Məhkəmə qərarları › İş №2-1(120)-925/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-925/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-925/2023 30.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ailə üzvləri ilə birlikdə imtiyazlı qaydada, 1-ci Qarabağ müharibəsi veteranı ailəsi üçün, mənzil uçotuna götürüb və mənzil verilməsi, vəzifəli şəxslər barəsində qərəzli hərəkətsizliyinə görə xüsusi qərardad çıxarılması tələbinə dair inzibati işə məhkəməninbinasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “ailə üzvləri ilə birlikdə imtiyazlı qaydada, 1-ci Qarabağ müharibəsi veteranı ailəsi üçün, mənzil uçotuna götürüb və mənzil verilməsi, xx.xx.2019cu il tarixdən bu günə qədər vurulmuş mənəvi və maddi zərərə görə kompensasiya qaydasında 500 manat məbləğində xeyrinə ödənilməsi, vəzifəli şəxslər barədə qərəzli hərəkətinə görə xüsusi qərardadın çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(120)-925/2023 nömrəli qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı ailə üzvləri ilə birlikdə imtiyazlı qaydada, 1-ci Qarabağ müharibəsi veteranı ailəsi üçün, mənzil uçotuna götürüb və mənzil verilməsi, xx.xx.2019-cu il tarixdən bu günə qədər vurulmuş mənəvi və maddi zərərə görə kompensasiya qaydasında 500 manat məbləğində xeyrinə ödənilməsi, vəzifəli şəxslər barədə qərəzli hərəkətinə görə xüsusi qərardadın çıxarılması barədə iddia tələbi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbi “ailə üzvləri ilə birlikdə imtiyazlı qaydada, 1-ci Qarabağ müharibəsi veteranı ailəsi üçün, mənzil uçotuna götürüb və mənzil verilməsi, vəzifəli şəxslər barəsində qərəzli hərəkətsizliyinə görə xüsusi qərardad çıxarılması” kimi dəqiqləşdirilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X1 döyüşləri zamanında Beynindən kontuziya almış nəticədə 24 yanvar 2002-ci il tarixində vəfat etmişdir.X11 1980-1982-ci illərdə RF-da SSSR-nin DİN-nin xüsusi-orta milis məktəbini Yelabuqa şəhərində bitirərək, o, Ulyanovsk vilayətində milis airəorqanlarında müxtəlif vəzifələrdə xidmət edirdi.Onlar evlənəndən sonra orada 06 noyabr 1985-ci il tarixdə Rauf adında bir uşaq oğlum doğulmuş.1990-cı ildə erməniazərbaycan münaqişəsi zəminində yüksək vətənpərvər hissiyyətlə qavralanmış Nazim Əliyev könüllü olaraq, ailəsi ilə birlikdə köçürülmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin sərəncamına.Azərbaycana köçürülərək, o, ilk günlərdən Respublikanın qaynar nöqtələrində, o cümlədən Şuşada, Kəlbəcərdə və digər ərazilərdə əlində silahla döyüşərək, kontuziya zədəsi almışdır: sonralarda o, həmin zədəyə görə xidmət zamanı vəfat etmişdir.Həyat yoldaşının ölümündən sonra 3 (üç) yeniyetmə uşaqla Bakıya gəlib müxtəlif evlərdə kvartrant kimi bu günə qədər məskunlaşıb,onlara tərbiyə vermişdir: özü 2ci qrup əlil olaraq ölmüş yoldaşının pensiyası ilə, uşaqlarını böyüdüb, həddi- buluğa çatdırmış. Həyat yoldaşının vəfatından sonra 2003-cü ildə, iş olmadığından 3 yaşlı uşaqları ilə o, Bakıya gəlib, müxtəlif özəl təşkilatlarda işləyərək uşaqlarını böyüdüb, həddibuluğa çatdırmışdır. Uşaqlarının biri də Əliyev Razim hətta Bakı şəhərində orta məktəbi bitirib attestat almışdır. Onlar Rusiya Federasiyasından Azərbaycana köçərək, ailəliklə Şirvan şəhərində məskunlaşaraq, həyat yoldaşı X2 şəhəri (o vaxtı Əli-Bayramlı) DİN-nin Polis Şöbəsində müxtəlif vəzifələrdə çalışaraq, hələ burada da vəfat edib Şirvan torpağında basdırılmışdır.O uşaqlarında həyat yoldaşına görə ünvan 1 ünvanında, müvəqqəti qohumlarının evində qeydiyyata düşmüş.Onuyaşayış sahəsi olmadan və onun ehtiyacı olduğu halda ailə üzvlərində birlikdə necə bir müharibə veteranın ailəsi və şəhid ailəsi (qardaşım X3 şəhid olub) olaraq, onuimtiyazlı qaydada ehtiyacı yaşayış sahəsinə olan qismində ev uçotuna durub onu ailəsi ilə birlikdə ev və yaxud mənzillə təmin edilməsində köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “ailə üzvləri ilə birlikdə imtiyazlı qaydada, 1-ci Qarabağ müharibəsi veteranı aıləs üçün, mənzil uçotuna götürüb və mənzil verilməsi, xx.xx.2019-cu il tarixdən bu günə qədər vurulmuş mənəvi və maddi zərərə görə kompensasiya qaydasında 500 manat məbləğində xeyrinə ödənilməsi, vəzifəli şəxslər barədə qərəzli hərəkətinə görə xüsus qərardadın çıxarılması barədə” mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, mərhum həyat yoldaşı X11 İ Qarabağ müharibəsində döyüşlər zamanı beynindən kontuziya almış, nəticədə 24.01 2002-cı il tarixdə vəfat etmişdir. Mərhum əri X11 1980-1982-ci illərdə Rusiya Federasiyasında SSSR-nin DİN xüsusi-orta milis məktəbini Yelabuqa məktəbində bitirmiş, Ulyanovsk vilayətində milis orqanlarında müxtəlif vəzifələrində işləmişdir. Sonradan 1990-cı ildə Azərbaycana gəlmiş. Ə! bayramlı şəhərində ( indiki Şirvan şəhəri) Polis Şöbəsində müxtəlif vəzifələrdə çalışmış İ Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, müharibə veteranı adını almış. 24.01,2002-ci il tarixdə vəfat etmişdir. X11 vəfat edənə qədər müharibə veteranı kimi mənzil növbəsinə durmamışdır.İddiaçı tərəfindən verilmiş iddianı əsassız hesab edərək qəbul etmirik.Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər.Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra -uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra-uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.Mənzil Məcəlləsinin 51.4 Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir.Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir.Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması haqqında ərizələrinə baxılmış, Cavabdeh 01,06.2020-ci il tarixli Ə-150-068, xx.xx.2020-ci il tarixli 544, xx.xx.2020-ci il tarixli 779, xx.xx.2021 -ci il tarixli 231, xx.xx.2022-ci il tarixli 831 nömrəli və digər məktublarla cavablar verilmiş, Mənzil Məcəlləsinin tələbləri izah edilmiş, mərhum əri X5 vəfat edənə qədər müharibə veteranı kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota durmadığı haqqında bildirilmişdir.Lakin İddiaçı müvafiq sənədləri təqdim etmədən yenidən ərizə ilə müraciət edərək mərhum ərinin vərəsəsi kimi yalnız güzəştli şərtlərlə (mərhum əri X5 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı müharibə veteranı olduğuna görə) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını təkidlə tələb etmişdir.Göründüyü kimi İddiaçı qeyd olunan ərizələrinə Cavabdeh tərfindən yuxarıda qeyd edilən məktublarla dəfələrlə rəsmi cavablar verilmişdir.Yəni Şəhər icra Hakimiyyəti və icra hakimiyyətinin vəzivəli şəxsləri tərəfindən ona və onun müraciətlərinə qarşı qərəzli hərəkətlər və ya hərəkətsizlik edilməmiş, əksinə müxtəlif vaxtlarda dəfələrlə izahlı yazılı cavablar verilmiş, onun istəyi qanunun tələblərinə uyğun olmadığından onun müharibə veteranının arvadı (ailəsi) kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi mümkün olmadığı haqqında cavablar verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir."Veteranlar haqqında” Azərbaycan Respublikasının 28.06 1994-cü il tarixli 841 nömrəli Qanunun 11 -ci maddəsinə əsasən yalnız Veteranlar özləri Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir. Göründüyü kimi qeyd edilən bu Qanunda da vəfat etmiş veteranın ailəsi üçün İddiaçının tələb etdiyi hər hansı bir güzəştin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydasf’nın tələblərinə əsasən yalnız yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanıldığı nəzərdə tutulduğundan, iddiaçının mərhum həyat yoldaşı X11 əlilliyi müəyyən edilən şəxs olmadığı, eyni zamanda sağ ikən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota durmadığı üçün qeyd olunan “Qayda”nın tələbləri iddiaçıya şamil olunmur.Bundan əlavə hesab edirik ki, Cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulmamışdır. Belə ki. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.İddiaçı maddi və mənəvi zərərin vurulması ilə bağlı sübut təqdim etməmişdir. Beləliklə məhkəmədən İddiaçı Cavabdehnə qarşı “ailə üzvləri ilə birlikdə imtiyazlı qaydada, 1-ci Qarabağ müharibəsi veteranı ailəsi üçün, mənzil uçotuna götürüb və mənzil verilməsi, xx.xx.2019-cu il tarixdən bu günə qədər vurulmuş mənəvi və maddi zərərə görə kompensasiya qaydasında 500 manat məbləğində xeyrinə ödənilməsi, vəzifəli şəxslər barədə qərəzli hərəkətinə görə xüsusi qərardadın çıxarılması barədə” mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia ərizəsinə etiraz edərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iş materiallarına əlavə olunmuş: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Cavabdeh iddiaçıya ünvanlanmış 779 saylı, xx.xx.2020-ci il tarixli və 231 saylı, xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, məhrum əri Qarabağ müharibəsi veteranı X5 Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotu qeydə alınmamışdır. “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 25-ci bəndində İİ qrup sosial əlillərin güzəştli əsaslarla mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılması nəzərdə tutulmadığından müraciətinin təmin edilməsi imkanları xaricindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 024-4590-1222 nömrəli məktubunda göstərilmişdir ki, DİN-in müvafiq Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli protokoluna əsasən vətəndaş X8 müharibə veteranı adı və vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər 1 saylı Notariat Ofisinin 03 aprel 2023-cü il tarixli məktubuna əsasən, Şirvan şəhəri 1 saylı Notariat ofisində X5 adına vərəsəlik işi açılmamışdır. - Şirvan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 03/78 saylı məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-925/2023 №-li iş üzrə Şirvan Bələdiyyəsinə ünvanlanmış (Bələdiyyə daxil olma № 05/97 03.04 2023) sorğu məktubu ilə bağlı Bələdiyyə arxivi və BAMS (Bələdiyyələrin avtomatlaşdırmış məlumat sistemi) proqramına baxış keçirilmişdir. Şirvan şəhəri Neftçilər küçəsi ev 9-da qeydiyyatda olan İddiaçı və onun mərhum həyat yoldaşı X5 adlarına Şirvan Bələdiyyəsi tərəfindən hər hansı bir məqsədlə torpaq sahəsinin ayrılması aktı aşkarlanmamışdır. - Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-8/2-563/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan şəhəri, Neftçilər küçəsi ev 9-da yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı mərhum həyat yoldaşı X5 Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotu barədə məlumat aşkar olunmadı. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-1182/2023 nömrəli məktubundan görünür ki, iddiaçının adına daşınmaz əmlakın olub-olmaması barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. İddiaçı və X11 barədə 13 saylı Şirvan Ərazi İdarəsinin əhatə etdiyi inzibati ərazi vahidi üzrə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli, 3-21-3-02/2-5877/2023 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı və onun mərhum həyat yoldaşı ƏliyevNazim Böyükağa oğlunun adına daşınmaz əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması haqqında məlumatın və müvafiq sənədlərin surətinin təqdim edilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır.Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X5 adına (sənəd əsaslarında təvəllüdü 1972-ci il göstərilmişdir) ünvan 5 ünvanında yerləşən 6 nömrəli mənzil qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Həmin mənzilə dair qeydiyyat vəsiqəsi arxiv qovluğunda saxlanılmadığı üçün surətinin təqdim edilməsi mümkün olmamışdır.Sorğuda qeyd olunan digər vətəndaş - İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Göründüyü kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid ailələrinin adlı siyahısının yerli icra hakimiyyəti orqanları tərəfindən tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın 1.2-ci bəndinin özündə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yerli icra hakimiyyəti orqanları tərəfindən qeyd edilən sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi növbəyə alınması isə Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə bağlı normalarının tələblərinə uyğun şəkildə aparılır. xx.xx.2009-cu ilədən qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 29-cu maddəsinə əsasən, Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa əsaslara görə də vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilə bilərlər. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən, mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş vətəndaşa onu uçota götürmüş orqan tərəfindən bu barədə yazılı şəkildə xəbər verilir. Göründüyü kimi, əvvəlki qanunvericilik üzrə yalnız Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilməsi barədə məlumat göstərilmiş, müharibə veteranları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasında göstərilməmişdir. Belə ki, məlum olduğu kimi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, ailə üzvlər ilə birlikdə, 1-ci Qarabağ müharibəsi veteranı ailəsi üçün mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vəzifəli şəxslər barədə qərəzli hərəkətsizliyə görə xüsusi qərardad qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi hüququna malik olmasını onunla əsaslandırmışdır ki, iddiaçının yaşayış sahəsi yoxdur və onun ehtiyacı olduğu halda onu ailə üzvləri ilə birlikdə müharibə veteranı ailəsi olaraq, imtiyazlı qaydada ailəsi ilə birgə ev və ya məznillə təmin edilməsinə kömək edilməsini xahiş etmişdir. İş materiallarından aydın olmuşdur ki, iddiaçının mərhum həyat yoldaşı X4 ikən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmamışdır. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən vəzifəli şəxslərin qərəzli hərəkətsizlikləri məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ailə üzvləri ilə birlikdə imtiyazlı qaydada, 1-ci Qarabağ müharibəsi veteranı ailəsi üçün, mənzil uçotuna götürüb və mənzil verilməsi, vəzifəli şəxslər barəsində qərəzli hərəkətsizliyinə görə xüsusi qərardad çıxarılması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar