Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-919/2024 12.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi XN ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “N il N ay N günün xidməti qulluq məvacibinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “N il N ay N günün xidməti qulluq məvacibinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3342/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsaslanaraq, işə iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli (üç il müddətinə) müqavilə əsasında N nömrəli hərbi-hissənin Biləsuvar rayonu ərazisində dislokasiya edilmiş N-cü radiolakasiya bölüyündə MAHHXHQ-cu kiçik çavuş rütbəsində xidmətə başlamışdır. Xidməti qulluqda olduğu N nömrəli hərbi-hissənin Biləsuvar rayonu ərazisində dislokasiya edilmiş N-cü radiolakasiya bölüyünün komandiri kapitan Orxan Rəhimli heç bir əsas olmadan N nömrəli hərbi hissənin komandirinə xx.xx.2020-ci il tarixli raportla müraciət edərək və N nömrəli hərbi-hissənin rəhbərliyi heç bir araşdırma aparmadan həmin raporta əsasən xx.xx.2020-ci il tarixdən onu hərbi xidməti qulluqdan kənarlaşdırmışdır. Respublikanın aidiyyəti səlahiyyətli Ali orqanlarına və idarələrinə rəsmi şikayətlərinə əsasən N nömrəli hərbi-hissənin tədqiqatçısı ədliyyə polkovnik-leytenantı X2 tərəfindən aparılan araşdırma və qəbul edilən Qərar onun xidməti qulluqdan əsassız olaraq kənarlaşdırıldığını sübuta yetirdi. O, N nömrəli hərbi-hissənin xx.xx.2020-ci il tarixli əmrinin əsassız olduğunu və ləğv edilməsi, hərbi xidməti qulluğa bərpa olunmağı barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatında olan müddət ərzində N nömrəli hərbi-hissənin rəhbərliyi tərəfindən məhkəməyə dəfələrlə zənglər olunurdu və hakimdən xahiş ediblər ki, yaxın vaxtlarda onu xidməti qulluğa bərpa edəcəyik, məhkəmə qərarına ehtiyac yoxdur. Hakim də ona bildirib ki, onu yaxın zamanda xidməti qulluğa bərpa edəcəklər. Lakin N nömrəli hərbi-hissə ona qarşı ikinci bir qanunsuzluğa əl ataraq, guya o, xidmətə uyğunsuz olduğuna görə xx.xx.2020-ci il tarixli, 041 əç əmri ilə onu xidmətdən kənarlaşdırıb. O, əgər xidməti qulluğa uyğunsuz idisə, onu yenidən hansı qanuna əsasən xidməti qulluğa bərpa ediblər. N nömrəli hərbihissənin rəhbərliyinin qanunları pozması nəticəsində, sonradan saxta, qanuna zidd əmrlə onu xidmətə qəbul etməsi nəticəsində ona maddi ziyan dəyibdir. Belə ki, o N nömrəli hərbi-hissənin qanunsuzluğu nəticəsində 1 (bir) il 03 (üç) ay N (on üç) gün xidməti qulluqdan kənarlaşdırılmış həmin ilin, ayların, günlərin məvacibindən məhrum olunmuş, ona maddi ziyan dəyibdir. N nömrəli hərbi-hissənin qanun pozuntusu, saxtakarlığı onun hərbi biletinin 22 və 23-cü səhifələrində açıq aydın görünür. Onun xidməti müqaviləsinin müddətinin bitməsinə 0N ay qalmış onu əmrlə xidmətdən çıxarıb və yenidən saxta müqavilə ilə xidmətə bərpa ediblər. Halbuki, o əsassız raportla xidmətdən kənarlaşdırılmış, hüquqi müstəvi üzrə araşdırma aparılıb, əsassız xidmətdən kənarlaşdırılmağı təsdiqlənib. Hesab edir ki, N il N ay N günün əsassız xidmətdən kənarlaşdırılmağı N nömrəli hərbihissənin qanunsuzluğu nəticəsində baş verib. Bu səbəbdən də həmən ilin, ayların, günlərin məvacibi cavabdeh tərəfindən onun xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan iddia tələbinə etiraz edərək etirazında qeyd etmişdir ki, İddiaçı 10 iyul 2017-ci il tarixdə N nömrəli hərbi hissə tabeliyində olan Salyan rayonunda yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu kimi müqavilə əsasında xidmətə qəbul edilmişdir. Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının 3 mart 2020-ci il tarixli 041 əç nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı ərizə ilə Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanına müraciət edərək yenidən xidmətə qəbul olunması ilə əlaqədar müraciət etmişdir. Onun müraciəti barədə müsbət qərar qəbil olunmuş və 16 iyul 2021 -ci il tarixdə Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə yenidən xidmətə qəbul olunmuşdur. Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının 21 dekabr 2022-ci il tarixli 0114əç nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “v” bəndinə əsasən (xəstəliyə görə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 01 iyun 2023-cü il tarixdə N nömrəli hərbi hissə tərəfindən N il N ay N günün xidməti qulluq məvacibinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Buradan görünür ki, İddiaçı hərbi xidmətə qəbul edildikdən sonra 2 illə yaxın müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə iddiaçı məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zaman kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqelərinin müdafiəsini mümkünsüz etmiş olur. Belə olan halda barəsində inzibati aktın qəbul edilməsindən iddiaçının xəbərdar olmaması mümkün deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prossessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir”. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində göstərilib ki, məhkəmə tərəfindən iddia müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “İzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73.1ci maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, şikayət izibati qərar qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. inzibatı məhkəmə icraatında iddianın mümükünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarının 1.1,1.3,14 və 2.1 cı bəndlərində göstərilmişdir ki: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibatı mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümükün olmasıdıtr; Mümükünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılması nəzərdə tutur. iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlanılmalıdır. İzibati prossesual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibztı məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümükünlüyü haqqında şərt yerinə yetrildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümükün sayılması üçün əsas şərtləri -iddia tələbinin iddia müddətinə dair normalara riayət etməkl, iddiaya cavab verməli olan inzibatı orqana qarşı yönəlməsi iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibatı orqanın hərəkəti və hərərkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının guman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin təhqiqatçısı ədliyyə polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş qərardan görünür ki, İddiaçı barəsində toplanmış materialları nəzərdən keçirib Cinayət işinin başlanmasının rədd edilmişdir. İddiaçıya məxsus AO№ ******* nömrəli, xx.xx.2008-ci il tarixli hərbi biletin surətindən görünür ki, Cəfərov X3 nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020ci il tarixli 041 əç nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3671 nömrəli məktubunda qeyd edilmişdir ki, Hərbi Hava Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissədə xx.xx.2017- ci il tarixdən Müddətdən artıq həqiqi hərbi xidmətdə olmusuz, xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “E” bəndilə (xidməti uyğunsuzluğa görə) Ordu sıralarından ehtiyata buraxılmısınız. Həmin dövrdə N nömrəli hərbi hissənin 14-cü bölmədə şəxsi heyət arasında baş vermiş qanun pozuntuları ilə əlaqədar xidməti araşdırma təyin olunmuş və prossesual qərar qəbul olunmuşdur. Bundan əlavə bildirirəm ki, sizin təkrar müraciətinizə əsasən xx.xx.2021-ci il tarixdə təkrar hərbi xidmətə qəbul olunmusuz. Odur ki, Qanunvericilikdə hərbi vəzifəlilərın ehtiyatda olduğu müddətdə hər hansı pul təminatının ödənilməsi nəzərdə tutulmayıb. Xəstəlik haqqında 12353 nömrəli, xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: L5 fəqərəsinin spondilolistezinin, hər iki aşağı ətrafın distal parezinə görə aparılmış L5-S1 fəqərələrinin transpedukulyar fiksasiyası, bilateral hemilaminoektomiyası əməliyyatının nəticəsində onurğa sütunun bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması ilə. Distal parezlə nəticələnmiş xroniki diskogen mənşəli bilateral L5 radikulopatiyası, natamam remissiya mərhələsində. İkincili hissəvi adentiya. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 2761 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının 3 mart 2020-ci il tarixli 041əç nömrəli əmrinin İddiaçı aid hissəsi ləğv edilməmişdir. İddiaçı 2021-ci ilin iyun ayında ərizə ilə yenidən xidmətə qəbul olunması ilə bağlı Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanına müraciət etmişdir. Onun müraciəti barədə müsbət qərar qəbil olunmuş və 16 iyul 2021-ci il tarixdə Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə yenidən xidmətə qəbul olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsi əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İşin faktiki hallarından və araşdırma zamanı təmin və tədqiq edilən sübutlardan müəyyən edilir ki, iddiaçı Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 041 əç nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Və bundan sonra o, ərizə ilə Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanına müraciət edərək yenidən xidmətə qəbul olunmasını xahiş etmişdir. Onun müraciəti barədə müsbət qərar qəbil olunmuş və 16 iyul 2021-ci il tarixdə Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə yenidən xidmətə qəbul olunmuşdur. Və daha sonra Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının 21 dekabr 2022-ci il tarixli 0114əç nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “v” bəndinə əsasən (xəstəliyə görə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyyata buraxıldıqdan sonra iddiaçı 03 mart 2020-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək ona işləmədiyi illərə görə N il N ay N günün xidməti qulluq məvacibinin ödənilməsini xahiş etmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı 16 iyul 2021-ci il tarixdə xidmətə yenidən qəbul edilən zaman onun barəsində ehtiyata buraxılma barədə tərtib edilmiş Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 041 əç nömrəli əmri (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) nə inzibati orqanın özü tərəfindən , nə də ki, məhkəmə qaydasında ləğv edilməmişdir. Belə ki, həmin akt geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir deyə hüquqi qüvvəsini saxlamaqda davam etmişdir.İddiaçı yenidən xidmətə əmr ləğv olunmadan öz xahişi ilə qəbul olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı barəsində tərtib edilmiş Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 041 əç nömrəli əmri (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ləğv edilməmişdir, İddiaçı xidməti qulluğundan kənarlaşdırılması nəticəsində ona məhrum olduğu N il N ay N günün xidməti qulluq məvacibinin ödənilməsi öhdəliyinin də cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmamışdır.Həmin əmr ləğv olunduğu təqdirdə iddiaçı belə bir tələb qaldırmaqda haqlı ola bilərdi.Bu hallar məhkəmə iclasında da iddiaçıya izah olunmuşdur. Və beləliklə də, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamnənin 146-ci bəndinə əsasən, Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Həmin Əsasnamnənin 156-cı bəndinə əsasən, Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən “Hərbi xidmətə çağırışın Əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. PM-in 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “N il N ay N günün xidməti qulluq məvacibinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “N il N ay N günün xidməti qulluq məvacibinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-919/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-919/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver