Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-912/2023 19.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi XX katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə Şirvan şəhərində, məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, xx.xx.1969-cu ildə Sabirabad rayonu Qaratəpə kəndində anadan olmuş, 1987-89-cu illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmiş, 1992-ci ildə vətənin dar günündə Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən Qarabağ müharibəsinə göndərilmişdir. 1992-1994-cü illər ərzində Füzuli rayonunda yerləşən N () saylı hərbi hissənin tərkibində xidmət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına vuruşmuşdur. Əsl adı Əlmandır. Həmin dövrdə kiril əlifbasından istifadə edildiyi üçün şəxsi heyətin siyahısında onun adı «Elman» kimi yazılmışdır. Milli Ordunun əsgəri kimi N saylı hərbi hissə tərəfindən vəsiqə verilmişdir. xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər N () saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu günə kimi Qarabağ Müharibəsindəki döyüşlərdə iştirak etdiyi üçün müharibə veteranı adını və vəsiqəsini ala bilməmişdir. 2016-cı ildən bu günə kimi rəsmi müraciətlərinə baxmayaraq cavabdeh və üçüncü şəxs tərəfindən birmənalı olaraq ona «Müharibə veteranı adının və vəsiqəsi»nin verilməsindən imtina etmişdir. Bu səbəbdən də Sabirabad Rayon Məhkəməsinə «1992-1994-cü» illərdə 839(702) saylı hərbi hissədə qulluq keçmə faktının müəyyən edilməsi barədə» ərizə ilə müraciət etmiş, Sabirabad Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixi, 2(056)-726/2018 saylı saylı qətnaməsi ilə ərizə təmin edilmiş və xx.xx.1992-ci ildən xx.xx.1994-cu ilə qədər N () nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməklə hərbi xidmət keçmə faktı müəyyən edilmişdir. Həmin qətnamə öz qanuni qüvvəsinə minmişdir. Bundan sonra cavabdeh AR Müdafiə Nazirliyinə, eləcə də üçüncü şəxs SHXÇDX-in Sabirabad rayon şöbəsinə rəsmi müraciət edərək 1992-1995-ci illərdə N () saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (Qarabağ Müharibəsində) iştirak etməyi ilə əlaqədar ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli məktubları ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Üçüncü şəxs SHXÇDX-in Sabirabad rayon şöbəsidə öz növbəsində xx.xx.2018-ci il tarixli məktubla cavab verərək məsələnin həlli AR Müdafiə Nazirliyinə aid olduğunu göstərmişdir. Qanuni qüvvəyə minmiş Məhkəmə qətnaməsinin olmasına baxmayaraq cavabdeh və üçüncü şəxs qəsdən və məqsədyönlü şəkildə gicələk qoyur, onu süründürür, heç bir əsası olmadan qanunla düşən imtiazdan məhrum etməyə çalışırlar. Bu hərəkətləri ilə onlar Dövlətə qarşı narazılıq yaradırlar. Azəbaycan Respublikası adından çıxarılan qanuni qüvvəyə minmiş Məhkəmə qətnaməsini icra etməkdən birmənalı şəkildə imtina edirlər. Təkrar olaraq 2022ci il tarixdə növbəti dəfə cavabdeh orqana rəsmi müraciət etmiş, bu dəfə də cavabdeh tərəfdən imtina cavabı almışdır. Hərbi hissəni özbaşına tərk etməmiş və bu barədə ona qarşı Hərbi Prokurorluqda cinayət işi açılmamışdır. Həmçinin SHXÇDX-nin Sabirabad rayon şöbəsi tərəfindən hərbi uçota alınmışdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmirik, hesab edirik ki, iddia ərizəsi əsassızdır, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının N () nömrəli hərbi hissədə xidməyi və qanuni əsaslarla ehtiyata buraxılması arxiv sənədlərində məlumat olmadığından, ona “Müharibə veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteram adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasından “Müharibə veteranı” adı verilir.” İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati-İqtizadi Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2-1(086)-2426/2017 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1992-1994-cü illər ərzində N () saylı hərbi hissənin tərkibində xidmət çəkərkən Qarabağ Müharibəsindəki döyüşlərdə iştirak etdiyi üçün müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsassız olduğundan təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2-1(106)-544/2017 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtizadi Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2- 1(086)-2426/2017 nömrəli qərarı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2621/2019 nömrəli qərardadından görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-726/2018 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı hərbi hissədə hərbi xidmətdə olması faktının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin məhkəməyə ünvanladığı 29 oktyabr 2019-cu il tarixli, 2(106)-2621/2019 nömrəli məktubundan görünür ki, ərizəçi İddiaçı hərbi hissədə hərbi xidmətdə olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-726/2018 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmış, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2621/2019 nömrəli qərardadına əsasən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-726/2018 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı hərbi hissədə hərbi xidmətdə olması faktının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2621/2019 nömrəli qərardadından kassasiya şikayəti verilmədiyi üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati-İqtizadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(086)-2426/2017 nömrəli qərardadı ilə ərizəçi İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-6645 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad RHK-dan səfərbər edilib hərbi hissəyə göndərilmiş X3 N nömrəli hərbi hissə komandirinin N oktyabr 1992-ci il tarixli 56 №-li əmrilə (əsas: §-11 ,səh-36,sıra- 7; qeyd: əmrdə adı “Elman” yazılmışdır) batalyonun şəxsi heyətinin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Xidmət etdiyi hərbi hissənin nömrəsi və xidmət müddəti (il, ay) qeyd edilmədiyi üçün araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş sorğu əsasında aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/2-7097 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd edirik ki, N nömrəli hərbi hissənin 1993-1994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 15.6-cı bəndinin tələbinə görə qeyd olunan maddələrdə təsbit olunmuş hallar müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Beləliklə Şirvan Apelyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(106)- 2621/2019 nömrəli məktubundan göründüyü kimi ərizəçi İddiaçı hərbi hissədə hərbi xidmətdə olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-726/2018 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2621/2019 nömrəli qərardadı ilə Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)- 726/2018 nömrəli qətnaməsi ləğv edilmiş və ərizəçi İddiaçı hərbi hissədə hərbi xidmətdə olması faktının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Şirvan İnzibati-İqtizadi Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2-1(086)- 2426/2017 nömrəli qərarından da göründüyü kimi iddiaçının eyni cavabdehə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair eyni iddia tələbinə məhkəmə tərəfindən baxılmış, iddia tələbinin təmin olunmaması ilə bağlı qərar qəbul olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən sözügedən qərardan apelyasiya şikayəti verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 2-1(106)-544/2017 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtizadi Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2- 1(086)-2426/2017 nömrəli qərarı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən sözügedən qərar mübahisələndirilərək kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı inzibati məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın təmin edilməməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, həmin yekun məhkəmə aktı məhkəməsi tərəfindən təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Belə olan halda hazırki iddianın mümkün sayılmaması üçün əsas yaranmışdır. Məhkəmə iddiaçının iddia tələbinə əlavə etdiyi və iddia tələbində qeyd etdiyi döyüş əməliyyatlarında iştirak etməklə hərbi xidmət keçməsi faktının müəyyən edilməsi barədə Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-726/2018 nömrəli qətnaməsinə münasibətdə qeyd edir ki, qeyd edilən qətnamə Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2621/2019 nömrəli qərardadı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi məhkəmə iddianın təmini istisna edən bir-neçə faktiki halları nəzərə almaqla iddianı rədd etmişdir ki, hazırkı halda iddiaçının irəli sürdüyü dəlillər həmin məhkəmə qərarlarının hüquqi qüvvəsinin itirilməsinə işə yeni iddia kimi baxılmasına əsas yaratmır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Eyni zamanda, qeyd olunur ki, məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə də yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, işə mahiyyəti üzrə baxılıb iddia ərizəsinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-912/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-912/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver