Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-906/2025 20.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı «mərhum X1 “şəhid” və İddiaçı “şəhid ailəsi” hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «mərhum X3 münasibətdə İddiaçı «şəhid ailəsi» statusunun verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3055/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə əsl cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsitanınsın, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdeh siyahısından çıxarılaraq, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı «mərhum X1 “şəhid” və İddiaçı “şəhid ailəsi” hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X4 19 sentyabr 1980-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. O, xx.xx.2000-ci il tarixdə Sabirabad Hərbi Komisarlığından həqiq hərbi xidmətə çağırılmış, xx.xx.2001-ci ilədək N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.2001-ci il tarixdə X4 xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından həlak olmuşdur. Bu barədə mərhumun AO № ******* saylı hərbi biletinin 22-ci səhifəsində müvafiq qeydlər aparılmışdır. Bundan əlavə olaraq xx.xx.2001-ci il tarixli, N nömrəli N nömrəli hərbi hissənin arayışından müəyyən edilir ki, əsgər X4 həqiqətən xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək N saylı hərbi hissədə həqiqi xidmətdə, olmuş, xx.xx.2001-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından həlak ölmüşdür. N saylı hərbi hissə döyüş şəraitində yerləşir və döyüş tapşırığını yerinə yetirir.Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2001-ci il tarixli ölüm haqqında şəhadətnamədə göstərilir ki, X4 N saylı hərbi hissənin tərkibində öz vəzifə borcunu yerinə yetirərkən aldığı güllə yarasından vəfat etmişdir. X1 şəhid olması ilə bağlı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsinə ərizə ilə müraciət edərək X3 şəhidlik statusu verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-43-54/2- 218/2024 saylı məktubla iddiaçının müraciətində göstərdiyi şəhid statusunun verilməsnə imtina etmişdir. xx.xx.2025-ci il tarixli şifahi məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, X3 şəhidlik statusunun verilməsi və İddiaçı “şəhid ailəsi” hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-54/2-21/2024 nömrəli məktubda qeyd edilmişdir ki, şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən həyata keçirilir. Bu Qaydanın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində yerləşən hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itgin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Ərizədə də qeyd etdiyi kimi oğlu hərbi xidmət dövrü əsgər yoldaşı tərəfindən qəfil açılmış atəş nəticəsində vəfat etmişdir. Odur ki, bu kateqoriyadan olan hərbi qulluqçulara şəhid, ailələrinə şəhid ailəsi statusunun verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən mərhum X3 şəhid statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun deyil. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-54/2-368/2024 nömrəli məktubda qeyd edilmişdir ki, X4 xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2001-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirirkən aldığı güllə yararsından həlak olmuşdur. Şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən həyata keçirilir. Bu Qaydanın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində yerləşən hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itgin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İddiaçı xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə ünvanladığı ərizəsində də qeyd etmişdir ki, oğlu hərbi xidmət dövrü əsgər yoldaşı tərəfindən qəfil açılmış atəş nəticəsində vəfat etmişdir. Odur ki, bu kateqoriyadan olan hərbi qulluqçulara şəhid, ailələrinə şəhid ailəsi statusunun verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən mərhum X3 şəhid statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun deyil. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin xx.xx.2001-cu il tarixli, N nömrəli arayışında qeyd edilmişdir ki, həqiqətən X4 xx.xx.2001-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından həlak olmuşdur. - İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş və Sabirabad rayonu, Xəlfəli kəndində qeydiyyatdadır. İşdə olan AZ № 055743 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2001-ci il tarixdə 707-nömrəli hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından həlak olmuşdur. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-6/2-51/2024 nömrəli məktubunda göstərilmişdir ki, Elməddin İsmayılov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə açılmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin qərarından apellyasiya şikayəti və apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinə daxil olmamışdır. İşdə olan Müdafiə Nazirinin N №-li hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış 1.12.2024-cü il tarixli, 1532 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2001-ci il tarixində vəfat etmiş mərhum X7 haqqında tələb olunan sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsində olduğu üçün köməklik göstərə bilmir. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şəmkir (Qazax) Hərbi Prokurorluğunda N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X2 xx.xx.2001-ci ildə odlu silahdan atəş açaraq əsgərlər X4 və X10 qəsdən öldürməsi faktı üzrə həmin tarixdə əsgər E.Ç.İsmayılov barəsində Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə 12615 nömrəli cinayət işi başlanmış və istintaq aparılmışdır. İstintaq zamanı əsgər Elməddin İsmayılov xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi xx.xx.2001-ci il tarixdə baxılması üçün Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair işlər üzrə hərbi məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi üzrə nəzarət icraatı saxlama müddətinin başa çatması ilə əlaqədar məhv edildiyindən digər məlumatların verilməsi mümkün deyildir. İşdə olan AO seriyalı, ******* saylı hərbi biletinə əsasən, X1 xx.xx.2000-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. İşdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 432 saylı məktubuna əsasən, vətəndaş X4 barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında heç bir qərar, xəstəlik haqqında şəhadətnamə və hər hansı bir məlumat yoxdur. İşdə olan Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1055 saylı məktubunda göstərilmişdir ki, X1 hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etməsi və xidməti vəzifəsini yerinə yetirərkən vəfat etməsi barədə araşdırma apara bilmir. İşdə olan Bakı Hərbi Mərkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1039/2021 saylı məktubuna əsasən, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 27 avqust 2001-ci il tarixli 1-1039/2001 saylı hökmünün surəti təqdim edilmişdir. İşdə olan Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 27 avqust 2001-ci il tarixli 1-1039/2001 saylı hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 338.2, 126.1, 128-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.4, 120.2.7, maddələri ilə 13 (on üç) il müddətinə, CM-nin 338.2 maddəsi ilə 3 (üç) il müddətinə, CM-nin 126.1 maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə minimum əmək haqqı məbləğinin 70 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissəninarayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. İş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı cavabdeh orqana müraciət edərək, X1 “şəhid” və İddiaçı “şəhid ailəsi” hesab edilməsi barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina edilərək bildirilmişdir ki, X4 xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2001-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirirkən aldığı güllə yararsından həlak olmuşdur. Şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən həyata keçirilir. Bu Qaydanın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində yerləşən hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itgin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İddiaçı xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə ünvanladığı ərizəsində də qeyd etmişdir ki, oğlu hərbi xidmət dövrü əsgər yoldaşı tərəfindən qəfil açılmış atəş nəticəsində vəfat etmişdir. Odur ki, bu kateqoriyadan olan hərbi qulluqçulara şəhid, ailələrinə şəhid ailəsi statusunun verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən mərhum X3 şəhid statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun deyil. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən keçirilmiş araşdırmalar nəticəsində müəyyən edilmişdir ki,Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 27 avqust 2001-ci il tarixli 1-1039/2001 saylı hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 338.2, 126.1, 128-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.4, 120.2.7, maddələri ilə 13 (on üç) il müddətinə, CM-nin 338.2 maddəsi ilə 3 (üç) il müddətinə, CM-nin 126.1 maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə minimum əmək haqqı məbləğinin 70 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hökmün əsaslandırıcı hissəsində göstərilmişdir ki, istər istintaq sənədlərində və eləcədə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Elməddin İsmayılovun 20 fevral 2001-ci il tarixdə gecə saat 400 radələrində növbədə dayanarkən, xidməti istifadə üçün verilmiş avtomat silahdan blindaja daxil olaraq, çarpayıda uzanmış Daşqın Mirəliyevə atəş açaraq, onu qətlə yetirməsi məhz Daşqının qulluq müddətində və eləcədə həmin gün Elməddinə qarşı etmiş olduğu zorakılıq və təhqiramiz hərətləriııin nəticəsində törədilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, X4 xx.xx.2021-ci il tarixdə X6 tərəfindən açılmış atəş nəticəsində həlak olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhum oğlu X4 hərbi xidmət zamanı həlak olsa da, onun ölümünün səbəb əlaqəsi – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, ölümün şəraiti – həlak olma və ya vəfat etmə, eləcə də ölümün başvermə anı – hərbi əməliyyatlar və ya xidməti vəzifəsinin icrası zamanı olması hadisədə öz əksini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Cavabdeh orqan iddiaçının mərhum oğluna şəhid statusunun verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və işin faktiki halları ilə də təsdiq olunduğu kimi iddiaçının mərhum oğlu qanunvericiliyin tələbi baxımından şəhid hesab olunmur. Belə olan halda onun şəhid hesab edilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tələblərinə zidd olacaqdır. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. İş üzrə mərhumun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar hər hansı xüsusat müəyyən edilməmişdir. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçının cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı “mərhum X1 “şəhid” və İddiaçı “şəhid ailəsi” hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı «mərhum X1 “şəhid” və İddiaçı “şəhid ailəsi” hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-906/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-906/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver