Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-9/2023 13.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1970-xx.xx.1973-cü illərdə X12 mədəniyyət evində, xx.xx.1973-xx.xx.1974, xx.xx.1976-xx.xx.1976-cı illərdə İmişli rayon Təhsil şöbəsinin filmotekasında, xx.xx.1976-xx.xx.1980-ci illərdə “Araz” kinoteatrında, xx.xx.1980-xx.xx.1981-ci illərdə Bakı Elektromaşinistliyində, xx.xx.1981-xx.xx.1982-ci illərdə Bakı Neftayırma zavodunda, xx.xx.1982-xx.xx.1984-cü illərdə “Araz” kinoteatrında, xx.xx.1984-xx.xx.1986-cı illərdə İmişli RXMŞ-nın filmotekasında, xx.xx.1985-xx.xx.1986-cı illərdə Azərelektromaş birliyində, xx.xx.1986-xx.xx.1986-cı illərdə “Hüsü Hacıyev” adına zavodda, xx.xx.1986-xx.xx.1987-ci illərdə Asbestmeşə sənaye təsərrüfatında, xx.xx.1988xx.xx.1991-ci illərdə Maşmədən idarəsində, xx.xx.1991-xx.xx.1993-cü illərdə 113 saylı Həmkarlar komitəsində, xx.xx.1994-xx.xx.2000-ci illərdə X12 mədəniyyət evində işləməyi, yəni sosial sığorta stajı olması faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona məxsus NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan iş illərinin və xx.xx.1970-xx.xx.1986-cı illərə dair tərtib edilmiş, ona məxsus əmək kitabçasında göstərilən iş illərinin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 11 fevral 2020-ci il tarixli, 2- 1(120)-133/2020 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı məxsus NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan iş illəri və xx.xx.1970-xx.xx.1986-cı il tarixədək (ayrı-ayrı vaxtlarda) işləməyi ilə bağlı iddiaçıya məxsus əmək kitabçasında göstərilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər İ.Q.Əsədov və Z.A.Zeynalovdan ibarət tərkibdə) 17 iyun 2020-ci il tarixli, 2- 1(106)-349/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin apellyasiya şikayətinin təmin edilməsi, 11 fevral 2020-ci il tarixli, 2-1(120)-133/2020 nömrəli qərarının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibti işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin İmişli rayon filialı ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin İmişli rayon filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.1955-cı ildə anadan olmuşdur. 1874-1976-cı illərdə 2 il hərbi xidmət keçmişdir. xx.xx.1970-xx.xx.1973-cü illərdə X12 mədəniyyət evində, xx.xx.1973-xx.xx.1974, xx.xx.1976-xx.xx.1976-cı illərdə İmişli rayon Təhsil şöbəsinin filmotekasında, xx.xx.1976-xx.xx.1980-ci illərdə “Araz” kinoteatrında, xx.xx.1980-xx.xx.1981-ci illərdə Bakı Elektromaşinistliyində, xx.xx.1981xx.xx.1982-ci illərdə Bakı Neftayırma zavodunda, xx.xx.1982-xx.xx.1984-cü illərdə “Araz” kinoteatrında, xx.xx.1984-xx.xx.1986-cı illərdə İmişli RXMŞ-nın filmotekasında, xx.xx.1985-xx.xx.1986-cı illərdə Azərelektromaş birliyində, xx.xx.1986-xx.xx.1986-cı illərdə “Hüsü Hacıyev” adına zavodda, xx.xx.1986-xx.xx.1987-ci illərdə Asbestmeşə sənaye təsərrüfatında, xx.xx.1988-xx.xx.1991-ci illərdə Maşmədən idarəsində, xx.xx.1991xx.xx.1993-cü illərdə 113 saylı Həmkarlar komitəsində, xx.xx.1994-xx.xx.2000-ci illərdə X12 mədəniyyət evində işləmişdir. DSMF-nin İmişli rayon şöbəsində bildirirlər ki, işləməyini təsdiq edən arxiv sənədi olmalıdır. İmişli rayon Dövlət Arxivinin məktubunda göstərilir ki, həmin idarələrin sənədləri arxivə verilməyib. Bildirirlər ki, əmək stajı faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Həmin idarələrdə işləmə faktını onunla işləmiş işçilər də təsdiq edə bilərlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı Ə.X5 daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, məktubla bildirilmişdir ki, inzibati orqana təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı hərbi xidmət dövrü nəzərə alınmaqla (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək) 20 il 7 ay 17 gün təşkil edir. Qeyd olunanlara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsində tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin məktubda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsirıdə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki sərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sıäorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" QSC-nin İmişli stansiyası Ə.Həmidov adına Dəmiryol Mədəniyyət evində (ümumillikdə 6 il) işlədiyini iddia edir. İddiaçının əmək fəaliyyəti üzrə mübahisələndirilməyən və mübahisələndirilən dövrlər aşağıdakı kimidir:- Mübahisələndirilməyən dövrlər: 20 il 7 ay 17 gün; Mübahisələndirilən dövrlər: 6 il. Cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədiylə "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixdə sorğu ünvanlanmışdır. "xxxx" QSC-dən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda “İmişli stansiyası Ə.Həmidov adına Dəmiryol Mədəniyyət evinin arxiv sənədlərinin "xxxx" QSC Arxiv bölməsinə təhvil verilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Bildirirlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən Filiala təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə qəbul edilmə əmrinin tarixi (xx.xx.1994) şənbə və bayram günü, işdən azad olma əmrinin tarixi (xx.xx.2000) şənbə və bazar günü olduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (xx.xx.2019-cu il tarixdə) çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmış və hazırda ödənişdədir. Qeyd olunanlara əsasən bildirirlər ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" QSC-nin İmişli stansiyası Ə.Həmidov adına Dəmiryol Mədəniyyət evində işlədiyini iddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki,“... cavabdehin nümayəndəsi qeyd edir ki, iddiaçının işlədiyi iş yerləri və vəzifələri əmək kitabçasında göstərilsə də, qeyd edilən iş stajı ilə bağlı sənədlər, əmr kitabları və əmək haqqı cədvəlləri arxivdə saxlanılmadığından iş stajının yoxlanılması mümkün olmamışdır. Beləliklə, iş stajı şübhə doğurduğundan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh inzibati orqanın imtinasından, cavabdehin birinci instansiya məhkəməsinə göndərdiyi etiraz məktubundan göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajının yoxlanılması mümkün olmadığından və həmin iş stajı cavabdehdə şübhə doğurduğundan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarınm izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının iş yerləri cavabdeh inzibati orqan üçün şübhələr doğursa da, cavabdeh inzibati orqan inzibati icraat qaydasında araşdırma aparmamış, iddiaçının iş yerləri barədə aidiyyəti qurumlara sorğular verməmiş, iddiaçının əmək kitabçasında qeyd edilən iş yerlərini və vəzifələrini aydınlaşdırmadan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi isə bu hallara diqqət yetirməmiş, həmçinin cavabdeh inzibati orqan üçün şübhə doğuran iddiacının əmək kitabçasında qeyd edilən iddiaçının is yerlərinin və vəzifələrinin aydınlaşdırılması üçün müvafiq araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, cavabdeh inzibati orqan və birinci instansiya məhkəməsi iddiaçının işlədiyi iş yerləri barədə məlumat və sənədlərin İmişli Rayon Dövlət Arxivində olmaması ilə kifayətlənməməli və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun araşdırma aparamlı idilər. İnzibati icraat qaydasında iddiaçının izahatı, digər əlaqəli məlumatlar əsasında iddiaçının əmək kitabçasında qeyd edilən iş yerlərinin və iddiaçının vəzifələrinin aydınlaşdırılması üçün və əlaqəli məlumatların əldə edilməsi üçün aidiyyəti mədəniyyət və təhsil qurumlarına, arxiv idarələrinə, "xxxx" QSC-yə və digər əlaqəli təşkilatlara sorğular verilməli idi. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(106)-103/2022 saylı qərardadındakı göstərişlər (hüquqi mövqe) nəzərə alınaraq təkrar məhkəmə baxışı zamanı məhkəmənin sorğusu əsasında İmişli rayon Dövlət Arxivindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 88 saylı məktubda bildirilmişdir ki, İddiaçı 31 dekabr 1976-cı il tarixdən 16 noyabr 1980-ci il tarixə, 01 noyabr 1982-ci il tarixdən 01 may 1984-cü il tarixədək İmişli rayon Kino Birliyinin “Araz” kinoteatrında müxtəlif vəzifələrdə işləmişdir. Bunlar barədə Birliyin İmişli rayon Dövlət Arxivində saxlanılan Əmr kitablarında müvafiq qeydlər vardır. X8 kitablarından başqa heç bir sənədləri saxlanılmır. Onun digər vaxtlarda işləmiş olduğu İmişli rayon Maarif şöbəsinin və X4 evinin sənədləri İmişli rayon Dövlət Arxivində saxlanılmır. Bundan əlavə təkrar məhkəmə baxışı zamanı məhkəmənin sorğusu əsasında Azərbaycan X1 İttifaqının Respublika Komitəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 105 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ünvanladığınız sorğu məktubu ilə əlaqədar X1 İttifaqının Respublika Komitəsi bildirir ki, respublikanın hər bir inzibati ərazi vahidində X1 ittifaqının strukturunda Mədəniyyət Evləri olmamış və indi də mövcud deyildir. Lakin, tapşırığınıza əsasən MİHİ Respublika Komitəsinin İmişli rayon Komitəsi tərəfindən X2 İdarəsinin İmişli rayon nümayəndəliyində araşdırma aparılmış və müəyyən edilmişdir ki, həqiqətən də 1988-1993-cü illər ərzində İddiaçı adında şəxs İmişli Rayon Mədəniyyət Evində deyil, kənd yerlərində əhaliyə kino xidməti göstərən Avtoklubda işləmişdir. Sonradan həmin Avtoklublar bağlanılıb ləğv edilərək bütün sənədlər arxivləşdirmək üçün Azərbaycan Mədəniyyət Nazirliyinə göndərilmişdir. Bundan əlavə təkrar məhkəmə baxışı zamanı məhkəmənin sorğusu əsasında Azərbaycan Respublika Mədəniyyət Nazirliyindən daxil olmuş xx.xx.2020-ci il tarixli, xx/xx- 1658/2020 saylı məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Həmkarlar Komitəsinin 113 nömrəli Mədəniyyət evində işləyib-işləməməsinə dair məlumat verilməsi barədə məktubunuza baxıldı. X2 İdarəsinin arayışına əsasən bildiririk ki, qeyd olunan tarixlərdə İmişli rayon müəssisələrində İddiaçı adlı şəxs işləməmişdir. Bundan əlavə təkrar məhkəmə baxışı zamanı məhkəmənin sorğusu əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 22453 saylı məktubda bildirilmişdir ki, Sizin "xxxx" QSC-yə ünvanladığınız 2020-ci il 24 avqust tarixli 2- 1(120)-1442/2020 nömrəli işlə bağlı məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı xx.xx.1970-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində olan İmişli stansiyasının mədəniyyət evində çalışmışdır (əmək fəaliyyəti barədə əmrlər kitabından çıxarışların surətləri əlavə olunur). Eyni zamanda, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin müstəqil hüquqi şəxs olduğunu nəzərə alaraq, daha ətraflı məlumatların əldə edilməsi üçün aidiyyəti üzrə həmin quruma müraciət olunmasını məqsədəmüvafiq hesab edirik. Həmin məktuba əlavə edilmiş 15 və 31 nömrəli əmrlərdən görünür ki, İddiaçı 01 yanvar 1994-cü il tarixdən etibarən müvəqqəti olaraq X11 Mədəniyyət evinə videotexnik təyin edilmiş, 01 yanvar 2000-ci il tarixdən etibarən yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq mədəniyyət evinin kinomexaniki vəzifəsidən azad edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçalarının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 516 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdən Starter istehsalı sexinə setka və spiral istehsalı üzrə sazlayıcı şagirdi qəbul olunmuş, xx.xx.1981-ci il tarixli, 163 nömrəli əmrlə Starter istehsalı sexində 3-cü dərəcəli sazlayıcı verilib OEVP (setka və spiral istehsalı), xx.xx.1967-ci il tarixli, 72 nömrəli əmrlə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub, xx.xx.1981-ci il tarixli, 431 nömrəli əmrlə Serebrovskiy adına neft-qaz hasilatı idarəsinə quyuların kapital və yeraltı təmir sexinə 3-cü dərəcəli qazmaçı köməkçisi qəbul olunub, xx.xx.1982-ci il tarixli, 141/k nömrəli əmrlə Mənzil-kommunal təsərrüfatına 1-ci dərəcəli köməkçi fəhlə keçirilib, xx.xx.1982-ci il tarixli, 270/k nömrəli əmrlə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub, xx.xx.1985-ci il tarixli, 438 nömrəli əmrlə Bakı Elekrtrik Maşınqayırma zavodunun 8 saylı sexinə ciladıcı şagirdi qəbul olunub (4A-200 elektrik mühərriklər üçün hissələr və qovşaqların mexaniki emalı), xx.xx.1985-ci il tarixli, 67/4-24 nömrəli əmrlə 1-ci dərəcəli ciladıcı peşəsi verilib, xx.xx.1986-cı il tarixli, 19 nömrəli əmrlə öz xahişi ilə işdən azad olunub, xx.xx.1986-cı il tarixli, 34 nömrəli əmrlə H.Hacıyev adına Mexanika zavodunun tökmə-model sahəsinə 3-cü dərəcəli fəhlə qəbul olunub, xx.xx.1986cı il tarixli, 194/k nömrəli əmrlə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub, xx.xx.1986-cı il tarixli, 87 nömrəli əmrlə RSFSR ƏQM-nin 31ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunub, xx.xx.1986-cı il tarixli, 186 nömrəli əmrlə X10 Təsərrüfatı Zümrüd meşə məntəqəsinə 3-cü dərəcəli budaqların kəsicisi qəbul olunub, xx.xx.1988-ci il tarixli, 1 nömrəli əmrlə RSFSR ƏQM-nin 29-cu maddəsinin 5-ci bəndinə əsasən (keçirilmə ilə əlaqədar) işdən azad olunub, xx.xx.1988-ci il tarixli, 113/ лс nömrəli əmrlə Malışev Filiz İdarəsi 11 saylı sahəyə müvəqqəti olaraq 5-ci dərəcəli PV operatoru kimi qəbul olunub, xx.xx.1990-cı il tarixli, 138/лс nömrəli əmrlə Avto-təsərrüfata 5-ci dərəcəli yol fəhləsi keçirilib, xx.xx.1991-ci il tarixli, 102/лс nömrəli əmrlə RSFSR ƏQMnin 29-cu maddəsinin 5-ci bəndinə əsasən 113 saylı HİK keçirilməsi ilə əlaqədar işdən azad olunub, xx.xx.1991-ci il tarixli, 44 nömrəli protokola əsasən 113 Həmkarlar İttifaqı Komitəsi Mədəniyyət evinə keçirilmə ilə kinomexanik qəbul olunub, xx.xx.1993-cü il tarixli, 12 nömrəli protokola əsasən RSFSR ƏQM-nin 31-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1994-cü il tarixli 15 №-li əmrlə "xxxx" QSC-nin İmişli stansiyası Ə.Həmidov adına Dəmiryol Mədəniyyət evində video-texnik vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci il tarixli 08 №-li əmrlə video-texnik vəzifəsindən azad edilərək kitabxanaçı vəzifəsinə təyin olunmuş, xx.xx.1998-ci il tarixli 16 №-li əmrlə kitabxanaçı vəzifəsindən azad edilərək kinomexanik vəzifəsinə təyin olunmuş, xx.xx.2000-ci il tarixli 31 №-li əmrlə yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq mədəniyyət evinin kinomexaniki vəzifəsidən azad edilmişdir . İş materiallarında olan НЗ-2918965 saylı hərbi biletdən görünür ki, İddiaçı 05 may 1974-cü il tarixdən 11 may 1976-cı il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajında asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Sizin sənədlərinizdə isə Qanunun 7 ci maddəsinin şərtləri ödənilmədiyindən Sizə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı xx.xx.1955-ci ildə İmişli şəhərində anadan olmuş, 05 may 1974-cü il tarixdən 11 may 1976-cı il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmiş, xx.xx.1980-ci il tarixli, 516 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdən Starter istehsalı sexinə setka və spiral istehsalı üzrə sazlayıcı şagirdi qəbul olunmuş, xx.xx.1981-ci il tarixli, 163 nömrəli əmrlə Starter istehsalı sexində 3-cü dərəcəli sazlayıcı verilib OEVP (setka və spiral istehsalı), xx.xx.1967-ci il tarixli, 72 nömrəli əmrlə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub, xx.xx.1981-ci il tarixli, 431 nömrəli əmrlə Serebrovskiy adına neft-qaz hasilatı idarəsinə quyuların kapital və yeraltı təmir sexinə 3-cü dərəcəli qazmaçı köməkçisi qəbul olunub, xx.xx.1982-ci il tarixli, 141/k nömrəli əmrlə Mənzil-kommunal təsərrüfatına 1-ci dərəcəli köməkçi fəhlə keçirilib, xx.xx.1982-ci il tarixli, 270/k nömrəli əmrlə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub, xx.xx.1985-ci il tarixli, 438 nömrəli əmrlə Bakı Elekrtrik Maşınqayırma zavodunun 8 saylı sexinə ciladıcı şagirdi qəbul olunub (4A-200 elektrik mühərriklər üçün hissələr və qovşaqların mexaniki emalı), xx.xx.1985-ci il tarixli, 67/4-24 nömrəli əmrlə 1-ci dərəcəli ciladıcı peşəsi verilib, xx.xx.1986-cı il tarixli, 19 nömrəli əmrlə öz xahişi ilə işdən azad olunub, xx.xx.1986-cı il tarixli, 34 nömrəli əmrlə H.Hacıyev adına Mexanika zavodunun tökmə-model sahəsinə 3cü dərəcəli fəhlə qəbul olunub, xx.xx.1986-cı il tarixli, 194/k nömrəli əmrlə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub, xx.xx.1986-cı il tarixli, 87 nömrəli əmrlə RSFSR ƏQM-nin 31-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunub, xx.xx.1986-cı il tarixli, 186 nömrəli əmrlə X10 Təsərrüfatı Zümrüd meşə məntəqəsinə 3-cü dərəcəli budaqların kəsicisi qəbul olunub, xx.xx.1988-ci il tarixli, 1 nömrəli əmrlə RSFSR ƏQM-nin 29-cu maddəsinin 5-ci bəndinə əsasən (keçirilmə ilə əlaqədar) işdən azad olunub, xx.xx.1988-ci il tarixli, 113/ лс nömrəli əmrlə Malışev Filiz İdarəsi 11 saylı sahəyə müvəqqəti olaraq 5-ci dərəcəli PV operatoru kimi qəbul olunub, xx.xx.1990-cı il tarixli, 138/лс nömrəli əmrlə Avto-təsərrüfata 5-ci dərəcəli yol fəhləsi keçirilib, xx.xx.1991-ci il tarixli, 102/лс nömrəli əmrlə RSFSR ƏQM-nin 29-cu maddəsinin 5-ci bəndinə əsasən 113 saylı HİK keçirilməsi ilə əlaqədar işdən azad olunub, xx.xx.1991ci il tarixli, 44 nömrəli protokola əsasən 113 Həmkarlar İttifaqı Komitəsi Mədəniyyət evinə keçirilmə ilə kinomexanik qəbul olunub, xx.xx.1993-cü il tarixli, 12 nömrəli protokola əsasən RSFSR ƏQM-nin 31-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1994-cü il tarixli 15 №-li əmrlə "xxxx" QSC-nin İmişli stansiyası Ə.Həmidov adına Dəmiryol Mədəniyyət evində video-texnik vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci il tarixli 08 №-li əmrlə video-texnik vəzifəsindən azad edilərək kitabxanaçı vəzifəsinə təyin olunmuş, xx.xx.1998-ci il tarixli 16 №-li əmrlə kitabxanaçı vəzifəsindən azad edilərək kinomexanik vəzifəsinə təyin olunmuş, xx.xx.2000-ci il tarixli 31 №-li əmrlə yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq mədəniyyət evinin kinomexaniki vəzifəsidən azad edilmişdir . Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" QSC-nin İmişli stansiyası Ə.Həmidov adına Dəmiryol Mədəniyyət evində işlədiyi əmək fəaliyyəti ilə bağlıdır. Cavabdeh inzibati orqan bildirir ki, İddiaçı Filiala təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə qəbul edilmə əmrinin tarixi (xx.xx.1994) şənbə və bayram günü, işdən azad olma əmrinin tarixi (xx.xx.2000) şənbə və bazar günü olduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" QSC-nin İmişli stansiyası Ə.Həmidov adına Dəmiryol Mədəniyyət evində işləməsi faktı 02 yanvar 2000-ci il tarixdə onun adına tərtib olunmuş ИТ-İ ******* №-li əmək kitabçasında öz əksini tapmışdır. Həmçinin, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 22453 saylı məktuba əlavə edilmiş 15 və 31 nömrəli əmrlərə əsasən İddiaçı 01 yanvar 1994-cü il tarixdən etibarən müvəqqəti olaraq X11 Mədəniyyət evinə videotexnik təyin edildiyi, 01 yanvar 2000-ci il tarixdən etibarən yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq mədəniyyət evinin kinomexaniki vəzifəsidən azad edildiyi müəyyən olundu və bununla da cavabdeh inzibati orqanın iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydasının pozulması (işə qəbul edilmə əmrinin tarixi (xx.xx.1994) şənbə və bayram günü, işdən azad olma əmrinin tarixi (xx.xx.2000) şənbə və bazar günü olduğundan) barədə ziddiyyətli məqamlara aydınlıq gətirilmiş oldu. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçaları və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, həmin sənədlərdə qeyd olunanlar məlumatlar mötəbər hesab olunur. Belə ki, bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1955-ci ildə doğulmuş və xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuş İddiaçı əmək kitabçalarına, hərbi biletinə, habelə yuxarıda sadalanan və mötəbər sübut kimi qəbul edilən sənədlərə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun xx.xx.2019-cu ildə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-9/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-9/2023
13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver