Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-9/2024 29.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X18 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X18 Təsərrüfatı Mərkəzinin cavabdeh İmişli rayonu Yalavac Bələdiyyəsinə qarşı “0,12 ha torpaq sahəsinin satılması haqqında İmişli rayonu Yalavac Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 mart 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X18 Təsərrüfatı Mərkəzi cavabdeh İmişli rayonu Yalavac Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Yalavac X1 X18 X6 meşəbəyiliyinin 11-ci kvartalıın 10-cu bölməsində yerləşməklə X24 aid 0,12 ha torpaq sahəsinin satılması haqqında xx.xx.2017-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(120)-941/2020 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra Şirvan İnzibati Məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 2-1(120)- 941/2020 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bundan əlavə iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “İmişli rayonu Yalavac Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsindən İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-171 /2019 saylı icra sənədinə əsasən iddiaçı X9 Cavabdeh xx.xx.2017-ci il tarixli, 09 saylı qərarı ilə alqı-satqı yolu ilə əldə etdiyi təsdiq olunmuş planda (miqyas 1:5000) ölçüdə və sərhədləri müəyyən olunmuş 0,12 ha torpaq sahəsi cavabdeh X5 alınıb tələbkara verilməsi və əldə olunan həmin torpaq sahəsindən istifadə hüququna maneçilik törədən qanunazidd hərəkətlərinə son qoymaq üçün xx.xx.2020-ci il tarixdə saat 11-00-da keçirələcək tədbirdə iştirak etmək məqsədi ilə 110370 saylı məktub daxil olmuşdur. Müraciətə əsasən xx.xx.2020-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13, Beyləqan Lahiyə-Təhqiqat İdarəsinin mühəndisi X10, Mərkəzin bir qrup əməkdaşlarının, iddiaçı X9 və cavabdeh X7 iştirakları ilə qeyd edilən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh xx.xx.2017-ci il tarixli, 09 saylı qərarı ilə X2 0,12 ha torpaq sahəsinin X18 X6 Meşəbəyliyinin 11-ci kvartalının 10-cu bölməsində yerləşməklə, X24 aid olduğu müəyyən edilmiş və bu haqda müvafiq aktlar tərtib edilmişdir. Bundan başqa, X9 iddiası əsasında İmişli Rayon Məhkəməsində aparılan araşdırma zamanı cavabdeh X14 izahatında mübahisəli torpaq sahəsinin X27 Torpaqlarına aid olduğunu və ona icarəyə verildiyini göstərsə də, məhkəmə iclasına hakimlik edən cənab Ülvü Qənbərov müvafiq ekspertiza təyin etmədən, Cavabdeh xx.xx.2017-ci il tarixli, 09 saylı qərarını əsas götürərək, yuxarıda qeyd edilən 0,12 ha torpaq sahəsini cavabdeh X5 alınıb iddiaçı X12 verilməsi və əldə olunan həmin torpaq sahəsindən istifadə hüququna maneçilik törədən qanunazidd hərəkətlərinə son qoyulması barədə xx.xx.2019-cu il tarixdə 2(036)-171/2019 saylı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi” barədə Fərmanına əsasən Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş “müvafiq İcra Hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyət hüdudlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. X17 təyinatının dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətindədir. Azərbaycan Respublikası Torpaq İslahatı haqqında Qanunun 2-ci fəslinin 6-cı maddəsinin 4-cü bəndində və Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən, X26 müstəsna dövlət mülkiyyəti olmaqla özəlləşdirilmir. Yuxarıda göstərilənlərə əsasən, Dövlət Əmlakının Özəlləşdirilməsi Haqqında Qanunun 6-cı maddəsinin tələbləri Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Odur ki, İmişli rayon Yalavac X1 X18 X6 meşəbəyliyinin 11-ci kvartalının 10-cu bölməsində yerləşməklə, X24 aid 0,12 ha torpaq sahəsini satması haqqında xx.xx.2017-ci il tarixli, 09 saylı qərarının qanunsuz olması ilə bağlı toplanmış material, həmin qərarın ləğv edilməsi barədə qətnamə çıxarılması məqsədi ilə xx.xx.2020ci il tarixdə 72 saylı iddia ərizəsi ilə birgə İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İmişli Rayon Məhkəməsinin hakimi cənab Tərlan Nüsrətov xx.xx.2020-ci il tarixdə 2(036)- 1053/2019 saylı (iddianın yolverilməməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina haqqında) qərardad qəbul etmış, qərardadda irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülkü məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu göstərərək, materialları xx.xx.2020-ci il tarixli, 2(036)-1053/2020 saylı müşaiətedici məktubla geri qaytarmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X15 gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Beləliklə, torpaq qanunvericiliyinin tələblərinə görə bələdiyyələr yalnız öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam vermək, həmçinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrini mülkiyyətə, istifadəyə və icarəyə vermək səlahiyyətinə malikdirlər. İş materiallarında olan İmişli rayonu Yalavac bələdiyyəsinin 18 sentyabr 2017-ci il tarixli, 09 saylı iclas protokolundan çıxarışın və 18 sentyabr 2017-ci il tarixli “Torpaqların alqı-satqısına dair akt”ın surətlərindən görünür ki, İmişli rayonu Ağamalılar kənd sakini X9 ərizəsi nəzərə alınaraq DƏDRX-dən daxil olmuş sənədlərə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlardan dəyəri ödənilməklə 0,12 hektarı fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona satılmışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(036) 171/2019 nömrəli qətnaməsindən və xx.xx.2019-cu il tarixli icra vərəqəsindən, xx.xx.2020-ci il tarixli aktlardan, İmişli rayon İcra və probasiya şöbəsinin icraata başlamaq və icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarlarından müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-171/2019 saylı qətnaməsinə əsasən iddiaçı X9 cavabdeh X11 qarşı İmişlı rayon Yalavac Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 09 saylı qərarı ilə alqı-satqı yolu ilə əldə etdiyi 0,12 ha torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya verilməsi və əldə olunan həmin torpaq sahəsindən istifadə hüququna maneçilik törədən qanunazidd hərəkətlərinə son qoyulması tələbi təmin edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə İmişli rayon İcra və probasiya şöbəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə saat 11-00-da keçirələcək icra prosesində iştirak etmək üçün icra qurumundan iddiaçı təşkilata xx.xx.2020-ci il tarixli, 110370 saylı məktub daxil olmuş, xx.xx.2020-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13, Beyləqan Lahiyə-Təhqiqat İdarəsinin mühəndisi X10, X18 Təsərrüfatı Mərkəzinin bir qrup əməkdaşının, iddiaçı X9 və cavabdeh X7 iştirakları ilə qeyd edilən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Cavabdeh xx.xx.2017-ci il tarixli, 09 saylı qərarı ilə X2 0,12 ha torpaq sahəsinin X18 X6 Meşəbəyliyinin 11-ci kvartalının 10-cu bölməsində yerləşməklə, X24 aid olduğu müəyyən edilmiş və bu haqda müvafiq aktlar tərtib edilmiş, icra vərəqəsinin icrası mümkün olmayan icra sənədi kimi İmişli Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən cavabdeh İmişli rayonu Yalavac bələdiyyəsinin 18 sentyabr 2017-ci il tarixli, 09 saylı qərarı ilə İmişli rayonu Ağamalılar kənd sakini X12 fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə mülkiyyətinə aid olduğu iddia edilən 0,12 hektar torpaq sahəsi satılmış, iddiaçı X18 Təsərrüfatı Mərkəzi tərəfindən isə həmin torpaq sahəsinin İmişli Meşəbəyliyinin 11-ci kvartalının 10-cu bölməsində yerləşməklə, X24 aid olduğu iddia edilərək Yalavac bələdiyyəsinin 18 sentyabr 2017-ci il tarixli, 09 saylı qərarı məhkəmə qaydasında mübahisələndirilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cavabdeh xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı əsasında X12 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsi hansı koordinatlarda yerləşir? - Cavabdeh xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı əsasında X12 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin hüquqi statusu (dövlət, xüsusi, bələdiyyə mülkiyyətində olması), məqsədli təyinatı və hüquqi rejimi (kənd təsərrüfatı təyinatlı torpaqlar, meşə fondu torpaqları və s) müəyyən edilsin. - Sözügedən torpaq sahəsinin faktiki kimin və hansı ölçüdə istifadəsində olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-1-16/2-10/6995 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: Cavabdeh xx.xx.2017-ci il tarixli 09 nömrəli qərarı əsasında X12 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ayrılmış torpaq sahəsinin yerquruluşu planı torpaq qanunvericiliyinə uyğun tərtib olunmamış və aidiyyəti üzrə təsdiq edilməmişdir. Eyni zamanda tərtib olunmuş yerquruluşu planında istinad nöqtələri mövcud olmadığına görə ərazinin hüdudlarını müəyyən etmək mümkün olmadı. Ona görə də ancaq, X9 naturada iddia etdiyi 0,12 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd: Mövcud torpaq qanunvericiliyinə əsasən, torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 274 saylı Fərmanına uyğun olaraq hərrac və müsabiqə yolu ilə satılır. Yalavac bələdiyyəsi isə 0,12 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixli, 09 saylı qərara əsasən satmışdir. Eyni zamanda müəyyən olunmuşdur ki, X9 naturada iddia etdiyi 0,12 ha torpaq sahəsi Yalavac bələdiyyəsinin deyil, İmişli bələdiyyəsinin hüdudları daxilində yerləşir. Qərardadın ikinci sualı üzrə: Qərardadın 1-ci sualının cavabında qeyd olunan səbəblərə görə Cavabdeh xx.xx.2017-ci il tarixli, 09 nömrəli qərarı əsasında X12 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin hüquqi statusunu, məqsədli təyinatı və hüquqi rejimini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, X9 iddia etdiyi 0,12 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla X18 X6 məşəbəyliyinin 11-ci kvadratının 10-cu bölməsində yerləşməklə X24 aid torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: iddiaçı X16 tərəfindən iddia olunan 0,12 ha torpaq sahəsi X19 X6 meşəbəyliyi tərəfindən istifadə olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-1-16/2-10/6995 nömrəli ekspert rəyinə, həmçinin işdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-6370/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və ona əlavə olunmuş hazırki iş üzrə mübahisəli torpaq sahəsinin yerquruluşu planına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixli, 09 nömrəli qərarı əsasında X12 fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,12 ha torpaq sahəsi Yalavac bələdiyyəsinin deyil, İmişli bələdiyyəsinin hüdudları daxilində yerləşir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X18 X6 məşəbəyliyinin 11-ci kvadratının 10-cu bölməsində yerləşməklə X24 aid torpaq sahəsidir və X19 X6 meşəbəyliyi tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinə əsasən. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanına əsasən Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş “müvafiq İcra Hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyət hüdudlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə görə meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətində olan torpaqlara daxildir; bu torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Cavabdeh xx.xx.2017-ci il tarixli, 09 nömrəli qərarı əsasında X12 fərdi yaşayış evinin tikintisi üçün satılmış 0,12 ha torpaq sahəsinin Yalavac bələdiyyəsinin mülkiyyətinə aid olması və ya Yalavac bələdiyyəsinin hüdudları daxilində yerləşməsi barədə məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Cavabdeh nəinki bələdiyyə mülkiyyətinə aid olmayan, hətta Yalavac bələdiyyəsinin hüdudları daxilində yerləşməyən, dövlət mülkiyyətində olan X24 aid 0,12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2017-ci il tarixli, 09 nömrəli qərar qəbul etmiş, bununla da səlahiyyət həddini aşaraq torpaq qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, qeyd olunduğu kimi, torpaq qanunvericiliyinin tələblərinə görə bələdiyyələr yalnız öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam vermək, həmçinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrini mülkiyyətə, istifadəyə və icarəyə vermək səlahiyyətinə malikdirlər (AR Torpaq Məcəlləsi 8-ci maddə). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31-ci maddəsinin 5-ci bəndinə əsasən X17 özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X18 Təsərrüfatı Mərkəzi cavabdeh İmişli rayonu Yalavac bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 09 saylı qərarının ləğv olunmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh İmişli rayonu Yalavac bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 09 saylı qərarı ləğv olunmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaitinin ödənilməsi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4.1, 67, 68, 69, 70, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İmişli rayonu Yalavac bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 09 saylı qərarı ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti cavabdeh İmişli rayonu Yalavac bələdiyyəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-9/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-9/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver