Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-909/2025 30.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müddətsiz əlillik haqqında məlumatın Əlillik altsisteminə yerləşdirilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X12 Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlillik haqqında məlumatın Əlillik altsisteminə yerləşdirilməsi” tələbi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh X12 Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı barəsində təyin edilmiş müddətsiz əlillik haqqında məlumatın Əlillik altsisteminə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmiş, cavabdeh əsl cavabdehlə əvəz edilmiş, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası və Azərbaycan Respublikasının X12 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində adi cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2003-cü il tarixdə ağır cərrahi əməliyyata məruz qalmışdır. Həkimlər ona “Dərin bağırsaq keçməməzliyi” diaqnozu qoymuşlar. Bir ilə yaxın keçən müalicədən sonra o, əlillik dərəcəsi almaq üçün müvafiq sənədləri toplayıb Respublika X12 Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza Mərkəzinin 10 saylı (indiki 30 saylı) Cəlilabad Tibbi Sosial Ekspertiza Komissiyasına (Bundan sonra TSEK adlanacaq) təqdim etmiş, TSEK onu xx.xx.2004-cü ildə ilkin müayinə edərək 1 (bir) illik 2ci qrup əlillik dərəcəsi təyin etmişdir. Bundan sonra o, hər il bir dəfə əlillik müddəti bitən vaxtlarda TSEK-də müayinədən keçmiş və hər dəfə də TSEK tərəfindən onun əlilliyi 1 il müddəti artırılmışdır. Nəhayət, 10 il keçəndən sonra TSEK xx.xx.2014-cü il tarixli tibbi müayinə zamanı mövcud əsasnaməyə uyğun olaraq ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi təyin etmiş və bu barədə xx.xx.2014-cü il tarixdə 76 nömrəli müayinə aktı tərtib etmişdir. Həmin müayinə aktı 30 saylı TSEK-in möhürü və həmin TSEK-in o zamanki sədri Xoşbəxt Ağayevanın imzası ilə təsdiq edilmişdir. Bundan sonra o, 2021-ci ilin fevral ayınadək (7 il) 2 qrup müddətsiz əlil kimi pensiya almışdır. 2021-ci ilin fevral ayından onun pensiyası Azərbaycan Respublikası X12 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Bundan sonra DSMF adlanacaq) tərəfindən dayandırılmışdır. Səbəbini soruşduqda isə ona bildiriblər ki, guya onun pensiya ödənilməsinə dair sənədlərin içərisində əlilliyi təsdiq edən TSEK-in müddətsiz sənədi aşkarlanmadığından bu addım atılmışdır. O, bunun doğru olmadığı barədə dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də heç bir müsbət nəticə olmamışdır, bütün bunlardan sonra o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, onun pensiyasının ödənişinin dayandırılması ilə bağlı DSMF-nin bu arqumenti qanunsuz və əsassızdır. Belə ki, əvvəla, TSEK-in tərtib etdiyi bütün növ müayinə aktlarının əsli əlillik dərəcəsi təyin olunmuş vətəndaşlara verilmir, müvafiq dövlət qurumlarının arxivlərində saxlanılır. Dövlət arxivlərindən sənədlərin itməsinə görə isə pensiyaçı yox, arxiv əməkdaşları məsuliyyət daşıyırlar. İkinci isə, arxiv əməkdaşlarının səhlənkarlıqları üzündən itirilmiş, həmin o müayinə aktının surəti özündə vardır. Bu aktın surətinin onda qorunub saxlanılması barədə onun müraciət etdiyi qurumlar da məlumatlıdırlar. Bu müayinə aktı əyani şəkildə sübut ddir ki, ona həqiqətən 2014-cü ilin yanvar ayında TSEK tərəfindən qanuni yolla 2-ci qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəskin bağırsaq keçməməzliyi. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. Əlillik altsistemində şəxsin müddətsiz əlil olması ilə bağlı hər hansı qeyd yoxdur, iş materiallarına əlavə edilmiş müddətsiz əlilliklə bağlı sənədlərlə bağlı bildirmək istəyir ki, qeyd edilən sənədlər mötəbərliyi sual altındadır. Vətəndaş əyani müayinəyə cəlb ediləcəyi təqdirdə obyektiv zərurət üzə çıxacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edir. Tərəflərin iştirakı və izahatları: İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1970-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Cəlilabad rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; 130535 nömrəli Pensiyaçının uçot vərəqəsindən görünür ki, X1 xx.xx.2004-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. X12 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş işlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, pensiya ödənişinə dair sənədlərinizin içərisində əlilliyinizi təsdiq edən tibbi-sosial ekspert komissiyasının müddətsiz sənədi aşkarlanmadığından digər müayinə aktından çıxarışların surəti göndərilir. xx.xx.2014-cü il tarixli, SER TSE-01№ 337812 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. X12 Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə olunan məlumatlara əsasən bildirir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2004-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2005-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2015-ci ilədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Qeyd edilir ki, İddiaçı əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində Agentliyə müraciəti (yazılı ərizəsi) daxil olmamışdır. X12 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı ondan ötrü ki, o, xx.xx.2004-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ qrup əlilliyə görə əmək pensiyası almışdır. X12 Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə olunan məlumatlara əsasən bildirilir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2004-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2005-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. X12 Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən İddiaçı xx.xx.2004-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilib. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Əlillik” altsistemində İddiaçı əlilliyinin müddətinin xx.xx.2015-ci il tarixində bitməsinə baxmayaraq pensiyasının ödənişi (pensiya isinə əlavə edilmiş müayinə aktından çıxarışda əlillik müddəti ömürlük qeyd olunub) xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən bildirilir ki, hazırda qüvvədə olan əlilliyi olmadığı üçün İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-Agentlik) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. X12 Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondnun Sosial X6 Mərkəzi Filialinın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əlillik” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək İİ dərəcə əlilliyi müəyyən edilmişdir. Əlillik müddətinin bitməsinə baxmayaraq ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi davam etdirilmiş, xx.xx.2021-ci il tarixində aitsistemdə aktiv əililliyinin olmaması səbəbindən əmək pensiyası avtomatlaşdınrılmış qaydada dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən MEİS-in “Əlillik” altsistemi vasitəsilə aparılır. Sosial ödənişlərin ödənilməsini təmin etmək və cari nəzarəti həyata keçirmək Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. İddiaçının pensiya sənədlərinin içərisində məktubda sözügedən müayinə aktına dair çıxarış aşkar edilməmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1 /2-R-141490/2024 nömrəli məktubunda qeyd olunmuş məlumat MEİS-in “Pensiya” altsisteminin “Qeyd kitabı” bölməsində olan məlumat əsasında yazılmışdır. X12 Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə olunan məlumatlara əsasən bildirilir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2004-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2005-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2015-ci ilədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirir ki, vətəndaş əlillik vəziyyətinin dəqiqləşdirilməsi (müayinə aktından 337812 nömrəli çıxarışda müddətsiz, tərtib edilmiş protokolda əlillik müddəti bir il qeyd edilmişdir) məqsədilə əlillik səbəbini təsdiq edən müvafiq sənədlərlə (epikriz, tibbi rəy, TSEK arayışı və digər sənədlər) birlikdə 16 oktyabr 2024-cü il tarixinə Agentliyə qəbula dəvət edilmişdir. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının X12 Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının X12 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası X12 Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X7 ötürülür; 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının X12 Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının X12 Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: -1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının X12 Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir -1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti ilkin olaraq xx.xx.2004-cü il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyin edilmiş və sonuncu dəfə onun əlilliyi xx.xx.2014-cü ildə qiymətləndirilərək ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin fakt xx.xx.2014-cü il tarixli müayinə aktı ilə öz təsdiqini tapır. Həmin müayinə aktından çıxarış pensiya ödənişinin təmin edilməsi məqsədilə DSMF-yə də göndərilmiş və iddiaçıya xx.xx.2021-ci il tarixədək müddətsiz əlilliyə görə ödənişlər davam etmişdir. Belə ki, iş materiallarında olan Sosial Ödənilərin Təyinatı üzrə Mərkəz Filialının məktubunda da qedy edilmişdir ki, pensiya işinə əlavə edilmiş müayinə aktında əlillik müddəti ömürlük qeyd olunmuşdur. Sonradan vətəndaş İddiaçı həmin tarixdə əlilliyə görə pensiya ödənişi X12 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dayandırılmışdır. Ödənişin dayandırılmasının səbəbi kimi isə əlillik altsistemində mövcud məlumatın müəyyən olunmaması göstərilmişdir. Məhkəmə qeyd edir ki, Əlillik altsistemində şəxsin müddətsiz əlil olması ilə bağlı qeydin daxil edilməsi iddiaçının təqsiri nəticəsində baş verməmişdir və onun məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, mövcud qanunvericiliyə əsasən, əlilliyə dair qiymətləndirmənin Əlillik altsisteminə daxil edilməsi inzibati orqanın birbaşa vəzifəsidir. Məhkəmə diqqətə çatdırır ki, əlilliyin qiymətləndirilməsi üçün sübut əhəmiyyəti daşıyan əsas sənəd qiymətləndirmənin nəticəsinə dair müayainə aktıdır ki, həmin müayinə aktı nəticəsində altsistemdə məlumatlar yerləşdirilir. Beləliklə də, müəyyən olunur ki, inzibati orqan qanunvericinin müəyyən etdiyi vəzifələrini lazımınca icra etməmiş və bu hal vtəndaşın hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmçinin iddiaçı təyinat tarixindən sonra uzun müddət, yəni 2021-ci ilədək əlillik pensiyası almış və həmin ötən dövr ərzində əlilliyin düzgün olmaması ilə bağlı ona hər hansı formada xəbərdarlıq edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının həm gözlənti, həmçinin etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1- ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2- ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş müddətsiz əlillik məlumatının Əlillik altsisteminə yerləşdirilməsi öhdəliyi cavabdeh X12 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-909/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-909/2025
30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver