Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-925/2025 02.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının vəkili iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçının hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan, İddiaçı hüququnun yarandığı tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanılaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1961-ci ildə SSR-nin 50 illiyi adına 1 nömrəli pambıq sovxozunda işləməyə başlamazdan əvvəl Əli Bayramlıda (indiki Şirvan şəhəri) yerləşən 28 nömrəli texniki peşə məktəbində qaynaqçı ixtisasına yiyələnmiş, Peşə məktəbində 01 oktyabr 1978-ci ildən 17 may 1978-ci ilədək oxumuş, 24 avqust 1978-ci ildə SSRİ-nin 50 illiyi adına pambıq zavoduna qaynaqçı elektrik (İİİ dərəcə) vəzifəsinə qəbul olunmuş, 20 mart 1979-cu ildə qaynaqçı elektrik kimi İV dərəcəni almış, 14 iyul 1980-cı ildə işdən azad edilmişdir. Bu onun öz istəyi olmuşdur. 19 yanvar 1983-cü ildə Kürsəngi kəndində mexaniki emalatxanaya 4-cü dərəcəli qaynaqçı elektrik vəzifəsinə qəbul edilmiş, 22 sentyabr 1983-cü ildə öz xahişi ilə işdən çıxmış, 17 oktyabr 1983-cü ildə 4-cü dərəcə ilə Əlibayramlı quraşdırma sahəsinə qaynaqçı elektrik kimi işə qəbul edilmiş, 02 aprel 1984-cü ildə Azərbaycan SSR-nin 37 K 30T maddəsi ilə öz istəyi ilə işdən azad edilmişdir. 03 aprel 1984cü ildə PMK-7-də kənd təsərrüfatı texnikasında qaynaqçı kimi işləmiş, 12 avqust 1984-cü ildə 5-ci dərəcəli qaynaqçı kimi işə götürülmüş, 20 aprel 1985-ci ildə Azərbaycan SSR-nin 37 K maddəsi ilə işdən çıxarılmışdır. 08 noyabr 1988-ci ildə Kürsəngi ƏQƏB-nə 5-ci dərəcəli qaynaqçı kimi işə qəbul edilmiş, 01 yanvar 1990-cı ildə Kürsəngi ƏQƏB-də qaynaqçı kimi işləmiş, 01 iyul 1986-cı ildə SSR-nin 50 illiyi adına sovxozda 5-ci dərəcəli (çilingər) qaynaqçı işləmiş, 10 dekabr 1986-ci ildə 6-cı dərəcəli qaynaqçı kimi işləmiş, 22 dekabr 1987-ci ildə Azərbaycan SSR-nin 32 maddəsi ilə işdən azad edilmişdir. 08 yanvar 1988-ci ildə 5-ci dərəcəli qaz qaynaqçısı kimi Kürsəngi ƏQƏB-nə işə qəbul edilmiş, 05 aprel 1995-ci ildə uzunmüddətli işdə fasilə etdiyinə görə işdən azad edilmiş, 19 iyul 1996-cı ildə “Azərenerji" ASC Azərenerji tikinti MMC Enerji avadanlıqlarının Quraşdırılması və Təmiri İdarəsi Sumqayıt Quraşdırma Sahəsinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 06 aprel 1995ci ildə "xxxx" MMC-yə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 10 iyul 2005-ci ildə öz ərizəmlə işdən azad edilmişdir. 03 yanvar 2019-cu ildə "xxxx" MMC-yə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş, 22 yanvar 2021-ci ildə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal hazırda Salyan rayonu Qarabağlı kəndində yaşayır, ona güzəştli şərtlərlə pensiyaya təyin olunması üçün müvafiq təşkilatlara müraciət etmiş, lakin ona bununla bağlı imtina verilmişdir. Ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün kifayət qədər sənədləri vardır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq hüququnun yarandığı tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı 17 noyabr 2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-16020/2024 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fıərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan 23.01,2024-cü il tarixli 3-17- 1/2-A-16020/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən iddiaçıya dair xx xxxx 1961-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1995xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də qaz qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir. Əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Müvafiq əmək kitabçasında işdənçıxma tarixinə sonradan düzəliş olunduğu aşkar görünür. Buna görə də həmin müəssisədəki is stajının araşdırılması üçün aidiyyəti üzrə sorğu yerilməsi zərurəti yaranmışdır. Müvafiq sorğuya cavab olaraq bildirilmişdir ki. "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixdən fəaliyyət göstərdiyi bildirilmişdir. Bu səbəbdən də iddiaçının "xxxx" MMC-də islədiyi xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün onun is stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunan səbəblərdən əmək kitabçası və əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmış və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bunun nəticəsində İddiaçı ümumi iş stajı 25 ildən az 17 il 8 ay 26 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1995-ci il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007, xx.xx.2019-xx.xx.20196-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 il 6 aydan az (6 il 9 ay 1 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2004-xx.xx.2005-ci il, xx.xx.2019xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İş materiallarına əlavə edilən 1 saylı Şirvan-Salyan Regional filialının 21 dekabr 2023-cü il tarixli aktında qeyd edilir ki, İddiaçı xx.xx.1995-xx.xx.2005-ci il və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasında "xxxx" MMC-də işlədiyi dövrlərin yoxlanması aparılmış və məlum olmuşdur ki, "xxxx" MMC-və məxsus olan 1995-2015ci illəri əhatə edən sənədlər yandığı üçün Ə.Abdullavevin xx.xx.1995-xx.xx.2005-ci illəri əhatə edən əmək fəaliyyətini yoxlamaq mümkün olmamışdır, həmcinin 2019-cu ilin əmrlər kitabına baxış keçirilməsi zamanı Ə.Abdullavevin xx.xx.2019-cu il tarixdə işə qəbul olunmasına dair əmrə rast gəlinməmiş, xx.xx.2021-ci il tarixdə 4 saylı əmrlə isdən azad edildiyi təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının qanunvericiliklə tələb olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ümumi və güzəştli əmək stajı yoxdur. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab ediİməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 12679-20 nömrəli Attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Əli Bayramlı şəhəri Texniki Peşə Məktəbində elektrik qaynaqçısı üzrə bitirmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2021ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.2005-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 964 nömrəli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və SSRİ MN-nin müvafiq əmri əsasında ehtiyata buraxılmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 280 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilə qədər "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 272 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarının 35 ümumi peşələr bölməsinə əsasən işlənmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü hüququ verir. xx.xx.1995-xx.xx.2005 "xxxx" MMC-də elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. xx.xx.2019-xx.xx.2021 "xxxx" MMC-yə qaynaqçı peşəsində işləmişdir. Bu da 13 il 4 ay 23 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-16020/2024 nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi 3 mart 1961-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçanızda xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də qaz qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasını araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən əmək kitabçasında işdən çıxma tarixinə sonradan düzəliş olunduğu aşkar görünür. Buna görə də sözügedən müəssisədəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixindən fəaliyyət göstərdiyi bildirilmişdir. Göstərilən səbəblərdən də, xx.xx.1995xx.xx.2005-ci il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (17 il 8 ay 26 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988xx.xx.1995-ci il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2019xx.xx.2019-cu il, xx.xx.2019-31,10.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020xx.xx.2020-ci il-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajınız isə 12 il 6 aydan az (6 il 9 ay 1 gün (xx.xx.1978-xx.xx.1980-cı il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2004-xx.xx.2005-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17042,51 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-95717/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 3 mart 1961-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də qaz qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin əmək kitabçasında işdən çıxma tarixinə sonradan düzəliş olunduğu aşkar görünür. Buna görə də sözügedən müəssisədəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq "xxxx" MMC-nin xx.xx.2004cü il tarixindən fəaliyyət göstərdiyi bildirilib. Bu səbəbdən də, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (17 il 8 ay 26 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988xx.xx.1995-ci il, xx.xx.2006-xx.xx.2006- cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2019xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020xx.xx.2020-ci il-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 il 6 aydan az (6 il 9 ay 1 gün (xx.xx.1978-xx.xx.1980-cı il, xx.xx.1983-xx.xx.1983- cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2004-xx.xx.2005-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17042,51 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-12/2-1453/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “İlkin-N" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1996-cı il tarixli 31209 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri X4 qeyd olunmuşdur. Məlumat bazasında hüquqi şəxsin (050- 055) 5585858, (050) 2731906, (050) ******* 050) 5539955, (051) 4689884, (050) 4003344, (050) 5044440, (050) ******* və (050) ******* telefon nömrələri qeyd edilmişdir. Adıçəkilən hüquqi şəxs hüquqi ünvan olaraq Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatdadır. Hazırda sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-187117/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. DVX-nin elektron informasiya sistemindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş "xxxx" MMC-nin 2021 -ci ilin İ-İV rüblərinə dair 0112 fəaliyyət növünün kodu üçün (Muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən dövlət özəl müəssisələr) məcburi dövlət sosial sığortası üzrə hesabatında İddiaçı məlumatları əks olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-243031/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 3 mart 1961-c il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındak dövr ərzində "xxxx" MMC-də qaz qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələ’ yaranmışdır. Belə ki, həmin əmək kitabçasında işdən çıxma tarixinə sonradan düzəliş olunduğu aşkar görünür. Buna görə də, sözügedən müəssisədəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixindən fəaliyyətə başladığı bildirilmişdir. Bu səbəblərdən də, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün olmamışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 12/2025 nömrəli arayışından görünür ki, "xxxx" MMC-yə aid olan 1995- 2015-ci illəri əhatə edən sənədlər qısa qapanma nəticəsində (yanmışdır) məhv olmuşdur. İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixlərdə yenidən "xxxx" MMC-yə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir və bu tarixlərdə aldığı əmək haqqlarını, işə qəbul və xitam əmrlərini təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-77214/2025 nömrəli etiraza əlavəsində qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli 3- 17-1/3-1-1854/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 3 mart 1961-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də qaz qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin əmək kitabçasında işdən çıxma tarixinə sonradan düzəliş olunduğu aşkar görünür. Buna görə də, sözügedən müəssisədəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixdən fəaliyyətə başladığı bildirilmişdir. Bu səbəblərdən də, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, İddiaçı ümumi iş stajı 20 il 17 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1995-ci il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2023-xx.xx.2023-cü il və xx.xx.2024-xx.xx.2025-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 6 il 9 ay 1 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-16020/2024 nömrəli məktubda adıçəkilən şəxsin təhsil aldığı dövr ümumi iş stajında nəzərə alınmamışdır. Həmçinin, İddiaçıə dair təhsil haqqında attestat əlavə edildiyindən onun ümumi stajı təhsil aldığı dövr də nəzərə alınmaqla, 60 yaşının tamamlandığı xx.xx.2021-ci il tarixiə hesablanmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Daşqın İbadovun xidməti məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı (FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (Mərkəzi Filial) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(120)-925/2025 nömrəli inzibati iş vardır. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-16020/2024 nömrəli imtina məktubunda isə onun güzəştli iş stajının 12 il 6 aydan az (6 il 9 ay 1 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2020-ci il, xx.xx.2004-xx.xx.2005-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-cu il, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi qeyd olunmuşdur. Tərəflərindən ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-104258/2024 nömrəli xidməti məktuba cavab olaraq Mərkəzi Filial tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli 3-17-1/3-1- 1854/2025 nömrəli məktubda onun ümumi iş stajının 18 il 10 ay 2 gün (xx.xx.1977- 21,07.1978-ci il (əyani təhsil aldığı dövr), xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1982-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2019-ci il, xx.xx.1988-xx.xx.1995-ci il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci İl, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.1983-ci il, xx.xx.2020-xx.xx.2020-ci il-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi qeyd olunmuşdur. Eyni zamanda məktubda göstərilmişdir ki, iddiaçı Ə.X3 təqdim etdiyi 3 mart 1961-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də qaz qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin əmək kitabçasında işdən çıxma tarixinə sonradan düzəliş olunduğu aşkar göründüyündən sözügedən müəssisədəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixdən fəaliyyətə başladığı bildirilmişdir. Bu səbəblərdən də, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Şifahi məhkəmə sorğusuna əsasən, eyni zamanda işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə 2004-2005-ci illərin İddiaçı güzəştli iş stajında nəzərə alınmasına baxmayaraq, onun ümumi iş stajında nəzərə alınmamasının səbəbi barədə məlumatların qısa müddətdə təqdim edilməsinə dair göstəriş verməyini xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür:
1. xx.xx.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması;
2. İddiaçının xx.xx.1995 - xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyibişləməməyinə dair əsaslı şübhələr yarandığından xx.xx.1995 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərin ümumi iş stajı kimi qəbul edilməsinin mümkün olmaması. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də qaz qaynaqçısı peşəsində işləmiş, bu da 13 il 04 ay 23 gün il iş stajı vardır. Məhkəmə bildirir ki, “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq hərbi və əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox olması müəyyən olunur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında olan digər illəri mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Mübahisə yalnız xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr olmuşdur. Məhkəmə cavabdeh inzibati orqanın xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi dövr ilə bağlı tam araşdırma apararaq sorğu cavabları nəticəsində aşağıda qeyd edilən halları müəyyən etmişdir: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-12/2- 1453/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “İlkin-N" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1996-cı il tarixli 31209 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri X4 qeyd olunmuşdur. Məlumat bazasında hüquqi şəxsin (050-055) 5585858, (050) 2731906, (050) ******* 050) 5539955, (051) 4689884, (050) 4003344, (050) 5044440, (050) ******* və (050) ******* telefon nömrələri qeyd edilmişdir. Adıçəkilən hüquqi şəxs hüquqi ünvan olaraq Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatdadır. Hazırda sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 187117/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. DVX-nin elektron informasiya sistemindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş "xxxx" MMC-nin 2021 -ci ilin İ- İV rüblərinə dair 0112 fəaliyyət növünün kodu üçün (Muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən dövlət özəl müəssisələr) məcburi dövlət sosial sığortası üzrə hesabatında İddiaçı məlumatları əks olunmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-243031/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 Mərkəzi Filiala təqdim etdiyi 3 mart 1961-c il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındak dövr ərzində "xxxx" MMC-də qaz qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələ’ yaranmışdır. Belə ki, həmin əmək kitabçasında işdən çıxma tarixinə sonradan düzəliş olunduğu aşkar görünür. Buna görə də, sözügedən müəssisədəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq ‘İlkin-N” MMC-nin xx.xx.2004-cü il tarixindən fəaliyyətə başladığı bildirilib. Bu səbəblərdən də, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün olmamışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 12/2025 nömrəli arayışından görünür ki, "xxxx" MMC-yə aid olan 1995-2015-ci illəri əhatə edən sənədlər qısa qapanma nəticəsində (yanmışdır) məhv olmuşdur. İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixlərdə yenidən "xxxx" MMC-yə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir və bu tarixlərdə aldığı əmək haqqlarını, işə qəbul və xitam əmrlərini təqdim etmişdir. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının təsdiq olunan iş dövrü onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının "xxxx" MMC işləməsi ilə bağlı sənədlərin arxivə təqdim edilməməsi, müəssisə tərəfindən müvafiq sənədlərin natamam tərtib edilməsi onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də "xxxx" MMC işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Eləcə də, qeyd edilən dövrdə müəssisənin fəaliyəti də şübhə doğuran hal deyil. Sənədlərin arxivə təhvil verilməmə səbəbini isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı arayışlara əsasən isə "xxxx" MMC-yə aid olan 1995-2015-ci illəri əhatə edən sənədlər qısa qapanma nəticəsində (yanmışdır) məhv olması səbəbindən təqdim edilməyi kimi əsaslandırılmışdır. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Araşdırma predmeti iddiaçının xx.xx.2006-cı il tarixə kimi işlədiyi staj ilə bağlı olduğundan məhkəmə yalnız iddiaçının xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə iş stajına münasibət bildirərək qeyd edir ki, qeyd edilən dövr iddiaçının ümumi iş stajına əlavə edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının mövcud olduğu müəyyən edilir. Eləcə də, inzibati orqanın imtinası iddiaçının güzəştli iş stajı ilə bağlıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 272 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarının 35 ümumi peşələr bölməsinə əsasən xx.xx.1995-xx.xx.2005-ci il, xx.xx.2019-xx.xx.2021-ci il "xxxx" MMC-yə qaynaqçı peşəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçının işlədiyi elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci (Ümumi peşələr) bölməsində öz əksini tapan “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələrinə uyğundur. Məhkəmə qeyd edir ki, İddiaçı güzəştli iş stajının inzibati orqan tərəfindən qəbul edilməmə səbəbi həmin dövrün ümumi iş stajı kimi mübahisəli olması ilə bağlı olmuşdur. Qeyd edilən peşənin isə ümumi əsaslarla güzəştli iş stajı kimi hesab edilməsi mübahisəsiz haldır. Eləcə də, tərəfindən qeyd edilən müəssisədə həmin peşə üzrə işlədiyi digər dövrlər güzəştli iş stajı kimi qəbul edilmişdir. Belə olan halda məhkəmə təqdim edilən sübutlarla kifayətlənərək iddiaçının "xxxx" MMC-də xx.xx.1995-xx.xx.2005-ci il tarixlərində işlədiyi dövrü həmçinin onun güzəştli iş stajı kimi də qəbul edir. Məhkəmə müəyyən edir ki, iddiaçının güzəştli iş stajının mübahisəli olmasının səbəbi qeyd edilən dövrün ümumi iş stajına əlavə edilməməsi, tərəflərindən mübahisəli hesab edilməsidir. Lakin, ümumi iş stajı mübahisəsiz olacağı təqdirdə qeyd edilən dövrün güzəştli iş stajı kimi nəzərdə tutulması halı müəyyən edilir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən İddiaçı xx.xx.1995xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi dövrü həm ümumi, həm də güzəştli iş stajı kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Belə yanaşma isə vətəndaşların müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2018ci il tarixdən təyin edilməli olsa da, adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçıya ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanılaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov