Məhkəmə qərarları › İş №2-1(120)-911/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-911/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-911/2024 16.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı X17 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı X23 cavabdehlər Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Meyniman kənd X53 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışda X39 (Ənvər Alıyev) aid olan hissədə və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışın X39 (Ənvər Alıyev) aid olan hissədə etibarsız sayılması” tələbinə dair inzibati işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X29 cavabdehlər Hacıqabul rayon Aqrar İslahat Komissiyasına və Hacıqabul rayon Meyniman kənd X53 komissiyasına, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hacıqabul rayon Meyniman kənd X53 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışın və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-911/2024 nömrəli qərardadı iləiddiaçı X23 vəkili Vəkil ərizəsi üzrə iddiaçının adının “X34” kimi oxunması və cavabdehlər Hacıqabul rayon Aqrar İslahat Komissiyasına və Hacıqabul rayon Meyniman kənd X53 komissiyasının cavabdehlər siyahısından çıxarılması, cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinin cavabdeh qismində cəlb edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-911/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərardadı ilə, iddiaçı X23 cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Hacıqabul rayon Meyniman kənd X53 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışın və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışın ləğv edilməsi” tələbinə dair 2-1(120)-911/2024 saylı inzibati iş üzrə icraat, Hacıqabul rayon Məhkəməsinin 2 (071)-180/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-911/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə iddiaçı X23 cavabdehlərHacıqabul rayon İcra Hakimiyyətinə və Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qərşı “Meyniman kənd X53 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışın və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışın etibarsız sayılması” kimi baxılması davam etdirilərək, X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-911/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə iddiaçı X23 cavabdehlər Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı “Meyniman kənd X53 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışda X39 (Ənvər Alıyev) aid olan hissədə və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışın X39 (Ənvər Alıyev) aid olan hissədə etibarsız sayılması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X30 Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə 7,27 ha kənd təsərrüfatlı məhsullarının istehsalı məqsədilə torpaq (pay torpağı) sahəsi ayrılmışdır.Həmin Qərara əsasən bizə 14 noyabr 1997-ci il tarixdə 178 nömrə ilə qeydiyyata alınaraq( J№-178 KOD ********) hazırlanmış Dövlət Aktı iki nüsxədə, bir nüsxəsi Hacıqabul rayon Torpaq Şöbəsində saxlanılmaqla, digər nüsxəsi atasına verilmişdir. Onlar bir neçə il həmin torpağı əkib becərdikdən sonra ailəlikcə başqa ölkəyə köçmüşlər. Onlar Azərbaycandan köçərkən atası həmin torpağı qohumu mərhum Polad adlı şəxsə tapşırmışdır. Qısa vaxdan sonra Polad atasına xəbər vermişdir ki,Azərbaycanı tərk edənlər barədə yeni qanun çıxıb. Bütün torpaqlar geri alınır. Atası da buna inanıb. Yaxın vaxtlarda isə bilmişlər ki,belə qanun olmayıb.Həmin torpağı hazırki iş üzrə üçüncü şəxs X1 Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli 08 noyabr 2017-ci il tarixli Qətnaməsi əsasında öz mülkiyyətinə keçirib. Məhkəməyə ərizə ilə müraciət edilərək sözügedən Qətnaməni 03 may 2023-cü il tarixdə əldə edilmişdir. Həmin Qətnamədən işə cəlb edilməyən,lakin hüquqlarına toxunulan şəxs kimi Apellyasiya şikayəti verilmişdir. 03 may 2023-cü ildə həmçinin iddiaçıya məlum olmuşdur ki, (iş materiallarından surətlərini əldə etmişdir) Hacıqabul rayon Meyniman kənd X53 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan çıxarışla onlara torpağa mülkiyyət hüququna dair verilimiş dövlət aktı ləğv edilmiş və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli iclas protokolu ilə həmin Hacıqabul rayon Meyniman kənd X53 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli Qərarı təsdiq edilmişdir.Hər iki Qərarı qanunsuzdur və hesab edir ki,ləğv edilməlidir. Cavabdeh Hacıqabul rayon İcra Hakimiyyəti iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, hazırki vəziyyətdə cavabdeh qismində cəlb olunsaq da nə iddianı tam və ya qismən qəbul etmək nə də mübahisələndirilmiş inzibatı aktın qismən və ya tamamilə ləğv etmək o, cümlədən hər hansı bir dəyişiklik etmək iqtidarında deyil. Odur ki, ədalətinə güvənərək işin məhkəmədə araşdırılaraq məsələyə hər hansı hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxılmışdır. Belə ki, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanının 7.1-ci maddəsinə əsasən "X49 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və həmin Fərmanın 7.2-ci maddəsinə əsasən "Azərbaycan Respublikası X49 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ləğv edilmiş, həmin Fərmanın 8.3-cü maddəsinə əsasən bu Fərmanla ləğv edilən Azərbaycan Respublikası X49 Komissiyasının müvafiq sənədlərinin, X43 X35 Agentliyinin sənədlərinin və əmlakının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Belə olan təqdirdə yuxarıda qeyd etdiyi kimi mübahisələndirilmiş inzibati qərarın istər qanuniliyi və ya istərsə də qanunsuz olması məsələsinə yalnız məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. İddiaçı X17 nümayəndəsi və vəkili Vəkil hüquqi yardım üzrə məhkəməyə məlumat təqdim edərək bildirmişdir ki, hüquqi yardıma dair məktubda əvvala “İnzibati icraat haqqında “ Azərbaycan Respublikasının qanununa istinad edilir. Hazırki iddia tələbi sonuncu dəqiqləşmə barədə xx.xx.2024-cü il tarili vəsatəti əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərrdadı ilə “Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddia (müəyyən etmə və ya tanınma haqqında iddia) növündə Cavabdeh Hacıqabul rayonu Meyniman kənd İƏD-ə qarşı Hacıqabul rayon Meyniman kənd X53 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan çıxarışda X39 (Ənvər Alıyev) aid olan hissədə və Cavabdeh hacıqabul rayon İcra hakimiyyətinə qarşı Hacıqabul rayon Aqrar islahat Komissiyasının 15 avqust 2003-cü il tarixli ilas protokolundan çıxarışın X39 (Ənvər Alıyev) aid olan hissədə etibarsız sayılması” tələbi kimi qəbul edilmişdir. “İnzibati icraat haqqında “Azərbaycan Respublikasının qanununun 65.1.2 -ci maddəsi (müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarşız sayılır) onların tələbinə uyğundur. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin inzibati aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında baxılır. Onlar etibarsız hesab etdirmək istədiyi inzibati aktın varlığından 03 may 2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2(071)-1167/2017 saylı qətnaməsini rəsmi qaydada əldə edərkən məlumatlı olmuşlar. (Şirvan Apellyasiya Məhkəməsinin hazırki məhkəməyə təqdim etdiyi 2(106)-948/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadının 2-ci səhifəsinin 7-ci abzasında və yenə də Şirvan Apellyasiya Məhkəməsinin hazırki məhkəməyə təqdim etdiyi 2(106)-450/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadının 3-cü səhifənin 4-cü abzasında bu barədə qeydlər mövcuddur.) Nədəndirsə hazırda etibarsız hesab edilməsini tələb etdiyi inzibatı aktlar yalnız hazırki iş üzrə maraqlı şəxs X3 mövcud olmuş və yalnız 2017-ci ildə Hacıqabul Rayon Məhkəməsinə təqdim edilmişdir. Sorğuya cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2180/2024 nömrəli məktubunda da (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra bütün arxivi bu orqana təqdim edilmişdir) hazırda etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2003-cü il tarixli və xx.xx.2001-ci il tarixli Qərarların arxivdə olmamamsı qeyd edilmişdir. Belə olan təqdirdə həmin qərarların onlarda olması mümkünsüzdür. X2 və ailə üzvlərinin həmin məktuba əlavə edilmiş adlı siyahısına gəlincə isə o və ailə üzvləri digər dövlət aktı ilə pay torpağı almışlar. Hazırki iddia tələbində iddia tələbini öncə həmin inzibati aktı qəbul etmiş inzibati orqana, subordinasiya baxımından yuxarı inzibati orqana və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etmək imkanında deyil. Belə ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanının 7.1-ci maddəsinə əsasən, "X49 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və həmin Fərmanın 7.2-ci maddəsinə əsasən "Azərbaycan Respublikası X49 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ləğv edilmişdir (Heç bir hüquqi varis təyin edilmədən), Belə olan təqdirdə yuxarıda qeyd etdiyi kimi mübahisələndirilmiş inzibati qərarın istər qanuniliyi və ya istərsə də qanunsuz olması məsələsinə yalnız məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. Bu barədə cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyəti məhkəməyə verdiyi etirazda bildirmişdir. Hazırda etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2003-cü il tarixli və xx.xx.2001-ci il tarixli qərarların varlığından xx.xx.2023-cü il tarixdən məlumatlı olduğu üçün mübahisə hazırkı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi ilə tənzimlənməlidir. İddia ərizəsi 30 may 2023-cü il tarixdə yəni hazırda etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2003-cü il tarixli və xx.xx.2001-ci il tarixli qərarların varlığından xx.xx.2023-cü il tarixdən məlumatlı olduğu gündən 27 gün sonra Şirvan İnzibati Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 36 cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Şirvan İnzibati Məhkəməsi tərəfindən 2-1(120)-911/2024 nömrəli, 2307.2024-cü il tarixli, 25 noyabr 2024-cü il tarixli məktubla hüquqi yardımlar edilmişdir. Məhkəmə iclasında iddiaçı X17 nümayəndəsi və vəkili Vəkil Qulam oğlu iddia ərizəsini müdafiə etmiş və hüquqi yardım məktubu üzrə bildirmişdir ki, iddiaçı hazırda Rusiya Federasiyası vətəndaşıdır, lakin əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olub və həmin zaman müvafiq aqrar islahat komissiyasının qərarı ilə ona bu mübahisəli torpaq sahəsi verilmişdir. İddiaçı Respublikadan köçüb gedəndən sonra bu torpaq sahəsini idarəetməni yaxın qohumuna həvalə etmişdir. Həmin qohum uzun müddət bu torpaq sahəsindən götürülən gəlirdən iddiaçıya göndərirmiş, lakin sonradan bu qohum iddiaçıya bildirmişdir ki, guya yeni qanun qəbul olunub və respublikadan köçən insanların bütün torpaqları dövlətə qaytarılmışdır. Sonradan da ona məlum olmuşdur ki, belə bir qanun mövcud deyil və Hacıqabul rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə bu torpaq sahəsi üçüncü şəxs X2 mülkiyyətinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilimiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydalarının 19 bəndinə əsasən (bu bənd 20 noyabr 2006-cı il tarixədək qüvvədə olmuş və sonda Azərbacan Respublikasının Nazirlər Kabinetinin həmin tarixli 242 nömrəli Qərarı ilə çıxarılmışdır) dövlət aktlarının və şəhadətnamələrin hazırlanmasına,verilməsinə,dövlət qeydiyyat kitablarının doldurulasına, habelə saxlanılmasına ümumi rəhbərlik və nəzarəti Azərbaycan Respublikası Dövlət Topaq Komitəsi həyata keçirir. Həmin vaxtın qanunvericiliyinin tələblərinə əsasən Rayon aqrar İslahat komissiyaları öz Qərarını ləğv edə bilərdi ki, Qanun həmin qərarın daha üst qrumda (X52 Komissiyası) və sonda məhkəmədə mübahisələndirməsinə yol verirdi. Mübahisələndirən Hacıqabul rayon Meyniman kənd X53 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli Qərarı ilə onlara Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı əsasında verilimiş Dövlət Aktını ləğv etmişdir. İkincisi Hacıqabul rayon Meyniman kənd X53 Komissiyası Dövlət aktını deyil də, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarını ləğv etmiş olsa belə, özündən üstün bir qrumun qərarının alt qrumun ləğv etməsi yolverilməzdir. Üçüncüsü Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003cü il tarixli iclas protokolu ilə həmin qanunsuz olan Hacıqabul rayon Meyniman kənd X53 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli Qərarı təsdiq etmişdir. Dördüncüsü isə yuxarıda qeyd etdiyi kimi Hacıqabul rayon Aqrar İslahat Komissiyasının da Dövlət Aktını birbaşa ləğv etmək səlahiyyəti olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X10 ddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassızdır, iddiaçının vəkilinin göstərdiyi hallar tamamilə səhvdir. Aqrar islahatı aparılan zaman iddiaçı ailəsi ilə birgə Azərbaycan Respublikasından köçüb getmişdir və burada yaşamamışdır. İddiaçı 20 ildən çoxdur ki, mütəmadi olaraq Azərbaycan Respublikasına gəlib-gedirdi, toylara və yaslara da gəlmişdir, onunla da görüşmüşdür, lakin heç vaxt torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaratmamışdır. Mübahisəli torpaq sahəsi qanuni əsaslarla ona məxsusdur. İdddiaçı bu iş üzrə maraqlı deyil, başqa şəxslərin vasitəsilə bu iddia tələbini qaldırmışdır, müxtəlif saxta yollarla çalışırlar ki, mübahisəli torpaq sahəsini ondan alsınlar. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehlər Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehlər Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçı X23 iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Məhkəmə tərəfindən mübahisələndirilən qərarlarla bağlı sorğular göndərilmişdir, lakin arxiv məlumatlarında onların surərləri aşkar edilməmişdir. X14 tərəfindən məhkəməyə Meyniman kənd X53 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarış, Meyniman İ.Ə.V üzrə nümayəndə M.Vəliyev, nümayəndəlikdə mühasib N.Gözəlov, Meyniman kəd sakini A.Mürvətov tərəfindən imzalanmış torpaq islahatı zamanı torpaq payı almayan X8 nişanları vurulmaqla 9.89 ha torpaq sahəsinin ölçülüb biçilməklə verilməsi barədə xx.xx.2001-ci il tarixli akt, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışın əsilləri təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş: - Meyniman kənd X53 komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışda göstərilmişdir ki, torpaq islahatı zamanı Meyniman kəndində qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktları etibarsız sayılması, Meyniman kənd sakini X4 ərizəsi nəzərə alınmaqla həmin 9.89 ha torpaq sahəsi onun mülkiyyətinə verilməsi qərara alınmışdır. - Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışda göstərilmişdir ki, Meyniman kənd X53 Komissiyasının xx.xx.2001ci il tarixli iclasında qəbul edilmiş, o cümlədən Meyniman kənd sakini X6 ərizəsini nəzərə almaqla ona pay torpağı şəklində 9,89 hektar sahəsinin xüsusi mülkiyyətə verilməsi, Hacıqabul raton Torpaq və Xəritəçəkmə şöbəsinə bu məsələ ilə bağlı olan sənədlərin işlənib hazırlanması tapşırılması, qəbul edilmiş qərarın icrasına nəzarət Aqrar Məsələlər üzrə şöbəyə həvalə edilməsi qərara alınmışdır. - J№-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Hacıqabul rayonu, Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə X42 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.27 hektar torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1201/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilərək iş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X24 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Hacıqabul Rayon Məhkəməsinin 2(071)-180/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə, mülkiyyətçi kimi adı, soyadı və ata adı X9 göstərilən “Torpaq Mülkiyyət Hüququna dair” JN-178, KOD 91004018 saylı Dövlət aktının ərizəçi X27 məxsus olması hüquqi faktı müəyyən edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1323/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-180/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərərdadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-2731/2024 nömrəli məktubunda göstərilmişdir ki, X30 ayrılmış torpaq sahələrinin Meyniman kənd X54 Komissiyasının xx.xx.2001-ci il tarixli qərarının və Hacıqabul rayon Aqraı İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərar sənədlər Ərazi İdarəsində aşkar olunmamışdır. Hacıqabul rayon Məhkəməsinin 08.11 2017-ci il tarixli, 2(071)-1167/2017 sayl Qətnaməsi əsasında Hacıqabul rayonu, İ Meyniman kəndində yerləşən 5.23 ha 2.04 ha torpaq sahələri üzərində X2 mülkiyyət hüququ “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindər çıxarış” sənədləri ilə rəsmiləşdirilmişdir. Lakin 2.04 ha torpaq sahəsini X10 xx.xx.2018-ci il tarixli 4Ə-51 nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 satmışdır, ********** qeydiyyat nömrəli çıxarışa əsasən hüquqlarını qeydiyyata aldırmışdır. Halhazırda X19 mülkiyyətindədir. JN-178 saylı dövlət aktının əvvəlki mülkiyyətçisi X25 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları”nın qeydiyyat kitabında qeyd olunmuş səhifəsinin və sözügedən torpaq sahəsi ilə bağlı sənədlərin surətləri təqdim edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 5.231114 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünanladığı xx.xx.2024-cü il tarixli,3-21-3- 60/2-2180/2024 nömrəli məktubunda göstərilmişdir ki, 2-1 (120)-911/2024 nömrəli inzibati iş ilə əlaqədar zəruri sənədlərin təsdiq edilmiş surətinin verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə daxil olmuş məktuba "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. Mərkəzin arxivində aparılmış araşdırma zamanı Hacıqabul rayonunun Meyniman kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X2 adı, eləcə də Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli və Meyniman kənd X53 Komissiyasının xx.xx.2001ci il tarixli Qərarları aşkar edilməmişdir. Arxivdə saxlanılan Hacıqabul rayonu, Meyniman kəndi üzrə pay torpaq sahəsinə dair ilkin subyektlərin siyahısından X10 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surəti təqdim edilir. -Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, X17 digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişinin məhdudlaşdırılıbməhdudlaşdırılmaması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. - Hacıqabul rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-48/2-Vİİİ-14-376-620/2024 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddiaçı koçiyrv Qəhrəman Ənvəroviçin cavabdeh Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Meyniman kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı Meyniman kənd X53 Komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışda X39 (Ənvər Alıyev) aid olan hissədə və Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.2003-cü il tarixli iclas protokolundan çıxarışın X39 aid olan hissədə etibarsız sayılması barədə iddia tələbinə dair inzibati işin olduğunu bildirirərək iş üçün zərurət olduğundan Meyniman kənd X53 Komissiyasının xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışda X39 (Ənvər Alıyev) aid olan hissədə və Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.2003-cü il tarixli qərarının X39 aid olan hissədə, eləcə də həmin qərarın verilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsi bildirilmişdir. Torpaq mülkiyyətçiyə Aqrar İslahat Komissiyası tərəfindən verilmişdir və Hacıqabul rayon İcra Hakimiyyəti komissiyanın qanunu varisi olmadığından həmin torpaqların verilməsinə əsas olan sənədlər rayon İcra Hakimiyyətində mövcud deyildir. Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 3.3-cü bəndinin 3.3.3-cü yarımbəndinə uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş sənədlər mütəmadi olaraq Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilir. Odur ki, məsələ ilə əlaqədar Hacıqabul rayon Dövlət Arxivinə müraciət etməyi xahiş etmişdir. - Hacıqabul rayon İcra Hakimiyyətinin 181 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə, Hacıqabul rayon Meyniman kənd inzibati ərazisində JN 178 saylı Dövlət Aktı ilə pay torpaq sahəsi verilmiş, 1998-ci ildən Hacıqabul rayonundan qeydiyyatdan çıxıb, Rusiya Federasiyasına köçmüş X20 adına verilmiş pay torpaq sahəsindən Talış kəndində məskunlaşmış X11 və onun ailə üzvlərinə əkinçilik məqsədi üçün 2 (iki) hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında 5.231114 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-17RA/2-82/2024 nömrəli arxiv arayışında göstərilmişdir ki, Hacıqabul rayon Meynəman kənd İnzibati Ərazi Vahidliyinin (İƏV) 1996-2000 ci illərə aid qaytanlanmış 7 №li təsərrüfat başına kitabda, səh -82-də X44 soyadı,adı,atasının adı və ailə üzvlərinin adları aşağıda olduğu kimi qeyd edilmişdir.

1. X21.(ailə başçısı)

2. X12.(arvadı)

3. X18.(qızı)

4. X22.(oğlu)

5. X15.(oğlu) ö.

6. X16.(qızı)

7. X32, (oğlu) -Hacıqabul rayon rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-708/2-22489/2024 nömrəli məktubunda göstərilmişdir ki, Hacıqabul rayon sakini Koçiyev (Kaçiyev, Əliyev, Alıyev) Qəhrəman Ənvəroviçin 2000-2003-cü illərdə harada qeydiyyatda olması barədə heç bir rəsmi məlumat əldə etmək mümkün olmamışdır. - Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iddiaçıya ünvanladığı 42 nömrəli, 13 dekabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, may 2010-cu il tarixdə Kür çayının daşması nəticəsində nümayəndəliyin inzibati binası su altında qalmışdır. Bunun nəticəsində nümayəndəlikdə olan sənədlər məhv olmuşdur. Nümayəndəlikdə 2001-2005 və 2006- 2010- cu illərin təsərrüfatbaşına uçot kitabları qalmışdır. - Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-17RA/2-92/2024 nömrəli məktubunda göstərilmişdir ki, Meyniman kənd X53 komissiyasının xx.xx.2001-ci il tarixli və Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarları Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Odur ki, sorğuda qeyd olunan sənədlər Hacıqabul rayon Dövlət arxivində aşkar edilmədi.Hacıqabul rayon Meyniman kənd İnzibati Ərazi Vahidliyi (İ.Ə.V) 2000-ci ildən sonra Hacıqabul rayon Dövlət Arxivinə heç bir sənəd təhvil verməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası X52 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X53 komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Fiziki və hüquqi şəxslər X53 komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X52 Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası X52 Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası X52 Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Eyni zamanda, hazırkı halda aqrar islahat komissiyasının hərəkətlərindən və ya qərarlarından şikayət verilmə müddəti də ötürülmüşdür. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası X52 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X53 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası X52 Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası X52 Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). X53 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər X53 komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X52 Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası X52 Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası X52 Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X52 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X52 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X52 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası X52 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X53 komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X52 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X52 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X52 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X53 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X52 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X52 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X52 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası X52 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X53 komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Bununla yanaşı, hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, J№-178 KOD 91004018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Hacıqabul rayonu, Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə X42, X27 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.27 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra iddiaçı ailəsi ilə birlikdə Azərbaycan Respublikasından köçərək çıxıb getmişdir, 20 ildən çox müddət ərzində mübahisələndirilən torpaq sahəsinin vəziyyəti ilə maraqlanmamışdır. Hazırda məhkəmədə mübahisələndirilən qərarlar qəbul edilən dövrlərdə yəni, 2000-2003-cü illərdə qeydiyyatda olmamışdır, özü Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçının 22 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi, onun bu marağının artıq itdiyinə, bunun nəticəsində isə iddianın qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Beləliklə işin araşdırılan hallarından göründüyü kimi, iddiaçı ailəsi ilə birlikdə mübahisəli torpaq sahəsində uzun illər yaşamadığı və həmin mübahisəli torpaq sahəsindən istifadə etmədiyi üçün müvafiq iddia predmeti üzrə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. İddiaçının 20 ildən artıq müddətdə vaxtilə istifadəsində olmuş mübahisəli torpaq sahəsinin aqibəti ilə bağlı aparılan işlərdən məlumatsız olması həqiqətə uyğun hesab oluna bilməz. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü - 1.hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2.inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3.artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Ümumiyyətlə, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır. Hazırkı iddianın, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl 08 yanvar 1998-ci ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-471/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X23 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı:

İddiaçı X23 iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar