Məhkəmə qərarları › İş №2-1(120)-91/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-91/2020

29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-91/2020 29.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi x1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət x6 Masallı rayon şöbəsinə qarşı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 17.04.1955-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət x6 Masallı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 10 iyul 2019-cu il tarixli, **********4 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçası qeyd etdiyi illəri iş stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20.02.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçıməhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05.11.1996-cı il tarixdən 17.02.1998-ci il tarixədək olan iş stajını sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh təşkilat onun tələbini təmin etməmişdir. Onun işlədiyi illəri sığorta stajına daxil edilməsi ilə bağlı bir sıra təşkilatlara da müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət x6 Masallı rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı əmək pensiyası hüququna Nazirlik yanında Fondun Masallı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasında baxılmış, əmək kitabçasında qeyd edilən Bakı Quraşdırma İşəx5ndə 05.11.1996-cı il tarixdən 17.02.1998-ci il tarixədək olan iş stajının yoxlanılması zəruri hesab edilmiş, Nazirlik yanında Fondun Bakı şəhəri Nəsimi rayon şöbəsinə məktub göndərilmiş, Nəsimi rayon şöbəsinin cavab məktubuna əsasən müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən yoxlanılması mümkün olmadığı üçün Z. İbadova yaşa görə əmək pensiyası hüququndan imtina edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının təsdiq edilmiş surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət x8 Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x8 adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 17 aprel 1955-ci il tarixdə doğulmuş və 17 aprel 2019-cu il tarixdə 64 yaşı (1 iyul 2018-30 iyun 2019-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaşdır) tamam olmuşdur. İddiaçının əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 07728246 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 17.04.1955-ci il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 10.09.1977-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.04.1977-ci il tarixdən 01.07.2002-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Dövlət x6 Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı 10.07.2019-cu il tarixli, **********4 nömrəli məktubundan görünür ki, iddiaçının əmək kitabçasında qeyd edilən Bakı Quraşdırma İşəx5ndə 05.11.1996-cı il tarixdən 17.02.1998-ci il tarixədək olan iş stajı müəssisənin hüquqi ünvanın məlum olmaması səbəbindən yoxlanılması mümkün olmadığı üçün yaşa görə əmək pensiyası hüququndan imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin 21.02.2020-ci il tarixli, 239 nömrəli arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı həqiqətən 16.11.1973-cü il tarixdən 09.11.1975-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində xidmət keçmişdir. İşdə olan Dövlət x6 Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı 19.03.2020-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu Ərkivan qəsəbə sakini İddiaçı əmək kitabçasına, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin arayışına əsasən 30.06.1993-cü il tarixədək 18 il 2 ay 19 gün sığorta stajı vardır. Əmək kitabçasındaki 30.06.1993-cü il tarixdən sonraki iş stajının düzgünlüyü təsdiq olunmadığı üçün nəzərə alınmamışdır. İşdə olan iddiaçıya məxsus 10.09.1977-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 01.04.1977-ci il tarixli, 100 nömrəli əmrlə K.Marks adına sovxozun B nömrəli tərəvəz briqadasına fəhlə və həmin tarixdən briqadaya 01.04.1977-ci il tarixdən Suvuran motora motorist təyin edilmiş, 03.10.1977-ci il tarixli, 2925 nömrəli əmrlə ərizəsinə əsasən sovxozun fəhləsi və motorist vəzifəsindən azad edilmiş, 04.10.1977-ci il tarixli, 171 nömrəli əmrlə 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, 05.03.1979-cu il tarixli, 35/1 nömrəli əmrlə AZ SSR Avtomobil Nəqliyyat Nazirliyinin 1032 nömrəli, 29.11.1979-cu il tarixli əmrinə müvafiq olaraq Masallı avtobazasının adı dəyişdirilərək 2722 nömrəli avtokolon olmuş, 30.10.1990-cı il tarixli, 102/2 nömrəli əmrlə 30.10.1990-cı il tarixli ərizəyə əsasən işdən azad edilmiş, yekun hesablaşma 04.10.1988-ci il tarixdən aparılmış, 30.11.1990-cı il tarixli, 69 nömrəli əmrlə Xırdalan 19 MP-ya 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, 25.04.1991-ci il tarixli, 26 nömrəli əmrlə Azərb SSR ƏQM 76 maddəsinin 5 bəndinə əsasən ATK-4 nəzdində “Arabaçı” kiçik müəssisəsinə köçürülmə qaydasında azad edilmiş, 02.04.1991-ci il tarixli, 2 nömrəli əmrlə 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, 30.06.1993-cü il tarixli, 10 nömrəli əmrlə Azərbaycan Respublikasının ƏQM 36 maddəsinin 5 bəndinə əsasən köçürülmə yolu ilə işdən azad edilmiş, 08.07.1993-cü il tarixli, 40 nömrəli əmrlə Mərkəzi qaraja sürücü qəbul edilmiş, 10.06.1996-cı il tarixli, 52 nömrəli əmrlə Azərbaycan Respublikasının ƏQM 36 maddəsinin 5 bəndinə əsasən “Bakı Quraşdırma İşəx5nə köçürmə yolu ilə işdən azad edilmiş, 05.11.1996-cı il tarixli, 38-k nömrəli əmrlə Mərkəzi qaraja sürücü qəbul edilmiş, 17.02.1998-ci il tarixli, 12-k nömrəli əmrlə idarə etdiyi kamaz 53212 markalı 01-93 AQU nömrəli avtomaşın özəlləşdirildiyi üçün işdən azad edilmiş, 29.06.1998-ci il tarixli, 08 nömrəli əmrlə avtomaşın sürücüsü qəbul edilmiş, 01.07.2002-ci il tarixli, 01 nömrəli əmrlə ərizəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 22.05.2020-ci il tarixli, **********3844300 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində “xxxxxxxxxxxxxxxxx” Respublika İstehsalat Birliyinin Bakı Quraşdırma İşə x3 (VÖEN **********) 06.09.1996-cı il tarixdə D-1446 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. “xxxxxxxxxxxxxxxxx” Respublika İstehsalat Birliyinin Bakı Quraşdırma İşə x5 22.11.2016-cı il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə 10.09.1977-ci il tarixli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin əmək kitabçasına əsasən onun 01.04.1977-ci il tarixdən 01.07.2002-ci il tarixədək əmək fəaliyyətində olduğu müəyyən olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət x6 Masallı rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət x6 Masallı rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar