Məhkəmə qərarları › İş №2-1(120)-923/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-923/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-923/2021 01.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X14, X2, X3, X9, X15, X10 və X6 iddiaçıya məxsus Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 18, 05 saylı mənzilin qeydiyyatından çıxarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əsədov X12 şəhəri, Azərbaycan küçəsi, bina 18, 05 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X14, X2, X3, X9, X15, X10, X16, X17 və X6 mənzilin qeydiyyatından çıxarılmaları üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 18, 05 saylı mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(120)-923/2021 saylı qərardadı ilə X14, X2, X3, X9, X15, X10, X16, X17 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(120)-923/2021 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “X14, X2, X3, X9, X15, X10 və X6 iddiaçıya məxsus Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 18, 05 saylı mənzilin qeydiyyatından çıxarılması” kimi baxılması qərara alınmışdır. Məhkəmənin 01 iyun 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X20, X4, X5, X18, X21, X19 və X11 onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bildirmişdir ki, həmin şəxslər ona məxsus mənzildə yaşamırlar və harada yaşamaları barədə məılumatı yoxdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X27, X7, X8, X23, X28, X24 və X22 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, ******* nömrəli çıxarşın təsdiq olunmuş surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş ******* nömrəli çıxarışdan və 27.10.2000-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Əsədov X12 şəhəri, Azərbaycan küçəsi, ev 18, 05 nömrəli mənzili alqı-satqı yolu ilə aldıqdan sonra ******* nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı 31 mart 2021-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər X27, X7, X8, X23, X28, X24 və X22 iddiaçıya məxsus ünvan 1 pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin **********41 nömrəli 16.05.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, üçüncü şəxslər X14, X2, X3, X9, X15, X10 və X6 mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş Cəlilabad şəhər İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16.05.2021-ci il tarixli, 105 nömrəli məktubundan görünür ki, X27, X7, X8, X23, X28, X24 və X1 şəhəri, Azərbaycan küçəsi, ev 18, 05 nömrəli mənzildə yaşamırlar. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (dövlət rüsumu) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X14, X2, X3, X9, X15, X10 və X6 İddiaçı məxsus ünvan 1 pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar