Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-924/2022 25.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 оğlunun katibliyi, İddiaçı Gülbaba oğlunun iştirakı ilə, İddiaçı Gülbaba oğlunun Cavabdehnə qarşı “doğum haqqında akt qeydində “doğum tarixinin xx.xx.1996-cı ildən xx.xx.1993-cü ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Gülbaba oğlu Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “doğum haqqında akt qeydində “doğum haqqında akt qeydində “doğum tarixinin xx.xx.1996-cı ildən xx.xx.1993-cü ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1996-cı il olaraq qeyd edilmiş, lakin iddiaçı barəsində tərtib edilmiş bütün digər sənədlərdə təvəllüdü xx.xx.1993-cü il kimi yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Şifahi məhkəmə iclasında İddiaçı Gülbaba oğlu izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1996-cı ildən xx.xx.1993-cü ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - SX № ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Gülbaba oğlunun xx.xx.1993-cü ildə doğulması barədə qeydiyyat aparılmışdır. - Sabirabad rayon İcra Hakimiyyətinin Nizami kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli, 1372 nömrəli arayışından görünür ki, Paşayev X1 rayonu Nizami kəndində yaşayır. - xx.xx.1997-ci il tarixli, XX-JQ №411108 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Gülbaba oğlunun xx.xx.1993-cü ildə doğulması barədə qeydiyyat aparılmış, atası X4, anası X2 qeyd edilmişdir. - xx.xx.1997-ci il tarixli, 111 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı Gülbaba oğlunun xx.xx.1996-cı ildə doğulması barədə qeydiyyat aparılmış, atası X4, anası X2 qeyd edilmişdir. - xx.xx.1996-cı il tarixli, 110 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X3 (iddiaçının qardaşı) xx.xx.1996-cı ildə doğulması barədə qeydiyyat aparılmış, atası X4, anası X2 qeyd edilmişdir - A № 062631 nömrəli tam orta təhsil haqqında attestatdan və əsas təhsil haqqında şəhadətnamədən görünür ki, İddiaçı Gülbaba oğlunun 1993-cü ildə doğulması barədə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 467 nömrəli məktubundan və ona əlavə olunmuş uçot kartasından və digər sənədlərdən (xasiyyətnamə, qeydiyyat kartası, doğum haqqında şəhadətnamədən) görünür ki, İddiaçı Gülbaba oğlunun xx.xx.1993-cü ildə doğulması barədə qeydlər aparılmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1996-cı il” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə doğum tarixi “xx.xx.1993-cü il” qeyd edilmişdir. İddiaçının hərbi biletində, atestatında və digər sənədlərdə doğum tarixinin “xx.xx.1993-cü il” qeyd edilməsi onu deməyə əsas verir ki, hərbi biletin, atestatın və digər sənədlərin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə də iddiaçının təvəllüdü xx.xx.1993-cü il kimi olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə təvəllüdünün xx.xx.1993-cü il olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. İş materiallarında olan sənədlərdən həmçinin müəyyən olunur ki, iddiaçının doğma (ata və anası eyni olan) qardaşı X5 xx.xx.1996-cı il tarixdə doğulmuşdur. Bu fakt onu deməyə əsas verir ki, iddiaçı həqiqətən də akt qeydində göstərildiyi kimi xx.xx.1996-cı il də doğulması mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində “doğum tarixinin xx.xx.1996-cı ildən xx.xx.1993-cü ilə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Doğum haqqında akt qeydində iddiaçının (İddiaçı Gülbaba oğlu ilə bağlı) “doğum tarixinin xx.xx.1996-cı ildən xx.xx.1993-cü ilə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-924/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-924/2022
25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver