 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Beləliklə, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə 38954,73 manat, 2020-ci il üzrə 86633,79 manat və 2021-ci il üzrə 81145,98 manat, ümumilikdə isə 206734,50 manat (38954,73 + 86633,79 + 81145,98) gəlir vergisi azaldılmışdır. ƏDV üzrə: Vergi nəzarəti tədbiri zamanı götürülmüş elektron daşıyıcılarda olan məlumatlara, o cümlədən 2019-cu il üzrə satış hesabatını (dövr aralığı: xx.xx.2019xx.xx.2019), 2020-ci il üzrə satış hesabatını (dövr aralığı: xx.xx.2020-xx.xx.2020), 2021-ci il üzrə satış hesabatını (dövr aralığı: xx.xx.2021-xx.xx.2021), 2022-ci il üzrə satış hesabatını (dövr aralığı: xx.xx.2022-xx.xx.2022), malların anbarlardakı qalığını, xx.xx.2022-ci il alqı-satqı əməliyyatlarını əks etdirən fayllar araşdırılarkən bəyannamələrdə dövriyyənin az əks etdirildiyi müəyyən edilmiş və dövriyyə fərqindən vergilər hesablanmışdır. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Vergi orqanına ƏDV məqsədləri üçün könüllü qeydiyyat haqqında ərizə təqdim etmiş və xx.xx.2020-ci il tarixli **********5 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almışdır. ƏDV qeydiyyatı xx.xx.2020ci il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr üzrə (dövr aralığı: xx.xx.2019 xx.xx.2022) fərdi sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə ƏDV tutulan dövriyyənin 1529199,13 manat, ƏDV-nin 275255,84 manat, ƏDV-dən azad olan dövriyyənin 106600,59 manat, əvəzləşdirilən ƏDV-nin 293380,15 manat və dövlət büdcəsindən qaytarılmalı ƏDV-nin 18124,31 manat olduğu göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9118 nömrəli “X6 həyata keçirilməsi haqqında” Qərarına əsasən fiziki şəxs İddiaçı məxsus ünvan 7 ünvanda yerləşən ticarət obyektindən götürülmüş mühasibatlıq sənədləri (elektron fayllar) araşdırılarkən rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilmişdir. Aşkar edilmiş sənədlərdə (elektron fayllarda) 2019, 2020, 2021 və 2022-ci illər üzrə satılmış mallar barədə məlumatlar aşkar edilmişdir. Aşkar edilmiş məlumatlarda satış məlumatının aid olduğu tarix aralığı (2019, 2020, 2021, 2022 yanvar - aprel ayları) göstərilmiş, konkret tarixlər göstərilməmiş, həmçinin malların adı, miqdarı, satış qiyməti və s. məlumatlar əks olunmuşdur. Əldə edilmiş məlumatlarda miqdarı əks olunmayan və malın adı “obyekt müəyyən edilməmişdir” (<Объект не найден>) kimi əks olunmuş məlumatlar nəzərə alınmamışdır. Məlumatlarda malın adı, miqdarı, dövriyyə, maya dəyəri və s. göstəricilər əks olunan mallar nəzərə alınmaqla satış dövriyyəsi 2019-cu il üzrə 2737931,22 manat, 2020-ci il üzrə 3064352,41 manat, 2021-ci il üzrə 2896704,09 manat, 2022-ci ilin yanvariyun ayları üzrə 1524815,89 manat müəyyən edilmişdir. 2019-cu il üzrə aşkar edilmiş 2737931,22 manat məbləğində satılmış mallar təhlil edilmiş və 54702,20 manat toyuq əti, 20649,77 manat un, 36113,65 manat çörək (lavaş və s.) və 2626465,60 manat digər ərzaq və qeyri-ərzaq malları üzrə satış müəyyən edilmişdir. 2019-cu ildə vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğundan və 2019-cu ilin yoxlama ilə əhatə olunan dövrü xx.xx.2019 - xx.xx.2019 tarix aralığını, yəni, 6 (altı) ayı əhatə etdiyindən, hər bir kateqoriya üzrə (toyuq əti, un, çörək və digər mallar üzrə) 6 ay üzrə satış dövriyyəsi müəyyən edilmişdir. Vergi ödəyicisinin satış dövriyyəsi aşağıdakı qaydada müəyyən edilmişdir:
1. Toyuq satışı üzrə: aylıq satış dövriyyəsi (54702,20/12=) 4558,51 manat, yoxlama ilə əhatə olunan 6 (altı) aylıq satış (4558,51x6 ay=) 27351,10 manat;
2. Un satışı üzrə: aylıq satış dövriyyəsi (20647,77/12=) 1720,81 manat, yoxlama ilə əhatə olunan 6 (altı) aylıq satış (1720,81x6 ay=) 10329,89 manat;
3. Çörək məhsulları (lavaş və s.) üzrə: aylıq satış dövriyyəsi (36113,65/12=) 3009,47 manat, yoxlama ilə əhatə olunan 6 (altı) aylıq satış (3009,47x6 ay=) 18056,83 manat;
4. Digər ərzaq və qeyri-ərzaq malları: aylıq satış dövriyyəsi (2626465,60/12=) 218872,13 manat, yoxlama ilə əhatə olunan 6 (altı) aylıq satış (218872,13x6 ay=) 1313232,80 manat. Beləliklə, aşkar edilmiş sənədlərdə 2019-cu ildə vergi ödəyicisinin orta aylıq dövriyyəsinin (4558,51+1720,81+3009.47+218872,13=) 228160,94 manat olması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200000,0 manatdan artıq olan Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Hər ay üzrə vergi ödəyicisində 4558,51 manat toyuq satışı, 1720,81 manat un satışı, 3009,47 manat çörək məhsullarının satışı olmaqla 9288,80 manat ƏDV-dən azad, (218872,13/1.18=)185484,86 manat ərzaq və qeyri-ərzaq malları olmaqla ƏDV-yə cəlb edilən dövriyyə müəyyən edilmişdir. xx.xx.2019-xx.xx.2019 tarixləri aralığında hesablanmış sadələşdirilmiş vergi azaldılaraq, Vergi Məcəlləsinin 155.1, 157.3.1, 164-cü maddələrinin tələbləri nəzərə alınmaqla 2019-cu il üzrə vergi ödəyicisinin 200323,65 manat ƏDV-ni az hesablaması müəyyən edilmişdir. 2019-cu il üzrə toyuq əti satışı 189338,66 manat, un satışı 30780,76 manat, çörək məhsulları satışı 30963,95 manat olmaqla 92976,13 manat ƏDV-dən azad, ərzaq və qeyri-ərzaq məhsuliarının satışı 2971376,38 manat olmaqla (2971376,38/1.18=) 2518115,58 manat ƏDV-yə cəlb olunan dövriyyə olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin satış dövriyyəsinin pərakəndə satış dövriyyəsindən ibarət olması və pərakəndə satışla bağlı yoxlamaya heç bir sənəd təqdim etməməsini nəzərə alaraq, aşkar edilmiş dövriyyədə bəyannamədə göstərilmiş pərakəndə satış dövriyyəsi nəzərə alınaraq (2518115,58 - 445569,63=) 2072545,95 manat ƏDV-yə cəlb edilən (92796,03 - 9230.0=), 93746,03 manat ƏDV-dən azad olan dövriyyəsi müəyyən edilmişdir. Eyni zamanda 2020-ci ilin sentyabr ayı üzrə Vergi Məcəlləsinin 175.1ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV üzrə dövriyyə 94603,83 manat və Vergi Məcəlləsinin 175.4-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi tutulan və Məcəllənin 164-cü maddəsinə əsasən vergidən azad olunan əməliyyatlar apardığına görə əvəzləşməsinə yol verilməyən ƏDV məbləğləri nəzərə alınaraq 2020-ci il üzrə vergi ödəyicisinə 374314,62 manat ƏDV hesablanmışdır. 2019-cu il üzrə toyuq əti satışı 29723,30 manat, un satışı 23149,23 manat, çörək məhsulları satışı 33302,67 manat olmaqla 86175,20 manat ƏDV-dən azad, ərzaq və qeyri-ərzaq məhsullarının satışı 2810528,89 manat olmaqla (2810528,89/1,18=) 2381804,14 manat ƏDV-yə cəlb olunan dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisinin satış dövriyyəsinin pərakəndə satış dövriyyəsindən ibarət olması və pərakəndə satışla bağlı yoxlamaya heç bir sənəd təqdim etməməsini nəzərə alaraq, aşkar edilmiş dövriyyədə bəyannamədə göstərilmiş pərakəndə satış dövriyyəsi nəzərə alınaraq, (2381804,14-699321,42=) 1682482,72 manat ƏDV-yə cəlb edilən (92796,03-9230,00=), 93746,03 manat ƏDV-dən azad olan dövriyyəsi və Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi tutulan və Məcəllənin 164-cü maddəsinə əsasən vergidən azad olunan əməliyyatlar apardığına görə əvəzləşməsinə yol verilməyən ƏDV məbləği nəzərə alınaraq 2021-ci il üzrə vergi ödəyicisinə 311520,05 manat əlavə dəyər vergisi hesablanmışdır. 2021-ci ilin yanvar-iyun ayları üzrə toyuq əti satışı 17144,52 manat, un satışı 14384,79 manat, çörək məhsulları satışı 27484,55 manat olmaqla 59013,86 manat ƏDV-dən azad, ərzaq və qeyri-ərzaq məhsullarının satışı 1465802,03 manat olmaqla ƏDV-siz (1465802,03/1,18=) 1242205,11 manat ƏDV-yə cəlb olunan dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisinin satış dövriyyəsinin pərakəndə satış dövriyyəsindən ibarət olması və pərakəndə satışla bağlı yoxlamaya heç bir sənəd təqdim etməməsini nəzərə alaraq, aşkar edilmiş dövriyyədə bəyannamədə göstərilmiş pərakəndə satış dövriyyəsi nəzərə alınaraq (1242205,11- 384308,08=) 857897,03 manat ƏDV-yə cəlb edilən (100292,65 - 41278,79=), 59013,86 manat ƏDV-dən azad olan dövriyyəsi və Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi tutulan və Məcəllənin 164-cü maddəsinə əsasən vergidən azad olunan əməliyyatlar apardığına görə əvəzləşməsinə yol verilməyən ƏDV məbləği nəzərə alınaraq 2022-ci il üzrə vergi ödəyicisinə 160926,51 manat ƏDV hesablanmışdır. Beləliklə, Vergi Məcəlləsinin 67.1.9-cu ,159.1-ci və 161.1-ci maddələrinə əsasən əlavə olaraq ümumilikdə 846761,18 manat məbləğində ƏDV hesablanmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə: Vergi ödəyicisi tərəfindən ünvan 8 ünvanında yeriəşən obyekt xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı məbləği 150,00 manat olmaqla X3 icarəyə götürülmüşdür. X9 nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2019-cu ilin 3-cü - 2020-ci ilin 3-cü rübləri üzrə və 2022-ci ilin 2-ci rübü üzrə hər rüb üçün 63,00 manat olmaqla, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən ümumilikdə ödəmə mənbəyində tutulan vergi cəmi 378,0 manat məbləğində azaldılmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabat) üzrə 2020-ci ilin 2-ci rübü üzrə 390,00 manat, 2020-ci ilin 3-cü rübü üzrə 455,00 manat və 2020-ci ilin 4-cü rübü üzrə 325,00 manat olmaqla, ümumilikdə 1170,00 manat az hesablanmışdır. Nəticə olaraq yoxlanılan dövrdə gəlir vergisinin 206734,50 manat, ƏDVnin 846761,18 manat, ÖMV üzrə 378 manat və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, işsizlikdən sığorta, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının 1170,00 manat, ümumilikdə 1.055.043,74 manat vergilərin və icbari ödənişlərin azaldılaraq dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən olunmuşdur. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumi vergilərin 1.055.043,74 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 527521,89 manat, həmin məcəllənin 57.1-ci maddəsinə əsasən vergi hesabatlarım müəyyən edilən müddətə təqdim etmədiyinə görə 520 manat, ümumilikdə 528.041,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçının mövqeyinə əsasən xx.xx.2022-ci il tarixli “X6 keçirilməsi barədə” qərarda tədbir zamanı hər hansı kompüter məlumatlarının, vergi ödəyicisinin mühasibatlıq fəaliyyəti ilə bağlı sənədlərin, elektron məlumatların araşdırılması və ya götürülməsi nəzərdə tutulmamışdır. İddiaçının mövqeyinin əsassız olduğunu bildirərək qeyd etmək istəyirik ki, Vergi Məcəlləsinin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə X9 və X8 keçirildikdə yol verilir. Həmin Məcəllənin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar ona aid deyil və vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlarla bağlı vergilərin hesablanması yoxlamanın aparıldığı dövrdə qüvvədə olan qanunvericilikdə təsbit olunmadığından əsassızdır. İddiaçının bu dəlilinə münasibətdə bildiririk ki, OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar ona məxsus olan təsərrüfat subyektində aşkar edilmişdir və həmin məlumatlarda müəssisənin adı, eləcə də satılmış malların həcmi və dəyəri aydın şəkildə qeyd edilmişdir. Həmçinin X9nda istifadə olunmuş elektron məlumatların xx.xx.2022-ci il tarixdə keçirilmiş X8 tədbiri zamanı iddiaçıya məxsus obyektdəki kompyuterlərdən aşkarlanaraq götürülməsi prosesi vergi orqanı əməkdaşlarının video (foto) müşahidəsi (çəkilişi) ilə həyata keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Bildiririk ki, Vergi Məcəlləsinin qeyd olunan 67.1.9-cu maddəsi yoxlamanın əhatə etdiyi dövrdə də qanunvericilikdə mövcud olmuşdur və yuxarıda qeyd olunanlar iddiaçıdan götürülmüş elektron yaddaş qurğusunda olan məlumatların mənbəyi bəlli olan məlumatlar olduğunu sübut edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, X9 müəssisədən X8 zamanı götürülmüş elektron sənədlər və həmçinin bank və digər mənbələrdən əldə olunmuş sənədlər əsasında aparılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.2.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi bəyannamələrində olan məlumata və 83.2.4-cü maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X9nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar istifadə etməklə hesablamaq hüququ vardır. Belə ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyimizə əsasən hesab edirik ki, nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar-cədvəllər ilkin uçot sənədi hesab edilir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Sözügedən qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə olan halda iddiaçının dəlil kimi qeyd etdiyi “elektron yaddaş qurğusunda olan məlumatlar əsas götürülməklə vergilərin hesablanması qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır” ifadəsi təkzib edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, elektron fayllar da “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-ci maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxil olmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bu Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. İddiaçının daha bir əsassız dəlili ondan ibarətdir ki, X9 qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərinin pozulması ilə aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, X9 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq X9nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X9 aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): - vergi ödəyicisində aparılan X9 zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; - X9 aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; - vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; - X9nın obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan X9 ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. - bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən X9nın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; -vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; -əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; -əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; -əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; -yeni qərarın qəbul edilməsi. Bu Məcəllənin 49.1.4-cü - 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən X9nın materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki X9nın davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz. Göründüyü kimi X9 qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq keçirilmişdir. Belə ki, X9 aktının 1.1-ci bəndində müddətin uzadılması, dayandırılması, eləcə də əlavə vergi yoxlamasının keçirilməsi barədə qərarların nömrəsi qeyd edilmiş, həmin qərarların qəbul edilməsinin səbəbi qanunvericiliyə müvafiq olaraq əsaslandırılmışdır. “X6 həyata keçirilməsi haqqında” qərara əsasən keçirilən əməliyyat tədbirləri zamanı müəssisədə istismar olunan kompyuterlərdən 1 (bir) ədəd elektron yaddaş qurğusunda olan elektron fayllarda 2019, 2020, 2021 və 2022-ci illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatlar və əmək haqqı barədə məlumatlar götürülmüşdür. Bu da onu deməyə əsas verir ki, iddiaçı özünə məxsus vergidən yayınma sxemi qurmuşdur. Belə ki, Vergi Məcəlləsinin 23.1.6-1-ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanlarının hüququdur. Qeyd olunanlardan göründüyü kimi, X9 ilə hesablanmış vergilər tam olaraq qanuni və əsaslıdır. Sonda isə nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: -onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; -vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Hazırki iş üzrə mübahisələndirilən xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar, o cümlədən qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər vergi hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. İnzibati- Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 21-ci madəsinə görə vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları təşkil edir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X8ni həyata keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək (maddə 23.1.5) vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X8ni həyata keçirmək vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə X9nın nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə görə vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcələnin 44-cü maddəsinə görə zəruri hallarda X9na ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir (maddə 44.1). Ekspertiza X9nı bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir (maddə 44.3). Həmin Məcəllənin 45.1-ci maddəsinə görə X9nın keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət olunur. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə X9nın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; - əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlamaları ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İş materiallarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi sahibkarlıq subyektində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “X9nın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161240 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar X9 keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli **********161302 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********168577 nömrəli qərar çıxarılmışdır. X9 cavabdeh tərəfindən vergi ödəyicisində aparılan xx.xx.2022-ci il tarixli OVN tədbiri zamanı iddiaçının fəaliyyət göstərdiyi ünvanda ona məxsus kompyuterin yaddaşından götürülmüş 2019-2022-ci illərə aid olan satış dövriyyələrini əks etdirən hesabatlar, həmçinin bank və digər mənbələrdən əldə olunmuş sənədlər əsasında aparılmışdır. Yoxlamanın nəticəsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********161302 nömrəli akta əsasən vergi ödəyicisi tərəfindən 846761,18 manat məbləğində əlavə dəyər vergisinin, 1170,0 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, 206734,50 manat məbləğində gəlir vergisinin, 378,0 manat məbləğində ödəmə mənbəyində tutulan verginin, 200323,62 manat məbləğində əlavə dəyər vergisinin (qeydiyyatsız) az, 3912,22 manat məbləğində sadələşdirilmiş verginin, 0,02 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin artıq hesablanması faktı aşkar edilmişdir. Cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********168577 nömrəli qərarı ilə iddiaçıya 1251455,12 məbləğində əlavə vergilər hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 528041.89 manat, 58.4-cü maddəsinə əsasən 100161,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, beləliklə, yoxlama ilə ümumilikdə vergi orqanı tərəfındən vergi ödəyicisiə 1879658,82 manat (1251455,12 manat vergilər + 628203.70 manat maliyyə sanksiyası) məbləğində əlavə hesablama aparılmışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının xx.xx.2023-cü il tarixli, **********168577 nömrəli Qərarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.2). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Vergi ödəyicisi İddiaçı tərəfındən vergilərin dövlət büdcəsinə ödənilməməsi müəyyən edilmişdirmi, əgər müəyyən edilmişdirsə hansı dövr üzrə, hansı tədiyyə növü üzrə və hansı miqdarda vergilər (eləcə də digər ödəmələr) dövlət büdcəsinə ödənilməkdən yayındırılmişdır? - Vergi ödəyicisi İddiaçı X9 ilə əhatə olunmuş hesabat dövründə vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən, vergi tutulan dövriyyəsi (hər bir hesabat dövrü ayrılıqda) və bu dövriyyədən büdcəyə hesablanan ƏDV nə qədər olmuşdur? - Vergi ödəyicisi İddiaçı səyyar vergi yoxlamaşı ilə əhatə olunmuş hesabat dövründə vergi orqanma təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən əvəzləşdirilən dövriyyəsi və əvəzləşdirdiyi ƏDV məbləği nə qədər olmuşdur? - Vergi ödəyicisi İddiaçı X9 ilə əhatə olunmuş hesabat dövründə yayındırılmış ƏDV məbləği nə qədər olmuşdur? - Vergi ödəyicisi İddiaçı X9 ilə əhatə olunmuş hesabat dövrünün sonuna təqdim olunan bəyannamə məlumatlarına əsasən mal qalığı nə qədər olmuşdur? - Vergi ödəyicisi İddiaçı X9 ilə əhatə olunmuş hesabat dövründə sadələşdirilmiş vergi üzrə vergi borcu olmuşdurmu, olmuşdursa nə qədər vergi borcu olmuşdur? Vergi ödəyicisi İddiaçı X9 ilə əhatə olunmuş hesabat dövründə ümumilikdə dövriyyəsi nə qədər olmuşdur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 11 mart 2024-cü il tarixli, 9/6431 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Birinci və dördüncü suallar üzrə: - Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xx.xx.2022-ci il tarixli, **********161302 nömrəli X9 aktı ilə fərdi sahibkar İddiaçı Hüseynağa oğlunun xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövründa əlavə vergilərin hesablanmasına əsas olmuş kompüterlərdən götürülmüş elektron yaddaş qurğusunda olan elektron faylların məlumatları vergitutma məqsədləri üçün istifadə edilə bilməz və həmin elektron məlumatlar əsasında vergi öhdəliyi müəyyən edilmir. Qeyd edilir ki, təqdim edilmiş ciddi hesabat blanklarının tədqiqi zamanı X9nın əhatə etdiyi dövrdə fərdi sahibkar İddiaçı Hüseynağa oğlunda vergilər üzrə az hesablanma (kənarlaşma) müəyyən edilmir. İkinci və üçüncü suallar üzrə: iş materiallarından göründüyü kimi, X9nın əhatə etdiyi dövrdə fərdi sahibkar İddiaçı Hüseynağa oğlu tərəfindən təqdim edilmiş bəyannamələrdə ƏDV tutulan dövriyyənin 1.529.199,13 manat, ƏDV-nin 275.255,84 manat, ƏDV-dən azad olunan dövriyyənin 106.600,59 manat əvəzləşdirilən ƏDV-nin 293.380,15 manat olduğu göstərilmişdir. Beşinci sual üzrə: - Tədqiqat zamanı müəyyən olundu ki, vergi ödəyicisi İddiaçı Hüseynağa oğlunun X9 ilə əhatə olunmuş hesabat dövrünün sonuna təqdim olunan bəyannamə məlumatlarına əsasən mal qalığı 115.068,67 manat təşkil edir. Altıncı sual üzrə: Vergi ödəyicisi İddiaçı Hüseynağa oğlunun X9 ilə əhatə olunmuş hesabat dövründə sadələşdirilmiş vergi üzrə ödənilməli olan borcu 4.164,22 manat müəyyən edilir. Yeddinci sual üzrə: - Vergi ödəyicisi İddiaçı Hüseynağa oğlunun X9 ilə əhatə olunmuş hesabat dövründə ümumilikdə dövriyyəsi 2.116.691,20 manat məbləğində müəyyən edilir. Cavabdeh təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 9/6431 nömrəli ekspert rəyi ilə razılaşmamış, bu barədə etirazını və təkrar ekspertizanın təyin edilməsi barədə vəsatətini məhkəməyə təqdim etmişdir. Məhkəmə etirazın və vəsatətin dəlillərini araşdıraraq hesab edir ki, etiraz və vəsatət əsassızdır və Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 9/6431 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Vergi Məcəlləsinə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmış və mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, qeyd olunduğu kimi, iş materiallarına əsasən nəticəsi xx.xx.2022-ci il tarixli, **********161302 nömrəli aktla rəsmiləşdirilmiş X9 zamanı vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********9118 nömrəli Qərara əsasən iddiaçıya məxsus sahibkarlıq obyektində keçirilmiş X8 zamanı götürülmüş elektron daşıyıcılarda olan məlumatların bilavasitə vergi ödəyicisinin həmin fəaliyyəti ilə bağlı olduğu əsas götürülərək əlavə hesablamalar aparılmışdır. Belə ki, “X6 həyata keçirilməsi haqqında” Qərara əsasən keçirilən əməliyyat tədbirləri zamanı, istismar olunan komputerlərdən götürülmüş elekton yaddaş qurğusunda olan elektron fayllardakı malların satış hesabatlarını özündə əks etdirən məlumatlar mövcud olmuşdur ki, vergi orqanı bu məlumatlara istinadən belə qənaətə gəlmişdir ki, fərdi sahibkar tərəfindən vergi tutulan əməliyyatların dəyəri düzgün müəyyən edilməmiş və nəticədə gəlir vergisi və ƏDV-nin hesabatda göstərilən məbləği, verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdır. Halbuki, elekton yaddaş qurğusunda olan elektron fayllarda bu malların satış tarixləri, alıcı vergi ödəyiciləri, alqı-satqı müqavilələri, malların təhvil verilməsi, ödənişi, tərtib edilmiş qaimə-fakturalar barədə heç bir məlumat olmamışdır. “Mühasibat uçotu haqqında” AR Qanununun 2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. “Mühasibat uçotu haqqında” 29 iyun 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005ci il tarixli 192 nömrəli Fərmanının və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin tələblərinə görə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci tarixdə Q-01 nömrəli “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib. Həmin sənəd xx.xx.2017 tarixdə **********0001 nömrə ilə X11 Reyestrində qeydiyyata alınmışdır. Qaydaların 2.1.14-ci bəndində ilkin uçot sənədlərinin anlayışı verilmişdir. Belə ki; ilkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: 7.1. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. Göründüyü kimi, mühasibat uçotu haqqında qanunvericilikdə yoxlama ilə istinad olunmuş mənbələrə əsasən vergiyə cəlb olunan dövriyyənin müəyyən olunması nəzərdə tutulmamışdır. Həmçinin, vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində təsbit olunmuşdur. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası, verginin ödənilməsi qaydası və müddəti (maddə 12.1). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin), ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4). Lakin, elektron məlumatlarda malların faktiki satışını təsdiq edən heç bir rəsmi məlumat olmadığından, hər hansı gəlir, mənfəət, malların ticarət əlavəsi mövcud olmamışdır. Bu maddənin tələblərindən göründüyü kimi, vergi yalnız o halda hesablana bilər ki, sadalanmış elementlərin mövcudluğu müəyyən edilərək, malların təqdim edilməsi iqtisadi faydanın əldə edilməsi barədə ehtimalları təşkil etsin. Eyni zamanda Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; vergi yoxlaması materiallarına; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Göründüyü kimi, bu maddədə mənbəyi bəlli olmayan, heç bir ilkin sənədlə təsdiq edilməyən elektron məlumat əsasında verginin hesablanması nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 83.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq, mənbəyi bəlli olan məlumat dedikdə, özündə vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar məlumatları əks etdirən, eləcə də vergi ödəyicisinə məxsusluğu təkzibolunmaz sübutlarla təsdiq olunan məlumatlar başa düşülür ki, X9 zamanı vergilər hesablanarkən bu normaların tələblərinə əməl edilməmiş, həmin normalarda təsbit edilmiş əlaqəli məlumatlara deyil, fərdi sahibkarın fəaliyyət göstərdiyi ünvandan götürülmüş kompüter avadanlığının yaddaşında olan möhürsüz, imzasız, ciddi hesabat blankı hesab edilməyən sənədlər əsas götürülmüşdür. Beləliklə, fərdi sahibkarın fəaliyyət göstərdiyi ünvandan götürülmüş kompüter yaddaşındakı məlumatlar vergi ödəyicisinə vergilərin hesablanması üçün o halda əsas kimi qəbul edilə bilərdi ki, həmin məlumatlar və qeydlər rəsmi və əlaqəli məlumatlarla, yəni fərdi sahibkar İddiaçı Hüseynağa oğlunun satış aparmış olduğu ehtimal olunan hüquqi və ya fiziki şəxslərdən götürülmüş sənədlərlə (əlaqəli məlumatlarla) öz təsdiqini tapmış olsun. Həmin sənədlər və ya məlumatlar yalnız digər sübutlarla bütövlükdə öz təsdiqini tapdığı halda, vergitutma məqsədləri üçün istifadə edilə bilər. Lakin X9 aktından göründüyü kimi, fərdi sahibkarın fəaliyyət göstərdiyi ünvandan götürülmüş kompüter yaddaşındakı məlumatlar mövcud mühasibat sənədləri ilə əlaqəli şəkildə araşdırılmamış, müvafiq izahatlar alınmamışdır. Bundan başqa, X9 aktında əlavə vergi məbləğinin hesablanmasının normativ əsası kimi, Vergi Məcəlləsinin 67.1.9-cu və 67.14-cü maddələrinə istinad edilmişdir ki, hazırkı iş üzrə fərdi sahibkar İddiaçı Hüseynağa oğluna həmin maddələrin tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, həmin maddələrə əsasən, vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, uçot və hesabat sənədləri məhv olduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 9/6431 nömrəli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli, **********161302 nömrəli X9 aktı ilə fərdi sahibkar İddiaçı Hüseynağa oğlunun xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövründa əlavə vergilərin hesablanmasına əsas olmuş kompüterlərdən götürülmüş elektron yaddaş qurğusunda olan elektron faylların məlumatları vergitutma məqsədləri üçün istifadə edilə bilməz və həmin elektron məlumatlar vergi öhdəliyi yaratmır. Təqdim edilmiş ciddi hesabat blanklarının tədqiqi zamanı X9nın əhatə etdiyi dövrdə fərdi sahibkar İddiaçı Hüseynağa oğlunda vergilər üzrə az hesablanma (kənarlaşma) müəyyən edilməmiş, yalnız vergi ödəyicisi İddiaçı Hüseynağa oğlunun X9 ilə əhatə olunmuş hesabat dövründə sadələşdirilmiş vergi üzrə ödənilməli olan borcu 4.164,22 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********168577 saylı qərarı əlverişsiz inzibati akt olmaqla qismən qanunazidd sayılmalıdır. Həmçinin, məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt (xx.xx.2023-cü il tarixli, **********168577 nömrəli qərar) iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödənilməsi öhdəliyini yaradır. Halbuki, Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8.). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9.). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11.). Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 83.2-ci maddəsinə görə vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı (maddə 83.2.1 – 83.2.4) məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - (maddə 83.2.4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada hesablanır. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (maddə 67.3). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********168577 saylı qərarı qismən, yəni sadələşdirilmiş vergi üzrə ödənilməli olan 4164,22 manat və bu məbləğə müvafiq 2082,11 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 145,0 (bir yüz qırx beş) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1, 4.1, 14, 23.1, 58.7. 62, 68-69, 75, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********168577 saylı qərarı qismən, yəni sadələşdirilmiş vergi üzrə ödənilməli olan 4164,22 manat və bu məbləğə müvafiq 2082,11 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 145,0 (bir yüz qırx beş) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Fehruz Abbasov