Məhkəmə qərarları › İş №2-1(120)-900/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-900/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-900/2023 24.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı Xalıq qızının vəkili Vəkil iştirakı ilə, İddiaçı Xalıq qızının Cavabdehnə qarşı «doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Xalıq qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, doğum akt qeydində düzəliş edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10451/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci ildə anadan olmaqla atası X5, anası X4 xx.xx.2004-cü ildə 176 saylı qeydiyyata alınaraq AZ-İ № 123676 saylı nigah haqqında şəhadətnamə verilməklə yuxarıda qeyd olunan onun valideynləri tanınmaları barədə xx.xx.2004-cü ildə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilərək AZ-İ № 043347 saylı şəhadətnamə təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdeh səhlənkarlığı ucbatından iddiaçının doğum tarixi xx.xx.2000-ci il qeyd edilmişdir, baxmayaraq ki, həqiqətən də ilkin qeydiyyatda o xx.xx.2002-ci ildə dünyaya göz açmış və bu fakt Cavabdehndə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydində qeyd edilmişdir. Bununla bağlı onun tərəfindən cavabdeh təşkilata müraciət olunmuşdur və onlar tərəfindən Məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Baxmayaraq ki o, Laçın rayon qeydiyyatındadır, amma faktiki olaraq Bakı şəhəri, Yasamal rayonunda yaşayır, Yasamalda yaşamasş 56 saylı MKİS xx.xx.2022-ci il arayışla təsdiq olunur. Məhkəmə iclasında İddiaçı Xalıq qızının vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı Xalıq qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/76-237/15 saylı məktubunda aşağıdakılar bildirilmişdir: xx.xx.2004-cü i il tarixdə Cavabdehndə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında doğum tarixi “xx.xx.2000-ci il”, təqdim olunan sənədlərdə isə “xx.xx.2002-ci il” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarınf’nm 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxlər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Təqdim olunan sənədlərlə doğum haqqında akt qeydində uyğuynsuzluq və ziddiyyət olduğu üçün xx.xx.2004-cü i il tarixdə Cavabdehndə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında doğum tarixinə “xx.xx.2000-ci ildən, “xx.xx.2002-ci ilə” düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur. Laçın şəhəri, H.Aslanov küçəsi, ev 35-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 132 nömrəli arayışından görünür ki, Allahverdiyeva X10 rayonundan köçkündür və özbaşına tikilidə qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 286 №-li tam orta məktəbinin məhkəməyə ünvnladığı 06 dekabr 2022-ci il tarixli 794 nömrəli məlumat məktubunda göstərilmişdir ki, İddiaçı Xalıq qızı xx.xx.2008-ci il tarixli 04 nömrəli əmrə əsasən məktəbin 1”d” siifinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdən təhsilini Bərdə şəhər Əyricə kənd E.Abdullayev adına tam orta məktəbdə davam etdirdiyi üçün adı məktəbin 11 “v” sinif şagirdləri siyahısından xx.xx.2018-ci il tarixli 33 nömrəli əmrə əsasən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Dövlət Universitetinin Tarix fakultəsinin dekanı X2 Aytən Xalıq qızına məhkəməyə təqdim etmək üçün təqdim etdiyi 12 dekabr t-608 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Xalıq qızı həqiqətən Bakı Dövlət Universitetinin Tarix fakültəsi Regionşunaslıq (Amerika üzrə) ixtisası əyani təhsilalma forması, İngilis bölməsi üzrə, ödənişli əsaslarla təhsil alan İV(dördüncü) kurs tələbəsidir. İş materialarında olan 22 oktyabr 2004-cü il tarixli, 302 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı Xalıq qızı xx.xx.2000-ci il tarixdə Laçın rayonunda dünyaya gəlmişdir. Ata qrafasında X6, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materialarında olan Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3- 16-5/8-xx-xx/2023 saylı məktubunda bildirilmişdir ki, xx.xx.2004-cü il tarixdə Cavabdehndə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında doğum tarixi “xx.xx.2000-ci il” yazılmışdır. xx.xx.2015-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş AZ-İİİ 625747 seryalı doğum haqqında şəhadətnamə etibarlıdır. İş materialarında olan Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/76-583/11 saylı məktubunda bildirilmişdir ki, cavab olaraq vətəndaş İddiaçı adına Cavabdehndə tərtib edilmiş xx.xx.2004-cü il tarixli 302 saylı doğum haqqında akt qeydi və sənədlərin kserosurəti göndərilir. xx.xx.2014-cü ıl tarixdə sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə ayrılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Ekspert komissiyası tərəfindən tərtib edilmiş akt təsdiq edildikdən sonra 1992-2011-ci illərə aid uşağın doğulması haqqında doğum evlərinin və başqa tibb müəssisələrinin arayışları yandırma yolu ilə məhv edilmişdir. Qeyd edilən səbəblərə görə İddiaçı dogum haqqında akt qeydinin rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin verilməsi mümkün deyildir. İş materialarında olan Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/76-583/11 saylı məktubunda bildirilmişdir ki, X3 xx.xx.2015-ci ildə övladı İddiaçı təkrar doğum şəhadətnaməsinin alınması ilə bağlı Cavabdehnə edilmiş müraciətinə əlavə edilmiş sənədlər göndərilmişdir. Əlavə edilmiş sənədlər arasında İddiaçı təkrar verilmiş doğum haqqında şəhadətnamənin surətində İddiaçı təvəllüdü “xx.xx.2000-ci il” göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəntəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16- 5/4-13-3748/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Xalıq qızının doğumu haqqında xx.xx.2004-cü il və xx.xx.2015-ci il tarixli şəhadətnamələrin verilməsinə əsas olmuş sənədlərin və onlardan hansının etibarlı olmasına dair məlumatın istənilməsinə dair müraciətinizə baxılmışdır. Müraciətə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən İddiaçı doğumu haqqında xx.xx.2004-cü ildə tərtib edilmiş ilkin şəhadətnamədə onun doğum tarixinin (sonradan dəyişiklik edilməklə) “xx.xx.2002-ci il”, xx.xx.2015-ci ildə tərtib edilmiş təkrar şəhadətnamədə isə “xx.xx.2000-ci il” kimi qeyd edildiyi məlum olmuşdur. Adıçəkilən şəxsin doğumu haqında Cavabdeh tərəfindən xx.xx.2004-cü ildə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğum tarixinin xx.xx.2000-ci il kimi qeyd edildiyi və bu barədə AZ-İ seriyalı, 503400 nömrəli ilkin şəhadətnamənin verildiyi müəyyən edilmiş, akt qeydinin üzərində doğum tarixinə dəyişiklik edilməsi barədə hər hansı qeyd aşkar edilməmişdir. Həmçinin həmin akt qeydinin üzərində A.Aiiahverdiyevanın doğumuna dair xx.xx.2015-ci il tarixdə AZ-İİİ seriyalı 625747 nömrəli təkrar şəhadətnamənin tərtib edildiyinə dair qeydin aparıldığı məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının tələblərinə əsasən qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülməklə qüvvədən düşmüş hesab edilir.Qeyd edirik ki, doğum haqqında akt qeydinin və şəhadətnamələrin tərtib edildiyi vaxt qüvvcdə olan “WAQ orqanlarının nümunəvi nomenklatur işi”nə əsasən doğumun qeydə alınmasına əsas olmuş sənədlər qeydiyyat şöbələrinin arxivində 1 il, vətəndaşlıq vəziyyəti aktlarına dair təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələr və onlara əlavə edilmiş sənədlər isə 5 il saxlanıldıqdan sonra məhv edilirdi.Göstərilən səbəbdən müraciətə əlavə edilmiş şəhadətnamələrin tərtib edilməsinə əsas olmuş sənədlərin göndərilməsi mümkün olmamışdır. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi onun təvəllüdünün düzgün olmaması ilə bağlı olduğuna görə, ilk növbədə onun təvəllüdünün vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Laçın rayonunda doğulmuşdur və həmin vaxt təvəllüdü doğum akt qeydində “xx.xx.2000-ci il” kimi göstərilmişdir. Sonradan iddiaçı doğum akt qeydində təvəllüdü “xx.xx.2000-ci il” olsa da, özünün dediyinə görə əslində xx.xx.2002-ci il tarixdə anadan olduğunu bildirmiş və məhkəməyə Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 503400 saylı, xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətini təqdim etmiş, həmin doğum haqqında şəhadətnamənin surətində iddiaçının təvəllüdü “xx.xx.2002-ci il” göstərilmişdir və doğum akt qeydləri kitabında xx.xx.2004-cü il tarixli, 303 nömrə ilə qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən göndərilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən verilmiş AZ-İİİ seriyalı, 625747 saylı, xx.xx.2015-ci il tarixli təkrar doğum haqqında şəhadətnamənin surəti məhkəməyə göndərilmiş, həmin doğum haqqında şəhadətnamənin surətində iddiaçının təvəllüdü “xx.xx.2000-ci il” göstərilmişdir və doğum akt qeydləri kitabında xx.xx.2004-cü il tarixli, 302 nömrə ilə qeyd edilmişdir. xx.xx.2004-cü il tarixdə Cavabdehndə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında doğum tarixi “xx.xx.2000-ci il” yazılması barədə xx.xx.2015-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş AZ-İİİ 625747 seryalı doğum haqqında şəhadətnamənin etibarlı olması barədə məhkəməyə məlumat verilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəntəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-3748/2023 nömrəli məktubda göstərilmişdir ki, adıçəkilən şəxsin doğumu haqında Cavabdeh tərəfindən xx.xx.2004-cü ildə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğum tarixinin xx.xx.2000-ci il kimi qeyd edildiyi və bu barədə AZ-İ seriyalı, 503400 nömrəli ilkin şəhadətnamənin verildiyi müəyyən edilmiş, akt qeydinin üzərində doğum tarixinə dəyişiklik edilməsi barədə hər hansı qeyd aşkar edilməmişdir.Həmçinin həmin akt qeydinin üzərində A.Aiiahverdiyevanın doğumuna dair xx.xx.2015-ci il tarixdə AZ-İİİ seriyalı 625747 nömrəli təkrar şəhadətnamənin tərtib edildiyinə dair qeydin aparıldığı məlum olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 503400 saylı, xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamə hal-hazırda artıq etibarlı deyildir, həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş AZ-İİİ seriyalı, 625747 saylı, xx.xx.2015-ci il tarixli təkrar doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir və iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətində və 22 oktyabr 2004-cü il tarixli, 302 nömrəli doğum haqqında akt qeydinin surətində İddiaçı Xalıq qızının təvəllüdü “xx.xx.2000-ci il” göstərilmişdir. İddiaçının təvəllüdünün dəyişdirilməsinin müxtəlif problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla təvəllüdün dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki təvəllüdünün düzgün göstərilməməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Xalıq qızının Cavabdehnə qarşı «doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Xalıq qızının Cavabdehnə qarşı «doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar