Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-92/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil təminatı ilə bağlı qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ehtiyatda olan kapitan İddiaçı 19 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə daxil olmuş və 12 iyun 2014-cü il tarixində Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Beləliklə 24 təqvim ili həqiqi hərbi xidmətdə olmuşdur. 2012-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində iyirmi təqvim ili qüsursuz xitməti tamam olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının icrasına başlanan zaman, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən xidmətə başlamış hərbi qulluqçulara dövlət vəsaiti hesabına mənzillərin verilməsi prosesinə start verilərkən, adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək şəxslərin siyahısında olduğunu zənn edərək növbənin ona çatdıqda mənzilin verilməsini gözləyirdi. 2017-ci ildə mənzillə təmin edilmə prosesinin getdiyini, 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində iyirmi təqvim ili qüsursuz xidmət keçmiş hərbiçilərə mənzillərin paylanıldığını bilib və növbənin ona hələ də çatmadığını öyrənərək ölkə rəhbərliyinə müraciət etmək qərarına gəldi. 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə yazılı müraciətlər ünvanlamışdır. Müraciətləri baxılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmiş və Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində hər bir müraciətinə baxılmışdır. Sonuncu, xx.xx.2020-ci il tarixli, 2407 №-li cavab məktubunda, xx.xx.2013-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyata buraxılmağı qeyd edilməklə Müdafiə Nazirliyinin mənzil komissiyasının qərarına əsasən yuxarıda qeyd edilən Fərmanın təsiri xaricində olduğu göstərilmişdir. Lakin, əvvəlki müraciətlərinə verilmiş cavablarda isə adının müvafiq siyahıya daxil ediləcəyi və yaxud komissiyaya artıq təqdim edildiyi bildirilmişdir. Bu səbəbdən onda müəyyən anlaşılmazlıq və çaşqınlıq yaranmışdır ki, hansı səbəblərdən əvvəlki cavab məktublarında müsbət cavab verilmiş, sonuncuda isə tam əksinə imtina edilmişdir. Yaranmış anlaşılmazlığa aydınlıq gətirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Rüspublikasının Müdafiə nazirinə yazılı müraciət ünvanlamış, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi bildirmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və dövlət vəsaiti hesabına mənzillə təmin olunmağı barədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci 28 dekabr tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Müdafiə nazirinin müvafiq əmrilə yaradılmış komissiya tərəfindən müsbət qərar qəbul edildiyi təqdirdə əlavə məlumat veriləcəkdir. Verilən cavab qeyrimüəyyəndir, absurddur, heç bir məntiqə sığmır və bir qədər gülüş doğurur. Yuxarıda qeyd edilən Fərmanın təsiri altına düşməkdən ötrü iyirmi il təqvim hesabı ilə Azərbaycan Silahlı Qüvvələrdə qüsursuz xidmətin olması kifayətdir. O da göründüyü kimi, 1992-2012-ci illərdə qüsursuz xidməti olub, yalnız 2014-cü ildə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyi nə üçün belə qərar qəbul etdiyini heç cür izah etmir və edə də bilməz. Hesab edir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundakı qeydlər əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrindəki qüsursuz xidməti təqvim hesabı ilə 20 il və daha çox olduğundan adı dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməli və o, mənzillə təmin edilməlidir. 1992-ci ildən xidmətə başlamış və iyirmi təqvim ili qüsursuz xidmət keçmiş hərbi qulluqçulardan ola bilsin ki, yeganə tək odur ki, hələ mənzillə təmin edilməmişdir. 2012-ci ildən başlayaraq, yəni 9 ildir ki, əsassız olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ naməlum səbəblərdən pozulur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır, qanunsuzdur və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər”. İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə (xidməti uyğunsuzluğuna görə) ehtiyata buraxıldığından Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanı ona şamil edilə bilməz. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci maddəsinin 4 hissəsinə görə “Xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ali Hərbi Dəniz məktəbinin rəisinin 19 oktyabr 1992-ci il tarixli, 531 nömrəli əmrindən, 30 iyun 1997-ci il tarixli, ******* nömrəli diplomun təsdiq olunmuş surətindən və iddiaçının xidmət dəftərçəsindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən məktəbin şəxsi heyətinin siyahısına daxil edilmiş və təminat rotasına atıcı təyin olunmuş, 1997-ci ildə həmin məktəbi bitirmiş, müvafiq əmrlərlə xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək N №-li hərbi hissədə hərbi tikinti dəstəsinin baş mühasibi, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək N saylı hərbi hissənin əlahiddə RK və REM alayında maliyyə xidməti rəisinin köməkçisi, xx.xx.1998-ci ildən xx.xx.2001-ci il tarixədək N saylı hərbi hissənin əlahiddə mühəndis aerodrom taburunda maliyyə hissəsinin rəisi, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək N №-li hərbi hissənin vertolyot aviasiya alayında maliyyə xidməti rəisinin köməkçisi, xx.xx.2003-cü ildən xx.xx.2004-cü il tarixədək N №-li hərbi hissənin əlahiddə radio kəşfiyyat məntəqəsində maliyyə xidməti rəisi, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək N №-li hərbi hissənin xüsusi təyinatlı briqadasında maliyyə xidməti rəisinin köməkçisi, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissədə şəxsi heyət bölməsinin zabiti (maliyyə xidməti rəisinin köməkçisi), xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissədə maliyyə hissəsinin rəisi vəzifələrində ümumilikdə N il 7 ay 17 gün xidmət etmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandirinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq başqa hərbi hissədə ixtisasına uyğun vəzifəyə təyin edilməyə təqdim olunma barədə 04 dekabr 2013-cü il tarixli təqdimatının əsaslandırılması bölməsində qeyd olunur ki, kapitan İddiaçı N saylı hərbi hissədə xidmətə başladığı ilk gündən özünü intizamlı, verilən əmr və tapşırıqları vaxtında yerinə yetirən bir zabit kimi göstərmişdir. Şəxsi heyətlə münasibət yaratmaq bacarığına malikdir. Hərbi libası səliqəli geyinir. Silahlı Qüvvələrin Nizamnamələrini, rəhbəredici sənədləri öyrənir və gündəlik fəaliyyətində yerinə yetirir. Dövlət sirrini qorumağı bacarır. Döyüş hazırlığı yaxşı, fiziki hazırlığı məqbuldur. Göründüyü kimi, iddiaçı xx.xx.1992-ci il tarixdən N saylı hərbi hissədə maliyyə hissəsinin rəisi vəzifəsinə təyin olunduğu xx.xx.2014-cü il tarixədək xidmət etdiyi hərbi hissələrdə N il N ay N gün qüsursuz hərbi xidmət keçmiş, bununla da adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi hüququnu qazanmışdır. İş materiallarında olan N saylı hərbi hissə komandirinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılma barədə xx.xx.2014-cü il tarixli təqdimatından və Müdafiə Nazirinin 05 iyun 2014-cü il tarixli, 0417 nömrəli əmrindən görünür ki, kapitan İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Cavabdeh təşkilat məhz bu səbəbdən iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma halı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021ci il tarixli, 1476 nömrəli Fərmanında qüsur kimi nəzərdə tutulmamışdır. Həmçinin, iş materiallarında olan Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin Şirvan İnzibati Məhkəməsinə və Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 2876 nömrəli məktubunda da Müdafiə Nazirliyi Hüqüq İdarəsinin 11/5789 nömrəli 08 dekabr 2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma halı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Fərmanında qüsur kimi nəzərdə tutulmamışdır. Hətta əks təqdirdə belə iddiaçı adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi hüququnu Müdafiə Nazirinin “xidməti uyğunsuzluğa görə” 05 iyun 2014-cü il tarixli, 0417 nömrəli əmrindən 1 il 7 ay 17 gün əvvəl (xx.xx.1992-xx.xx.2012) qazanmışdır. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı xx.xx.1992-ci il tarixdən N saylı hərbi hissədə maliyyə hissəsinin rəisi vəzifəsinə təyin olunduğu xx.xx.2014-cü il tarixədək xidmət etdiyi hərbi hissələrdə N təqvim ilindən artıq qüsursuz hərbi xidmət keçmiş, bununla da adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi hüququnu qazanmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərman ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri qərara alınmış, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq Komissiya yaradılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 №-li Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir. Nəzərə almaq lazımdır ki, qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Bu kateqoriyadan olan anlayışlar məzmun baxımından qeyri-dəqiq və qeyri-müəyyən olmaları ilə fərqlənir. İnzibati orqanlar qanunları tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışları təfsir etməli və həmin anlayışların təfsiri əsasında qərar qəbul etməlidirlər. Qanunverici tərəfindən, belə anlayışlardan, bir qayda olaraq, işin faktiki hallarına münasibətdə istifadə olunur. İnzibati orqan bu cür hallarda, o cümlədən hazırkı mübahisəyə münasibətdə qüsursuz xidmət anlayışının təfsiri zamanı obyektiv göstəriciləri, o cümlədən şəxsin hərbi xidmətə münasibəti və hərbi peşəkarlıq səviyyəsi ilə bağlı, habelə hərbi xidmət zamanı və xidmətlə əlaqədar əldə etdiyi uğurları və onun insani keyfiyyətləri ilə bağlı faktiki halları nəzərə almalı və bunların üzərindən onun hərbi xidmətini qiymətləndirməlidir. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz. Şəxsin xidməti həmin anlayış prizmasından dəyərləndirilərkən, onun xidmət göstəriciləri vəhdət halında götürülməli və onlara məcmu halında qiymət verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, belə qeyri-müəyyən anlayışlar əsasında inzibati orqanlar tərəfindən qəbul olunan qərarlar inzibati məhkəmə nəzarəti qaydasında tam şəkildə yoxlanıla bilər. Hazırkı mübahisəyə münasibətdə də həmin yanaşma tətbiq olunmalı, iddiaçının hərbi xidmətinin qüsursuz olub-olmadığı və bunun üzərindən onun tələbində haqlı olub-olmadığı yuxarıda qeyd olunan obyektiv göstəricilər nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 14.1-ci maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə görə diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı adının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-92/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-92/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver