Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-92/2020 29.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Sultanov Söhbət Qardaşxan oğlunun vəkili x3 iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayonu, Ərkivan bələdiyyəsinə qarşı “İddiaçı 530 kv.m torpaq sahəsinin satılması barədə Masallı rayon Ərkivan bələdiyyəsinin 15.08.2007-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi haqqında Masallı rayon Ərkivan bələdiyyəsinin 07 iyun 2019cu il tarixli qərarınınləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Masallı rayonu, Ərkivan bələdiyyəsinə qarşı “15 avqust 2007-ci il tarixli qərarın ləğv olunması haqqında 07 iyun 2019-cu il tarixli qərarının etibarsız hesab olunması”barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2-1(120)-92/2020 saylı qərardadı ilə Sultanov Söhbət Qardaşxan oğlu iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 29 iyun 2020-ci il tarixli iclasında iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “İddiaçı 530 kv.m torpaq sahəsinin satılması barədə Masallı rayon Ərkivan bələdiyyəsinin 15.08.2007-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi haqqında Masallı rayon Ərkivan bələdiyyəsinin 07 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Masallı rayon Ərkivan bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli qərarı ilə bələdiyyənin mülkiyyətində olan 530 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə ona satılmışdır. Masallı rayonu, Ərkivan qəsəbə sakini Sultanov Söhbət Qardaşxan oğlu 2018-ci ildə Masallı rayonu Ərkivan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 530 kv.m. torpaq sahəsinin mənə satılması haqqında həmin bələdiyyənin 15 avqust 2007-ci il tarixli qərarınınetibarsız hesab olunmasını xahiş etmişdir. Həmin iş üzrə hazırkı iddiaçı üçüncü şəxs qismində cəlb olunmuşdur. Masallı rayonu Ərkivan bələdiyyəsi iddia tələbini qəbul etsə də məhkəmə 2-1(086)-25/2018 saylı 06 mart 2018-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbini təmin etməmişdir. Sultanov Söhbət Qardaşxan oğlu Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-25/2018 saylı 06 mart 2018-ci il tarixli qərarından apelyasiya şikayəti vermişdir və həmin apelyasiya şikayəti üzrə 2-1(106)07/20- 10 saylı iş hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Bununla belə Masallı rayonu Ərkivan bələdiyyəsi Sultanov Söhbət Qardaşxan oğlunun cavabdehin 15.08.2007ci il tarixli qərarının qanuniliyini mübahisələndirilməsi haqqında məhkəmənin icraatında olan işə məhkəmə baxışı başa çatmamış, ona qarşı “torpaq ayrılmasına dair sənədlərin və 07 iyun 2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi”haqqında eyni tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Az sonra Masallı rayonu Ərkivan bələdiyyəsinin nümayəndəsi x210 aprel 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini mümkünsüz saymaqla, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir və Şirvan İnzibati-İqtisadi Məhkəməsi 2l(086)-541/ 2019 saylı 11 aprel 2019-cu il tarilxi qərardadı ilə Masallı rayonu Ərkivan bələdiyyəsinin mənə qarşı “torpaq ayrılmasına dair sənədlərin və qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını qərara almışdır. 530 kv.m. torpaq sahəsinin satılmasına dair 15 avqust 2007-ci il tarixli qərarının etibarsız hesab edilməsi haqqında Sultanov Söhbət Qardaşxan oğlunun Masallı rayonu, Ərkivan bələdiyyəsinə qarşı iddia ərizəsi üzrə işə məhkəmə baxışı başa çatdırılmamış və cavabdehin cavabdeh qismində cəlb olunduğu iş Şirvan Apelyasiya Məhkəməsinin icraatında olduğu halda, Masallı rayonu Ərkivan bələdiyyəsi ilə ona 530 kv.m. torpaq sahəsinin satılması haqqında 15 avqust 2007-ci il tarixli qərarını ləğv etmişdir. O, Masallı rayonu Ərkivan bələdiyyəsinin 07 iyun 2019-cu il tarixli iclasının vaxtı və yeri barədə məlumatdırılmamışdır, onun bələdiyyənin 07 iyun 2019-cu il tarixli iclasında iştirakı təmin edilməmişdir, bələdiyyə 07 iyun 2019-cu il tarixli qərarının ona verilməsini, ünvanına göndərilməsini təmin etməmişdir, məsələ ilə bağlı cavabdeh ona müraciət etməmişdir. Masallı rayonu Ərkivan bələdiyyəsinin 07 iyun 2019-cu il tarixli qərarını 06 sentyabr 2019-cu il tarixində Şirvan Apelyasiya Məhkəməsindən əldə etmişdir. Sözü gedən torpaq sahəsinin ona satılmasına onunla cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və istər cavabdehin 15.08.2007-ci il tarixli qərarının, istərsə də torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə arasında bağlanmış müqavilənin ləğv olunmasına razılıq verməmişdir, bu barədə cavabdeh ona müraciət etməmiş, arasında hər hansı müzakirə olmamışdır. Yuxarıda göstərilənlərə əsasən 15 avqust 2007-ci il tarixli qərarın ləğv olunması haqqında 07 iyun 2019-cu il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Masallı rayonu, Ərkivan bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə Masallı rayonu, Ərkivan bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında idda tələbini müdafiə etdiyini bildirərək, 530 kv.m torpaq sahəsinin satılması barədə Masallı rayon Ərkivan bələdiyyəsinin 15.08.2007-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi haqqında Masallı rayon Ərkivan bələdiyyəsinin 07 iyun 2019-cu il tarixli qərarı ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında üçüncü şəxs Sultanov Söhbət Qardaşxan oğlunun vəkili x4 izahatında idda tələbini qəbul etmədiyini bildirərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Ərkivan Qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27.09.2019-cu il tarixli, 2886 nömrəli arayışından görünür ki, Qənbərov Güloğan Söhbət oğlu Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayır. İş materiallarında olan 15.08.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Masalllı rayonu Ərkivan kəndində yaşayan İddiaçı 20 avqust 2007-ci il tarixdə Ərkivan bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Ərkivan bələdiyyə ərazisindən 530 kv.m torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş, həmçinin həmin torpaq sahəsinin plan və çizgisi tərtib edilmişdir. İş materiallarında olan 15.08.2007-ci il tarixli qərarından görünür ki, Masallı rayonu Ərkivan bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən Ərkivan kənd sakini İddiaçı sahibkarlıq fəaliyyət məqsədilə 530 kv.m torpaq sahəsi alqısatqı qaydasında satılması qərara alınmışdır. İş materiallarında olan Masallı rayonu Ərkivan bələdiyyəsinin 07 iyun 2019-cu il tarixli iclas protokolunun 12 saylı qərarından çıxarışdan görünür ki, Masallı rayon Ərkivan bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli 09 aylı qərarı ilə Masallı rayonu Ərkivan qəsəbə sakini İddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı qaydasında satılmış 530 kvm torpaq sahəsi və eyni zamanda K.Marks adına tərəvəzçilik və südçülük sovxozunun 31 mart 1995-ci il tarixində 128 saylı əmrinə əsasən Masallı rayonu Ərkivan qəsəbə sakini Sultanov Söhbət Qardaşxan oğluna ev tikməkdən ötəri ayrılmış 500 kvm torpaq sahəsi üst-üstə düşdüyü üçün Ərkivan bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli 09 saylı qərarı ləğv edilmişdir. İş materiallarında olan Masallı rayon Ərkivan bələdiyyəsinin məhkəməyə ünvanladığı 04.11.2019-cu il tarixli, 198 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 24.10.2019-cu ii tarixli Ərkivan qəsəbə bələdiyyəsinə ünvanladığınız məktuba cavab olaraq bildiririk ki, Ərkivan bələdiyyəsinin 530 kv.m torpaq sahəsinin İddiaçı satılmasına dair 15 avqust 2007-ci il tarixli 09 saylı qərarının ləğv edilməsinə dair məsələyə baxan zaman İddiaçı həmin iclasda iştirak etməmişdir, iclasın yeri və vaxtı barədə məlumat verilməmişdir, vətəndaşın bələdiyyə iclasında iştirakı vacib olmadığı üçün bələdiyyə tərəfindən rəsmi müraciət olunmamışdır. Lakin şifahi xəbərdarlıq edilmişdir. Bildiririk ki, Ərkivan qəsəbə sakini İddiaçı 13.09.2019-cu il tarixdə Ərkivan bələdiyyəsinə müraciətinə cavab olaraq bildirilmişdir ki, 15 avqust 07 saylı qərarının ləğv olunması barədə Ərkivan bələdiyyəsi tərəfindən 08.06.2019 cu il tarixdə ona məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin 31 mart 2020-ci il tarixli, 02/94 saylı məktubundan görünür ki, Masallı rayon Ərkivan bələdiyyəsinin 07.06.2019-cu il tarixli, 12 saylı iclas protokolu idarədə 24.06.2019-cu il tarixdə M/08-308 nömrə ilə qeydiyyata alınmışdır. Həmin protokolda Masallı rayonu Ərkivan bələdiyyəsinin 15.08.2007-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi barədə qərar yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı torpaq sahəsi almaq üçün Ərkivan bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Ərkivan bələdiyyə ərazisindən 530 kv.m torpaq sahəsinin İddiaçı satılması barədə 15.08.2007-ci il tarixli qərar qəbul edilmiş və onunla 15.08.2007-ci il tarixli torpaqların alqısatqısına dair müqavilə bağlanmışdır. Sonradan yəni 07.06.2019-cu il tarixdə Ərkivan bələdiyyəsinin 07.06.2019-cu il tarixli, 12 saylı qərarı ilə İddiaçı 530 kv.m torpaq sahəsinin satılması barədə 15.08.2007-ci il tarixli 09 saylı qərarı ləğv edilmişdir. Hazırda iddiaçı 530 kv.m torpaq sahəsinin ona satılması barədə 15.08.2007-ci il tarixli 09 saylı qərarın ləğv edilməsinə yönələn 07.06.2019-cu il tarixli, 12 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; Həmin Qanunun 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; Həmin Qanunun 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; Həmin Qanunun 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; Həmin Qanunun 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarını öyrənmək və şikayət verə bilmək hüquqları vardır, inzibati orqanın isə həmin hüquqları təmin etmək vəzifəsi vardır. İşdən görünür ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın (Ərkivan bələdiyyəsinin 07.06.2019-cu il tarixli, 12 saylı qərarı) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdeh inzibati orqan inzibati iсraat zamanı iddiaçının iştirakını və dinlənmə hüququnu təmin etməmiş, ona hüquqları izah edilməmiş, qəbul edilmiş inzibati akt (Ərkivan bələdiyyəsinin 07.06.2019-cu il tarixli, 12 saylı qərarı) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir etməsinə baxmayaraq həmin akt qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya təqdim edilməmişdir. Məhkəmə tərəfindən cavabdehə 2-1(086)-2432/2019 saylı 20 noyabr 2019-cu il tarixli sorğu təqdim edilərək hazırda mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (prosedura) əməl olunmasına dair sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Lakin, cavabdeh inzibati orqan tərəfindən bu barədə heç bir sənəd (sübut) və məlumat təqdim edilməmişdir. Bundan başqa məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh inzibati orqan qəbul etdiyi hazırda mübahisələndirilən inzibati aktın (Ərkivan bələdiyyəsinin 07.06.2019-cu il tarixli, 12 saylı qərarının) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, hazırda mübahisələndirilən inzibati aktın (Ərkivan bələdiyyəsinin 07.06.2019-cu il tarixli, 12 saylı qərarının) məzmunundan görünür ki, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan inzibati aktı (15.08.2007-ci il tarixli qərarı) ləğv edərkən aşağıdakı faktiki hallara istinad etmişdir: “Masallı rayon Ərkivan bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli 09 aylı qərarı ilə Masallı rayonu Ərkivan qəsəbə sakini İddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı qaydasında satılmış 530 kvm torpaq sahəsi və eyni zamanda K.Marks adına tərəvəzçilik və südçülük sovxozunun 31 mart 1995-ci il tarixində 128 saylı əmrinə əsasən Masallı rayonu Ərkivan qəsəbə sakini Sultanov Söhbət Qardaşxan oğluna ev tikməkdən ötəri ayrılmış 500 kvm torpaq sahəsi üst-üstə düşdüyü üçün Ərkivan bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli 09 saylı qərarı ləğv edilmişdir”. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu təqdim edilərək torpaq sahəsinin üst-üstə düşməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Lakin cavabdeh inzibati orqan həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan yuxarıda qeyd edilən hüquq normalarının (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun) tələbi baxımından hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı (torpaq sahəsinin üst-üstə düşməsi ilə bağlı) zəruri məlumatın əldə edilməsindən ötrü aidiyyatı inzibati orqanlara sorğular verməklə yanaşı, müvafiq olaraq ekspert və ya mütəxəssis cəlb etməklə, həmin şəxslərin verdiyi rəydən istifadə etmək imkanı olmuşdur. Nəzərə alsaq ki, iddiaçı üçün əlverişli olan inzibati akt üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşmə halına görə ləğv edilmişdir, bu zaman üst-üstə düşən torpaq sahəsinin həcmi və hüdudları təfərrüatı ilə müəyyən edilməli idi. Bu halın müəyyən edilməsi ən azından iddiaçı üçün əlverişli olan inzibati aktın tam və ya qismən ləğv edilməsi məsələsinə qiymət verilməsində də əhəmiyyət kəsb edəcəkdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Pya x1rşı» iş üzrə 17.11.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə Ərkivan bələdiyyəsinin 07.06.2019-cu il tarixdə keçirilən iclasında İddiaçı 530 kv.m torpaq sahəsinin satılması barədə 15.08.2007-ci il tarixli 09 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin 31 mart 2020-ci il tarixli, 02/94 saylı məktubundan görünür ki, Masallı rayon Ərkivan bələdiyyəsinin 07.06.2019-cu il tarixli, 12 saylı iclas protokolu idarədə 24.06.2019-cu il tarixdə M/08-308 nömrə ilə qeydiyyata alınmışdır. Həmin protokolda Masallı rayonu Ərkivan bələdiyyəsinin 15.08.2007-ci il tarixli, 09 saylı qərarının ləğv edilməsi barədə qərar yoxdur. Bu halın mövcudluğu onu deməyə imkan verir ki, 07.06.2019-cu il tarixdə keçirilən iclasında İddiaçı 530 kv.m torpaq sahəsinin satılması barədə 15.08.2007-ci il tarixli 09 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməmişdir. Başqa sözlə İddiaçı 530 kv.m torpaq sahəsinin satılması barədə 15.08.2007ci il tarixli 09 saylı qərarın ləğv edilməsi məsələsi ilə bağlı bələdiyyənin iclası keçirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 143-cü maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə əsasən Bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir. Konstitusiyasının 145-ci maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Konstitusiyasının 145-ci maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. Həmin Qanunun 6-ci maddəsinə əsasən Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Yuxarıda qeyd edilən hüquq normalarının hazırkı işin müəyyən edilmiş faktiki hallarına təbiq edərkən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 530 kv.m torpaq sahəsinin satılması barədə 15.08.2007-ci il tarixli 09 saylı qərarın ləğv edilməsi məsələsi ilə bağlı mütləq bələdiyyənin iclası keçirilməli, həmin məsələ bələdiyyə iclasının gündəliyinə daxil edilməli, bələdiyyə üzvləri arasında həmin məsələ müzakirə edilməli, səsvermə nəticəsində müvafiq qərar qəbul edilməli və keçirilmiş iclasın nəticələrinə dair protokol tərtib edilməli və həmin protokol iclasın sədri və katibi tərəfindən imzalanmalı və bələdiyyənin möhürü ilə təsdiq edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Masallı rayon Ərkivan bələdiyyəsinin 07.06.2019-cu il tarixli, 12 saylı iclasında İddiaçı 530 kv.m torpaq sahəsinin satılması barədə 15.08.2007-ci il tarixli 09 saylı qərarın ləğv edilməsi məsələsi iclasın gündəliyinə daxil edilməmiş və bu barədə müazakirə olunmamış habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Masallı rayonu, Ərkivan bələdiyyəsinə qarşı iddia tələbi təmin edilməli, Masallı rayon Ərkivan bələdiyyəsinin 15 avqust 2007-ci il tarixli qərarının ləğv olunması haqqında 07 iyun 2019cu il tarixli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı 530 kv.m torpaq sahəsinin satılması barədə Masallı rayon Ərkivan bələdiyyəsinin 15.08.2007-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi haqqında Masallı rayon Ərkivan bələdiyyəsinin 07 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-92/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-92/2020
29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver