Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-924/2023 04.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Cavabdehnə qarşı İmişli rayonu X1 kənd sakinləri X2 Qaragüvəndikli Bələdiyyəsinə məxsus torpaq sahəsindən örüş məqsədilə 70 ha, X7 isə 10 ha torpaq sahəsinin uzun müddətə icarəyə verilməsi üçün onlarla müqavilə bağlanması barədə xx.xx.2002-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2002-ci il tarixli, 05 saylı iclas qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsnin xx.xx.2023-cü il tarixli, 2-1(120)-924/2023 nömrəli qərarı ilə iddiaçı Ədliyyə Nazirliyinin İddiaçı Cavabdehnə qarşı Cavabdeh xx.xx.2002-ci il tarixli, 05 saylı iclas qərarının ləğv edilməsi barədə iddia tələbi üzrə X5 və X11 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bələdiyyənin ehtiyyat fonduna aid cəmi 80 ha ha örüş torpaq sahəsi bələdiyyənin xx.xx.2002-ci il tarixli, 04 saylı qərarı ilə X3 və X8 qanunda göstərilmiş müddətdən artıq icarəyə ayrılmış, bələdiyyə ilə sakinlər arasında icarə müqavilələri imzalanmışdır. Yuxarıda qeyd olunan bələdiyyə qərarının ləğv edilməsi barədə İddiaçı tərəfindən Qaragüvəndikli bələdiyyəsinə xx.xx.2022-ci il tarixli, Ə-173 saylı təklif məktubu göndərilmiş, lakin təklif məktubu bələdiyyənin xx.xx.2022-ci il tarixli iclasında (08 saylı protokol) müzakirə olunaraq tələb təmin edilməmişdir. İddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı barədə tərəflərə bildiriş göndərilmiş, lakin cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı Ədliyyə Nazirliyinin İddiaçı Cavabdehnə qarşı Cavabdeh xx.xx.2002-ci il tarixli, 04 saylı iclas qərarının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşdə olan Cavabdeh xx.xx.2002-ci il tarixli, 4 saylı qərarına əsasən, Qaragüvəndikli kənd sakinləri X2 Qaragüvəndikli bələdiyyəsinə məxsus torpaq sahəsindən örüş məqsədilə 70 ha, X7 isə 10 ha torpaq sahəsi uzun müddətə icarəyə verilməsi üçün onlarla müqavilə bağlanmış, Qaragüvəndikli kənd sakinləri X2 ayrılmış 70 ha, Əzizov Rövşən oğluna ayrılmış 10 ha torpaq sahəsinə torpaqdan istifadə hüququna dair şəhadətnamə hazırlanması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. İşdə olan iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Qaragüvəndikli bələdiyyəsinin mülkiyyətinə aid 70 ha örüş sahəsinin uzun müdətə icarəyə verilməsi ilə bağlı bələdiyyənin xx.xx.2002-ci il tarixli 04 saylı qərarına əsaslanaraq Ələmdar Hüseynovla qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec, 45 il müddətinə xx.xx.2002-ci il tarixli 5 saylı icarə müqaviləsi bağlanmışdır. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinin 2-ci bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bələdiyyə aktının normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 5 iş günü ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Həmin Qanunun 6.0-cı və 6.0.8-ci maddələrinə müvafiq olaraq qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərilməlidir. Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti 15 iş günü ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, məhkəməyə müraciəl edilir. Yuxarıda göstərilənlərə əsasən, təklif olunur: 70 ha torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2002-ci il tarixli 5 saylı icarə müqaviləsinə xitam verilmişdir və həmin müqavilə əsasında hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün aidiyyəti orqanlara müraciət olunsun, cümlədən torpaq sahəsi bələdiyyənin sahibliyinə qaytarılmış; qəbul edilmiş qərarın surəti 5 iş günündən gec olmayaraq İddiaçınə təqdim edilmişdir. İşdə olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 08 saylı qərarına əsasən, İddiaçı xx.xx.2022-ci il tarixli, Ə-173 saylı təklif məktubu təmin edilməmiş və bələdiyyənin xx.xx.2002-ci il tarixli, 04 saylı qərarı qüvvədə saxlanılmış, bu qərarın icrasına nəzarət Qaragüvəndikli bələdiyyəsinin sədri Əlamdar Hüseynova həvalə edilmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində Cavabdeh xx.xx.2002-ci il tarixli, 05 saylı iclas qərarının ləğv edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsinə əlavə olunmuş Cavabdeh qərarlarına və işdə olan iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna nəzər yetirilərkən Cavabdeh xx.xx.2002-ci il tarixli, 04 saylı iclas qərarının mübahisələndirildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia tələbindən aydın göründüyü kimi, iddiaçı Cavabdeh xx.xx.2002-ci il tarixli, 04 saylı iclas qərarını mübahisələndirir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı Cavabdeh xx.xx.2002-ci il tarixli, 04 saylı iclas qərarını (xx.xx.2022-ci il tarixli zərflə göndərilmişdir) xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı Ədliyyə Nazirliyinin İddiaçı Ədliyyə Nazirliyinin İddiaçı eyni tələblə Şirvan İnzibati Məhkəməsinə əvvəllər müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin hakimi X6 icraatına qəbul edilmiş və xx.xx.2020-ci il tarixli, 2-1(120)-976/2020 nömrəli qərardadla iddia tələbi mümkün sayılmamışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)- 976/2020 saylı qərardadı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Beləliklə işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdehnə qarşı İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 04 saylı iclasının qərarının ləğv olunması və onun əsasında tərtib edilmiş xx.xx.2004-cü il tarixli 5 nömrəli, xx.xx.2004-cü il tarixli və xx.xx.2006-cı il tarixli 07 nömrəli icarə müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ilə bağlı məhkəmə qərardadı ilə mümkün sayılmamışdır, qərardadda qeyd edilmişdir ki, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixində yəni mübahisələndirdiyi inzibati aktın (xx.xx.2002-ci il tarixli 04 saylı qərarın) qəbulundan 17 (on ildən) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Qərardad xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı isə hazırda da eyni tərəfə qarşı eyni tələblə iddia qaldırmışdır. Beləki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan faktlardan görünür ki, eyni tərəflər arasında eyni predmet barəsində məhkəmə mübahisəsi olmuş, məhkəmə qərardadı qəbul edilmiş, iddiaçının iddiası mümkün sayılmamışdır. Məhkəmə tərəfindən iddiaçı Ədliyyə Nazirliyinin İddiaçınə hüquqi yardım edilmiş, iddiaçı ona yardım edilməsinə baxmayaraq hazırkı iş üzrə iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu zaman, hakim icraata xitam verilmə barədə qərardad qəbul edir. Lakin inzibatiprosessual məcəlləsində qanunvericiliyi qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Cavabdehnə qarşı “İmişli rayonu X1 kənd sakinləri X2 Qaragüvəndikli bələdiyyəsinə məxsus torpaq sahəsindən örüş məqsədilə 70 ha, X7 isə 10 ha torpaq sahəsinin uzun müddətə icarəyə verilməsi üçün onlarla müqavilə bağlanması barədə xx.xx.2002-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-924/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-924/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver