Məhkəmə qərarları › İş №2-1(120)-9/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-9/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-9/2025 11.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçıların vəkili İddiaçı3 iştirakı ilə, İddiaçılar X5 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələrinə düzəliş edilməsi, səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasport, Astara rayon XDS-nin İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il 15 nömrəli qərarı, Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələri və Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı əsasında vahid torpaq sahəsinə (ümumi sahəsi 825.2 kv.metr olmaqla öncəki rəsmi sənədlərdə (texniki pasport) əks olunan koordinatlar üzrə vahid mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçılar X13 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələrinə düzəliş edilməsi, səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasport, Astara rayon XDS-nin İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il 15 nömrəli qərarı, Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələri və Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı əsasında vahid torpaq sahəsinə (ümumi sahəsi 825.2 kv.metr olmaqla öncəki rəsmi sənədlərdə (texniki pasport) əks olunan koordinatlar üzrə vahid mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbi üzrə X31 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbi üzrə Astara bələdiyyəsi və X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, çıxarışın alınması xahiş olunan torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasporta əsasən vahid torpaq sahəsi (ümumi sahəsi 825.2 kv.m-dir) olub, üzərində yerləşən fərdi yaşayış evi ilə ünvan 3 ünvan Lenin küçəsi 82 olmuşdur). Həmin torpaq sahəsi və fərdi yaşayış evi 16 fevral 1968-ci ildə X2 adından oğlu X8 adına qeydiyyata alınmışdır və bu barədə X8 adına həmin tarixdə texniki pasport tərtib edilmişdir. Astara rayon XDS-nin İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il 15 nömrəli qərarı ilə həmin ünvanda fərdi yaşayış sahəsinin tikintisindən ötrü X12 icazə verilmişdir. X18 vəfat etdikdən sonra X29 torpaq sahəsi və evə sahiblik etmiş, onun və iddiaçılardan X5 adına torpağın mülkiyyətə verilməsinə dair JN- 663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. X29 vəfat etdikdən sonra miras əmlak kimi torpaq sahəsi və fərdi yaşayış evi onların övladları olan İddiaçı2, X13, X19 və X9 qalmışdır. Sözügedən bacılar miras qalan əmlakdan İddiaçı2 xeyrinə imtina etmişlər. Yuxarıda adları qeyd olunan şəhadətnamələrdə Süsanə Məmmədovanın payı da müəyyən olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı şəhadətnaməyə əsasən X5 və X14 birlikdə 0.05 ha torpaq sahəsi və JN-663B seriyalı, 80101004 saylı şəhadətnaməyə əsasən isə onların birlikdə 0.03 ha torpaq sahəsi vardır. Sözügedən hər iki torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999cu il tarixli, 18 saylı Qərarına əsasən iddiaçı X5 mülkiyyətinə verilmişdir.Yuxarıda da qeyd olunduğu kimi, sözügedən torpaq sahəsi vahid torpaq sahəsi olub (yəni torpaq sahəsi tam olmuş və ayrılmamış şəkildə olmuşdur) öncə verilən rəsmi sənədlərə əsasən ümumi sahəsi 825.2 kv.m olmuşdur.Hal-hazırda isə həmin torpaq sahəsi qanunsuz olaraq ikiyə ayrılmış səkildədir və əvvəlki koordinatları və ölçünü əks etdirmir.Öncəki rəsmi sənədlərlə təsdiq olunmuş və ölçüləri müəyyən olunmuş vahid torpaq sahəsi ilə hal-hazırki vəziyyətdə qanunsuz və əsassız olaraq ikiyə bölünmüş torpaq sahələri arasında kifayət qədər fərqlər vardır ki, hansı ki, bu fərqlər nəticə etibarı ilə mülkiyyətçilərin mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqdadır. Belə ki, həm texniki pasportda, həm də Astara rayon XDS İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli 15 saylı iclas protokolundan çıxarışa əsasən barəsində mübahisə gedən torpaq sahəsi vahid torpaq sahəsi olmuşdur. Belə ki, vahid torpaq sahəsinin iki hissəyə bölünməsi həmin sahənin ölçüsünün azalmasına belə təsir etmişdir. Texniki pasporta və Astara rayon XDS icraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli 15 saylı iclas protokolundan çıxarışa əsasən, yəni ilkin sənədlərə əsasən bu topraq sahəsinin ölçüsü 825.2 kv.m olduğu halda, bu vahid torpaq sahəsinin heç bir əsas olmadan, mülkiyyətçilərinin razılıqları alınmadan əsassız olaraq iki hissəyə bölünməsi nəticəsində həmin torpaq sahəsinin ərazisi 25.2 kv.m azalmışdır.Eyni zamanda da bildirim ki, ilkin sənədlərlə müəyyən olunmuş torpaq sahəsinin koordinatları ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə müəyyən olunmuş torpaq sahələrinin heç koordinatları da uyğun deyildir. Demək olar ki, torpaq sahəsinin əvvəlki koordinatları əsassız olaraq dəyişdirilmişdir.Digər tərəfdən isə bu torpaq sahəsinin iki hissəyə bölünməsi nəticəsində iddiaçılar bu torpaq sahələrini hasara ala bilmir, torpaq sahəsinin bir hissəsi qonşuların və heyvanların ayağı altında qalmışdır. Əslində isə ilkin sənədlərə əsasən topraq sahəsinin koordinatları kvadrat şəkildə olmuş, hal-hazırda isə bu torpaq sahələrinin koordinatları əvvəlki koordinatlardan çox fərqli şəkildə müəyyən olunmuşdur.Göstərilənləri nəzərə alaraq xx.xx.2020-ci il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələrinə düzəliş edilməsi və vahid torpaq sahəsinə (ümumi sahəsi 825.2 kv.metr olmaqla öncəki rəsmi sənədlərdə (texniki pasport) əks olunan koordinatlar üzrə) vahid mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi ” xahişi ilə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmişdir. 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “qeyd edilən ünvanda mülkiyyətinizə verilmiş 0,08 ha həyətyanı torpaq sahələri üzərində əvvəllər yaranmış hüquqlara dair adınıza ümumilikdə torpaq sahəsinin ölçüsünün 8,25,2 kv.m göstərilməklə vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması hazıra Ərazi İdarəsinin imkanları xaricindədir”. Müraciətləri ilə əlaqədar olaraq göstərilən torpaq sahələrində cavabdeh tərəfindən hər hansı müayinə və ölçü işləri aparılmamışdır.. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2020-ci il 25 noyabr tarixli, 2-1 (120)-1846/2020 saylı inzibati iş üzrə sərəncamın icrası olaraq Astara şəhər sakinləri X13 və İddiaçı2 Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında yaşadıqları ünvanda JN-663A və JN-663B nömrəli “Şəhadətnamələr üzrə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin ümumilikdə ölçülərinə dəyişiklik edilməklə (bütövlükdə torpaq sahəsinin ölçüsünün 825.2 kv.m qeydə alınmasına münasibətdə) üzərində yerləşən fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması öhdəliyinin üzərimizə qoyulmasına münasibətdə, tərəfimizdən həmin əmlaka dair arxiv və baza məlumatları üzrə aidiyyəti hissədə araşdırma aparıldı.Hazırki sərəncamda, həmçinin Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində barəsində qeyd olunan iddiaçı şəxslərin adına fərdi yaşayış evinin tikintisi məqsədilə Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-663A və JN-663B nömrəli şəhadətnamələr üzrə ünvan 6 ünvanında ayrılmış 0.08 ha həyətyanı torpaq sahələri və üzərində yerləşən fərdi yaşayış evinə dair iş üzrə iddiaçıların adına vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması öhdəliyinin üzərimizə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar bildiririk ki,müvafiq sənədlər üzrə aidiyyəti hissədə qeydiyyatın aparılması Ərazi idarəsinin imkanları xaricindədir.Belə ki, hazırki sərəncamın icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Astara şəhəri, Qum küçəsi ünvanında yerləşən, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-663A və JN-663B nömrəli şəhadətnamələrlə hazırki iş üzrə iddiaçılara ayrıldığı ehtimal edilən ümumilikdə 0.08 ha torpaq sahələrinin (iki halda olmaqla ayrı-ayrılıqda 0.05 ha və 0.03 ha) qeydiyyata alınması ilə əlaqədar iddia ərizəsində qeyd olunanlarla mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatları arasında uyğunsuzluq vardır.Hazırki sərəncamın icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum oldu ki, barəsində qeyd olunan JN-663A və JN-663B nömrəli “Şəhadətnamələr mövcud DBF (siyahı) məlumatlarında hazırki iş üzrə iddiaçı şəxslərdən sayılan X5 və iddia ərizəsində barəsində qeyd olunan mərhum şəxs X14 adınadır və həmin hüquqmüəyyənedici sənədlər üzrə iddia ərizəsində qeyd olunduğu kimi ümumilikdə torpaq sahəsinin ölçüsü 825.2 kv.m deyil, reallıqda iki halda olmaqla (ayrı-ayrılıqda 0.05 ha və 0.03 ha) 0.08 ha həyətyanı torpaq sahəsi kimi həmin şəxslərin tam mülkiyyətinə verilmişdir və bu barədə DWG (xəritə) məlumatlarında da aidiyyəti qeydlər aparılmışdır.Mövcud baza məlumatlarından da açıq-aydın görsənir ki, həmin şəhadnamələr üzrə ayrılmış torpaq sahələri (0.05 ha və 0.03 ha) arasında yol olmaqla ayrı-ayrılıqda mövcuddur. Bu səbəbdən hazırki iş üzrə sərəncamda qoyulan məsələnin həlli (torpaq sahəsinin bütövlükdə 825.2 kv.m olmaqla vahid daşınmaz əmlak obyekti kimi verilməsinə münasibətdə) Ərazi İdarəsinin imkanları xaricindədir.Yuxarıda qeyd olunanlara əsasən sərəncamın 2-ci bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq bütövlükdə həmin 825.2 kv.m həyətyanı torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçıların adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) münasibətdə bildiririk ki, məlum səbəblərdən hazırki iş üzrə sərəncamın qəbul edilməsinə səbəb olmuş aidiyyəti mübahisələrin həlli ilə bağlı səlahiyyətlər Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir.Hal-hazırda, sözü gedən mübahisəli (həyətyanı və pay torpağından çıxarılma, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, ilkin sənədlərdə dəyişiklik edilməsi, ilkin hüquqmüəyyənedici sənədlərdə olan məlumatlarla xəritə məlumatları arasında olan uyğunsuzluq və s.) məsələlərin həlli ilə bağlı (şəhadətnamə, dövlət aktı, ilkin bələdiyyə qərarları və plan ölçü üzrə) qəbul edilmiş qərarların və sərəncamların icrası ilə əlaqədar səlahiyyətli qurum olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti çıxış edir.Hazırki sərəncamın icrası olaraq bildiririk ki, yuxarıda barəsində qeyd edilən qurumun aidiyyəti Ərazi İdarəsi cəlb olunmaqla iddia tələbinə dair (Astara şəhəri, Qum küçəsi ünvanında hazırki iş üzrə tərəflərin adına ayrılmış bütövlükdə 0.08 ha həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-663A və JN-663B nömrəli “Şəhadətnamələrin qanuniliyi və əsaslılığı baxımından) mübahisənin tam araşdırılması (məhkəmə torpaqşünaslıq ekspertizasının keçirilməsi şərtilə) barədə qanunamüvafiq məhkəmə qərarı qəbul edildiyi təqdirdə tərəfimizdən baxıla bilər. Məhkəmə iclasında iştrak edən iddiaçıların vəkili İddiaçı3 məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, bildirmişdir ki, uzun müddətdir ki, inzibati iş üzrə araşdırma getmişdir, dəfələrlə sorğu və ekspertizalar həyata keçirilmişdir. Əvvəlki məhkəmə prosesi dövründə ekspertiza həyata keçirilən zaman Astara rayon XDS İcraiyya Komitəsinin 29 oktyabr 1988-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışa əsasən və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X12 Lenin, 82 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1968-ci il tarixli, 3 nömrəli pasport üzrə suallar verilməmişdir. Təkrar ekspertiza məhkəmə tərəfindən təyin ediən zaman müvafiq sənədlər üzrə suallar qoyulmuşdur. X3 və X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır, məhkəmə tərəfindən dəvət edilmələrinə baxmyaraq məhkəmə prosesinə gəlməmişlər. Məhkəmənin nəzərinə çatdırıram ki, məhkəmə tərəfindən müvafiq qərar qəbul edilən zaman vətəndaşların vaxtilə zəbt etdiyi torpaq sahəsi üzrə deyil, vətəndaşa verilmiş qanuni sənədlər nəzərə alınmalıdır. Belə ki, zaman-zaman vətəndaşlar tərəfindən torpaqların təyinatı dəyişə bilər, koordinatlar dəyişə bilər, torpaqlar zəbt oluna bilər, yol kimi istifadə oluna bilər, bu o demək deyil ki, məhkəmə iddianı təmin edərsə, Kəmalə və digər şəxsin hüquqları pozulmuş olar. Belə ki, onların istifadə etdikləri yol, Sovet dövründə yol kimi deyil, iddiaçıların valideynlərinə məxsus texniki pasportun tərkibi kimi nəzərdə tutulması məlumdur. Bunu şahid ifadələri ilə də təsdiq edilmişdir, iddiaçıların qohumları şahid qismində iştirak etmiş məhkəmə iclasında, onlar da bildirmişlər ki, həmin ərazidə əvvəllər hər hansı yol olmamışdır, sonralar həmin ərazi zəbt edilmişdir. Sovet dövründən verilmiş sənədlər hüquqmüəyyənedici sənədlərdir, sənədlərə baxış keçirilərək görülür ki, vaxtilə Aqrar İslahat Komissiyasının keçirilməsinə dair Qanun Qüvvəyə minməmişdən əvvəl digər sənədlər barədə qaydalar mövcud olmuşdur. Belə ki, “Torpaq islahatı haqqında” Qanun, eyni zamanda “Vətəndaşların qanuni istifadəsində olan yaşayış evlərinin onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə mövcud olmuşdur, “Torpaq islahatı haqqında” Qanunda qeyd edilmişdir ki, vətəndaşların fərdi yaşayış evlərinin, bağlarının altında olan torpaq sahələri vətəndaşların mülkiyyətinə, qanuni isifadəsinə və icarəsinə götürdükləri ölçüdə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsanamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X12 Lenin, 82 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1968-ci il tarixli, 3 nömrəli pasport tərtib edilmişdir. Eyni zamanda Astara rayon XDS İcraiyya Komitəsinin 29 oktyabr 1988-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışla X12 8 ha torpaq sahəsi mənzil tikintisi üçün icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar öz əskini tapmışdır. İddiaçılar həmin sənədi məhkəməyə təqdim etmişlər. Aqrar İslahat Komissiyasının qərarları üzrə məhkəmə praktikası zaman-zaman dəyişmiş, hal-hazırda hesab edilir ki, müddət ötürülüb. Ancaq onların hüququ Aqrar İslahat Komissiyası tərəfindən verilmiş torpaq sahəsi ilə bağlı yaranmamışdır, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahıdan irəli gəlir. “Torpaq islahatı haqqında Qanun”da da qeyd edilir ki, sovet dövründə vətəndaşların qanuni istifadəsində torpaqlar qanuni sənədlər üzrə verilmişsə, həmin torpaq sahələri göstərilən ölçülərdə onların mülkiyyətinə verilir. İddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin və cavabdehin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Astara rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1970-ci il tarixdə anadan olmuş, Astara şəhəri, Qum küçəsi 64 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1971-ci il tarixdə anadan olmuş, Astara şəhəri, Qum küçəsi 64 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən iddiaçılar X10 və İddiaçı2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********80 saylı məktubunda göstərilmişdir ki, JN- 663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələr üzrə Astara şəhəri, Qum küçəsi 64 ünvanında mülkiyyətinizə verilmiş 0,08 ha həyətyanı torpaq sahələri üzərində əvvəllər yaranmış hüquqlara dair adına ümumilikdə torpaq sahəsinin ölçüsünün 825,2 kv.m göstərilməklə vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması hazırda Ərazi İdarəsinin imkanları xaricindədir. İş materiallarında olan JN-663B nömrəli (kod ********) şəhadətnamənin surətindən görünür ki, X29 və İddiaçı1 Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı müvafiq qərarı əsasında 0.03 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-663B nömrəli (kod ********) şəhadətnamənin surətindən görünür ki, X29 və İddiaçı1 Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı müvafiq qərarı əsasında 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 88/2 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1998-ci il tarixli 18 nömrəli qərarı və Astara rayon XDS icraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli 15 nömrəli iclas protokolundan arxiv çıxarışı göndərilmişdir. Torpaq sahəsinin ayrılmasına dair Astara rayon Aqrar İslahat Komissiyasının adlı siyahısı və vətəndaşların mülkiyyət hüququna dair şəhadətnamələrin verilməsinə və icrasına əsas olan sənədlər rayon arxivində saxlanılmır. İşdə olan Astara rayon XDS icraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli 15 nömrəli iclas protokolundan çıxarışa əsasən, X15 4 otaqlı 60 kv.m, 0.08 ha torpaq sahəsi ev tikməkdən ötrü texniki layihə sənədlər əsasnaməyə müvafiq tərtib edildiyinə görə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********95 saylı məktubunda göstərilmişdir ki, sorğunun icrası olaraq zərurət yarandığından, tərəflərdən sayılan X29 və İddiaçı1 adına ümumbirgə mülkiyyət hüququ üzrə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin (adlı siyahının və JN-663A və JN- 663B nömrəli şəhadətnamələrin) təqdim olunmasına münasibətdə arxiv və baza məlumatları araşdırıldı. Sorğuda barəsində qeyd edilən Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilmədiyindən (Aqrar İslahat Komissiyası fəaliyyətini dayandırdığı dövrdən müvafiq sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Astara rayon şöbəsinə, yaxud Astara rayon İcra Hakimiyyətinin arxivinə təhfil verilmişdir) həmin qərarın və onun verilməsinə səbəb olan sənədlərin təsdiqlənmiş surətinin verilməsi Ərazi İdarəsinin imkanları xaricindədir. Sorğuda qeyd olunan JN-663A və JN-663B nömrəli “Şəhadətnamələrin təsdiqlənmiş surətinin verilməsinə münasibətdə isə bildirilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsindən təhfil alınmış sənədlərin sırasında həmin JN-663A və JN-663B nömrəli şəhadətnamələrin arxiv nüsxəsi mövcuddur. Həmçinin, mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarında da sözü gedən JN-663A və JN-663B nömrəli “Şəhadətnamələr barədə müvafiq məlumatlar yerləşdirilmişdir. Bu baxımdan, hazırki sorğunun icrası olaraq aidiyyəti üzrə yalnız yuxarıda barəsində qeyd olunan tərəflərin adına Astara şəhəri üzrə həyətyanı torpaq sahələrinin verilməsinə dair tərtib olunmuş hər iki “Şəhadətnamə”lərin, habelə mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarının təsdiqlənmiş surətini təqdim edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********84 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçılar İddiaçı1 və digərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “şəhadətnamələrə düzəliş edilməsi və s.” tələbinə dair iş üzrə müraciətdə qeyd olunan arxiv sənədlərinin verilməsi barədə 25.11,2020-ci il tarixli, 2-1(120)-1846/2020 nömrəli müraciətə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Müraciətlə əlaqədar arxivdə mövcud olan sənədlərin surətləri təqdim edilir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-443/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli 10/8742 nömrəli məktubu ilə 28 fevral 2023-cü il tarixli 10/8742 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 28 fevral 2023-cü il tarixli 10/8742 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı mütəxəssis rəyinə əsasən, JN663B KOD80101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Astara şəhər sakini mərhum X20 və İddiaçı1na Astara rayon Aqrar islahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə verilmiş xüsusi mülkiyyətdə olan 0,03 ha həyətyanı torpaq sahəsini Astara şəhərində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsinə əsasən sərhədləri müəyyən edildi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı mütəxəssis rəyinə əsasən, JN663B KOD80101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Astara şəhər sakini mərhum X20 və İddiaçı1 Astara rayon Aqrar islahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə verilmiş xüsusi mülkiyyətdə olan 0,03 ha həyətyanı torpaq sahəsinə aid ilkin hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən məhkəmə tərəfindən qərardadda qoyulmuş sualı cavablandırmaq mümkün olmadı. Sözügedən 0,03 ha torpaq sahəsinin kompleks yerquruluşu layihəsində koordinatları ilə naturada faktiki istifadə vəziyyəti koordinatları arasında uyğunsuzluq mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı mütəxəssis rəyinə əsasən, JN663 A KOD80101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Astara şəhər sakini mərhum X21 və İddiaçı1 Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsini Astara şəhərində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsinə əsasən sərhədləri müəyyən edildi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı mütəxəssis rəyinə əsasən, JN663 A KOD80101004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Astara şəhər sakini mərhum X21 və İddiaçı1 Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə verilmiş 0,05 ha torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən məhkəmə tərəfindən qərardadda qoyulmuş sualı cavablandırmaq mümkün olmadı. Sözügedən 0,05 ha torpaq sahəsinin kompleks yerquruluşu layihəsində koordinatları ilə naturada faktiki istifdə vəziyyəti koordinatları arasında uyğunsuzluq mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Texniki pasporta və Astara rayon XDS-nin icraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il 15 nömrəli qərarına əsasən ünvan 10 ünvan Lenin küçəsi, 82 olmuşdur) yerləşən 825,2 kv.metr torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər (şəhadətnamə, plan və ölçü) təqdim edilmədiyindən qoyulmuş sualı cavablandırmaq mümkün olmadı.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı mütəxəssis rəyinə əsasən, Astara şəhərində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsinə əsasən mərhum X20 və İddiaçı1 0,03 ha, 0,05 ha həyətyanı torpaq sahəsinə JN663A, JN663B olmaqlamülkiyyəti təsdiq edən iki şəhadətnamə tərtib olunmuşdur. Bu rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahələri arasında kompleks yerquruluşu xəritəsinə əsasən yol mövcuddur. Bu torpaq sahələrinin əvvəllər vahid torpaq sahəsi olmağı barədə ilkin hüquqmüəyyənedici və texniki sənədlər təqdim olunmadığından sualı cavablandırmaq mümkün olmadı. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı mütəxəssis rəyinə əsasən, göstərilən 0,03 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi və digər tikililər mövcuddur. 0,05 ha həyətyanı torpaq sahəsində isə fərdi yaşayış evinin bir hissəsi yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı mütəxəssis rəyinə əsasən, Astara şəhərində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsinə əsasən göstərilən hər iki torpaq sahəsi (JN 663B 0,03 ha, JN663A 0,05ha) arasında olan (eyni zamanda naturada) sahədən qonşu torpaq sahəsinə yol mövcuddur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/7902 nömrəli məktubu ilə 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/7902 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/7902 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Astara rayon XDS İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışa əsasən, X12 (5 nəfər ailə, 4 otaqlı, 60 kv.m) 0,08 ha torpaq sahəsi ayrılan zaman və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X12 Lenin, 82 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1968-ci il tarixli, 3 nömrəli pasport üzrə göstərilmiş ölçülərə əsasən faktiki olaraq iddiaçının istifadəsində olan hər iki torpaq sahələri arasında iddia edilən yerdə əvvəllər yol nəzərdə tutulmamışdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X12 Lenin, 82 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1968-ci il tarixli, 3 nömrəli pasport üzrə göstərilmiş ölçülərə əsasən hazırda istifadə edilən yolun texniki pasportda qeyd olunan vahid torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 30 oktyabr 2023-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (mütəxəssis rəyi) təqdim olunmadığından qərardadın üçüncü və dördüncü sualları üzrə tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2- 9506/2024 saylı məktubunda göstərilmişdir ki,arxivdə X14 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan, Astara şəhəri ərazində yerləşən JN-663A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 0,05 ha həyətyanı torpaq sahəsi və JN-663B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 0,03 ha həyətyanı torpaq sahələri ayrılmış və qeyd olunan şəhadətnamələrin DBF siyahı və DWG xəritə məlumatları mövcuddur. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 104 saylı məktubunda göstərilmişdir ki, “İddiaçılar X4 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “şəhadətnamələrə düzəliş edilməsi və çıxarışın verilməsi” barədə iddia tələbinə dair məktubunuza yerində baxıldı. Müəyyən edildi ki, mübahisəli ərazidə ümumi yolun nəzərdə tutulub - tutulmamasını aydınlaşdırılması üçün Dövlət Reystri Xidmətinin 10 saylı ərazi idarəsinə müraciət edilməsi məqsədə uyğun hesab edilsin. Həmin yol hazırda vardır və yoldan X22 ailə üzvləri istifadə edirlər. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 159 saylı məktubunda göstərilmişdir ki, iddiaçılar İddiaçı1 və X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “şəhadətnamələrə düzəliş edilməsi və çıxarışın verilməsi” barədə iddia tələbinə dair məktubunuza yerində baxıldı.Müəyyən edildi ki, İddiaçı1 və X1 şəhər təsərrüfatbaşına uçot kitabında, təsərrüfatların şəxsi hesab Ns 1599 qeydiyyat nömrəsində X16 və bacısı İddiaçı1 qeydiyyatdadırlar. Həmin təsərrüfatda 0.05 ha həyətyani torpaq sahəsi göstərilməklə torpağın üzərində 100 kv.metrdən ibarət ev mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-4095/2024 saylı məktubunda göstərilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı "şəhadətnamələrə düzəliş edilməsi və çıxarışın verilməsi” tələbinə dair inzibati işə baxılması ilə əlaqədar JN-663A və JN-663B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lər ilə İddiaçı1 və qeyrisinin mülkiyyətlərinə verilmiş 0,05 ha və 0,03 ha torpaq sahələri arasında mövcud olan yola dair məlumatların təqdim edilməsi barədə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında JN-663A və JN-663B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lər ilə İddiaçı1 və qeyrisinin mülkiyyətlərinə verilmiş 0,05 ha və 0,03 ha torpaq sahələri arasında mövcud olan gediş- gəliş yolunun mövcud baza məlumatlarına əsasən hüquqi statusunun bələdiyyəmülkiyyətinə (ümumi istifadədə olan), kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına aid olması müəyyən edilmişdir. Qeyd olunan gedişgəliş yolundan faktiki vəziyyətdə qonşu torpaq istifadəçiləri X23 və X11 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısı aparatının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 5-35/2-131/2025 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən əraziyə Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, Astara şəhəri, Qum küçəsi 64 ünvanında yerləşən X22 ailəsinin yaşadıqları evə və həyətyanı torpaq sahəsinə hazırda istifadə etdikləri gediş-gəliş yolundan başqa alternativ yol yoxdur. Məktubda qeyd edilən ünvanda yerləşən evin və həyətyanı torpaq sahəsinin birbaşa yola açılan gediş-gəliş yolu barədə təsdiqlənmiş məlumatın əldə edilməsindən ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmək tövsiyə olunur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ifadə verən şahid X24 bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 bacısıdır. Onlara yaxınlıqda yaşıyır. İddiaçıların qonşusu olan üçüncü şəxs X25 da tanıyır. İddiaçı1 və İddiaçı2 ilə X22 arasında həyətyanı sahəyə gediş-gəliş yolu ilə bağlı mübahisə mövcuddur. Bu mübahisə əvvəldən valideylərinin arasında olub. Həyət iki yerə bölünüb, aradan qol keçir. İddiaçı1 və İddiaçı2 həyətə gələn bu yolu hasarlayıb həyətə qatmaq istəyirlər, lakin baxmayaraq ki, üçüncü şəxslər həmin yolun bağlanmasına imkan vermirlər. X22 həyətinə özünün ayrıca yolu və qapısı var, hər iki yoldan istifadə edir. Bu mübahisəli yolun bağlanması X26 heç bir maneə yaratmır. Özü bu həyətdə doğulub, böyümüşdür, əvvəllər həyət hasara alınmamışdı, dəmir setkaya alınmışdı, indi isə iddiaçılar istəyir ki, həyətlərini çəpərə alsınlar ki, qonşuların malıheyvanı həyətə daxil olmasın. Hal-hazırda həmin evdə kirayəçi yaşayır. Gediş-gəliş yolu onlara məxsus evin yanındakı evin kənarından keçir, darvazadan birbaşa yolqa çıxmaq olur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ifadə verən şahid X36 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xalası oğludur. Xalasıgildə çox qalıb, yaşamışdır. İddiaçıların qonşusu olan üçüncü şəxs X25 da tanıyır. Əvvəllər həmin ərazidə yol olmamışdı, bağ var idi, həyətdən həyətə keçmək olurdu. Sonradan ev tikilib, üçüncü şəxslərin öz qapısı var. Sonralar bu yoldan istifadə etməyə başladılar. Xalası o vaxtlar tək yaşayırdı, başqa evdə yaşayan yox idi, dörd-beş çıxış-giriş var idi məhlədə. Üçüncü şəxslər yolu qısa getmək üçün həyətdən yol açıb gedib-gəlməyə başladılar. O, uşaq olan vaxtlar xalsıgil tərəfindən həmin yol dəmir setka ilə örtülmüşdür, bağ var idi, sonralar dəmir setka yoxqa çıxdı. X22 həyətinə özünün hasarından ayrıca yolu və qapısı var, sonaralar onun qardaşı ev tikdi, bu yoldan gedib-gəlməyə başladılar, amma onun da və qardaşının da öz hasarlarından ayrıca yolları var. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələr üzrə göstərilən torpaq sahələri iddiaçıların istifadəsində və sərəncamındadır, bu günə kimi həmn torpaq sahələr iilə bağlı hər hansı mübahisə yaranmamışdır. Hal-hazırda iddiaçılar torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələrinə düzəliş edilməsi, səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasport, Astara rayon XDS-nin İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il 15 nömrəli qərarı, Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələri və Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı əsasında vahid torpaq sahəsinə (ümumi sahəsi 825.2 kv.metr olmaqla öncəki rəsmi sənədlərdə (texniki pasport) əks olunan koordinatlar üzrə vahid mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiçaçıların müaricətindən imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən,2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçılar tərəfindən iddia ərizəsinə əsas olaraq aşağıdakı normalar göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Məhkəmə tərəfindən nəzərə çatıdırılır ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir (Siyahının 2.4-cü bəndi). Beləliklə, Azərbaycan SSR-in qanunvericiliyinə əsasən Azərbaycan SSR-in ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ilə müəyyən edildiyi halda, mülkiyyət hüquqları qeydiyyata alınmış həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə isə bu sənəd kimi (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda ) texniki pasport çıxış edir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə H.Məmmədovanın mülkiyyətinin yerləşdiyi ünvanda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X2 adına verilmiş Lenin, 82 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1968-ci il tarixli, 3 nömrəli pasportun katoçka üzrə torpağın ümumi sahəsi 825.2 kv.m (tikilinin altında olan və həyətyanı sahə ilə birlikdə), açıq torpaq sahəsi 739.3 kv.m, tikintinin sahəsi isə 84.1 kv.m göstərilmişdir. Yuxarıda göstərildiyi kimi, Siyahının 1.11-ci bəndinə müvafiq olaraq, şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport həyətyanı torpaq sahəsinə deyil, evlərə dair mülkiyyət hüququnu təsdiqləyən sənəddir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) 9-cu maddəsinə əsasən isə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yəni vətəndaş tərəfindən həyətyanı sahələrin qanuni istifadəsinin yalnız texniki pasport ilə təsdiq edilməsi bu ərazinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini ehtiva edir. İddiaçılar tərəfindən istinad edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Lenin, 82 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1968-ci il tarixli, 3 nömrəli pasport X2 adına tərtib edilmişdir, sonradan İddiaçı2 adına çətin oxuna bilinən qələm vasitəsilə qeydiyyat aparılmışdır. Lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 sonrakı qəbul edilmiş hüquqmüəyyənedici sənədlər olan Astara rayon XDS icraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli 15 nömrəli iclas protokolundan çıxarışı, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı müvafiq qərarlarını və JN 663B 0,03 ha, JN663A 0,05 ha şəhadətnamələrini nəzərə almırlar. Bundan başqa məhkəmə qeyd edir ki, Astara rayon XDS icraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli 15 nömrəli iclas protokolundan çıxarışa əsasən, X15 4 otaqlı 60 kv.m, 0.08 ha torpaq sahəsi ev tikməkdən ötrü texniki layihə sənədlər əsasnaməyə müvafiq tərtib edildiyinə görə icazə verilmişdir. Yəni, Astara rayon XDS icraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli 15 nömrəli iclas protokolundan çıxarış üzrə nəticəyə gəlmək olur ki, məhz iddiaçı Ş.Nurəliyevə 1988ci il tarixdə 0.08 ha artıq torpaq sahəsində fərdi ev tikintisinə icazə verilməmişdir. Bundan sonra JN-663B nömrəli (kod ********) şəhadətnamənin surətindən görünür ki, X29 və İddiaçı1 Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı müvafiq qərarı əsasında 0.03 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-663B nömrəli (kod ********) şəhadətnamənin surətindən görünür ki, X29 və İddiaçı1 Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı müvafiq qərarı əsasında 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin məhkəmə tərəfindən iddiçılara hüquqi yardım edilərək, torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələr üzrə Astara Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarlarını mübahisələndirmək və digər müddəalar göstərilmişdir. İddiaçılar tərəfindən hüquqi yardım məktubuna münasibət bildirilməmiş və iddia ərizəsi üzrə tələb olduğu kimi saxlanılmışdır. Cavabdeh orqan tərəfindən iddiaçılar tərəfindən edilən müraciətdən imtina edərək, JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələr üzrə Astara şəhəri, Qum küçəsi 64 ünvanında mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahələri üzərində əvvəllər yaranmış hüquqlara dair adına ümumilikdə torpaq sahəsinin ölçüsünün 825,2 kv.m göstərilməklə vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması hazırda Ərazi İdarəsinin imkanları xaricindədir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı müvafiq qərarı JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələr və Astara Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarları mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. 28 fevral 2023-cü il tarixli 10/8742 №-li ekspert rəyində göstərilmişdir ki, Astara şəhərində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsinə əsasən göstərilən hər iki torpaq sahəsi (JN 663B 0,03 ha, JN663A 0,05ha) arasında olan (eyni zamanda naturada) sahədən qonşu torpaq sahəsinə yol mövcuddur. Həmçinin məhkəmə tərəfndən müəyyən edilir ki, Astara şəhəri, Qum küçəsi 64 ünvanında yerləşən X22 ailəsinin yaşadıqları evə və həyətyanı torpaq sahəsinə hazırda istifadə etdikləri gediş-gəliş yolundan başqa alternativ yol yoxdur, müvafiq yol Bələdiyyə mülkiyyəti olaraq qeydə alınmışdır. İddiaçılar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/7902 nömrəli ekspert rəyinə əsaslanır. Belə ki, ekspert rəyi üzrə Astara rayon XDS İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışa əsasən, X12 (5 nəfər ailə, 4 otaqlı, 60 kv.m) 0,08 ha torpaq sahəsi ayrılan zaman və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X12 Lenin, 82 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1968-ci il tarixli, 3 nömrəli pasport üzrə göstərilmiş ölçülərə əsasən faktiki olaraq iddiaçının istifadəsində olan hər iki torpaq sahələri arasında iddia edilən yerdə əvvəllər yol nəzərdə tutulmaması, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X12 Lenin, 82 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1968-ci il tarixli, 3 nömrəli pasport üzrə göstərilmiş ölçülərə əsasən hazırda istifadə edilən yolun texniki pasportda qeyd olunan vahid torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilməsi barədə məlumat verilmişdir. Məhkəmə nəzərə çatdırır ki, əvvəlki hüquqmüəyyənedici sənədlər üzrə mübahisələndirilən yol mövcud olmasa belə, müəyyən zaman keçdikdən sonra yəni, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı müvafiq qərarları qəbul edilənək və (JN 663B 0,03 ha, JN663A 0,05 ha) şəhadətnamələr tərtib edilənədək gediş-gəliş yolu yaranmışdır və hal-hazırki vaxtadək mövcuddur, üçüncü şəxslər R.Məmmədov, K.Məmmədzadə tərəfindən istifadə edilir. İddiaçılar gediş-gəliş yolunun onlara məxsus torpaq sahəsi olması, bu yolun aradan qaldırılaraq həmin torpaq sahəsinin onlara məxsus həyətə birləşdirilməsi ilə bağlı uzun illər hər hansı mövqe və ya münasibət bildirməmişlər. Bundan sonra Astara rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli, 18 saylı müvafiq qərarlar qəbul edilmiş, JN 663B 0,03 ha, JN663A 0,05 ha şəhadətnamələr tərtib edilmişdir. Bunlara dair hər hansı şikayət verilməmişdir. Uzun illər keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələrinə düzəliş edilməsi, səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasport, Astara rayon XDS-nin İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il 15 nömrəli qərarı, Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələri və Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı əsasında vahid torpaq sahəsinə (ümumi sahəsi 825.2 kv.metr olmaqla öncəki rəsmi sənədlərdə (texniki pasport) əks olunan koordinatlar üzrə vahid mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişlər. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçıların tələbinin təmin edilməsindən imtina etməsi qanuni və əsaslıdır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə əsasən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qeyd edir ki, X14 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan, Astara şəhəri ərazində yerləşən JN-663A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 0,05 ha həyətyanı torpaq sahəsi və JN-663B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 0,03 ha həyətyanı torpaq sahələri ayrılmış və qeyd olunan şəhadətnamələrin DBF siyahı və DWG xəritə məlumatları mövcuddur, hər iki “Şəhadətnamə”lərin, habelə mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarının təsdiqlənmiş surətini təqdim edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, JN-663A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və JN-663B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarından çıxarış və həmin komissiya tərəfindən xx.xx.2002-ci il tarixində təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər şəhadətnamələrin verilməsi üçün hüquqmüəyyənedici sənədlər hesab olunur. Həmin sənədlərdə (xx.xx.2002-ci il tarixində təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl və adlı siyahı”da) mülkiyyətçi kimi iddiaçılar X13, X18 (ölüb) və X29 qeyd edilmişdir, torpaq sahəsinin ölçüsü 0.08 ha göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, həmin şəhadətnamələr ilkin hüquqmüəyyənedici sənədlərə uyğun düzgün və qanuni şəkildə tərtib edilmişdir. İddiaçılar yerli aqrar islahat komissiyasının qərarında səhvə yol verildiyini iddia etdiklərindən bununla bağlı hazırkı qərarın 15-ci bəndində nəzərdə tutulmuş müddətdə və qaydada şikayət verə bilərdi. İddiaçılar isə həmin qərardan şikayət verməmiş və həmin qərar qanuni formada icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr tərtib edilmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçılar bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X28 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərc - 50 (əlli) və 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar X5 və İddiaçı2 tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar X5 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələrinə düzəliş edilməsi, səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş texniki pasport, Astara rayon XDS-nin İcraiyyə Komitəsinin 29 oktyabr 1988-ci il 15 nömrəli qərarı, Torpağın mülkiyyətə verilməsinə dair JN-663A seriyalı, 80101004 saylı və JN-663B seriyalı, 80101004 saylı şəhadətnamələri və Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı əsasında vahid torpaq sahəsinə (ümumi sahəsi 825.2 kv.metr olmaqla öncəki rəsmi sənədlərdə (texniki pasport) əks olunan koordinatlar üzrə vahid mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) və 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar X5 və İddiaçı2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X7, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22.Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar