Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-908/2022 23.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 23 sentyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 22 may 2020-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasmın Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Lakin cavabdeh 23 avqust 2021ci il tarixli, **********2 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 vanvar 2006-cı ilə qədər topladıgı ümumi is stajı 25 ildən az təskil edir və eyni səbəblə qanunvericilivin tələbləri baxımından ona güzəstli sərtlərlə yasa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, xx xxx 1963-cü ildə Ermənistan SSR Ararat rayonunun Avşar kəndində doğulmuş, hal-hazırda Salyan rayonunun Bəşirbəyli kəndində yaşayır. Orta məktəbi bitirdikdən sonra X3 Stansiyasında 03 sentyabr 1980-ci ildə daimi fəhlə qəbul edilmişdir. 29 may 1981-ci il tarixində həmin işdən hərbi xidmətə getməyi ilə əlaqədar çıxmışdır. 25 may 1981-ci il tarixində həqiqi hərbi xidmətə getmiş və 24 iyun 1983-cü il tarixində hərbi xidmətdən qayıtmışdır. 01 iyul 1983-cü il tarixində təkrar X3 Stansiyasında fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Peşə məktəbində təhsillə əlaqədar olaraq 10 noyabr 1984-cü il tarixində işdən çıxmış, 01 sentyabr 1984-20 iyul 1985-ci illərdə 28 nömrəli X2 Məktəbində əyani təhsil almışdır. 23 avqust 1985-30 iyun 1988-ci illərdə Bakı Sənaye Pedaqoji Texnikumunda əyani təhsil almışdır. 23 avqust 1988-02 fevral 1989-cu illərdə Sabirabad 135 nömrəli OrtaTexniki Peşə Məktəbində istehsalat təlimi ustası işləmişdir. 01 mart 1989-20 iyul 1989-cu illərdə X3 Stansiyasında fəhlə işləmişdir. 01 avqust 1989-25 oktyabr 1989-cu il tarixində Aznefttikiııti Trestinin Tikintinin Mexanikləşdirilməsi İdarəsində avtomobil elektriki, 25 oktyabr 1989-09 yanvar 1990-cı illərdə yenə də orada akumulyatorçu peşəsində işləmişdir. 15 yanvar 1990-cı il tarixində köçürmə yolu ilə akumulyatorçu peşəsinə qəbul edilmiş və 01 may 2003-cü ilə qədər həmin vəzifədə çalışmışdır. 01 may 2003-cü ildən 31 iyul 2014-cü il tarixinə qədər həmin idarədə quyuların sementlənməsi üzrə maşinist vəzifəsində çalışmışdır. 01 avqust 2014cü ildə ARDNŞ-nin 4 saylı Texnoloji Nəqliyyat Departamentinə quyuların sementlənməsi üzrə maşinist vəzifəsinə qəbul edilmiş və 15 yanvar 2018-ci il tarixinə kimi orada çalışmışdır. 16 yanvar 2018-ci il tarixində ARDNŞ-nin Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinə quyuların sementlənməsi üzrə maşinist vəzifəsinə işə qəbul edilmiş və 30 noyabr 2020-ci il tarixində işdən çıxmışdır. 01 dekabr 2020-ci il tarixində X1 5 saylı Texnoloji Nəqliyyat Departamentinə quyuların sementlənməsi üzrə maşinist peşəsinə işə düzəlmiş və hazırda da orada əmək fəaliyyətini davam etdirir. Əmək fəaliyyəti dövründə 01 yanvar 2006-cı il tarixinə kimi qeyd edilən vəzifələrdə (və təhsil müddətləri əlavə edildikdə ) - 25 il 25 gün ümumi əmək stajı vardır. Lakin cavabdeh ona aydın olmayan səbəblərlə ümumi iş stajının 24 il 9 ay 13 gün olmasını bildirir. Cavabdehin imtina məktubundakı qeyd edilənləri nəzərdən keçirdikdə aydın olur ki, onun güzəştli iş stajı mübahisələndirilmir və minimum 12 il 6 aylıq güzəştli iş stajının olduğu qəbul edilir. Həmçinin, pensiya təyinatı üçün pensiya kapitalının məbləği mübahisələndirilmir və ən azı minimum əmək pensiyası məbləğində pensiya təyinatı aparılmasına imkan verdiyi qəbul edilir. Yalnız 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi iş stajının 25 ildən az olması əsas gətirilir. Bu səbəblə, hesab edir ki, hazırki iddia üzrə iddiaçının güzəştli iş stajı və topladığı pensiya kapitalnın məbləği işin mübahisələndirilməyən halları kimi qəbul edilməlidir. Akumulyatorçu və quyuların sementlənməsi üzrə maşinist peşəsində topladığı iş stajı güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsinə imkan yaradır. Ümumi iş stajının isə əmək kitabçası və arxiv arayışları ilə 25 ildən artıq olduğu üçün cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, filial **********2 saylı, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması haqqında müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 9 ay 13 gün) təşkil edir. İddiaçı əmək kitabçası, hərbi bilet və təhsil sənədlərinə əsasən, aşağıdakı dövrlərin onun ümumi əmək stajına aid olduğunu iddia edir: xx.xx.1980-xx.xx.1981 (08 ay 22 gün) fəhlə; xx.xx.1981-xx.xx.1983cü illərdə (02 il 28 gün) hərbi xidmət; xx.xx.1983-xx.xx.1984-cü illərdə (01 il 04 ay 12 gün) fəhlə; xx.xx.1984-xx.xx.1985-ci illərdə (10 ay 19 gün) texniki peşə məktəbində təhsil; xx.xx.1985-xx.xx.1988-ci illərdə (02 il 10 ay 07 gün) texnikumda təhsil; xx.xx.1988-xx.xx.1989-cu illərdə (05 ay 03 gün) istehsalat-təlim ustası; xx.xx.1989xx.xx.1989-cu illərdə (04 ay 19 gün) fəhlə; xx.xx.1989-xx.xx.2005-ci illərdə (16 il 04 ay 10 gün) avtomobil elektriki, akkumulyatorçu. Ümumilikdə, iddiaçıya görə, 01 yanvar 2006-cı il tarixinədək ümumi əmək stajı - 25 il 01 ay təşkil edir. Lakin, iddiaçınm özünün təqdim etdiyi arxiv arayışları vardır. Həmin arayışlarla əmək kitabçası arasında ziddiyyətlər mövcuddur. Belə ki, əmək kitabçasındakı qeydə əsasən iddiaçının xx.xx.1980-xx.xx.1981-ci illərdə X3 Stansiyasında “fəhlə” peşəsində işləməsi qeyd edilsə də, X4 fılialınm 19 noyabr 2020-ci il tarixli, 436 saylı Arayışında iddiaçının 1981-ci il ərzində iş fəaliyyətinin aşkar edilmədiyi qeyd edilmişdir. İddiaçının hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1983-xx.xx.1984-cü illərdə X3 Stansiyasında “fəhlə” peşəsində işləməsi qeyd edilir. X4 fılialınm 19 yanvar 2021-ci il tarixli, 06 saylı Arayışında iddiaçının “mövsümü fəhlə” peşəsində çalışdığı göstərilir. Eyni zamanda, arayışla təsdiq edilir ki, iddiaçı 1984-cü ilin avqust, oktyabr və noyabr aylarında əmək haqqı almamışdır. Göründüyü kimi, arxiv arayışları ilə əmək kitabçasının qeydləri arasında ziddiyyət vardır. Xüsusilə də, 1981-ci ilin yanvar-may ayları ərzində iddiaçının “fəhlə” peşəsində çalışması aşkar edilmədiyindən həmin dövrün ümumi əmək stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd edilənlər, iddiaçınm 01 yanvar 2006-cı il tarixinədək olan ümumi əmək stajının 25 ildən az təşkil etdiyinin dəlilidir. Bu səbəbdən də, filialın imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 07 mart 1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 75 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdən X3 Stansiyasına daimi fəhlə vəzifəsinə qəbul edilmiş, hərbi xidmətə getməsi ilə əlaqədar xx.xx.1981-ci il tarixli, 70 nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən işdən azad edilmiş, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1983-cü il tarixli, 72 saylı əmrlə xx.xx.1983-cü il tarixdən X3 Stansiyasına fəhlə vəzifəsinə qəbul edilmiş, peşə məktəbində oxuduğu üçün xx.xx.1984-cü il tarixli, 79 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən işdən azad edilmiş, xx.xx.1988-ci il tarixli, 149 saylı əmrlə xx.xx.1988-ci il tarixdən Sabirabad rayon 135 nömrəli OTPM-nə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 14 nömrəli əmrlə işdən azad edilərək Əli Bayramlı şəhər Rabitə Qovşağının sərəncamına göndərilmiş, xx.xx.1989-cu il tarixli, 8 saylı əmrlə xx.xx.1989-cü il tarixdən X3 Stansiyasına fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli, 26 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1989-cu il tarixli 145 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən “Aznefttikinti” Trestinin Mexanikləşdirilmiş Tikinti İdarəsinə 3-cü dərəcəli a/elektrik vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu il tarixli 164 nömrəli əmrlə 4-cü dərəcəli akkumulyatorçu vəzifəsinə keçirilmiş, “Azneft” Birliyinin Tamponaj İdarəsinə keçirilməsi ilə əlaqədar xx.xx.1990-cu il tarixli 6 l/s nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixli 6/k nömrəli əmrlə xx.xx.1990-cı il tarixdən köçürmə yolu ilə “Azneft” Birliyinin Tamponaj İdarəsinə 3-cü dərəcəli akkumulyatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli 1234 nömrəli əmrlə ona 4-cü dərəcəli, xx.xx.2003-cü il tarixli 90/k nömrəli əmrlə 5-ci dərəcəli akkumulyatorçu dərəcəsi verilmiş, xx.xx.2003-cü il tarixli 54/k nömrəli əmrlə X7 İdarəsində 5-ci dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixli 114/k nömrəli əmrlə xüsusi texnika 5-ci dərəcəli quyuların sementlənməsi üzrə maşinist keçirilmiş, başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2014-cü il tarixli 233/k nömrəli əmrlə xx.xx.2014-cü il tarixdən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2014-cü il tarixli 166-k nömrəli əmrlə xx.xx.2014-cü il tarixdən ARDNŞ Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı TNS-nın Texnoloji Nəqliyyat dəstəsinə 5-ci dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə qəbul edilmiş, başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2018-ci il tarixli 56/k nömrəli əmrlə xx.xx.2018-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2018-ci il tarixli 50-k nömrəli əmrlə xx.xx.2018-ci il tarixdən SOKAR Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı A və XTS-nın Texnoloji Nəqliyyat dəstəsinə 5-ci dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə qəbul edilmiş və hai-hazırda həmin vəzifədə işləyir. İş materiallarında olan cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli iddiaya qarşı etirazından və həmin etirazda qeyd olunan iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********2 saylı “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu yaradan xüsusi stajını və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın məbləğini məmübahisələndirməmiş, yalnız iş materiallarında olan xx.xx.2006-cı il tarixinə ümumi əmək stajının tələb olunan 25 ildən az (24 il 9 ay 13 gün) olmasını əsas gətirilərək ona güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. Məhkəmə cavabdeh təşkilatın bu dəlilini əsassız hesab edir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən İddiaçı xx.xx.2006-cı il tarixinə 19 il 04 ay 24 gün iş stajı olmuşdur ki, bunun da 16 il 04 ay 04 günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu (12 il 6 ay) yaradan iş stajına aiddir. Lakin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin 19 yanvar 2021-ci il tarixli 06 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 75 nömrəli əmrlə xx.xx.1980-ci il tarixdən X3 Stansiyasına daimi fəhlə vəzifəsinə qəbul edilmiş, hərbi xidmətə getməsi ilə əlaqədar xx.xx.1981-ci il tarixli, 70 nömrəli əmrlə əmək kitabçasında qeyd olunduğu kimi xx.xx.1981-ci il tarixdən deyil, xx.xx.1981-ci il tarixdən işdən azad edilmişdir. Həmçinin, hərbi biletə əsasən, İddiaçı hərbi ximət dövrünün balanğıc tarixi 25 may 1981-ci il yazıldığından məhkəmə hesab edir ki, onun hərbi xidmətdən əvvəl X3 Stansiyasında iş stajı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 8 ay 22 gün, yəni həmin dövr üzrə əmək kitabçasına əsasən hesablanmış (10 ay 16 gün) müddətdən 1 ay 24 gün az hesablanmalıdır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixinə 19 il 03 ay ümumi əmək stajı olmuşdur ki, bunun da 16 il 04 ay 04 günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu (12 il 6 ay) yaradan iş stajına aiddir. İş materiallarında olan NZ-4403957 saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 25 may 1981-ci il tarixdən 22 iyun 1983-cü il tarixədək (2 il 28 gün) keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan X5 29 dekabr 2020-ci il tarixli 143 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1984-ci il tarixindən 22 iyul 1985-ci il tarixinədək (10 ay 22 gün) 28 saylı X8 Məktəbində “Avtomobil təmiri çilingəri” ixtisası üzrə əyani təhsil almış və bu barədə D 790402 nömrəli diplom verilmişdir. İş materiallarında olan 25 avqust 1988-ci il tarixli MT-İ 271824 saylı diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixindən 29 iyun 1988-ci il tarixinədək (2 il 09 ay 29 gün) Bakı Sənaye Pedoqoji Texnikumunda təhsil almışdır. Beləliklə, əmək kitabçası üzrə müəyyən edilən iş illəri (19 il 03 ay), hərbi xidmət dövrü (2 il 28 gün), 28 nömrəli X8 Məktəbində (10 ay 22 gün) və Bakı Sənaye Pedoqoji Texnikumunda aldığı təhsil illəri (2 il 09 ay 29 gün) nəzərə alınmaqla İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi iş stajının 25 il 19 gün, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu yaradan iş stajının isı 16 il 04 ay 04 gün təşkil etdiyi müəyyən olunur. Cavabdeh təşkilatın iddiaya qarşı etirazında iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsinin əsası kimi, “arxiv arayışları ilə əmək kitabçasının qeydləri arasında ziddiyyət olduğu, xüsusilə də, 1981-ci ilin yanvar-may ayları ərzində iddiaçının “fəhlə” peşəsində çalışması aşkar edilmədiyindən həmin dövrün ümumi əmək stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Lakin 1981-ci ilin yanvar-may ayları ərzində iddiaçının “fəhlə” peşəsində çalışmasının ona məxsus, pensiya hesablanması üçün əsas sənəd hesab olunan əmək kitabçasında öz əksini tapmasını nəzərə alaraq məhkəmə hesab edir ki, 1981-ci ilin yanvar-may aylarını əhatə edən 5 aylıq dövr üzrə iddiaçının iş fəaliyyəti barədə Dövlət Arxivində məlumatın olmamasının məsuliyyətinin iddiaçının üzərinə qoyulması yolverilməzdir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi iş stajının 25 il 19 gün təşkil etdiyi müəyyən edilmişdir ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi iş stajından çoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 57 yaşı tamam olmalı, xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə olan iş illəri, təhsil və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-908/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-908/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver