Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-905/2024 16.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı, İddiaçının vəkili Vəkil1, Üçüncü şəxs Salyan rayonu Şorsulu bələdiyyəsinin nümayəndəsi X11, Üçüncü şəxs X3 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Salyan rayonu Şorsulu Bələdiyyəsinin nümayəndəsi və X6 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(120)-3320/2023 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamı ilə Bakı-Astara avtomobil yolunun sol tərəfindən yoldan 30 metr aralı mağaza tikintisi altına 240 kv.m torpaq sahəsi X4 ayrılmışdır. Qeyd olunan Sərəncamın 2ci bəndində ayrılmış torpaq sahəsində bir il müddətində tikinti işləri aparılmazsa sərəncamın öz qüvvəsini itirəcəyi təsbit olunmuşdur. Lakin qeyd olunan sərəncamın verilməsindən 16 il müddət keçsədə D.Atamalıyev tərəfindən heç bir tikinti aparılmamışdır. Qeyd olunan sərəncam faktiki olaraq hüquqi qüvvəsini itirmişdir. Lakin Cavabdeh xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamı ilə hüquqi qüvvəsini itirmiş xx.xx.2003-cü il tarixli 58-s saylı sərəncamına dəyişiklik edərək sərəncamın 2-ci bəndində D.Atamalıyevə ayırılan ərazidə tikinti üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınması, tikinti işləri aparılarkən mühəndis kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunmasını, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi barədə tapşırıq verilmişdir. Qeyd olunan sərəncamlar 160 kv.m torpaq sahəsinin X3 istifadəsinə verilməsi hissəsində mənim maraqlarıma toxunur. Belə ki, Salyan rayonu Şorsulu Bələdiyyəsinin 25 noyabr 2007-ci il tarixli qərarı ilə ona Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizəsiz zolağından kənar 600 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsində mağaza tikintisinə dair Cavabdeh başçısının 122-s saylı 25 may 2009-cu il tarixli sərəncamla icazə verilmiş və tərəfimdən ticarət obyekti inşa edilmişdir. İnşa edilmiş ticarət obyektinin istismara qəbul edilməsi haqqında xx.xx.2012-ci il tarixli akt tərtib edilmiş və hazırda ticarət obyekti fəaliyyət göstərir. Ticarət obyektinin sol tərəfində bələdiyyə mülkiyyətində olan 160 kv.m torpaq sahəsi vardır və qeyd oluna torpaq sahəsi isifadəmdə olan torpaq sahəsinə bitişik ərazidə yerləşir və uzun müddətdir ki, həmin torpaq sahəsindən faktiki olaraq istifadə edir, torpaq sahəsinin qorunmasını, qulluq göstərilməsini təmin edir. Həmin torpaq sahəsinin digər şəxsə verilməsi onun hazırda mülkiyyətində olan sahibkarlıq obyektindən istifadəsini məhdudlaşdıracaq, onun obyektə giriş-çıxışı, obyektdən istifadəsi mümkünsüz olacaqdır. Qeyd olunan torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı 2014-cü ildən başlayaraq dəfələrlə rəsmi, qeyri-rəsmi Salyan rayonu Şorsulu Bələdiyyəsinə müraciət etmiş, lakin qeyd olunan torpaq sahəsinin X4 ayırılması ilə bağlı Cavabdeh sərəncamlarının olması barədə ona məlumat verilməmişdir. Salyan rayonu Şorsulu Bələdiyyəsindən dəfələrlə müraciətinə cavab verilməsini təkid etsədə, bələdiyyənin rəhbərliyinin qəbulunda olsada müraciətinə heç bir cavab verilməmişdir. Cavabdeh Salyan rayonu Şorsulu Bələdiyyəsinə qarşı “Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 kv.m torpaq sahəsinin mülkiyyətimə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(120)-1037/2022-cu il tarixli qərardadı ilə iddia tələbim mümkün sayılmamışdır. Məhkəmə iddia tələbinin mümkün sayılmamasını iddianın predmetini təşkil edən torpaq sahəsinin Salyan rayonu Şorsulu Bələdiyyəsi ilə bağlı olmaması və qeyd olunan torpaq sahəsinin istifadəyə verilməsinə dair Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı, xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarının olması və qeyd olunan sərəncamların qüvvədə olması ilə əsaslandırmışdır. Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı, xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamları əsassızdır və ləğv edilməlidir. Cavabdeh səlahiyyətləri hüdudlarında olmayan torpaq sahəsinin X3 istifadəsinə verilməsi barədə əsassız sərəncamlar vermişdir. Cavabdeh Salyan rayonu Şorsulu Bələdiyyəsinə qarşı Ələt-Astara avtomobil yolunun 81,8ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə keçirilən məhkəmə iclaslarında Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müəyyən edilmişdir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1037/2022-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayəti üzrə Şirvan Apelyasiya Məhkəməsində keçirilən məhkəmə iclası zamanı cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək müraciəti əsasında cavabdeh Salyan rayon Şorsulu bələdiyyəsinin mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olub-olmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət etdiyini və mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasının müəyyən edildiyini, rəy verilməsi üçün Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə müraciət edildiyini, həmin Mərkəzin müvafiq rəyi gəldikdən sonra mübahisəli torpaq sahəsinə dair Salyan rayon Şorsulu bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət ediləcəyini bildirmişdir. Qeyd olunan izahat Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(106)-144/2023 saylı qərardadında öz əksini tapmışdır. Bundan əlavə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********87 saylı məktubunda qeyd olunmuşdur ki, “baza məlumatlarına əsasən aparılmış araşdırma sözügedən 160 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması və torpaq sahəsi üzərində heç bir yüklülük müəyyən olunmaması, Salyan rayonu Şorsulu bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 122 km.m torpaq sahəsinə dair yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması barədə xx.xx.2022-ci il tarixli 21 saylı müraciəti 13 saylı Şirvan Ərazi İdarəsinə daxil olması, həmin müraciət əsasında idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə baxış keçirilməsi və GPS aləti vasitəsilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin olunması, aparılmış çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq torpaq sahəsinin ölçüsünün 168 kv.m olduğunun aşkarlanması və 168 kv.m torpaq sahəsinə dair “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktının tərtib olunaraq bələdiyyəyə təhvil verilməsi qeyd olunmuşdur. xx.xx.2003-cü il tarixli 58-s saylı, xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv edilməsi barədə ərizə ilə 25.01,2023-cü il tarixdə Cavabdehnə müraciət etmiş, lakin Cavabdeh tərəfindən ərizəsinə heç bir cavab verilməmiş, faktiki olaraq hərəkətsizlik göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. Həmin Qanunun 52.3-cü maddəsinə əsasən İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Həmin Qanunun 52.4-cü maddəsinə əsasən bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. Həmin Qanunun 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Həmin Qanunun 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prossesual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1 -ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı, xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs Salyan rayonu Şorsulu bələdiyyəsinin nümayəndəsi X15 iddianı qəbul etmədiklərini, əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 vəkili və nümayəndəsi Vəkil2 iddiaçının subyektiv hüquqlarının olmadığını və müddət pozuntusu etdiklərini bildirərək iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Cavabdeh xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamına əsasən, Şorsulu kənd sakini X1 kolxoz binasının qarşısından, Bakı-Astara asfalt yolunun sol tərəfində, yoldan 30 m kənarda mağaza tikintisi altına ölçüləri 40x6 metr olmaqla, 240 kv.m torpaq sahəsi ayrılması, ayrılmış torpaq sahəsində bir il müddətində tikinti işləri aparılmazsa sərəncam öz qüvvəsini itirmiş hesab edilməsi, tikintinin memarlıq üslubundan aparılması X5 tapşırılmışdır. İşdə olan Cavabdeh xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamında dəyişiklik edilməsi barədə 84-s saylı, xx.xx.2019-cu il tarix sərəncamından çıxarışa əsasən, Şorsulu kənd sakini X4 Bakı-Astara avtomobil yolunun sol tərəfindən, yoldan 30 metr aralı mağaza tikintisi altına 240 kv. torpaq sahəsinin ayrılması barədə” Cavabdeh 21,04.2003-cü tarixli, 58-s saylı sərəncamında dəyişiklik edilmiş və sərəncamın 2-ci bəndi aşağıda redaksiyada verilmişdir: Vətəndaş D.Atamalıyevə tapşırılmışdır ki, ayrılan ərazidə tikinti üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınmasını, tikinti işləri aparılarkən mühəndis kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunmasını, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etsin. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktubundan görünür ki, baza məlumatlarına əsasən aparılmış araşdırma sözügedən 160 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamışdır və torpaq sahəsi üzərində heç bır yüklülük müəyyən olunmamışdır. Salyan rayonu Şorsulu bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 122 km.m torpaq sahəsinə dair yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması barədə xx.xx.2022-ci il tarixli 21 saylı müraciəti 13 saylı Şirvan Ərazi idarəsinə daxil olmuşdur. Həmin müraciət əsasında idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və GPS aləti vasitəsilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Aparılmış çöl ölçmə işlərinin nəticəsinə uyğun olaraq torpaq sahəsinin ölçüsünün 168 kv.m olduğu aşkarlanmış və tərəfimizdən 168 kv.m torpaq sahəsinə dair “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktı tərtib olunaraq bələdiyyəyə təhvil verilmişdir. Tərəflərindən ölçü işləri aparılmış və sənəd tərtib olunmuş torpaq sahəsi mübahisəli torpaq sahəsidir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1037/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Salyan rayonu Şorsulu bələdiyyəsinə (X6 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “Ələt-Astara avtomobil yolunun 81,8-ci km-dən, yolun sol tərəfindən, yolun mühafizə zolağından kənar 160 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)- 144/2023 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)-1037/2022 nömrəli qərardadından İddiaçı verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilmiş və onun apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. İşdə olan Salyan rayonu Şorsulu bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 55 saylı məktubundan görünür ki, Salyan rayonu Şorsulu kəndi ərazisində Ələt-Astara avtomobil yolunun 31,8-ci km-də Şorsulu Ticarət Mərkəzinin nəzdində fəaliyyət göstərən Təndir çörək bişirmə sexinin sol tərəfindəki 160 kv.m torpaq sahəsinə Salyan rayonu Şorsulu kənd sakini X3 istifadəsi məqsədilə Salyan rayon İcra Başçısının sərəncamı vardır. Hal-hazırda dəqiqləşmə aparılması üçün İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsinə müraciət edilmişdir. Sözü gedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid edilməsi təsdiqlənərsə, Salyan rayon İcra Başçısının müvafiq sərəncamının ləğv edilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət edilməli və həmin torpaq sahəsi hərraca çıxarılmalıdır. Lakin proses uzun müddət çəkəcəkdir. Torpaq sahəsi bələdiyyə mülkiyyətinə tam qaytarıldıqdan sonra hərraca çıxarılacaq və İddiaçı rəsmi məlumat veriləcəkdir. İşdə olan Cavabdeh başçısı aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-71/-872/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh başçısının 58-S saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə Salyan rayon Şorsulu kənd sakini X4 Bakı-Astara avtomobil yolunun rayonun Şorsulu kəndindən keçən hissəsindən, yolun sol tərəfindən mağaza tikintisi üçün 240 kvm torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan torpaq sahəsinin bir hissəsində Dünyamalı Atamalıyev tərəfindən tikinti işləri aparılmışdır. 2019-cu ildə vətəndaş D.Atamalıyev Rayon İcra Hakimiyyətinə müraciət edərək ona ayrılmış torpaq sahəsinin digər hissəsində tikinti və yenidənqurma işlərinin aparılması üçün müvafiq qaydada icazə verilməsini xahiş etmişdir. Vətəndaşın müraciət etdiyi vaxt xx.xx.2012-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minməsi ilə əlaqədar Sərəncamda dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamında dəyişiklik edilmiş və qüvvədə olan qanunvericiliyə əsasən ərazidə aparılacaq tikinti işləri üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınması, tikinti işləri aparılarkən mühəndis kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunması, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinin təmin olunması tapşırığı verilmişdir. Qeyd olunanları nəzərə alaraq Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının əsassız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Salyan rayonu Şorsulu bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 02 saylı məktubundan görünür ki, Salyan rayonu Şorsulu kəndi ərazisində aparılmış aqrar islahata dair sənədlərə və yerquruluşu xəritəsində Şorsulu kəndində Ələt-Astara avtomobil yolunun 81.8 km-də, yolun kənarında yerləşən Şorsulu Ticarət Mərkəzinin yanında təndir çörəkbişirmə sexinin sol tərəfində yerləşən 160 kvm torpaq sahəsinin Şorsulu Bələdiyyəsinin mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Aparılmış aqrar islahat nəticəsində 2002-ci ildə tərtib olunmuş və Şorsulu bələdiyyəsinə verilmiş yerquruluşu xəritəsində qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq kimi göstərilmişdir. Məlumat üçün bildiririk ki, Cavabdeh başçısının 58-S saylı, xx.xx.2003-cü il tarixli Sərəncamı ilə Salyan rayon Şorsulu kənd sakini X4 Salyan rayonu Şorsulu kəndi razisində Ələt- Astara avtomobil yolunun 81.8 km-də, yolun kənarında yerləşən Şorsulu Ticarət Mərkəzinin yanında təndir şörəkbişirmə sexinin sol tərəfində mağaza tikintisi üçün 240 kvm torpaq sahəsi ayrılmışdır. İşdə olan Salyan rayonu Şorsulu bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 15 saylı məktubundan görünür ki, Cavabdeh başçısının xx.xx.2019cu il tarixli 84-S saylı Sərəncamı ilə hüquqi qüvvəsini itirmiş xx.xx.2003-cü il tarixli 58-s saylı Sərəncamına dəyişiklik edərək sərəncamın İİ bəndində Salyan rayonu Şorsulu kəndində X4 ayrılan torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 122-s saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş İddiaçı məxsus ticarət obyektinə gediş-gəlişə hər hansı formada maneə törətmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, Cavabdeh başçısının 58-S saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə Salyan rayon Şorsulu kənd sakini X4 Bakı-Astara avtomobil yolunun rayonun Şorsulu kəndindən keçən hissəsindən, yolun sol tərəfindən mağaza tikintisi üçün 240 kvm torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan torpaq sahəsinin bir hissəsində Dünyamalı Atamalıyev tərəfindən tikinti işləri aparılmışdır. 2019-cu ildə vətəndaş D.Atamalıyev Rayon İcra Hakimiyyətinə müraciət edərək ona ayrılmış torpaq sahəsinin digər hissəsində tikinti və yenidənqurma işlərinin aparılması üçün müvafiq qaydada icazə verilməsini xahiş etmişdir. Vətəndaşın müraciət etdiyi vaxt xx.xx.2012-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minməsi ilə əlaqədar Sərəncamda dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 58-s saylı sərəncamında dəyişiklik edilmiş və qüvvədə olan qanunvericiliyə əsasən ərazidə aparılacaq tikinti işləri üçün aidiyyəti təşkilatlardan texniki rəy və şərtlərin alınması, tikinti işləri aparılarkən mühəndis kommunikasiya, elektrik, qaz, kabel xətlərinin mühafizə zolağının qorunması, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinin təmin olunması tapşırığı verilmişdir. Həmçinin iddiaçı qeyd edilən sərəncamla Dünyamalı Atamalıyevə ayrılan torpaq sahəsinin və tikilinin onun gediş-gəliş yoluna maneələr yaratdığını bildirmişdir. Bu istiqamətdə məhkəmə araşdırma aparmış və sorğu cavabına təqdim edilən Salyan rayonu Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 15 saylı məktubuna əsasən Salyan rayonu Şorsulu kəndində X4 ayrılan torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 122-s saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş İddiaçı məxsus ticarət obyektinə gediş-gəlişə hər hansı formada maneə törətmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbində subyektiv hüquqlarının pozulması ilə yanaşı həmçinin iddia müddətinə riayət etmədən yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı razılaşmadığı Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamlarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki,qeyd edilənlərlə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamları qeyd edilən tarixdən X3 istifadəsində olmuşdur. İddiaçı isə bu illər ərzində qeyd edilən torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaratmamış, müvafiq orqanlara X2 şikayətlər etməmişdir. X10 tərəfindən tikinti işləri görülən zaman müvafiq tələblərlə inzibati orqanlara müraciət etməyə başlamışdır. Həmçinin qeyd edilən sərəncamlardan uzun müddət keçdikdən sonra, yəni 20 ildən və 3 ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfdən məhkəməyə sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 22 iyun 2023-cü il tarixli, 2-1(120)-3320/2023 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanıda qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2003-cü il tarixli 58-s saylı və xx.xx.2019-cu il tarixli 84-s saylı sərəncamların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-905/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-905/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver