Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-899/2025 03.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Bağbanlar Bələdiyyəsinə qarşı “Biləsuvar rayon Zəhmətabad bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdehnə və X5 qarşı “xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi, 2.30 ha torpaq sahəsinin bələdiyyədən və Fərid Əlifovdan alınıb iddiaçıya verilməsi, həmçinin iddiaçıya vurulmuş 20.000 manat pulun bələdiyyədən və Fərid Əlifovdan alınıb iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3041/2024 saylı qərardadı ilə iddiaçı və Cavabdeh olduğu kimi saxlanılması, iddia tələbinə “Biləsuvar rayon Zəhmətabad bələdiyyə tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-899/2025 saylı qərardadı ilə iddiaçı və iddia tələbinin oluğu kimi saxlanılması, cavabdehlər Cavabdeh və X3 əsl cavabdeh Biləsuvar rayon Bağbanlar Bələdiyyəsi ilə əvəz edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2.30 hektar torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada bələdiyyədən İcarə Müqaviləsi əsasında götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq torpaq sahəsindən istifadə edirdi. Torpaq sahəsi ilə bağlı heç kimin mülkiyyət hüququnu pozmamışdır. Lakin bələdiyyə əsassız olaraq onu torpaqdan istifadə etdiyinə görə bir sıra hüquqlardan onu məhrum etmişdir. Dəfələrlə aidiyyatı təşkilatlara müraciətlər etsə də, heç bir nəticəyə nail ola bilməmişdir. Odur ki, 2,30 hektar torpaq sahəsi ona qaytarılması məqsəd əmüvafiq hesab edilməlidir. Bundan əlavə 01 fevral 2024-cü il tarixdə bələdiyyə sədri və ona qarşı saxta sənədlər hazırlayan Əlifi Fəridin vəkili məhkəmə iclasında bildirmiş ki, onu kənd ərazisində olan 2,30 hektar torpaq sahəsi ilə təmin edəcəklər. Məhkəmə də onların bu fikirlərini onun razı olmadığını görüb qəbul etdi. Bundan başqa sözügedən torpaq sahəsinin verilməsi ilə bağlı 28 fevral 2019-cu il tarixli bələdiyyə tərəfindən qəbul olunmuş və bələdiyyənin sui-istifadə olaraq qəbul etdiyi sözügedən qərar ləğv olunmalıdır və onu torpaq sahəsi ilə təmin edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Bundan başqa bələdiyyənin qanunsuz hərəkətləri nəticəsində taxıl sahələri, yonca sahəsi Fərid Əlifli tərəfindən şumlanaraq ona xeyli ziyan vurdu. Bundan başqa Fərid Əliflinin etdiyi qanunsuz hərəkətləri nəticəsində onun arıçılıq təsərrüfatına xeyli ziyan dəymişdir. Biləsuvar rayon Zəhmətabad bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Biləsuvar rayon Bağbanlar Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini nəzərdən kеçirib, proses iştirakçılarının izahatlarını dinləyərək, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərarın mövcudluğu iş materialları ilə müəyyən edilmir. İlk növbədə bu istiqamətdə tam dolğun araşdırma aparılmalıdır. Əgər mübahisələndirilən qərar mövcud olmamışdırsa, o, mübahisə predmeti ola bilməz. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışının surətindən görünür ki, Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən 2.17 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində X4 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İcarə Müqaviləsinin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.17 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) icarəyə verir(lər): icarəyə verən Biləsuvar rayonu Zəhmətəbad Bələdiyyəsi/Biləsuvar rayonu Zəhmətəbad kəndi adından X2 (tam hissə 2.17ha)-X1 vermişdir. İcarə müddəti xx.xx.2068-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1072/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2022-ci il tarixli, 01 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli (cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə) Qərarına əsasən Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda korrupsiya və qulluq mənafəyi əleyhinə olan cinayətlərin təkib əlamətləri müəyyən edilmədiyinə görə həmin xüsusat üzrə cinayət işi başlanmasının rədd edilməsi, material Azərbaycan Respublikası CM-nin 188-ci maddəsində nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsindən ötrü Biləsuvar RPŞ-nin TB-nə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnziabti Məhkəməsinin 2-1(120)-681/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2-1(120)-51/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2- 1(120)-1072/2022 nömrəli qərarının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-681/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh 01 saylı iclasının 06 yanvar 2022-ci il tarixli Protokolundan görünür ki, İmişli Regional Ədliyyə İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 612 saylı təklif məktubunda qeyd edildiyi kimi Zəhmətabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 saylı qərarının ləğv olunması, xx.xx.2007-ci il tarixdə bəldiyyə ilə İddiaçı arasında imzalanmış icarə müqaviləsinə xitam verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan Biləsuvar rayon Bağbanlar Bələdiyyəsinin 39 nömrəli məktubundan görünür ki, Zəhmətəbad bələdiyyəsi ləğv edilmiş və Bağbanlar bələdiyyəsinə birləşdirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən iş üzrə İddiaçı icarəyə torpaq sahəsinin verilməsinə dair heç bir müqavilə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinin xx.xx.2025-ci tarixli, 3-16-26/2-105172/2025 nömrəli məktubdan görünür ki, İmişli regional ədliyyə idarəsinə ünvanlanmış sorğuyla bağlı bildirilir ki, Biləsuvar rayonu üzrə bələdiyyə aktlarının qeydiyyatı kitabına baxış keçirilmiş, lakin Biləsuvar rayonunun keçmiş Zəhmətabad bələdiyyəsinin (Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixli 50-VİİQ №-li Qanunu ilə Bağbanlar bələdiyyəsinə birləşdirilib) xx.xx.2019-cu il tarixli qərarı (iclas protokolu) qanunvericiliyə uyğunlunun öyrənilməsi (ekspertizası) məqsədilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (İmişli regional ədliyyə idarəsinə) göndərilməmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları ilə yanaşı aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Hazırda İddiaçı cavabdeh Biləsuvar rayon Bağbanlar bələdiyyəsinə qarşı “Biləsuvar rayon Zəhmətabad bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsini məhkəmədən tələb edir. Hazırki iddia müahisələndirmə haqqında iddia növünə aiddir və həmin iddia ilə mübahisələndirilən inzibati akt (qərar) cavabdeh Biləsuvar rayon Bağbanlar Bələdiyyəsində müəyyən edilməmişdir. Ümumiyyətlə “Biləsuvar rayon Zəhmətabad bələdiyyə tərəfindən xx.xx.2019-cu il tarixli qərarın qəbul edilmədiyi üçün məhkəmə həmin qərarın nədən ibarət olmasını, iddiaçının hüquqi marağına təsir edib etməməsini, həmçinin kimlərin xeyrinə qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 22 avqust 2024-cü il tarixli tarixli, 2-1(120)- 3041/2024 nömrəli hüquqi yardım məktubu ünvanlanmasına baxmayaraq, Biləsuvar rayon Zəhmətabad bələdiyyə tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın sübut edən sənədin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tələb olunan sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanı da qanunvericiliyin tələbləri izah olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, mübahisələndirilən qərar (inzibati akt) mövcud olmadığından hazırki iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddiası mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Biləsuvar rayon Bağbanlar Bələdiyyəsinə qarşı “Biləsuvar rayon Zəhmətabad bələdiyyə tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Biləsuvar rayon Bağbanlar Bələdiyyəsinə qarşı “Biləsuvar rayon Zəhmətabad bələdiyyə tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-899/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-899/2025
03.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver