Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-91/2022 17.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı “Lənkəran rayonu,Separadi kəndində yerləşən Lənkəran şəhər İcra Hakimiyyətini başçısının xx.xx.2020-ci il tarixli, 23 saylı obyektin tikintisinə icazə qərarı ilə onun şəxsi vəsaiti hesabına tikdiyi 14 kv.m sahəsi olan bərbərxananın onun adına dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi vəzifəsinin öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı Lənkəran rayonu,Separadi kəndində yerləşən Lənkəra şəhər İcra Hakimiyyətini başçısının xx.xx.2020-ci il tarixli, 23 saylı obyektin tikintisinə icazə qərarı ilə onun şəxsi vəsaiti hesabına tikdiyi 14 kv.m sahəsi olan bərbərxananın onun adına dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1975-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində anadan olmuş, hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Lənkəran şəhər icra Hakimiyyəti Başçısının 30 sentyabr 2020-ci il tarixli 23 saylı qərarı ilə Lənkəran rayonu, Separadi kəndində ayrılmış 14 kv.m torpaq sahəsində ona, yəni Lənkəran rayonu, Separadi kənd sakini İddiaçı 3.5x4.0=14 kv.m sahəsi olan bərbərxana (obyektin) tikintisinə icazə verilmişdir. Hələ bərbərxana tikintisinə icazə almamışdan əvvəl o, "xxxx" MMC-yə müraciət edib, həmin tikəcəyi bərbərxanın eskiz layihəsinin hazırlamasını xahiş etmiş və "xxxx" MMC tərəfindən tikəcəyi bərbərxanın layihəsi hazırlanıb, ona təhvil verilmişdir. Bundan sonra o, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısına müraciət etmiş və Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 30 sentyabr 2020-ci il tarixli 23 saylı qərarı ilə Lənkəran rayonu, Separadi kəndində ayrılmış 14 kv.m torpaq sahəsində ona 3.5x4.0=14 kv.m sahəsi olan bərbərxanın (obyektin) tikintisinə icazə verilmişdir. O, bərbərxanın tikintisinə icazə aldıqdan sonra həmin bərbərxananı öz şəxsi vəsaiti hesabına inşa edib. Bu yaxınlarda o həmin bərbərxanaya dair sənədləri toplayıb, Lənkəran rayonu, Separadi kəndində ayrılmış torpaq sahəsində şəxsi vəsaiti hesabına tikdirdiyi bərbərxana üzərində müvafiq qeydiyyatın aparılması ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu barədə ona məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, aidiyyəti sənədlərin sırasında mühüm əhəmiyyətli sənədlərdən sayılan sözü gedən qeyri-yaşayış binasının (bərbərxana) tikintisinə dair ilkin torpaq ayırma sənədi tərəfinizdən təqdim edilməmişdir. Həmçinin, təqdim olunmuş mühüm sənədlərdən sayılan Lənkəran şəhər icra Hakimiyyəti Başçısının 04 fevral 2021-ci il tarixli “Tikinti obyektinin istismarına icazə №2” sənədi üzrə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş xüsusi kodun nömrəsi barədə aidiyyəti hissədə qeyd aparılmamışdır. Həmin qeyri-yaşayış (bərbərxana) binası və yerləşdiyi torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə tərəfinizdən təqdim edilmədiyindən, icrası təmin olunmamışdır. Baxmayaraq ki, o həmin idarəyə Lənkəran şəhər İcra Hakimiyyətinin Başısınm qərarını və həmin bərbərxananın eskiz layihəsin də təqdim etmiş və həmin qərarda hər şey qeyd olunmuşdur. Lakin nəyə görə bundan imtina edilir, o başa düşə bilmir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etdiyi üçün o hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 23 saylı obyektin tikintisinə icazə qərarı ilə onun tikdirdiyi 3.5x4.0=14 kv.m sahəsi olan bərbərxananın onun adına dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edəsini xahiş etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırır ki, hazırki iş üzrə sərəncamda, habelə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsin (İddiaçı) adına 14 kv.m torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən “Çıxarış”ın verilməsi öhdəliyinin üzərimizə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildirirlər ki, müvafiq sənədlər üzrə aidiyyəti hissədə qeydiyyatın aparılması Ərazi idarəsinin imkanları xaricindədir. İş üzrə sərəncamın icrası olaraq tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən, Separadi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 saylı qərarı əsasında sahibkarlıq fəaliyyəti məqsədilə iddiaçıya ayrılmış 14 kv.m torpaq sahəsində Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli “Obyektin Tikintisinə icazə №23” sənədi və təsdiqlənmiş layihə sənədləri əsasında tikintisinə icazə verilmiş ona məxsus qeyri-yaşayış binasına (bərbərxana) dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin (çöl ölçmə işlərinin) nəticəsi olaraq məlum olmuşdur ki, iş üzrə iddiaçıya məxsus həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən ictimai tikililər kimi qeyd olunmuş ərazidədir. Bu baxımdan yaranmış uyğunsuzluğun araşdırılması məqsədilə tərəflərindən aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinə müvafiq sorğu ünvanlanmışdır. Həmin qurumdan daxil olmuş cavab məktubunda qəbul edilmiş “Daşınmaz Dövlət Əmlakının Qeydiyyatı Vərəqəsi”nə, Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının registr bazasının təqdim etdiyi dövlət əmlakının dislokasiyasına əsasən bələdiyyənin müvafiq qərarı əsasında iddiaçıya ayrılmış həmin 14 kv.m torpaq sahəsinin ona məxsus qeyri-yaşayış binasının istifadəsində olan Dövlət mülkiyyəti kimi göstərilən torpaq sahəsi olduğu bildirilmişdir. Qeyd olunanlardan belə məlum olur ki, həmin 14 kv.m torpaq sahəsi Dövlət mülkiyyəti olduğundan, bələdiyyənin alqı-satqı predmeti ola bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.7,-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmçinin, təqdim olunmuş mühüm sənədlərdən sayılan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 04 fevral 2021-ci il tarixli “Tikinti obyektinin istismarına icazə № 02” sənədi üzrə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş xüsusi kodun nömrəsi barədə aidiyyəti hissədə qeyd aparılmamışdır. Xidmət orqanı olaraq bildirirlər ki, həmin qeyri-yaşayış binası (bərbərxana) üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamışdır. Qeyd olunanlara əsasən sərəncamın 3-cü bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) qanunamüvafiq olaraq etiraz edirlər. Xidmət orqanı olaraq bildirirlər ki, sözü gedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması mümkün olmadığından, hazırki iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyinizi qanunamüvafiq hesab edirlər. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Lənkəran rayon Separadi bələdiyyəsi və xx.xx.2022-ci il tarixli qərardadı ilə Lənkəran rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxslər Lənkəran rayon Separadi bələdiyyəsinin və Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxslər Lənkəran rayon Separadi bələdiyyəsinin və Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndələri iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs Lənkəran Rayon İcra Hakimiyyəti iddiaya qarşı öz yazılı münasibətini məhkəməyə ünvanlayaraq xx.xx.2022-ci il tarixli 10-54/1-880 nömrəli iddiaya qarşı münasibət məktubunda bildirmişdir ki, İddiaçı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 30 noyabr 2022-ci il tarixli 23 nömrəli obyektin tikintisinə icazə sənədi ilə Lənkəran rayonunun Separadi kəndində mülkiyyətində olan torpaq sahəsində təqdim olunmuş layihəyə uyğun 14 kv.m sahəsi olan qeyriyaşayış binasının tikintisinə icazə verilmişdir. Tikinti işləri yekunlaşdıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Ağentliyinin Baş Dövlət Tikinti Agentliyinin Müfətişliyi tərəfindən Ö/004144 nömrəli istismara hazırlıq aktı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən şəhər ərazisindən kənarda yerləşən obyektlərə kod tələb etmədiyini və istisna hal kimi nəzərə alaraq kod nömrəsi alınmadan Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən 04 fevral 2021 -ci il tarixli 02 nömrəli Tikinti obyektinin istismarına İcazə sənədi verilmişdir. Həmin “tikinti obyektlərinin istismarına icazə” sənədi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Dövlət Agentliyinin Baş Dövlət Tikinti Agentliyinin Müfəttişliyinin tərəfindən Ö/004144 nömrəli istismara hazırlıq aktına və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 30 noyabr 2022-ci il tarixli 23 nömrəli obyektin tikintisinə icazə sənədinə əsasən qanunamüvafiq olaraq istisna hal kimi verilmiş və hal-hazırda qüvvədədir. Məhkəmə qərardadı ilə üçüncü şəxs kimi cəlb edilən üçüncü şəxslər Lənkəran rayon Separadi bələdiyyəsi məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə İmişli rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 14 kv.m sahəsi olan qeyri yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair – (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşdə olan seriya AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində anadan olub, Lənkəran rayonu, Separadi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.2020-ci il tarixli, 23 nömrəli Obyektin tikintisinə icazədən görünür ki, Lənkəran rayon İcra Hakimiyyəti başçısı Lənkəran rayonu Separadi kəndində 3.5X4.0=14 kv.m bərbərxanın tikintisinə icazə vermişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, Ö/004144 nömrəli İstismara hazırlıq aktından görünür ki, Lənkəran rayonu, Separadi kəndində bir mərtəbəli, ümumi sahəsi S=10.8 kv.m, tikinti sahəsi S=14.0 kv.m və həcmi V=42.0 kv.m olan obyektinin tikintisinə icazə müvafiq orqanların imza və möhrləri ilə təsdiq edilmişdir. İşdə olan iddiaçının Lənkəran rayonu Separadi kəndində tikəcəyi bərbərxananın lahiyəsindən görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aparatının Lənkəran Şəhər baş memarı tərəfindən tikiləcək qeyri yaşayış obyektinin lahiyəsi razılaşdırılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 02 nömrəli Tikinti obyektinin istismarına icazədən görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən ümumi sahəsi 10.8 kv.m, mərtəbə sayı 1 olan qeyri yaşayış binasının istismarına Lənkəran Rayon İcra Hakimiyyəti başçısı tərəfindən icazə verilmişdir. İşdə olan Torpaqların alqı-satqısına dair xx.xx.2004-cü il tarixli aktdan görünür ki, Lənkəran rayonu Separadi Bələdiyyəsi ilə İddiaçı arasında bələdiyyənin mülkiyyətində olan torpaq fondundan bərbərxana tikintisi üçün 14.0 kv.m torpaq sahəsi satılmasına dair akt tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin xx.xx.2004-cü il tarixli 835 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 14 kv.m torpaq sahəsinin satılması müəyyənləşdirilmiş torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydalarla uyğun olduğunu nəzərə alıb, torpaqların alqı-satqı qaydasına əsasən pulu əvvəlcədən bələdiyyə hesabına köçürülməklə satıla bilər. İşdə olan Lənkəran rayonu Separadi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 saylı qərarından görünür ki, İddiaçı bələdiyyənin mülkiyyətində olan torpaq fondundan bərbərxana tikintisi üçün 14.0 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Separadi kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 611 nömrəli məktubuna əsasən İddiaçı Lənkəran rayonu Separadi bələdiyyəsi ərazisində özünəməxsus 14 kv.m-lik tikilisinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan Lənkəran rayon Separadi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 125 nömrəli məktubuna əsasən İddiaçı istifadəsində 14 kv.m-lik tikilisinin olduğu, itifadə etdiyi tikilidə zəbtin olmadığı və alqı-satqı müqaviləsinə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********41 nömrəli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 08 fevral tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildirirlər ki, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli “Obyektin Tikintisinə İcazə №23”, xx.xx.2021-ci il tarixli “Tikinti obyektinin istismarına icazə №02”, xx.xx.2020 tarixli “İstismara hazırlıq Aktı №0/004144” və təsdiqlənmiş layihə sənədləri əsasında sizə məxsus qeyri-yaşayış binasına (bərbərxana) dair daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, aidiyyəti sənədlərin sırasında mühüm əhəmiyyətli sənədlərdən sayılan sözü gedən qeyri-yaşayış binasının (bərbərxana) tikintisinə dair ilkin torpaq ayırma sənədi tərəfinizdən təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.7.-Cİ maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmçinin, təqdim olunmuş mühüm sənədlərdən sayılan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 04 fevral 2021 ci il tarixli “Tikinti obyektinin istismarına icazə № 02” sənədi üzrə tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş xüsusi kodun nömrəsi barədə aidiyyəti hissədə qeyd aparılmamışdır. Xidmət orqanı olaraq bildirirlər ki, həmin qeyri-yaşayış (bərbərxana) binası və yerləşdiyi torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə tərəfinizdən təqdim edilmədiyindən, icrası təmin olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadları ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/7050 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı Lənkəran rayonu Separadi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə ona ayrılmış 14 m2 torpaq sahəsi kimi iddia etdiyi ərazinin (faktiki istifadə 25 m2) naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Separadi bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 02 nömrəli qərarı ilə İddiaçı ayrılmış 14 m2 torpaq sahəsi kimi iddia etdiyi ərazinin Separadi kəndinin kompleks yerquruluşu layihəsinə əsasən ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu və islahat aparılan zaman ictimai tikililər üçün nəzərdə tutulmuş ərazinin Separadi kəndinin kompleks yerquruluşu layihəsinin eksplikasiyasında (torpaqların mülkiyyət və növlər üzrə cəm göstəricisi) öz əksini bələdiyyə mülkiyyəti kimi (apdığı müəyyən edilir. Həmçinin Separadi bələdiyyəsinin 2002-ci tt tarixində tərtib edilmiş bələdiyyə xəritəsində də sözügedən ərazinin bələdiyyə mülkiyyəti kimi göstərildiyi müəyyən edilir. Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi” MMC-nin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı oğtuna Lənkəran rayonu Separadi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə ayrılmış 14 kv.m torpaq sahəsi kimi iddia etdiyi ərazinin sərhədləri daxilində tikili (bərbərxana) mövcud olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (birlikdə) bu əsaslardan biri kimi nəzərdə tutur. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə icraatında məlum olur ki, iddiaçı tərəf inzibati icraat çərçivəsində cavabdeh inzibati orqana Lənkəran ŞİH-in 30 sentyabr 2020-ci il tarixli “obyektin tikintisinə icazə” sənədinin, 04 fevral 2021-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədini və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Dövlət Agentliyinin Baş Dövlət Tikinti Agentliyinin Müfəttişliyinin Ö/004144 nömrəli istismara hazırlıq aktını təqdim etmişdir. Həmin sənədlər «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı X4 etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən sərəncam və icazə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Lənkəran ŞİH-in 30 sentyabr 2020-ci il tarixli “obyektin tikintisinə icazə” sənədi, 04 fevral 2021-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Dövlət Agentliyinin Baş Dövlət Tikinti Agentliyinin Müfəttişliyinin Ö/004144 nömrəli istismara hazırlıq aktı və ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdeh inzibati orqan DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinin imtina ilə bağlı dəlilləri ilə razılaşmır və onlara münasibətdə aşağıdakıları qeyd edir: - İmtina məktubunda faktiki vəziyyətlə aidiyyəti sənədlər arasında uyğunsuzluğun mövcudluğu qeyd edilsə də, ekspert rəyinə əsasən mübahisəli qeyri yaşayış obyektinin döngə nöqtələrinin koordinatları göstərilmiş və uyğunsuzluğun olmadığı müəyyən edilmişdir. - İmtina məktubunda qeyri-yaşayış obyektinə dair ilkin torpaq ayırma sənədləri təqdim edilmədiyi qeyd edilsə də, Lənkəran rayonu Separadi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı, torpaqların alqı-satqısına dair akt və digər sənədlər məhkəməyə təqdim edilmiş və məhkəmə tikinti-texniki ekspertizası həmin sənədlər əsasında keçirilmişdir. - İmtina məktubunda qeyd edilən tikinti obyektinə verilmiş xüsusi kodun nömrəsi barədə aidiyyəti hissədə qeyd aparılmadığına məhkəmə münasibə bildirərək qeyd edir ki, şəhər ərazisindən kənarda yerləşən obyektlərə kod tələb etmədiyini və istisna hal kimi nəzərə alaraq kod nömrəsi alınmadan Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Tikinti obyektinin istismarına İcazə № 02 verilmişdir. Həmin kodun qeyd edilməməsi iddiaçının səhvi nəticəsində olmamış və həmin halı iddiaçının ziyanına şərh edilməsi onun hüquqlarının pozulmasına gətirib çıxara bilər. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. - İmtina məktubunda iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin DWG (xəritə) baza məlumatlarına əsasən ictimai tikililər kimi qeyd edildiyi göstərilsə də, işlə bağlı keçirilən məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq verilən ekspert rəyində həmin ərazinin eksplikasiyasında öz əksini bələdiyyə mülkiyyəti kimi tapdığı müəyyən edilmişdir. Həmçinin 2002-ci il tarixdə tərtib edilmiş bələdiyyə xəritəsində də həmin ərazi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7050 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert rəyinə əsasən qeyd edilən torpaq sahəsinin koordinatları qeyd edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Separadi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə İddiaçı ayrılmış 14 kv.m torpaq sahəsi kimi iddia etdiyi ərazinin Separadi kəndinin kompleks yerquruluşu layihəsinə əsasən ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu və islahat aparılan zaman ictimai tikililər üçün nəzərdə tutulmuş ərazinin Separadi kəndinin kompleks yerquruluşu layihəsinin eksplikasiyasında (torpaqların mülkiyyət və növlər üzrə cəm göstəricisi) öz əksini bələdiyyə mülkiyyəti kimi tapdığı müəyyən edilir. Həmçinin Separadi bələdiyyəsinin 2002-ci il tarixində tərtib edilmiş bələdiyyə xəritəsində də sözügedən ərazinin bələdiyyə mülkiyyəti kimi göstərildiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, İddiaçı Lənkəran rayonu Separadi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə ayrılmış 14 m2 torpaq sahəsi kimi iddia etdiyi ərazinin sərhədləri daxilində tikili (bərbərxana) mövcud olduğu müəyyən edilir. İddiaçı Lənkəran rayonu Separadi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 nömrəli qərarı ilə ona ayrılmış 14 m2 torpaq sahəsi kimi iddia etdiyi ərazinin naturada döngə nöqtələrinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lənkəran rayon Separadi kənd ərazisində torpaq fondundan 14 kv.m torpaq sahəsinin hazırki İddiaçı qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarı «Torpaq islahatı haqqında» AR Qanununun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müddəalarına (Fərmanla təsdiq edilmiş Siyahının 2.6-cı bəndi) uyğun olaraq iddiaçının həmin qərarla ona ayrılmış 0,0811 ha torpaq sahəsinə həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə (1998-ci il tarixdə tikilmiş) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Cavabdeh DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı “Lənkəran rayonu,Separadi kəndində yerləşən Lənkəran şəhər İcra Hakimiyyətini başçısının xx.xx.2020-ci il tarixli, 23 saylı obyektin tikintisinə icazə qərarı ilə onun şəxsi vəsaiti hesabına tikdiyi 14 kv.m sahəsi olan bərbərxananın onun adına dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi vəzifəsinin öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının məhkəmə iclasında qeyd etdiyi iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə izahatını nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı “Lənkəran rayonu,Separadi kəndində yerləşən Lənkəra şəhər İcra Hakimiyyətini başçısının xx.xx.2020-ci il tarixli, 23 saylı obyektin tikintisinə icazə qərarı ilə onun şəxsi vəsaiti hesabına tikdiyi 14 kv.m sahəsi olan bərbərxananın onun adına dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-91/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-91/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver