Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-901/2025 18.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.1996-cı il tarixli 416 saylı X2nin 12-ci bəndinin 4-cü sətrində yanlışlığa yol verilərək xəstəliyinin səbəbli əlaqəsi kimi göstərilən “Hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “xəstəlik ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.1996-cı il tarixli 416 saylı X2nin 12-ci bəndinin 4-cü sətrində yanlışlığa yol verilərək xəstəliyinin səbəbli əlaqəsi kimi göstərilən “Hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “xəstəlik ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü ilin yanvar ayının ilk günlərində, yəni torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərin qızğın vaxtlarında Masallı Rayon Hərbi Komissarlığı tərəfindən çağırışçı kimi hərbi xidmətə çağırılmışdır. Bakı şəhərinin Qobu qəsəbəsi deyilən yerdə Xüsuli Təyinatlı N saylı hərbi hissənin tərkibində ilkin hərbi və döyüş hazırlıqları təlimləri keçdikdən sonra hərbi andı qəbul etmişlər, 1994-cü ilin mart ayının əvvəllərində Tərtət bölgəsində erməni işğalçıların hücumunun artdığı bir vaxtda oraya əlavə qüvvələr göndərilməsi zərurəti yaranmışdır. Ona görə də daxil olmaqla 3 aylıq döyüş hazırlığı təlimi başa çatmadan xeyli sayda döyüş hazırlığı təlimlərdə fərqlənən əsgərləri Müdafiə Nazirliyinin indiki Xüsusi Təyinatlı Dəstənin komandiri general-leytenant Hikmət Mirzəyev tərəfindən seçilərək Tərtər-Ağdərə istiqamətində döyüş əməliyyatları aparmaq üçün, cəbhə bölgəsinə gətirilmişlər, 1994-cti ilin may ayında elan olunan atəşkəsə qədər Tərtət- Ağdərə bölgəsində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Hətta döyüşlərin qızğın vaxtlarında bir dəfə sol ayağından qəlpə yarası da almışdır. Döyüşlərin qızğın vaxtında itkilərin çox olması səbəbindən döyüşən əsgərlərin sayı az olduğu üçün, hərbi hospitala göndərlmədən hərbi hissənin tibb məntəqəsində müalicə aldığından, həmin qəlpələr indi də ayağında qalmışdır. Çünki tibb məntəqədə həmin qəlpələri çıxarda bilən nə cərrah var idi, nə də avadanlıqlar var idi. İndi də həmin qəlpələr xüsusilə qış aylarında daha çox incidirsə də, həkimlər çıxartmağı məsləhət bilmirlər, çünki vaxtında çıxarılmadığı üçün dərinə gediblər. 1994-cti ilin mart ayında döyüşlərin qızğın vaxtlarında sol ayağında olan qəlpələrin ağrısı ilə bərabər bədəninin kürək nahiyyəsində də güclü ağrılar hiss etməyə başladmışdır. Əvvəllər bu ağrıları döyüşlərin yorğunluğu ilə əlaqələndirərək çox da üstünə düşməmişdir. 1994-cii ilin may ayında elan olunan atəşkəsə qədər döyüş mövqelərdən çıxa bilmirdilər. 1994-cti ilin yay aylarında həmin ağrıları bir az azalsa da, 1995-ci ilin qış aylarında daha da şiddətlənməyə başlayaraq nəfəs almaqda çətinlik çəkməyə başlamışdır. Sözün həqiqi mənasına nəfəsi tamam kəsiləndən sonra, xəstəliyini ciddi qəbul edərək komandirlərinə bu barədə məlumat vermiş, ilk müayinə cəbhə bölgəsində olan Hərbi Səhra Hospitalında aparılanda, vəziyyətinin ölümcül olduğu məlum olmuşdur. Belə ki, müayinə zamanı məlum oldu ki, aşkar olunan vərəm xəstəliyinə 1 ilə yaxındır ki, tutulmuş, həmin dövr də 1994-cti ilin may ayında elan olunan atəşkəsə qədər olan dövrü əhatə edir. Yuxarıda göstərdiyi kimi, xəstəliyinə səbəb olan xəstəliyinin ağrıları da, həmin vaxtlarda başlamışdır. Hərbi xidmətinin sərt dövrləri də həmin vaxtlarda olmuşdur. Sadəcə vətən eşqi döyüş əməliyyatlarının aparıldığı bir vaxtda ona səbəbi ilə bağlı yaranan problemlərin qabardılmasına imkan verməmişdir. Səhhətinin sağlamlığını məhz torpaqların müdafiəsinə döyüşlərin qızğın vaxtlarında qurban vermişdir. Belə olan halda xəstəliyinin səbəbli əlaqəsini torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərlə əlaqələndirilməməsi ən azından Allahsızlıqdır. Sözün həqiqi mənasında Allahsızlıq ən böyük ədalətsizlik və qanunsuzluqdur. Ona görə də bu ədalətsizlik aradan qaldırılmalıdır. Bütün bunları onunla bağlı 1995-ci ilin sentyabr ayında aparılan müayinələr də sübut edir. Belə ki, yuxarıda göstərdiyi kimi, müayinə zamanı məlum oldu ki, aşkarlanan vərəm xəstəliyindən bir ildən çoxdur ki, əziyyət çəkir. Ona görə də dərhal Bakı şəhərində olan hərbi hospitala göndərilmişdir. 8-9 ay müalicə aldıqdan sonra 11 aprel 1996-cı il tarixində verilən 416 № X1 göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixində Mərkəzi Hərbi Hospitala daxil olmuş, xx.xx.1995-ci il tarixində isə Mərkəzi Hərbi Hospitaldan Bakı şəhərindəki 4 nömrəli Vərəm Dispanserinə göndərilmiş, 8 aydan çox aldığı müalicədən sonra, 11 aprel 1996-cı il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 416 saylı Qərarında yazdığı yekun rəyin nəticələrinə görə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə sıradankənar xidmətə yaralı” diaqnozu ilə ehtiyata buraxılmışdır. Göstərilənlərə xx.xx.1995-ci il tarixindən başlayaraq xx.xx.1996-cı il tarixinə qədər keçən 8 aydan çox müddətdə aldığı müalicələr 416 № “X1” əksini tapsa da, sənədin qərar bölməsi olan 12 bəndində, yəni “diaqnoz və xəstəliyin (xasərətin) səbəb əlaqəsi haqqında HHK- nin qərarında xəstəlik “Hərbi xidmət dövründə alınmışdır” sözləri yazılmaqla yanlışlığa yol verilmişdir. Çünki iddia ərizəsinə əlavə etdiyi sənədlərlə də sübut olunur ki, həqiqətən 1994-cü ilin mart ayından başlayaraq Tərtər-Ağdərə bölgəsində 10 may 1994-ci il tarixində elan olunan atəşkəsə qədər torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Yuxarıda göstərildiyi kimi onun bədənində olan ağrıları hələ döyüş əməliyyatları gedən vaxtlarda başlamışdır. Lakin bir ildən sonra məlum oldu ki, məhz həmin ağrılar sonradan 8-9 ay müalicəsini aldığı vərəm xəstəliyinin ilk əlamətləri olmuşdur. Belə olan halda açıq-aşkar sübut olunur ki, aldığı xəstəliyinə səbəb 1994-cü ilin mart-may aylarında torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərlə, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan döyüşlərlə bağlı olmuşdur. Belə olan halda xəstəliyinin səbəbli əlaqəsini “Hərbi xidmət dövründə alınmışdır” göstərilməsi absurtdur. İşin faktiki halları ilə əliliyinə səbəb olan vərəm xəstəliyinə 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər tutulduğu sübut olunduğuna baxmayaraq, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının 11 aprel 1996-cı il tarixli 416 saylı rəyində yanlışlığa yol verilərək qeyd olunan “xəstəlik hərbi xidmət zamanı alınmışdır” ifadəsinin “xəstəlik ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunmalıdır. İşin faktiki halları və ərizəyə əlavə etdiyi yazılı sübutlar da bunu təsdiq edir. Bütün bunları nəzərə alaraq ərizə ilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin Rəisinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon İdarəsinin Rəisinə ərizə ilə müraciət etmiş ki, əliliyinə səbəb olan vərəm xəstəliyinə 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər tutulduğu üçün, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası tərəfindən 11 aprel 1996-cı il tarixində xəstiliyi ilə bağlı verilən 416 saylı rəyində yanlışlığa yol verilərək qeyd olunan “xəstəlik hərbi xidmət zamanı alınmışdır” ifadəsinin “xəstəlik ərazi bütövlüyünün uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunması təmin olunmalıdır. Ərizəni Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon İdaəsinin Rəisinə ona görə göndərmişdir ki, hərbi qeydiyyatda olduğu qurum kimi, onu göndərişlə Hərbi Kommisiyaya göndərilsin, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin Rəisinə ona görə göndərmişdir ki, tabeliyində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası ilə birlikdə xəstəliyi barədə yol verilən yanlışlıqları aradan qaldırsınlar. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin Rəisi ərizəni tədbir görülməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının rəisinə göndərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ona imtina cavabı göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon İdaəsi tərəfindən göndərilən cavabda göstərilmişdir ki, guya göndərişsiz Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etməlidir. Əsl həqiqətdə isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon İdarəsi tərəfindən qanunla göndəriş verilməlidir. Həmin göndərişlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına müraciət etməlidir. Bütün yuxarıda göstərilənlərlə sübut olunur ki, müharibə əlilinin verilməsi üçün aidiyyətli inzibati orqanlar tərəfindən süni maneələr yaradılır. Ona verilən imtina cavabları bir daha bunları sübut edir. Halbuki işin faktiki halları ilə sübut olunur ki, xəstəliyinə səbəb 10 may 1994-cii il tarixində elan olunan atəşkəsə qədər ərazi bütövlüyü uğrunda aparılan döyüşlər olmuşdur. Ona görə də xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilməsində heç bir hüquqi maneə yoxdur. Qeyd edilənləri nəzərə alaraq “xx.xx.1996-cı il tarixli 416 saylı X2nin 12-ci bəndinin 4-cü sətrində yanlışlığa yol verilərək xəstəliyinin səbəbli əlaqəsi kimi göstərilən “Hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “xəstəlik ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı iddia ərizəsində hərbi xidmət dövründə aldığını xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1. bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarətlərin, xəstəliklərin (yaralanmaların, travmalrın) hərbi xidmətlə səbəb əlaqəsini müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHKsı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbihəkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3. maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Masallı RHK-sı tərəfindən 1994-cü ildən hərbi xidmətə çağırılmış, İddiaçı 11,04.1996-cı ildə MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Sağ ağ ciyərin infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi” diaqnozu ilə olan xəstəliyinin səbəb əlaqəsi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmiş və keçmiş SSRİ Müdafiə nazirinin 1987-ci il tarixli 260 nömrəli əmri ilə təsdiq edilmiş Əsasnamənin 22 “b” maddəsinin İ qrafasına əsasən “DİNC DÖVRDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİ DİR” sayılmışdır. Bildirirəm ki, atəşkəsdən sonra, yəni 1994-cü ilin may ayının 12-dən sonra xəstələnmiş və MN MHHK tərəfindən şəhadətləndirilmiş bütün hərbi qulluqçuların xəstəliklərinin hərbi xidmətlə səbəb-əlaqəsi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. İddiaçı təyin edilmiş “Sağ ağ ciyərin infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi” diaqnozu ilə olan xəstəlik də atəşkəsdən sonrakı dövrə aiddir. Belə ki, şəhadətnamənin 8, 9-cu bölmələrindən görünür ki, bu xəstəlik İddiaçı ilk dəfə xx.xx.1995-ci il tarixdə, yəni atəşkəsdən 1 il 4 ay sonra 230 saylı hərbi hospitalda müayinə və müalicə olunarkən müəyyən olunmuşdur. İddia ərizəsində İddiaçı bu xəstəliyin onda atəşkəsə qədər olan dövrdə yarandığını iddia etsə də bunu sübüt edən heç bir sənədi komissiyaya təqdim etməmişdir. İddia ərizəsində İddiaçı həmçinin döyüşlər vaxtı ayağından qəlpə yarası aldığını, lakin bununla əlaqədar hospitala göndərilmədiyini və hərbi hissənin tibb məntəqəsində müalicə olunduğunu bildirmişdir. Məhkəmənin nəzərinə çatdırıtam ki, vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş İddiaçı travma alması ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini və travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əiaqəsinin dəyişdirilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1 -ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1 -ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı M.Məmmədovun qanunla müəyyən edilmiş həmin müddəti uzun müddət ötürmüşdür. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Vətəndaş İddiaçı iddiasının rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının, üçüncü şəxslər Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarələrinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-44/2- N-7xx/xx/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası tərəfindən 11 aprel 1996-cı il tarixli 416 saylı “X2”nin 12-ci bəndinin 4-cü sətrində yanlışlığa yol verilərək xəstəlilyimin səbəbli əlaqəsi kimi göstərilən “Hərbi xidmət düvründə almışdır” ifadəsi, “xəstəlik ərazi bütövlüyümüz uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunmasının təmin edilməsinə dair ərizəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində baxılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 11 aprel 1996-cı il tarixli 416 nömrəli “X2”sinə baxılması üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Kosissiyasına müraciət etməyi məqsədə uyğun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 1332 nömrəli məktubundan görünür ki, 1995-ci il tarixdə atəkəs dövründən sonra hərbi xidmət dövründə aldığı xəstəliyə görə xx.xx.1996-cı il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən təyin edilmiş “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində” diaqnoza görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 22b maddəsinin İ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır” sayılmıdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin ç) yarımbəndinə uyğun “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdr” kimi düzgün təyin edilib, dəyişdirilməsi üçün əsas yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-24232/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixində qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən bir il müddətinə (xx.xx.2007-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Daha sonra vətəndaşa xx.xx.2013-cü il tarixində qiymətləndirmə aparılmış və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən bir il müddətinə (xx.xx.2014-cü il tarixinədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2014-cü il tarixindən 1 il müddətinə, xx.xx.2015-ci ildən isə növbəti dəfə 1 il müddətinə) artırılmışdır. Sonrakı dövrdə İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Sonuncu dəfə vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAZ4K nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, xx.xx.2021-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 2.2-ci bəndinə əsasən tibb müəssisələrində fəaliyyət göstərən həkimməsləhət komissiyaları (bundan sonra HMK) şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərir. Bu qaydanın 2.5-ci bəndinə əsasən isə, 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş Qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə HMK tərəfindən göndəriş tərtib edilir. Bu qaydalar əsasında xəstəliyin səbəb-əlaqəsinin, xəstəliyin anadangəlmə olması və yaxud sonradan yaranmasının, sonradan yaranmışdırsa hansı tarixdən yaranması, məlumat və sənədlərinin toplanması birbaşa tibb müəssisəsinin səlahiyyətlərinə daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1576 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı şəhəri 4 nömrəli vərəm əleyhinə dispanserdə müayinə və müalicə olunduğuna görə onun xəstəlik tarixini almaq üçün həmin tibb müəssəsinə sorğu verilmişdir.Sorğuya verilən cavab məktubunda İddiaçı dair xəstəlik tarixinin 2000-ci il tarixdə xəstəxanada aparılan təmir işləri zamanı itdiyi göstərilmişdir. Həmçinin bununla əlaqədar Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinə də sorğu verilmiş, lakin cavab məktubundan məlum olmuşdur ki, orada yalnız N.Nəzərovun şəhadətləndirməsinə dair məlumat vardır. Bu səbəbdən də İddiaçı dair qeyd olunan xəstəlik tarixinin məhkəməyə göndərilməsi mümkün deyildir. Əlavə olaraq nəzərinizə çatdırıram ki, vərəm xəstəliyinin inkubasiya dövrü üçün, yəni bu xəstəliyin əmələ gəlməsi, yaranması üçün bir ay vaxt tələb olunur. Qeyd olunan xəstəliyin dağılma və səpələnmə mərhələsinə çatması isə 20-30 gün ərzində baş verir. Bu diaqnoz İddiaçı xx.xx.1995-ci il tarixdə 230 nömrəli hərbi hospitalda qoyulmuşdur. Bu isə atəşkəsdən 1 il 4 ay sonrakı dövrə təsadüf edir. Göstərilən əsaslara görə İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddiasını tamamilə əsassız hesab edirik. İş materiallarında olan İddiaçı məhkəməyə daxil olmuş vəsatətində qeyd edilmişdir ki, iddia ərizəni icraata götürərək hərbi xidmət zamanı, atəşkəsdən 1 il sonra onda aşkarlanan vərəm xəstəliyinin 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər iştirak etdiyi ərazi bütövlüyü uğrunda aparılan döyüşlərlə səbəbli əlaqəsinin müəyyənləşdirilməsi barəsində tibbi ekspertizanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı “xx.xx.1996-cı il tarixli 416 saylı X2nin 12-ci bəndinin 4-cü sətrində yanlışlığa yol verilərək xəstəliyinin səbəbli əlaqəsi kimi göstərilən “Hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “xəstəlik ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mübahisə predmet olan xx.xx.1996-cı il tarixli, 416 saylı X2nin 12-ci bəndinin 4-cü sətrində yanlışlığa yol verilərək xəstəliyinin səbəbli əlaqəsi kimi göstərilən “Hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “xəstəlik ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunması ilə əlaqədar İddiaçı xx.xx.2023-cü il tarixli, 1332 nömrəli məktubla imtina olunmuşdur, lakin iddiaçı xx.xx.2024-cü ildə (məhkəməyə daxil olduğu vaxt), yəni imtina verildiyi vaxtdan müvafiq olaraq 30 günə qarşı 8 aydan çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən qərarın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi mübahisələndirilən mübahisəyə dair verilən imtinanın onun tərəfindən uzun müddətdir ki, məlumatı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilən sənədlərə əsasən, eləcə də, mübahisələndirilən şəhadətnamə əsasında 2006-ci ildə təyin edilən əlillik zamanı, 2011, 2021, 2023-cü illərdə müvafiq inzibati orqanlara etdiyi müraciətlər zamanı, həmçinin məhkəmə iclası zamanı verdiyi izahatına əsasən məlumatlı olduğu müəyyən olunur. Eləcə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 1332 nömrəli məktubla İddiaçı “xx.xx.1996-cı il tarixli 416 saylı X2nin 12-ci bəndinin 4-cü sətrində yanlışlığa yol verilərək xəstəliyinin səbəbli əlaqəsi kimi göstərilən “Hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “xəstəlik ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunmasından imtina olunmasında xəbərdar olduğu halda, həmin əmri mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.1996-cı il tarixli 416 saylı X2nin 12-ci bəndinin 4-cü sətrində yanlışlığa yol verilərək xəstəliyinin səbəbli əlaqəsi kimi göstərilən “Hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “xəstəlik ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunması barədə iddia ərizəsi ilə 2024-cü ilin mart ayında məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-630/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Eləcə də, iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmaq imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal da müəyyən edilmir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli 2-1(102)-1911/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 21 may 2024-cü il tarixli, 2-1(120)-3047/2024 nömrəli və 15 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3047/2024 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə İddiaçı iddia ərizəni icraata götürərək hərbi xidmət zamanı, atəşkəsdən 1 il sonra onda aşkarlanan vərəm xəstəliyinin 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər iştirak etdiyi ərazi bütövlüyü uğrunda aparılan döyüşlərlə səbəbli əlaqəsinin müəyyənləşdirilməsi barəsində tibbi ekspertizanın təyin edilməsi barədə qərar qəbul edilməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, iddiaçının vəsatətində qeyd etdiyi tələbinin hal-hazırda olan iddia tələbi ilə əlaqəli olmadığı və əsaslandırılmadığı üçün təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmədiyindən, iddia müddətinə dair mümkünlük şərtinin ödənilməməsi səbəbi ilə iddia mümkünsüz sayılmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı İddiaçı ərizəsi (vəsatəti) təmin edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.1996-cı il tarixli 416 saylı X2nin 12-ci bəndinin 4-cü sətrində yanlışlığa yol verilərək xəstəliyinin səbəbli əlaqəsi kimi göstərilən “Hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “xəstəlik ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə alınmışdır” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-901/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-901/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver