Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-92/2022 14.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X19 оğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “28 fevral 1994-cü il tarixli, 14 saylı sərəncama və Lənkəran şəhər X13 xx.xx.1994cü il tarixli, 5 nömrəli qərarına əsasən ona ayrılmış 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə 14 iyul 2022-ci il tarixdə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, “mülkiyyət hüququnun dövlət qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(120)-823/2021 nömrəli qərardadı ilə Lənkəran rayonu Liman bələdiyyəsinin, X1 və X5 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(120)-823/2021 nömrəli qərardadı ilə iddia tələbinə “28 fevral 1994-cü il tarixli, 14 saylı sərəncama və Lənkəran şəhər X13 xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarına əsasən ona ayrılmış 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(120)-823/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1992-1994 cü illərdə Xəzər dənizinin su səviyyəsinin qalxması ilə əlaqədar Lənkəran rayon Liman şəhərinin Xəzər dənizi sahillərinə yaxın ərazilərdə yaşayan sakinlərin həyətyanı torpaq sahələri - mülkiyyətləri su altında qalmışdır. Mülkləri su altında qalan vətəndaşlara dövlət Liman şəhəri ərazisində “Subasarlar üçün ayrılmış torpaq fondu” ərazisi ayrıldı və həyətləri su altında qalan sakinlərə yeni həyətyanı torpaqlar verilmişdir. Ona məxsus daşınmaz əmlakı da Xəzər dənizinin su səviyyəsinin qalxması ilə əlaqədar olaraq su altında qalmışdır. Dövlət mülkiyyəti su altında qalmış vətəndaşları adlı siyahı ilə müəyyənləşdirib ayrılmış torpaq sahəsində yerləşdirmişdir. Həmin siyahıda onun da adı olmuşdur. Liman (Port-İliç) İcra Nümayəndəliyinin 28 fevral 1994-ci il tarixli, 14 saylı sərəncamında ona torpaq sahəsinin verilməsi ilə bağlı Lənkəran XDS müraciət etmiş və Lənkəran XDS 30 aprel 1994-cü il tarixli, 5 №-li protokolu ilə ona 0,06 hektar torpaq sahəsinin ayrılması ilə bağlı qərar vermişdir. 31 mart 1994-cü il Lənkəran XDS-nin yanında Memarlıq və şəhərsalma şöbəsi Lənkəran XDS-nin 30 aprel 1994-cü il tarixli 05 №-li qərarına əsaslanaraq ev tikməsindən ötrü onun adına lahiyyə plan hazırlamışdır. 1994-cü ildən hazırkı vaxta kimi ayrılmış torpaq sahəsi onun istifadəsində və mülkiyyətində olmuşdur. Liman şəhər Bələdiyyəsi və Liman şəhər İcra Nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xəritə məlumatlarında da ona ayrılmış torpaq sahəsinin plan və yeri göstərilmişdir. Adı çəkilən həyətyanı torpaq sahəsinin çıxarışını almaqdan ötrü DƏDRX Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz əlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində əsasən Daşınmaz Əmlakın Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi qaydalarına uyğun sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi 09 mart 2021-ci il tarixində **********48 saylı “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildiriş təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və üçüncü şəxslərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 385 nömrəli arayışından görünür ki, Məmmədov X11 rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanında yaşayır. İş materiallarında olan X16 filialının xx.xx.2020-ci il tarixli, A/223 nömrəli arxiv çıxarışından görünür ki, Port-İliç şəhəri üzrə nümayəndəliyinin 28 fevral 1994-cü il tarixli, 14 nömrəli sərəncamı ilə subasar zonada yaşayan şəhər sakini İddiaçı Lənkəran şəhər X13 09 sentyabr 1992-ci il tarixli, 13 nömrəli qərarına əsasən subasarlar üçün ayrılmış torpaq fondundan 0,06 hektar həyətyanı torpaq sahəsinin verilməsi haqqında komissiyanın 25 fevral 1994-cü il tarixli aktı nəzərə alınmış və ona həmin sahədə ümumi sahəsi 75 kv.m, yaşayış sahəsi 45 kv.m olan 2 otaqdan ibarət 1 mərtəbəli yeni yaşayış evi tikməyə icazə vermək Lənkəran şəhər X17 tövsiyyə edilmişdir. İş materiallarında olan X16 filialının xx.xx.2020-ci il tarixli, A/223 nömrəli arxiv çıxarışından görünür ki, Lənkəran şəhər X18 Rəyasət heyyətinin 30 aprel 1994-cü il tarixli, 5 nömrəli protokolu ilə Port-İliç şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Lənkəran şəhər icra hakimiyyəti başçısının Port-İliç şəhəri üzrə nümayəndəsinin 28 fevral 1994-cü il tarixli, 14 nömrəli sərəncamı nəzərə alınmış, bu məqsədlə ayrılmış 0,06 hektar torpaq sahəsində ona memarlıq və şəhərsalma şöbəsinin layihəsi əsasında ümumi sahəsi 73 kv.m, yaşayış sahəsi 40 kv.m olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evi tikməyə icazə verilmişdir. İş materiallarında olan olan Lənkəran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 385 nömrəli arayışında qeyd edilmişdir ki, həqiqətən 1990-cı illərin əvvəllərində Xəzər dənizinin su səviyyəsinin qalxması nəticəsində ona məxsus mülkiyyət su altında qalmışdır. Dövlət vətəndaşlara dəymiş ziyanı aradan qaldırmaq məqsədi ilə Liman şəhəri ərazisində 80 hektar ərazi ayırmışdır. Mülkləri su altında qalmış vətəndaşların adlı siyahısı müəyyən edilmiş və vətəndaş İddiaçı da adı siyahıda qeyd edilmişdir. “Subasarlar üçün ayrılmış fond torpaq”ın ərazisindən vətəndaş İddiaçı Liman İN-in 28 fevral 1994-cü il tarixli 14 saylı sərəncamı, Lənkəran XDS-nin 30 aprel 1994-cü il 5 nömrəli protokolu ilə 0,06 ha torpaq sahəsi verilmişdir. Göstərilən ərazi 1994-cü ildən hazırkı vaxta kimi vətəndaşın mülkiyyətində olmuş və heç bir mübahisə predmeti olmamışdır. Qeyd: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-573F göstərilən ünvan vətəndaş İddiaçı mərhum anası X3 məxsus Liman şəhər M.Ə.Rəsulzadə ev 10 ünvanına aiddir. İş materiallarında olan Lənkəran rayon Liman bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 200 nömrəli arayışında qeyd edilmişdir ki, həqiqətən 1990-cı illərin əvvəllərində Xəzər dənizinin su səviyyəsinin qalxması nəticəsində vətəndaşa məxsus mülkiyyət su altında qaldığı üçün ona Subasarlar üçün ayrılmış fond torpaq”ın ərazisindən Liman İN-in 28 fevral 1994-cü il tarixli 14 saylı sərəncamı, Lənkəran XDS-nin 30 aprel 1994-cü il 5 nömrəli protokolu ilə 0,06 ha torpaq sahəsi verilmişdir. Göstərilə ərazi 1994-cü ildən hazırkı vaxta kimi vətəndaşın mülkiyyətində olmuş və heç bir mübahisə predmeti olmamışdır. Qeyd: Torpağın mülkiyyətə verilməsinə dair JN-573F saylı şəhadətnamə subasarlar üçün ayrılmış torpaq fondunun ərazisinə daxil deyil. İş materiallarında olan “torpağın mülkiyyətə verilməsinə dair” JN-573F, KOD 80202004 nömrəli şəhadətnamədən və ona əlavə olunmuş plan çizgi və siyahıdan görünür ki, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı, X2, X9 və X10 0.06 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuş, həmçinin siyahıda İddiaçı, X1, X5 və X6 adı qeyd edilmişdir. İş materiallarında olan Lənkəran rayonunun Liman şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı, X1, X5 və X6 adı qeyd edilmiş, dövlət aktının nömrəsi 443, xəritədə nömrəsi 573, ailə tərkibi 4 nəfər, qanuni istifadəsində olan həyətyanı sahəsi 0,06 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsinin məhkəməyə göndərdiyi 08 may 2021-ci il tarixli, **********86 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayonu, Liman şəhəri ərazisində yerləşən, Lənkəran rayon “Port-İliç şəhəri üzrə nümayəndəliyinin 28 fevral 1994-cü il tarixli, 14 saylı sərəncamından çıxarışla İddiaçı fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış hazırda mübahisələndirilən 600 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata-alınması öhdəliyinin üzərimizə qoyulması barədə iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəfimizdən sözü gedən daşınmaz əmlaka dair arxiv və baza məlumatları araşdırıldı. Aparılan araşdırma nəticəsində məlum oldu ki, yuxarıda barəsində qeyd olunan 600 kv.m həyətyanı torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçının və onun ailə üzvlərinin adına Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı müvafiq qərarı əsasında JN-573F nömrəli “Şəhadətnamə” tərtib olunmuşdur. Bu baxımdan bildiririk ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-573F nömrəli “Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikintisindən ötrü hazırki iş üzrə iddiaçının və onun ailə üzvlərinin ümumbirgə mülkiyyətinə Lənkəran rayonu, Liman şəhəri ərazisində 600 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin, yuxarıda barəsində qeyd olunan həmin JN-573F nömrəli şəhadətnamə barədə Ərazi idarəsində mövcud olan DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti hissədə müvafiq qeydiyyat aparılmışdır. Xidmət orqanı olaraq bildiririk ki, yuxarıda barəsində qeyd olunan Lənkəran rayon “Port-İliç şəhəri üzrə nümayəndəliyi”nin 28 fevral 1994-cü il tarixli, 14 saylı sərəncamından çıxarışla hazırki iş üzrə iddiaçıya və onun ailə üzvlərinə ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə əvvəllər yaranmış hüquqlara dair Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı müvafiq qərarı ilə ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-573F nömrəli “Şəhadətnamə” tərtib olunmuşdur. Bu baxımdan bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Odur ki, hazırda icraatınızda olan iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyinizi xahiş edirik. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən gələcəkdə hüquqmüəyyənedici sənəd olaraq həmin JN- 573F nömrəli “Şəhadətnamə”nin əsli və sözü gedən şəhadətnamədə barəsində qeyd olunan mülkiyyətçilərin şəxsiyyətlərini təsdiq edən sənədlər Ərazi İdarəsinə təqdim olunduğu təqdirdə, ayrılmış 600 kv.m torpaq sahəsi üzərində faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun onun və ailə üzvlərinin adına əvvəllər yaranmış ümumbirgə mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduruna baxılacaqdır. İş materiallarında olan AZ-İİ №045973 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Lənkəran rayon Liman bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 224 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayon Liman şəhəri M.Ə.Rəsulzadə küç ev 10 yaşayan İddiaçı 1990-il illərin əvvəllərində Xəzər dənizinin su səviyyəsi qalxması nəticəsində ona məxsus mülkiyyət su altında qaldığı üçün ona “Subasarlar üçün ayrılmış fond torpaq” ərazisindən Liman İN-nin 28 fevral 1994-cü il tarixli 14 saylı sərəncamı, Lənkəran XDS-nin 30 aprel 1994-cü il 5 nömrəli protokolu ilə 0.06 ha torpaq sahəsi verilmişdir. Vətəndaşa ayrılmış xəritə məlumatlarında ərazinin yeri, plan ölçüsü və qonşuları göstərilmişdir. Göstərilən ərazi 1994-cü ildən hazırki vaxta kimi vətəndaşın mülkiyyətində olmuş və heç bir mübahisə predmeti olmamışdır. Qeyd: Torpağın Mülkiyyətə verilməsinə dair JN-573F saylı şəhadətnamə subasarlar üçün ayrılmış torpaq fondunun ərazisinə daxil deyil. Vətəndaşın hal-hazırda istifadə etdiyi əraziyə Liman bələdiyyəsinin heç bir etirazı və iddiası yoxdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4769 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran şəhər XDS-nin xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarı ilə İddiaçı üzərində yaşayış sahəsi 40 m2 ümumi sahəsi 73 m2 olan birmərtəbəli iki otaqlı yeni fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.06 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmadı. İddiaçının naturada ona ayrılmış torpaq sahəsi kimi iddia etdiyi ərazinin koordinatları müəyyən edildi. Qərardadın ikinci-beşinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-573F (kod ********) şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları müəyyən olundu. Məlum oldu ki, həmin 0.06 ha torpaq sahəsi Liman yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planına əsasən iddiaçının hal-hazırda yaşadığı fərdi yaşayış evinin (iddiaçının anasına və onun ailə üzvlərinə məxsus olan JN- 577F saylı şəhadətnamə ilə) yerləşdiyi torpaq sahəsinin şimal-şərq istiqamətində qonşuluğunda yerləşir. Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, 1-ci sualın cavabında qeyd edildiyi kimi Lənkəran şəhər XDS-nin xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarı ilə İddiaçı üzərində yaşayış sahəsi 40 m2 ümumi sahəsi 73 m2 olan birmərtəbəli iki otaqlı yeni fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları müəyyən edilmədiyindən mütəxəssis qarşısında qoyulmuş sualın 1-ci hissəsinin cavablandırmaq mümkün olmadı. İddiaçının ona ayrılmış və tikintisinə icazə verilmiş 0.06 ha (faktiki 0.11 ha) torpaq sahəsi kimi iddia etdiyi və göstərdiyi ərazi Liman (Şirinsu təsərrüfatı) şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu planına əsasən bələdiyyə mülkiyyətində olan Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Qərardadın dördüncü sualı üzrə: Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran şəhər XDS-nin xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarı ilə İddiaçı üzərində yaşayış sahəsi 40 m2 ümumi sahəsi 73 m2 olan birmərtəbəli iki otaqlı yeni fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.06 ha torpaq sahəsi hansı koordinatda yerləşməsini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmadı. Qərardadın altıncı sualı üzrə: Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTl-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran şəhər XDS-nin xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarı ilə İddiaçı üzərində yaşayış sahəsi 40 m2 ümumi sahəsi 73 m2 olan birmərtəbəli iki otaqlı yeni fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.06 ha (faktiki 0.11 ha) torpaq sahəsi kimi iddia etdiyi, göstərdiyi torpaq sahəsinin koordinatları (sərhədləri) ilə torpağın mülkiyyətə verilməsinə dair JN-573F (kod ********) şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları (sərhədləri) üst-üstə düşmür. Qərardadın yeddinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran şəhər XDS-nin xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarı ilə İddiaçı üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.06 ha torpaq sahəsi kimi iddia etdiyi (faktiki 0.11 ha) torpaq sahəsi Liman (Şirinsu təsərrüfatı) şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu planına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Qərardadın səkkizinci sualı üzrə: Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lənkəran şəhər XDS-nin xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarı ilə İddiaçı üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.06 ha torpaq sahəsi kimi iddia etdiyi (faktiki 0.11 ha) torpaq sahəsinin iddiaçının öz istifadəsində olduğunu ekspertiza zamanı bildirdi. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı.Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X4rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü maddəsində qeyd edilir ki, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 33-cü maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İddiaçının hazırkı iddiasının mahiyyəti (hüquqi marağı) 28 fevral 1994-cü il tarixli, 14 saylı sərəncamı və Lənkəran şəhər X13 xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarına əsasən ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq və buna dair çıxarış əldə etməkdir. Hansı ki, Şəhər X13 torpaq sahəsinin ayrılması ilə bağlı qərarlarına əsasən daşınmaz əmlak üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata alınmasını tələb etmək torpaq sahibi kimi iddiaçının müstəsna hüququ, bu hüquqların qeydiyyatını aparmaq və qeydiyyata dair müvafiq sənədləşmə işlərini aparmaq isə cavabdehin vəzifəsidir. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətindən cavabdehin imtina etməsinin səbəbi qeyd olunan 600 kv.m həyətyanı torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçının və onun ailə üzvlərinin adına Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı müvafiq qərarı əsasında JN-573F nömrəli “Şəhadətnamə” tərtib olunması olmuşdur. Lakin məhkəmə araşdırması zamanı ekspert və müətəxəssis rəyi ilə müəyyən edilmişdir ki, 28 fevral 1994-cü il tarixli, 14 saylı sərəncamı və Lənkəran şəhər X13 xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinin kordinatlarını müəyyən etmək olmur. Bununla belə iddiaçının iddia etdiyi, göstərdiyi torpaq sahəsinin koordinatları (sərhədləri) ilə torpağın mülkiyyətə verilməsinə dair JN-573F (kod ********) şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları (sərhədləri) üst-üstə düşmür. Eyni zamanda iş materiallarında olan sənədlərdən (ekspert və müətəxəssis rəyindən) müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və göstərdiyi (faktiki 0.11 ha) torpaq sahəsi Liman (Şirinsu təsərrüfatı) şəhərinin torpaq islahatına dair kompleks yerquruluşu planına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə iddiaçının ilkin müraciətindən imtina edərkən cavabdeh inzibati orqanın göstərdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, 28 fevral 1994-cü il tarixli, 14 saylı sərəncamı və Lənkəran şəhər X13 xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinin sənəd üzrə kordinatlarını (yerini) müəyyən etmək mümkün olmadığı halda həmin torpraq sahəsinin məhz torpağın mülkiyyətə verilməsinə dair JN-573F (kod ********) şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış 0.06 ha torpaq sahəsi ilə eyni ərazi olması qənaətinə gəlməsi anlaşılan deyildir və buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından qeyd edilən xüsusatların araşdırlması ilə bağlı zəruri inzibati icraat apararaq, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Başqa sözlə, hüquqların dövlət qeydiyyatı haqqında, o cümlədən qeydə alınmış mülkiyyət hüquqlarının müdafiəsi (düzgünlüyü) üçün verilmiş ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış, plan və ölçü sənədi vermək cavabdehin vəzifələri sırasına daxildir. Lakin işin faktiki hallarından görünür ki, cavabdeh qanunla onun üzərinə qoyulan vəzifələrini lazımınca icra etməmişdir. Bundan başqa məhkəmə xüsusi olaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından və iddiaçının ərizəsinin icrasından imtina edərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əməl etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, zərurət olarsa mütəxəssisin iştirakı ilə torpaq sahəsinə baxış keçirməli, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Cavabdeh iddiaçının müraciətini araşdırmadan formal əsaslarla imtina məktubu verməməli, qeyri-müəyyən münasibət bildirməməli idi. İş üzrə lazımi faktiki hallar tam aydın müəyyən olunmadığından iddiaçının iddia tələbinin təmin edilib-edilməməsi barədə məhkəmə qərarının qəbul edilməsi hazırki mərhələdə mümkün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “28 fevral 1994-cü il tarixli, 14 saylı sərəncama və Lənkəran şəhər X13 xx.xx.1994-cü il tarixli, 5 nömrəli qərarına əsasən ona ayrılmış 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. 28 fevral 1994-cü il tarixli, 14 saylı sərəncama və Lənkəran şəhər X13 xx.xx.1994cü il tarixli, 5 nömrəli qərarına əsasən ona ayrılmış 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-92/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-92/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver