Məhkəmə qərarları › İş №2-1(120)-915/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-915/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-915/2023 19.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi XX katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon Aqrar İslahat kimissiyasının xx.xx.2002-ci il tarixli, 124 saylı qərarının İddiaçı-nin mülkiyyətində olan 19,5 ha torpaq sahəsinin bir hissəsinin müəyyən şəxslərə pay torpağı olaraq verilməsi hissəsində ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Beyləqan rayon Aqrar İslahat kimissiyasının xx.xx.2002-ci il tarixli, 124 saylı qərarının İddiaçı-nin mülkiyyətində olan 19,5 ha torpaq sahəsinin bir hissəsinin müəyyən şəxslərə pay torpağı olaraq verilməsi hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon XDS İcraiyyə Komitəsinin 14 sentyabr 1992-ci il tarixli qərarına əsasən Beyləqan rayonu S.İmrəliyev adma kolxozun ərazisindən əkinə yararsız 19,5 hektar torpaq sahəsi ayrılaraq İddiaçı X3 ayrılmışdır. Ayrılmış torpaq sahəsinin ölçüləri müəyyən edildikdən sonra qeyd edilən torpaq sahəsinə dair İddiaçı-nın adma “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktı verilmişdir. Qeyd edilmiş Dövlət Aktı bu günə qədər ləğv edilməmişdir. Qeyd etdiyim kimi X3 torpaq sahəsi ayrıldıqdan sonra torpaq islahatı zamanı Beyləqan rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 2002-ci il tarixli, 124 saylı qərarına əsasən X3 ayrılmış və təsərrüfatın mülkiyyətində olan 19,5 hektar torpaq sahəsinin bir hissəsi ayrı-ayrı şəxslərə verilmişdir. Bu hal mülkiyyət hüquqularını kobud şəkildə pozmuşdur. Ona görə də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək etirazda qeyd etmişdir ki, iddiaçı "Müslüm" X2 (X1) Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsində Beyləqan rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 2002-ci il tarixli, 124 nömrəli qərarının "Müslüm" X2 mülkiyyətində olan 19.5 hektar torpaq sahəsinin müəyyən şəxslərə pay torpağı olaraq verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məlumat üçün bildirirlər ki, bu məsələ məhkəmə icraatında olmuşdur və həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli ekspertiza rəyində öz əksini tapmışdır. Belə ki, Beyləqan rayonu Qaradağlı kəndi ərazisində torpaq islahatı aparılan zaman "Müslüm" X3 ayrılmış 19.5 hektar torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun 11 -ci maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçiləri arasında orta torpaq norması əsasında bölünmüşdür. Ona və ailə üzvlərinə də qanuna müvafiq olaraq torpaqdan pay almaq hüququ olan vətəndaşlar kimi müəyyən olunmuş orta torpaq norması əsasında torpaq payı verilmiş,artıq qalan hissəsi isə kolxozdan pay almaq hüququ olan vətəndaşlara pay torpağı kimi bölünmüşdür. Bildirirlər ki, iddiaçı Müslüm" X2 (X1) cavabdeh Beyləqan rayon İcra hakimiyyətinə qarşı Beyləqan rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 2002-ci il tarixli, 124 nömrəli qərarının "Müslüm" X2 mülkiyyətində olan 19.5 hektar torpaq sahəsinin müəyyən şəxslərə pay torpağı olaraq verilməsi hissəsində ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə cavabdeh olaraq Beyləqan Rayon İcra hakimiyyətinin seçilməsi düzgün deyildir. Belə ki, “X7 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli Fərmanı ilə qüvvədən düşdükdən sonra Aqrar İslahat Komissiyasının səlahiyyətlərinə xitam verilərək həmin səlahiyyətlərin icrası ayrı-ayrı müvafiq icra hakimiyyəti orqanları arasında bölüşdürülmüşdür. Torpaq və əmlakla bağlı səlahiyyətlər hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət qərar Beyləqan rayonu ərazisində aparılan torpaq islahatı ilə əlaqədar 10 sentyabr 2002-ci il tarixdə Beyləqan rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul olunmuşdur. İddiaçı isə 2022-ci il tarixdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etməklə iddia (prosessual) müddətini ötürmüşdür. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 2002-ci il tarixli qərarı Beyləqan rayonunda aparılmış torpaq islahatı ilə bağlı ümumi qərardır və iddiaçı Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmək üçün prosessual müddəti buraxmışdır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci tarixli məktubu ilə iddiaçı Müslüm” X3 yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izah olunanların ona aydın olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, idddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Beyləqan rayon Aqrar islahat komissiyasının 10 sentyabr 2002-ci il tarixli, 124 saylı qərarına əsasən X3 ayrılmış torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə ayrıldığını və beləliklə mülkiyyət hüquqularının pozulduğunu qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırdığı zaman iddiaçının nümayəndəsi tərəfindən qeyd edilən tələblə bağlı dəfələrlə məhkəmələrə müraciət etdiyi və tələbinin əsassız olduğuna görə iddialarının təmin olunmadığı müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli ekspert rəyinə, Beyləqan rayon Məhkəməsinin 2(020)-407/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə və digər sənədlərə əsasən iddiaçının uzun müddətdir mübahisələndirdiyi qərardan məlumatının olduğu müəyyən edilir. Qeyd edilənlərlə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan 2018ci il tarixdə məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2022-ci tarixli məktubu ilə iddiaçı Müslüm” X3 yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı X2 cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon Aqrar İslahat kimissiyasının xx.xx.2002-ci il tarixli, 124 saylı qərarının İddiaçı-nin mülkiyyətində olan 19,5 ha torpaq sahəsinin bir hissəsinin müəyyən şəxslərə pay torpağı olaraq verilməsi hissəsində ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı X2 cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon Aqrar İslahat kimissiyasının xx.xx.2002-ci il tarixli, 124 saylı qərarının İddiaçı-nin mülkiyyətində olan 19,5 ha torpaq sahəsinin bir hissəsinin müəyyən şəxslərə pay torpağı olaraq verilməsi hissəsində ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar