Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-924/2025 05.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “dəymiş ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “onun əmlakına dəymiş ziyanla bağlı 15.350 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2854/2021 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-62/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı torpaq sahəsinə dəymiş ziyanla bağlı 17.400 manat məbləğində pulun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur. Həmin Qərar icra olunaraq cavabdeh tərəfindən 17.400 manat məbləğində kompensasiya İddiaçı bank hesabına köçürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-165/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/2023 saylı qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “torpaq sahəsinə dəymiş ziyanla bağlı 15.350 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “17.400 və 15.350 manat dəymiş ziyanın cavabdehdən alınaraq ona ödənilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “onun əmlakına dəymiş ziyanla bağlı 15.350 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Beylaqan rayon İcra Hakimiyyətinin 24 sentyabr 2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 240 kv.m torpaq sahəsi icarə əsasında ona ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 64.4 km.m olan 2 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən adına qeydiyyata alınmışdır. Bu sahə üzərində mülkiyyət hüququnun bütün aidiyyəti orqanlar tərəfindən tanınmışdır. Müraciət etdiyi aidiyyəti orqanlar zərərin əvəzini, yəni kompensasiyasını almaq üçün məhkəməyə müraciət etməyi tövsiyə etdiyi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Dövlət Sərhəd Xidmətinin tikinti işlərini aparan podratçı Bakı şəhərində yerləşən “Qaraçay” şirkəti tərəfindən ona kompensasiya ödənilmədən böyük zəhmətlə ağır xərclər gördüyü işlər xidməti obyekti “Həyat” restoranı yararsız hala salınaraq sahibkarlıq fəaliyyəti qanunsuz olaraq dayandırılmışdır. Bunun nəticəsində ona Dövlət Sərhəd Xidməti tərəfindən zərər vurulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan ekspert rəylərindən və digər maddi sübutlardan aşkar surətdə göründüyü kimi iddiaçının torpaq sahəsinə 17.400 manat ziyan DSX tərəfindən vurulmuş, həmin torpaq üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsi) isə 15.350 manat ziyan vurulmuşdur və həmin 15350 manat ziyan Müdafiə Nazirliyi tərəfindən vurulmuşdur. Şirvan İnzibati Məhkəməsində birinci icraat zamanı iddiaçının iddia tələbi Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/23 saylı qərarı ilə təmin edilmiş, həmin qərardan DSX tərəfindən apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini aldıqdan sonra məhkəmənin müvafiq icra məktubuna müvafiq olaraq, adıçəkilən qərar DSX Maliyyə-Plan İdarəsi tərəfindən icra edilərək, xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına dəymiş ziyana görə 17.400 manat ödənilmişdir. Lakin buna baxmayaraq qanuni qüvvəsini almış məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1 (120)-62/23 saylı qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan başqa iddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, o, 15350 manat məbləğində tikiliyə vurulmuş zərərin Müdafiə Nazirliyi tərəfindən vurulması və həmin vəsaitin ona ödənilməsi barədə birinci instansiya Məhkəməsinin qərarında hər hansı bir qeydin əks olunmamasından narazı olmuşdur. Habelə qeyri-yaşayış sahəsinə vurulmuş 15.350 manat ziyanın Müdafiə Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı iddiaçı tərəfindən sonuncuya ilkin müraciəti olmalı və bununla bağlı iddia tələbinə dəqiqləşmə ərizəsi verməlidir. Qeyd ediri ki, işin hazırkı halından da habelə əvvəlki icraat zamanı iddiaçının izahatından, apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi o, 15.350 manat məbləğində tikiliyə vurulmuş zərərin Müdafiə Nazirliyi tərəfindən vurulması və həmin vəsaitin ona ödənilməsi barədə birinci instansiya məhkəməsinin qərarında hər hansı bir qeydin əks olunmamasından narazı olmuşdur. Lakin buna baxmayaraq İddiaçı tərəfindən qeyri-yasavıs sahəsinə vurulmuş 15.350 manat ziyanın Müdafiə Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı sonuncuya ilkin müraciəti olmamış və bununla bağlı iddia tələbinə dəqiqləşmə ərizəsi verməmişdir. İddiaçı tərəfindən verilmiş sonuncu dəqiqləşmə ərizəsi qeyri-yaşayış sahəsinə Müdafiə Nazirliyi tərəfindən vurulmuş 15.350 manat ziyanın DSX tərəfindən ödənilməsi olmuşdur ki, hesab edir ki, iddiaçının hazırkı hüquqi marağı bu yöndə olmamaqla iddia tələbi əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, 3cü şəxsin nümayəndəsi isə iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi onun əmlakına dəymiş ziyanın ödənilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından “kompensasiyanın ödənilməsi” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı əmlakına dəymiş ziyanın ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 94 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Beyləqan şəhər sakini İddiaçı xidmət obyektinin tikintisi üçün mal bazarına gedən yolun sağ tərəfində yerləşən ərazidən 240,0 kv.m torpaq sahəsi ayrılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli, MH ******* nömrəli çıxarışının surətindən görünür ki, Beyləqan şəhərində icarəsində olan 0.024 ha torpaq sahəsində yerləşən 2 girişli, 61.4 kv.m ümumi, 55.3 kv.m əsas, 6.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixli, K/273/15/A-427 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakının dəyərinin ödənilməsinə köməklik göstərilməsinə dair əvvəlki müraciətinin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə xx.xx.2014-cü ildə onun, həmin dövrdə Beyləqan rayonu İcra hakimiyyəti başçısının 1 -ci müavini Telman Məstanovun, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin həmin dövrdə rəisi Rəfail Pəsiyevin və DSX-nin nümayəndələrinin iştirakı ilə qeyd olunan məsələ araşdırılmışdır. Əraziyə naturada baxış keçirilərkən müəyyən edilmişdir ki, daşınmaz əmlakının ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və qonşuluqda yerləşir, eyni zamanda torpaq sahəsi kateqoriyasının dəyişdirilərək müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə DSX-nın daimi istifadəsinə verilmədiyindən, həmin daşınmaz əmlak DSX tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Həmçinin qeyd olunan ərazi Müdafiə Nazirliyinin istifadəsinə verilmişdir. Daşınmaz əmlakın ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və qonşuluqda yerləşdiyindən həmin əmlak DSX tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, **********89 nömrəli məktubundan görünür ki, müraciətində qeyd edilən məsələ Komitənin ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılmış və müəyyən edilmişdir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin 24 sentyabr 2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 240 kv.m torpaq sahəsi icarə əsasında sizə ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 61,4 kv.m olan 1 mərtəbəli qeyriyaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən adına qeydiyyata alınmışdır. Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini cənab A.Şərifovun 14 dekabr 2012-ci il tarixli, 17/5842-25/10/29 nömrəli dərkənarına əsasən həmin ərazidə 21,2 ha torpaq sahəsi, o cümlədən icarənizdə olan 240 kv.m torpaq sahəsi də daxil olmaqla Beyləqan Rayon İcra Hakimiyyətinin 29 dekabr 2012ci il tarixli, 184 nömrəli Sərəncamı ilə növlər Sərhəd Xidmətinin Beyləqan aerodromuna ayrılmışdır. Dövlət Sərhəd Xidməti tərəfindən Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi işləri həyata keçirilərkən mülkiyyətinizdə olan tikiliyə görə kompensasiya “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sizinlə qarşılıqlı razılaşma əsasında və ya razılıq əldə edilmədiyi təqdirdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən ödənilməlidir. Beyləqan rayonu İcra hakimiyyəti başçısının aparatının xx.xx.2019-cu il tarixli, 9/A- 104-039 nömrəli məktubundan görünür ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 93 saylı sərəncamı ilə icarənizə sahibkarlıq məqsədi ilə 240 kv.m torpaq sahəsi ayrıldığını, sonradan həmin torpaq sahəsinin qanunsuz olaraq əlindən alındığı üçün kompensasiya ödənilməsinə müvafiq köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Baş Nazirinin ünvanına göndərdiyi ərizə aidiyyəti üzrə baxılması üçün rayon İcra hakimiyyətinə göndərilmişdir. Müraciətinə cavab olaraq bildiririk ki, həmin torpaq sahəsi ümumilikdə Beyləqan şəhəri də daxil olmaqla "xxxx" qoyunçuluq üzrə kənd təsərrüfatı istehsalı Müəssisəsinin torpaqlarıdır, icarənizə ayrılmış 240 kv.m torpaq sahəsi Beyləqan Aerodromuna 1958-ci ildə ayrılmış 48 hektar torpaq sahəsi ilə köhnə mal bazarı olan torpaqların arasında yerləşir və əkinə yararsız torpaq sahəsi olmaqla Dövlət mülkiyyətindədir. Beyləqan Aerodromunda uçuş-enmə zolağının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Abid Şərifovun 4.12.2012-ci il tarixli, 17/5842-25/10/29 saylı dərkanarına əsasən 21.2 hektar torpaq sahəsi ayrılması xahiş edilmişdir. Həmin məktuba əsasən Aerodroma İcra hakimiyyəti başçısının 29 dekabr 2012-ci il tarixli, 184 saylı sərəncamı ilə 21.2 ha torpaq sahəsi ayrılmışdır. İcarəyə ayrılan 240 kv.m torpaq sahəsi də Aerodroma ayrılmış torpaq sahəsinə aid olan hissəsidir. Azərbaycan Respublikasında Torpaq Məcəlləsinin 70.71.72-ci maddələrinin tələblərinə uyğun olaraq Toıpaq sahələri Dövlət ehtiyacları üçün geri alındıq da həmin torpaq sahəsi istifadəçisi və icarəçinin razılığı ilə tələbkar tərəfindən torpaq üzərində olan tikili və qurğular daxil olmaqla kompensasiya edilməlidir. Odur ki, Sizin də istifadənizdə olan sahibkarlıq obyekti və digər qurğular söküləcəyi təqdirdə kompensasiya məsələsi ilə bağlı hüquqi addım ata bilər. Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, K/292/15/A-241/2 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakın ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və torpaq sahəsi kateqoriyasının dəyişdirilərək müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə DSX-nin daimi istifadəsinə verilmədiyindən, həmin daşınmaz əmlakının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” 20 aprel 2010-cu il tarixli, 987-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən sərhəd mühafizə orqanları tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Həmçinin qeyd olunan ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Müdafiə Nazirliyinin müvəqqəti istifadəsinə verilmişdir. Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 11/3348 nömrəli məktubundan görünür ki, müraciətinizin ətraflı araşdırılması məqsədilə sözügedən əraziyə Müdafiə Nazirliyinin Beyləqan rayon Mənzil-istismar hissəsinin nümayəndələri tərəfindən baxış keçirilmişdir. Müdafiə Nazirliyinin balansında olan hərbi şəhərciklərin torpaq sahələri haqqında məlumatlara (forma 405) və əraziyə baxış zamanı bir daha müəyyən edilmişdir ki, həmin ərazi Müdafiə Nazirliyinin balansına verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət etmək hüququnuz vardır. Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, xx/xx-1656nömrəli məktubundan görünür ki, müraciətinə əlavə edilmiş sənədlərdə (iqtisadiyyat Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin cavab məktublarında) sizə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarə əsasında torpaq sahəsi ayrılması, onun üzərində inşa edilmiş qeyriyaşayış binasının (yeməkxana) tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən adına qeydiyyata alındığı və həmin torpaq sahəsi də daxil olmaqla Beyləqan Rayon icra Hakimiyyətinin müvafiq sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beyləqan aerodromuna ayrılması bildirilmişdir. Konstitusiyanın 29-cu maddəsinin 2 və 4cü hissələrinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və yalnız dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun (bundan sonra Qanun) 4.1-ci maddəsinə əsasən dövlət ehtiyacları məqsədləri üçün torpaqların alınması dövlət tərəfindən kompensasiya ödənilməklə həyata keçirilir. Məlumat üçün bildiririk ki, bu məqsədlə Qanunun 6-cı və 9-cu maddələrinin tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu və alan orqan müəyyən edilir. Bu orqan dövlət ehtiyacının təmin edilməsi üçün alınmanın təsirinə məruz qalan torpaqların sərhədlərinin müəyyən edilməsi, onların kateqoriyalarını, dəqiq ölçülərini, növlərini və yerləşməsini əks etdirən yerquruluşu xəritəsinin (kağız və elektron daşıyıcıda) tərtib edilməsini, alınması təklif olunan torpağın kateqoriyalarının və mülkiyyət növünün müəyyənləşdirilməsini, alınmanın təsirinə məruz qala biləcək şəxslərin tam siyahısının tərtib edilməsini, alınma üçün tələb olunan maliyyə vəsaitinin ilkin məbləğinin və onun maliyyələşmə mənbələrinin müəyyən edilməsini yerinə yetirildikdən sonra torpağın alınması haqqında təklifi Nazirlər Kabinetinə təqdim edir. Qanunun 19.1-ci maddəsinə əsasən Nazirlər Kabineti təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edir. Bununla yanaşı diqqətə çatdırırıq ki, Qanunun 54.1 -ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Əks təqdirdə Qanunun 29.1-ci maddəsinə müvafiq olaraq alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Qanunun yuxarıda sadalanan ayrı-ayrı müddəalarından göründüyü kimi sizə icarə əsasında ayrılmış torpaq sahəsi və mülkiyyətinizdə olan qeyri-yaşayış binası (yeməkxana) yerli icra hakimiyyətinin sərəncamı əsasında deyil, könüllü alqı-satqı yolu ilə, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Əlavə olaraq bildiririk ki, Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd olunanları və Konstitusiyanın 60-cı maddəsini və 71-ci maddəsinin 7-ci hissəsini nəzərə alaraq məsələnin həll olunması məqsədilə müvafiq məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilmişdir. Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, K/768/15A-241/4 nömrəli məktubundan görünür ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.5-ci maddəsinə əsasən baxılmış və 2016-cı, 2019-cu illərdə və 2020-ci ildə (4 dəfə) tərəflərindən xx.xx.2020-ci il tarixli, K/8/15/A-427/2 №-li, xx.xx.2020-ci il tarixli, K/69/9/A- 241/1 №-lı, xx.xx.2020-ci il tarixli, K/292/15/A-241/2 №-li, xx.xx.2020-ci il tarixli, K/319/15/A-241/3 №-li, Beyləqan Rayon İcra Hakimiyyətinə xx.xx.2014-cü il tarixli, K/15/2402 №-li, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 27 02.2019-cu il tarixli K/272/15/A-427 №-lı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına xx.xx.2019-cu il tarixli, K/70/9/A-241 №-li sənədlərlə məsələnin mahiyyəti üzrə əsaslandırılmış cavab məktubları göndərilmişdir. Həmçinin həmin ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Müdafiə Nazirliyinin müvəqqəti istifadəsinə verilmişdir. Daşınmaz əmlakın ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və torpaq sahəsi - kateqoriyasının dəyişdirilərək müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə Dövlət Sərhəd Xidmətinin daimi istifadəsinə verilmədiyindən, daşınmaz əmlakın “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” 20 aprel 2010-cu il tarixli, 987-İİİQ №-li Azərbaycan Respublikasının Qanununa əsasən sərhəd mühafizə orqanları tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən isə dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən müraciəti barədə qəbul edilmiş qərarla razılaşmayacağı təqdirdə, həmin struktur qurumların qərarlarından (hərəkətlərindən və hərəkətsizliyindən) qanunvericiliklə müəyyən edilmiş qaydada inzibatı qaydada və məhkəməyə şikayət etmək hüququnuz vardır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********53 nömrəli məktubundan görünür ki, iddia ərizəsinə əsasən Beyləqan Rayon İcra Hakimiyyətinin 24 sentyabr 2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 240 kv.m torpaq sahəsi icarə əsasında İddiaçı ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 61,4 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sonuncunun adına qeydiyyata alınmışdır. Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin müavininin 14 dekabr 2012-ci il tarixli, 17/5842- 25/10/29 nömrəli dərkənarına əsasən həmin ərazidə iddiaçının icarəsində olan 240 kv.m torpaq sahəsi də daxil olmaqla, 21,2 ha torpaq sahəsi Beyləqan Rayon İcra Hakimiyyətinin 29 dekabr 2012-ci il tarixli, 184 nömrəli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beyləqan aerodromuna ayrılmışdır. İddiaçının Dövlət Sərhəd Xidməti tərəfindən Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi işləri həyata keçirilərkən iddiaçının mülkiyyətində olan tikiliyə dəymiş ziyana görə kompensasiya ödənilməsi tələbi ilə bağlı bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının hüquqlarının pozulması ilə əlaqədar hər hansı qərar qəbul olunmamış, hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı tərəfindən də Xidmətə qarşı hər hansı tələb irəli sürülməmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2012-ci il tarixli, 184 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinə Beyləqan rayonunun "xxxx" qoyunçuluğu üzrə X6 X1 ərazisindən xidməti zərurətlə əlaqədar olaraq (uçuş zolağının uzadılması üçün) 1-ci aerodrome bitişik ərazidən əlavə olaraq 21,2 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli, 10/7122 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci və ikinci sualları üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 avqust 2021-ci il tarixdə **********53 nömrəli məktubuna əsasən: Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında iddiaçıya məxsus olan qeyri-yaşayış binası (yemekxana), Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240.0 kv.metr torpaq sahəsinin daxilində yerləşir. Qərardadın üçüncü və altıncı sualları üzrə: qərardadın üçüncü və altıncı suallarının cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığı üçün həmin suallar üzrə tədqiqat aparılmadı. Qərardadın dördüncü və beşinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 avqust 2021-ci il tarixdə **********53 nömrəli məktubuna əsasən: Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240 kv.metr torpaq sahəsi və Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********5, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyri yaşayış binası (yeməkxana), Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 29 dekabr 2012-ci il tarixli, 184 saylı sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ayrılmış 21.2 hektar torpaq sahəsinin hüquqları daxilinə düşür. Qərardadın yeddinci, səkkizinci və doqquzuncu sualları üzrə: Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan Rayonu ərazisində yerləşən 240 kv.metr torpaq sahəsində qazıntı işləri nəticəsində torpaq sahəsində yerləşən Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyri-yaşayış binasına dəymiş ziyanın məbləği 15350.00 manat təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə mühəndis-tikintitexniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli, 10/5892 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan Rayonu ərazisində yerləşən 240 kv.metr torpaq sahəsində qazıntı işləri nəticəsində torpaq sahəsində yerləşən Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyriyaşayış binasına dəymiş ziyanın məbləği 15350.00 manat təşkil edir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memarı tərəfindən təsdiq edilmiş "Beyləqan şəhər sakini İddiaçı mal bazarının qarşı tərəfindən ayrılmış S=240.00 m2 torpaq sahəsinin və abadlaşıdırılaraq yaşıllıq zonasının” Situasiya sxemi (lahiyə) üzrə görülmüş işlər və ona uyğun çəkilmiş xərclər müəyyən edilməklə (hesablamaqla) Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240.0 kv.m torpaq sahəsində qazıntı işləri nəticəsində həmin torpaq sahəsində aparılmış əlavə işlərin və inşa edilmiş əlavə tikililərə dəymiş ziyanın təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 17400,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidməti ilə Qaraçay Holdinq arasında Beyləqan aerodromunda tikinti-quraşdırma ilə bağlı bağlanmış müqavilənin surəti və Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli TE-457m nömrəli tapşırığının surəti ünvanınıza göndərilir. Müdafiə Nazirliyinin Baş Nazirə ünvanladığı xx.xx.2014-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixli TE-338m №-li dərkənarın icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Beyləqan aerodromunun 6,7 ha torpaq sahəsinin, tikilməkdə olan hərbi hissə kompleksinin bina və qurğularla birlikdə Müdafiə Nazirliyinin daimi istifadəsinə verilməsi təklifinin nəzərə alınması üçün müvafiq göstəriş verilməsini Sizdən xahiş edirik. Məlumat üçün bildirirəm ki, qeyd olunan təklif Müdafiə naziri ilə razılaşdırılmışdır. xx.xx.2012-ci il tarixli 1/ət nömrəli müqavilənin surətindən müəyyən olunur ki, sifarişçi Dövlət Sərhəd Xidməti ilə icraçı “Qara Çay” şirkəti arasında podrat müqaviləsi bağlanmış, icraçı bir mənbədən satınalma metodu əsasında dəyəri 61 250 000,0 manat məbləğində müəyyən edilmiş Beyləqan aerodromu ərazisində hərbi hissə kompleksinin əsaslı tikinti işlərinin təhvil verilməsi, sifarişçi isə onu qəbul edib dəyərinin ödənilməsini öhdələrinə götürmüşdür. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidməti ilə Qaraçay Holdinq arasında Beyləqan aerodromunun ərazisində tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar bağlanmış müqavilədə Qaraçay Holdinq tərəfindən iddiaçıya məxsus ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulmamışdır. Həmçinin bildirir ki, qeyd edilən Aerodromun Müdafiə Nazirliyinə təhvil verilməsi barədə sənədlər Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsinin arxivində mövcud deyil. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 27/0122 nömrəli məktubunda qeyd edilmişdir ki, verilən göstərişə əsasən Beyləqan rayon Müdafiə Nazirliyinin Mənzil-İstismar hissəsisinin mütəxəssisləri tərəfindən aidiyyəti üzrə “Aerodrom” adlanan əraziyə baxış keçirilmişdir. 2017-2022-ci illərdə Beyləqan rayon Mənzil-İstismar hissəsinin təminatında olan “Beyləqan-17” hərbi şəhərciyi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən müvəqqəti olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə verilmişdir. Vətən müharibəsindən sonra “Beyləqan-17” hərbi şəhərciyinin istifadəsinə ehtiyac olmadığı üçün, hərbi şəhərcik 2023-cü ildə yenidən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz məqsədəuyğundur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: (3.11.1) müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; (3.11.6) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Mülki Məcəllənin: 21.1 -ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1 -ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1 -ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun: preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. 3.1-ci bəndinə görə bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və dəyişdirilməsi; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi. 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. 23-cü maddəsinə əsasən həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. Məhkəmə iş materiallarında olan Beyləqan rayonu İcra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 94 nömrəli sərəncamının təsdiq edilmiş surətindən müəyyən edir ki, Beyləqan şəhər sakini İddiaçı xidmət obyektinin tikintisi üçün mal bazarına gedən yolun sağ tərəfində yerləşən ərazidən 240,0 kv.m torpaq sahəsi ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 64.4 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən adına qeydiyyata alınmışdır. Həmin sahə üzərində mülkiyyət hüququ aidiyyəti orqanlar tərəfindən tanınmışdır. Beyləqan rayonu İcra hakimiyyəti başçısının aparatının xx.xx.2020-ci il tarixli, 8/A-44-149 nömrəli məktubundan görünür ki, sözügedən obyektin ərazisi Beyləqan aerodromunun ərazisi ilə həmsərhəddir və zərurət yaranmadığından qonşuluqda yerləşən həmin əmlak Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, K/768/15A-241/4 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakın ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və torpaq sahəsi kateqoriyasının dəyişdirilərək müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə DSXnin daimi istifadəsinə verilmədiyindən, həmin daşınmaz əmlakının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” 20 aprel 20l0-cu il tarixli, 987-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən sərhəd mühafizə orqanları tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Həmçinin qeyd olunan ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Müdafiə Nazirliyinin müvəqqəti istifadəsinə verilmişdir. İşin araşdırılması məqsədilə məhkəmə tərəfindən keçirilən ekspert rəylərinə əsasən Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan Rayonu ərazisində yerləşən 240 kv.metr torpaq sahəsində qazıntı işləri nəticəsində torpaq sahəsində yerləşən Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyriyaşayış binasına dəymiş ziyanın məbləği 15350.00 manat təşkil etdiyi və Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və tikinti şöbəsinin müdiri- baş memarı tərəfindən təsdiq edilmiş “Beyləqan şəhər sakini İddiaçı mal bazarının qarşı tərəfindən ayrılmış S=240.00 m2 torpaq sahəsinin və abadlaşıdırılaraq yaşıllıq zonasının” Situasiya sxemi (lahiyə) üzrə görülmüş işlər və ona uyğun çəkilmiş xərclər müəyyən edilməklə (hesablamaqla) Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240.0 kv.m torpaq sahəsində qazıntı işləri nəticəsində həmin torpaq sahəsində aparılmış əlavə işlərin və inşa edilmiş əlavə tikililərə dəymiş ziyanın təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 17400 manat məbləğində olduğu müəyyən edilir. Həmçinin iş materiallarında olan xx.xx.2012-ci il tarixli 1/ət nömrəli müqavilənin surətindən müəyyən olunur ki, sifarişçi Dövlət Sərhəd Xidməti ilə icraçı “Qara Çay” şirkəti arasında podrat müqaviləsi bağlanmış, icraçı bir mənbədən satınalma metodu əsasında dəyəri 61 250 000,0 manat məbləğində müəyyən edilmiş Beyləqan aerodromu ərazisində hərbi hissə kompleksinin əsaslı tikinti işlərinin təhvil verilməsi, sifarişçi isə onu qəbul edib dəyərinin ödənilməsini öhdələrinə götürmüşdür. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 27/0122 nömrəli məktubunda qeyd edilmişdir ki, verilən göstərişə əsasən Beyləqan rayon Müdafiə Nazirliyinin Mənzil-İstismar hissəsisinin mütəxəssisləri tərəfindən aidiyyəti üzrə “Aerodrom” adlanan əraziyə baxış keçirilmişdir. 2017-2022-ci illərdə Beyləqan rayon Mənzil-İstismar hissəsinin təminatında olan “Beyləqan-17” hərbi şəhərciyi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən müvəqqəti olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə verilmişdir. Vətən müharibəsindən sonra “Beyləqan-17” hərbi şəhərciyinin istifadəsinə ehtiyac olmadığı üçün, hərbi şəhərcik 2023-cü ildə yenidən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz məqsədəuyğundur. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, torpaqların, yolların çəkilməsi məqsədilə torpağın alınması (aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi) dövlət ehtiyacı hesab edilir və dövlət ehtiyacı üçün alınmış torpaq sahəsinə görə isə alınmanın təsirinə məruz qalmış şəxsə kompensasiyanın ödənilməli olması qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçıya kompensasiya ödənilmədən ona məxsus torpaq sahəsində Dövlət Sərhəd Xidməti tərəfindən Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi işləri həyata keçirilərkən cavabdeh tərəfindən müəyyən işlər görülməklə iddiaçıya məxsus əmlakın istifadəsiz vəziyyətə gətirilməsi onun konstitusion qaydada müdafiə olunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilmələrinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri iddiaçı və cavabdehdən müvafiq nisbətdə, yəni 50 manat İddiaçı və digər 50 manat isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülməlidir. İnzibati Prosessual Məcəllənin 115.1 -ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 23.1, 58.7, 68-69, 73, 75, 78-79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmlakına dəymiş ziyanla bağlı 15.350 manat məbləğində pulun ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilmələrinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri iddiaçı və cavabdehdən müvafiq nisbətdə, yəni 50 manat İddiaçı və digər 50 manat isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-924/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-924/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver