Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-902/2023 07.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X10 verilmiş 0,10 hektar (JN-403-A, kod 80223018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair) hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X10 verilmiş 0,10 hektar (JN-403-A, kod 80223018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair) hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə X13 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəməsinin 22 iyun 2023-cu il tarixli qərardadı ilə iddiaçının iş üzrə iddia tələbinin və cavabdehin dəyişdirilməsi barədə ərizəsi təmin edilərək “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X10 verilmiş 0,10 hektar (JN-403-A, kod 80223018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair) hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi əsl cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyəti ilə əvəz edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia müddəti bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx xxxx 1940-cı ildə qeyd etdiyi ünvanda anadan olmuşdur. X3 17 oktyabr 1999-cu ildə vəfat etmişdir. Aanası K.Xancanova onlarıa birlikdə rayonun Şağlakücə kəndində tikdiyi evdə yaşamışlar. Anası K.Xancanovanın mülkiyyətində yaşadıqları Şağlakücə kəndində 0.17 ha həyətyanı torpaq sahəsi olmuşdur. Torpaq islahatına dair 1997-ci il tarixli 534 saylı fərmanından sonra anası K.Xancanovanın adına istifadəsində olan həmin 0.17 ha torpağa dair mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməmişdir. Lakin, həmin torpağın 0.10 ha torpağa dair oğlu X7 adına JN-403-A-,kodu 80223018 olan dövlət aktı verilmişdir. Belə ki, M.Xancanov mülkiyyətçi olmamışdır, JN-403-A-,kod-80223018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və 0.10 ha torpaq sahəsinin M.Xancanovun adına necə keçməsi barədə onlarda heç bir məlumat yoxdur. Onun M.Xancanovun atasıdır və onun M.Xancanov da daxil olmaqla 9 nəfər ailə üzvü vardır. Belə olan halda M.Xancanova, onun övladlarından biri kimi, heç bir notarial əməliyyat keçirilmədən adına həmin torpaq sahəsi necə keçmişdir. Oğlu M.Xancanov da etiraf edir ki, onun həmin dövlət aktından xəbəri yoxdur və nə səbəbdən onun adına belə bir dövlət aktının verilməsini bilmir. İddia olunan torpaq sahəsi AR-nın Milli Arxiv İdarəsinin Dövlət X9 xx.xx.2021-ci il tarixli, A/839 saylı arxiv arayışında 1996- 2000-ci illərə aid təsərrüfatbaşına olan kitablardan aydın görünür ki, 229 saylı şəxsi hesabında sözügedən torpaq sahəsi anası X4 təsərrüfatının şəxsi istifadəsində olan evin ümumi sahəsi 60 kv.m., o cümlədən, yaşayış sahəsi 50 kv.m., torpaq sahəsinin cəmi 0.17 ha, o cümlədən xüsusi mülkiyyətdə 0.07 ha, istifadədə (sahiblikdə) 0,10 ha qeyd edilmişdir. X6 xx.xx.1999-cü ildə vəfat etmişdir. Kinəxanım Xancanova 1910-cu ildə Lənkəran rayonun Şağlakücə kəndində anadan olmuşdur. Onun həyat yoldaşı X11 1942-ci ilin 12 avqust tarixində X20 getmiş və geri qayıtmamışdır. O, heç vaxt sözügedən torpağa mülkiyyətçi olmamışdır. Həmin torpaq sahəsi və üzərində olan evi anası Kinəxanım Xancanova tikib və 0.17 ha sahəsi onun mülkiyyətində olub. Həmin torpaq sahəsi ilə bağlı anasının ölümündən sonra saxta sənədlər tərtib edilərək, 0.17 ha torpaq sahəsində 0.10 ha xəbəri olmadan M.Xancanovun adına JN-403-A- kod- 80223018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. O, M.Xancanovun adına JN- 403-A- kod-80223018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Ona Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 17 avqust 2022-ci il tarixli,**********67 saylı məktubla cavab verilmişdir ki, həmin dövlət aktının ləğv etmək idarənin səlahiyyəti xaricindədir və həmin məsələ məhkəmə qaydasında həll olunmalıdır. Hesab edir ki, bu imtina tam əsassızdır,ona görə də, məcburi qaydada həmin idarənin üzərinə sözügedən mülkiyyətə vüerilməsinə dair şəhadətnamənin ləğv edilməsi bir vəzifə kimi qoyulmalıdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş olunmuşdur. Məhəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X10 verilmiş 0,10 hektar torpaq sahəsinə dair tərtib edilmiş JN-403-A, kod 80223018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən xəbərləri olmayıb qeyd edilmən şəhadətnamədən xəbərləri olduğu zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edərək şəhadətnamənin ləğv edilməsini xahiş etmələrinə baxmayaraq şəhadətnamənin ləğv edilməsindən imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən qəbul olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 iddia tələbinə etirazının olmadığını bildirmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 17 avqust 2022-ci il tarixli, **********67 nömrəli məktubunda qeyd olunmuşdur ki, Lənkəran rayonu, Şağlaküçə kəndi ərazisində yerləşən, mərhum ananızdan miras qalmış fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sənəsinə dair Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 saylı müvafiq qərarı əsasında torpağın mülkiyyətə verilməsi barədə JN-403A nömrəli şəhadətnamənin ləğv edilməsi proseduru ilə əlaqədar Ərazi İdarəsinə daxil olmuş ********** qeyd yyat nömrəli, 2022-ci il 15 avqust tarixli müraciətinizə 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Ərizədə qeyd olunanlara münasibətdə tərəfimizdən həmin əmlaka dair arxiv və baza məlumatları araşdırıldı və məlum oldu ki, barəsində qeyd etdiyiniz oğlunuz X7 adına tərtib olunmuş həmin hüquqmüəyyənedici sənəd barədə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti hissədə (yəni 0.10 ha torpaq sahəsi göstərilməklə) qeydiyyat aparılmışdır, habelə həmin şəhadətnamənin arxiv nüsxəsi mövcuddur. Bu baxımdan bildirilir ki, ərizənizdə qoyulan məsələnin (0.10 ha həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-403A nömrəli “Şəhadətnamə”nin tərəfimizdən ləğv edilməsinə münasibətdə) həlli Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu baxımdan, hazırki müraciətdə qoyulan tələbin təmin olunmasından qanunamüvafiq olaraq imtina edilir. Odur ki, gələcəkdə tərəfinizdən hazırki ərizədə barəsində qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair JN-403A nömrəli “Şəhadətnamə’nin, habelə sözü gedən ilkin hüquqmüəyyənedici sənədin verilməsimə əsas olmuş Lənkəran rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli, 12 saylı qərarının qismən ləğv edilməsinə dair qanuni qüvvəsini almış (inzibati icraat qaydasında baxılmaq şərtilə) məhkəmə qərarı təqdim olunduğu təqdirdə tərəfimizdən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 13 oktyabr 2022-ci il tarixli, **********72 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 19 sentyabr tarixli, 2-1(120)- 2423/2022 saylı inzibati iş üzrə sorğunun icrası olaraq zərurət yarandığından, Lənkəran rayonu, Şağlakücə kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-403A nömrəli torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə” üzrə X7 tam mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə dair həmin hüquqmüəyyənedici sənədin, habelə onun verilməsinə əsas olmuş sənədlərin təsdiqlənmiş surətinin məhkəməyə təqdim olunmasına münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları üzrə müvafiq araşdırmalar aparıldı. Məlumat üçün bildirirlər ki, hüquqmüəyyənedici sənəd olaraq hazırki sorğuda barəsində qeyd edilən JN-403A nömrəli “Şəhadətnamə”nin verilməsinə əsas olmuş islahatın müvafiq qərarı təhfil-təslim dövründə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilmədiyindən həmin qərarın təsdiqlənmiş surətinin verilməsi (həmin qərarın əldə olunmasından ötrü Lənkəran rayon İH-nə və X17 filialına müraciət olunmasını məqsədəmüvafiq hesab edirik) Ərazi İdarəsinin imkanları xaricindədir. Belə ki, həmin şəhadətnamə barədə ərazi idarəsində mövcud olan DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti hissədə müvafiq qeydiyyat aparılmışdır və sözü gedən şəhadətnamənin arxiv nüsxəsi arxiv statuslu sənədlərin sırasında mövcuddur. Hazırki iş üzrə sorğunun qismən icrası olaraq aidiyyəti üzrə yalnız DBF (siyahı) və DWG (xəritə) baza məlumatları, habelə JN-403A nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti baxılmasından ötrü təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2022-ci il tarixli, a/172 nömrəli arxiv çıxarışından görünür ki, vətəndaşlara köhnə evini söküb, yenidən tikilməsinə, yaşadığı evə əlavə otaq artırılmasına və öhdəsində olan həyətyanı torpaq sahəsində yeni fərdi yaşayış evi tikməyə icazə verilməsi haqqında rayon İcraiyyə Komitəsinin qərarı ilə Şağlaküçə kənd sakini X1 evini söküb yenidən tikməsi haqqında Şağlaküçə kənd XDS icraiyyə komitəsinin 1 1/111 81-cı il tarixli 3 nömrəli qərarı təsdiq edilsin, ona RİK-in memarlıq şöbəsinin layihəsi əsasında üç otaqdan ibarət fərdi vaşa) ış evi tikməyə icazə verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, X26 filialında saxlanılan Şağlaküçə kənd inzibati ərazi vahidinin 1996- 2000-ci illərə aid təsərrüfatbaşına kitabları yoxlanıldı. Həmin kitabın 229 nömrəli şəxsi hesabında X4 təsərrüfatının şəxsi istifadəsində olan evin ümumi (yararlı) sahə 60 kvm, o cümlədən yaşayış sahəsi 50 kvm, torpaq sahəsinin cəmi 0,17 hektar, o cümlədən xüsusi mülkiyyətdə 0 07 hektar, istifadədə (sahiblikdə) 0.10 hektar qeyd edilmişdir. X4 16.10.99-cu ildə vəfat etməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2021-ci il tarixli, a/644-1 nömrəli arxiv arayışından görünür ki, X26 filialında saxlanılan Şağlakiiçə kənd inzibati ərazi vahidinin 2011-2015-ci illərə aid təsərrüfatbaşına kitabları yoxlanıldı. Həmin kitabın 217 nömrəli şəxsi hesabında X7 təsərrüfatının xüsusi mülkiyyətində cəmi torpaqlar 2006-2007-ci illərdə 0.17 hektar qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şağlaküçə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 396 nömrəli arayışından görünür ki, X12 1942-ci ilin 12 avqust tarixdən X20 getmiş və geri qayıtmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşının seriya AZE, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1940-cı il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində anadan olmuş, Lənkəran rayonu Şağlaküçə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşının seriya AZE, 17618826 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1979-cu il tarixdə Lənkəran rayonu Şağlaküçə kəndində anadan olmuş, Lənkəran rayonu Şağlaküçə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 3079 nömrəli arayışından görünür ki, X8 xx.xx.1999-cu ildə beyin qan dövranının çatışmamazlığı diaqnozu ilə ölmüşdür. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN – 403A, KOD 80223018 nömrəli Şəhadətnamədən görünür ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.10 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X9 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, B/263 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının sənədləıi X21 filialına təhvil verilməmişdir. Ona görə də sorğunuzda qeyd olunan Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X10 verilmiş 0.10 ha torpaq sahəsinə dair JN-403 A, KOD 80223018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 13 oktyabr 2022-ci il tarixli, **********72 nömrəli məktubunda qeyd olunmuşdur ki, İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şağlaküçə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 40 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu Şağlaküçə kənd sakini İddiaçı və xx.xx.1999-cü ildə vəfat etmiş mərhum X4 adına torpaq sahəsinin olubolmamasına baxış keçirilmişdir. 8 nömrəli təsərrüfatbaşına kitabın 607 nömrəli şəxsi hesab nömrəsi ilə qeyd edilən təsərrüfat baçşısı İddiaçı həyətyanı torpaq sahəsi 0.06 ha qeyd edilməklə torpaqlarının cəmi 0.89 ha torpaq sahəsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli, 10-54/2-1498 nömrəli məktundan görünür ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının sənədləri X17 filialına təhvil verilmədiyindən Komissiyanın xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X10 verilmiş 0.10 ha torpaq sahəsinə dair JN-403A, KOD 80223018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin verilməsinə əsas olan sənədlər aşkarlanmamışdır İş materiallarında olan iş üzrə üçüncü şəxs X7 xx.xx.2023-cü il tarixli məhkəməyə verdiyi ərizəsində qeyd edilmişdir ki, X2nın Lənkəran rayonu, Şağlaküçə kənd inzibati ərazi vahidində mülkiyyətində həyətyanı torpaq sahəsinin cəmi 0.17 hektar olmuşdur. X2 17 oktyabr 1999-cu ildə vəfat etmişdir. Ona məlum olmayan səbəbdən, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə adına 0.10 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Lakin X2nın adı Lənkəran Rayon Aqrar İslahat Komissiyasının qərarına səhvən düşməmişdir. Onun mülkiyyətində olan torpaq sahəsindən 0.10 hektarı onun adına Lənkəran Rayon Aqrar İslahat Komissiyası 20 dekabr 1997-ci il tarixli qərar vermişdir. Xahiş edir ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarında X7 adına verilmiş 0.10 hektar (JN-403 A, kod 80223018 saylı) torpağın mülkiyyətə verilməsinə dair hissəsində ləğv edilməsi barədə qərar qəbul edilsin. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-21/2-905/2023 nömrəli məktundan görünür ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Eyni zamanda bildirilir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli protokolu X17 Filialına təhvil verilmədiyi üçün iddia ilə bağlı münasibət bildirilməsi imkan xaricindədir. Lənkəran Şəhər İcra Hakimiyyəti məsələni məhkəmənin mühakiməsinə verərək, qanunamüvafiq baxılmasına etiraz etmir. Beləlilklə də məhkəmə müəyyən etdi ki, üçüncü şəxs X7 X2nın Lənkəran rayonu, Şağlaküçə kənd inzibati ərazi vahidində mülkiyyətində həyətyanı torpaq sahəsinin cəmi 0.17 hektar olmuşdur. X2 17 oktyabr 1999-cu ildə vəfat etmişdir. Ona məlum olmayan səbəbdən, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə adına 0.10 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Lakin X2nın adı Lənkəran Rayon Aqrar İslahat Komissiyasının qərarına səhvən düşməmişdir. Onun mülkiyyətində olan torpaq sahəsindən 0.10 hektarı onun adına Lənkəran Rayon Aqrar İslahat Komissiyası 20 dekabr 1997-ci il tarixli qərar vermişdir. Belə ki, məhkəmənin sorğusu ilə Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, X26 filialında saxlanılan Şağlaküçə kənd inzibati ərazi vahidinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabları yoxlanıldı. Həmin kitabın 229 nömrəli şəxsi hesabında X4 təsərrüfatının şəxsi istifadəsində olan evin ümumi (yararlı) sahə 60 kv.m, o cümlədən yaşayış sahəsi 50 kv.m, torpaq sahəsinin cəmi 0,17 hektar, o cümlədən xüsusi mülkiyyətdə 0 07 hektar, istifadədə (sahiblikdə) 0.10 hektar qeyd edilmişdir. Məhkəmənin digər sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 13 oktyabr 2022-ci il tarixli, **********72 nömrəli məktubunda qeyd olunmuşdur ki, Lənkəran rayonu, Şağlakücə kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-403A nömrəli torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə” üzrə X7 tam mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə dair həmin hüquqmüəyyənedici sənədin, habelə onun verilməsinə əsas olmuş sənədlərin təsdiqlənmiş surətinin məhkəməyə təqdim olunmasına münasibətdə, arxiv və baza məlumatları üzrə müvafiq araşdırmalar aparılıb. Hüquqmüəyyənedici sənəd olaraq hazırki sorğuda barəsində qeyd edilən JN-403A nömrəli “Şəhadətnamə”nin verilməsinə əsas olmuş islahatın müvafiq qərarı təhfil-təslim dövründə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilmədiyindən həmin qərarın təsdiqlənmiş surətinin verilməsi Ərazi İdarəsinin imkanları xaricindədir. Eyni zamanda üçüncü şəxs X7 xx.xx.2023-cü il tarixli məhkəməyə verdiyi ərizəsində qeyd edilmişdir ki, X2nın Lənkəran rayonu, Şağlaküçə kənd inzibati ərazi vahidində mülkiyyətində həyətyanı torpaq sahəsinin cəmi 0.17 hektar olmuşdur. X2 17 oktyabr 1999-cu ildə vəfat etmişdir. Ona məlum olmayan səbəbdən, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə adına 0.10 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Lakin X2nın adı Lənkəran Rayon Aqrar İslahat Komissiyasının qərarına səhvən düşməmişdir. Onun mülkiyyətində olan torpaq sahəsindən 0.10 hektarı onun adına Lənkəran Rayon Aqrar İslahat Komissiyası 20 dekabr 1997-ci il tarixli qərar vermişdir. Xahiş edir ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarında X7 adına verilmiş 0.10 hektar (JN-403 A, kod 80223018 saylı) torpağın mülkiyyətə verilməsinə dair hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi üçüncü şəxs X7 X2na məxsus Lənkəran rayonu, Şağlaküçə kənd inzibati ərazi vahidində mülkiyyətində həyətyanı 0.17 hektar torpaq sahəsi olmuşdur ki, iddiaçıar, eləcə də üçüncü şəxs qeyd edilən torpaq sahəsinə çıxış almaq istəmişdirlər. Lakin hal-hazırda mübahisələndirilən qərarın olması X4 varislərinin mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. İş materiallarına əsasən mübahisələndirilən qərardan tərəflərin yalnız 0,17 ha torpaq sahəsinə çıxarış almaq istədikləri zaman məlumatlarının olduğu müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aqrar islahat aparılan zaman X5 məxsus Lənkəran rayonu, Şağlaküçə kənd inzibati ərazi vahidində mülkiyyətində həyətyanı 0.17 hektar torpaq sahəsinə münasibət bildirilməməsi və yalnız 0,10 ha torpaq sahəsinin X10 verilməsi mülkiyyət hüququnun toxunulmazlığının pozulması kimi qəbul edilməlidir. Komissiyanın hər hansı prosedur qaydasında formal pozuntular törətməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan və tələbində qeyd edilən əsasları məhkəmədə sübut etdiyindən, inzibati orqan tərəfindən verilən imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 139-1.1, 139-1.1.5) Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X10 verilmiş 0,10 hektar (JN-403-A, kod 80223018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. “Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X10 verilmiş 0,10 hektar (JN-403-A, kod 80223018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair) hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Sədrlik edən: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-902/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-902/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver