Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-926/2022 07.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X10, Üçüncü şəxs X13 nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Hacıqabul rayonu Ələtli Bələdiyyəsinə qarşı “Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin 11 avqust 2005-ci il tarixli, 04 saylı qərarının, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin 19 iyun 2017-ci il tarixli, 08 saylı və 23 avqust 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə 07 iyul 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E TDİ: İddiaçı cavabdeh Hacıqabul rayonu Ələtli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu, Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin 11 avqust 2005-ci il tarixli, 04 saylı qərarının, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin 19 iyun 2017-ci il tarixli, 08 saylı və 23 avqust 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X19, X20 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X13 icarə qaydasında istifadəsində olmuş bələdiyyə mülkiyyətinə aid 50 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə əlaqədar tərtib edilmiş sənədlərin həqiqiliyinin yoxlanılması ilə bağlı Hacıqabul rayonu Ələtli bələdiyyəsinin 22 sentyabr 2020-ci il tarixdə İddiaçınə daxil olmuş müraciətində göstərilən xüsusatların araşdırılması ilə əlaqədar idarə tərəfindən inzibati nəzarət icraatına başlanılmışdır. Müraciət əsasında görülmüş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Hacıqabul rayonu Ələtli bələdiyyəsinin 11 avqust 2005-ci il tarixli, 04 saylı iclasında O.Əkərovun 26 iyun 2005-ci il tarixli ərizəsi müzakirə olunaraq, bələdiyyənin ehtiyat fond torpaqlarından əkinçilik məqsədilə 50 ha torpaq sahəsinin O.Əkbərova ayrılması barədə qərar qəbul edilmiş və həmin qərar əsasında torpaq sahəsi 94 il müddətinə X16 icarəyə verilmiş və bələdiyyə ilə sonuncu arasında 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, qərar və qeyd olunan müqavilə bələdiyyə sədri Mahir Kərimovun imzası ilə təsdiq edilmiş, qərarın icrasına nəzarət isə sədr müavini İlham Abbasova tapşırılmışdır. Bundan sonra həmin torpaq sahəsi üzərində Oktay Əkbərovun hüquqları dövlət qeydiyyatına alınaraq, ona daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış seriya RX ******* nömrəli çıxarış verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Ələtli torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı 19 iyun 2017-ci il tarixli, 08 saylı qərarı əsasında xx.xx.2017-ci il tarixdə O.Əkbərovun həmin torpaq sahəsinə dair icarə hüquqları alqı-satqı müqaviləsi əsasında X6 və Elçin Əliyevə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa bələdiyyənin 23 avqust 2019-cu il tarixli, 08 saylı qərarı əsasında həmin torpaq sahəsi üzərində E.Əliyev tərəfindən icarə hüquqları alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə X2 və F.Əhədova daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı verilmiş məlumat və aidiyyəti şəxslərin izahatları əsasında müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətinə aid 50 ha torpaq sahəsinin O.Əkbərova icarəyə verilməsi ilə bələdiyyə şurasının 11 avqust 2005-ci il tarixli, 04 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir. Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısı isə Torpaq Məcəlləsinin 86-cı maddəsinin tələblərinə zidd olaraq həyata keçirilmişdir. İcraat zamanı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzindən verilmiş məlumatda, qeyd olunan icarə müqaviləsinin əsası olan bələdiyyə iclas protokolunun inzibati nəzarət qaydasında Mərkəzə təqdim edilmədiyi bildirilmişdir. Həmçinin araşdırma zamanı icarə hüquqularının alqı-satqısının əsası olmuş Ələtli bələdiyyəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı 19 iyun 2017-ci il tarixli, 08 saylı və 23 avqust 2019-cu il tarixli, 08 saylı iclas protokollarının isə inzibati nəzarət qaydasında idarəyə daxil olmadığı müəyyən edilmişdir. Bundan başqa Ələtli bələdiyyəsi tərəfindən verilmiş məlumatda, qeyd olunan torpaq sahəsi üzrə icarə haqqının yalnız 2020-ci il tarixdə ödənildiyi, 2005-2019-cu illər üzrə isə icarə haqqlarının ödənilməsi ilə bağlı bələdiyyədə hər hansı məlumat olmadığı bildirilmişdir. Müraciətə baxılmasının nəticəsi olaraq, idarə tərəfindən 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin 11 avqust 2005-ci il tarixli, 04 saylı, həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı 19 iyun 2017-ci il tarixli, 08 saylı və 23 avqust 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv edilməsi, icarə müqaviləsinin, icarə hüquqlarının alqı-satqısı müqavilələrinin etibarısız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilərək 50 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə məhkəmədə iddia qaldırılması ilə bağlı Ələtli bələdiyyəsinə təklif verilmişdir. 14 dekabr 2020-ci il tarixdə İddiaçınə daxil olmuş Hacıqabul rayonu Ələtli bələdiyyəsinin 10 dekabr 2020-ci il tarixli, 21 saylı iclas prtokoluna inzibati nəzarət qaydasında baxılarkən təklifin təmin edilmədiyi müəyyən olunmuşdur. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə xx.xx.2003-cü il tarixli, 922 nömrəli fərmanın 2-ci bəndində göstərilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətbələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Bundan başqa həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək bələdiyyələrin iclaslarının səlahiyyətlərinə aiddir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48.4-cü maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri bələdiyyələr tərəfindən torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərin qorunması, eləcə də torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsidir. Həmin Qanunun 4.0.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək bələdiyyələrin səlahiyyətinə aid edilmişdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Hacıqabul rayonu Ələtli Bələdiyyəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin 19 iyun 2017-ci il tarixli, 08 saylı qərarı əsasında Hacıqabul rayon Notariat kontorunda 21 iyun 2017-ci il tarixdə bağlanılmış 3 M-11 reyestr nömrəli icarə hüquqlarının alqı-satqı müqaviləsi Hacıqabul Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(071)-186/2020 nömrəli qətnaməsi ilə etbarsız hesab edilmiş və nəticələri ləğv edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə də ləğv edilmiş müqavilə üzrə digər nəticələr yəni Hacıqabul rayonu Ələtli Bələdiyyəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı 23 avqust 2019-cu il tarixli, 08 saylı qərarının nəticələri də ləğv edilmişdir. Ələtli Bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında 16 avqust 2005-ci il tarixli Qərarının ləğv edilməsinə gəldikdə isə İddiaçı 27 noyabr 2020-ci il tarixli, 1656/682 saylı məktubu ilə göndərilmiş “Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid olan 50 hektar torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı idarə tərəfindən aparılmış inzibatı nəzarət icraatının nəticələri barədə” tövsiyə məktubu Hacıqabul rayonu Ələtli Bələdiyyəsi üzvlərinin 10 dekabr 2020-ci il tarixli iclasında müzakirə olunmuş və həmin tarixli 21 nömrəli protokol ilə təmin olunmaması barədə Qərar çıxarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı məsələni araşdırması zamanı təzadlara yol vermiş, sənədlərdəki imzaların və yazıların saxta olduğu qənaətinə gəlməsinə baxmayaraq müvafiq ekspertizları keçirməmiş (halbuki buna səlahiyyəti tam şəkildə mövcud idi) yalnız izahatlarla kifayətlənmişdir. Hazırki vəziyyətdə ölkədə qeyri-neft sektorunun inkişafı siyasətinin aparılması baxımından sahibkarın əlindən kifayət qədər əkinə yararlı torpaq sahəsinin alınması, məhkəmələrdə süründürülməsi məqbul sayılmır. Bundan başqa bildirirlər ki, həmin vaxtdan kifayət qədər vaxt keçmiş və hazırda torpaq sahəsi səmərəli istifadə olunmaqdadır. Torpağı icarəyə vermə səlahiyyətində olan orqan (Hacıqabul rayonu Ələtli Bələdiyyəsi) həmin müqavilədən irəli gələn nəticələrdən məmundur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Zaur Allahyarov) 30 mart 2021-ci il tarixli, 2- 1(120)-539/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Hacıqabul rayonu Ələtli bələdiyyəsinə qarşı “Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin 11 avqust 2005-ci il tarixli, 04 saylı qərarının, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin 19 iyun 2017-ci il tarixli, 08 saylı və 23 avqust 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv olunması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılmasının mümkün sayılmaması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(120)-539/2021 nömrəli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(120)-539/2021 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən İ.Q.Əsədov, hakimlər M.K.Həsənov və Z.A.Zeynalovdan ibarət tərkibdə) 18 may 2021-ci il tarixli, 2- 1(106)-304/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(120)-539/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər İ.K.Hüseynov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və K.N.Bədəlovdan ibarət tərkibdə) 28 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1507/2021 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(106)- 304/2021 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən İ.H.Əhmədov, hakimlər T.S.Kərimov və T.X.Heydərovdan ibarət tərkibdə) 14 dekabr 2021-ci il tarixli, 2- 1(106)-522/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(120)-539/2021 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, ... işin faktiki hallarından görünür ki, Hacıqabul rayonu Ələtli Bələdiyyəsinin 11 avqust 2005-ci il tarixli, 04 saylı qərarı ilə Hacıqabul şəhər sakini O.Əkbərova Hacıqabul rayonu Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün 94 illik icarə müqaviləsi ilə 50,0 hektar torpaq sahəsi ayrılmış, onunla müvafiq olaraq icarə müqaviləsi bağlanmışdır. Onun adına icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən 14 mart 2017-ci il tarixli çıxarış verilmişdir. Fiziki şəxs O.Əkbərova icarəyə verilmiş 50,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə (X15 adına icarəyə verilməsinə) Hacıqabul rayonu Ələtli Bələdiyyəsinin 19 iyun 2017-ci il tarixli iclasının protokolunun 08 nömrəli qərarı ilə razılıq verilmişdir. 21 iyun 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə icarə hüquqları X5. X15 adına icarə hüquqlarının qeydiyyatına dair xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Fiziki şəxs E.Əliyevə icarəyə verilmiş 50,0 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzrə icarə hüququnun özgəninkiləşdirilməsinə (X11 icarəyə verilməsinə) Hacıqabul rayonu Ələtli Bələdiyyəsinin 23 avqust 2019-cu il tarixli iclas protokolunun 08 nömrəli qərarı ilə razılıq verilmişdir. 23 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə X20 icarə hüquqlarını X3. X8 adına icarə hüquqlarının qeydiyyatına dair xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Sözügedən 50 ha-dan ibarət torpaq sahəsi hüquqi cəhətdən X8 icarəsindədir. İddiaçı hazırki ərizəsində Hacıqabul rayonu Ələtli Bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin O.Əkbərova icarəyə verilməsi ilə bağlı bələdiyyənin 11 avqust 2005-ci il tarixli, 04 saylı qərarının, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin 19 iyun 2017-ci il tarixli, 08 saylı və 23 avqust 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv olunmasını tələb edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 50 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyənin 11 avqust 2005-ci il tarxli qərarı qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bələdiyyənin iddiası mübahisələndirmə haqqında iddia olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1507/2021 saylı qərarında qeyd edilir ki, hazırki iddia mübahisələndirmə haqqında deyil, inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddia növü olmuşdur. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 1-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti həyata keçirir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. 8.2. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv öyrənilməsi üçün yerində araşdırma aparmaq və bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından və digər aidiyyəti şəxslərdən bununla bağlı yazılı şəkildə məlumatlar, arayışlar almaq hüququna malikdir. Bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməməlidir. 8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. 8.6. Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 iş günü müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. 8.7. Bələdiyyənin fəaliyyətində cinayət əlamətlərini aşkar etdikdə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq tədbirlər görülməsi üçün səlahiyyətli dövlət orqanına müraciət edir. Qeyd edilən normaların məzmunundan görünür ki, qanunverici inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddia növünün istifadə olunması imkanının müqəddəm şərti kimi həmin orqan tərəfindən inzibati nəzarət icraatının aparılmasını tələb edir. Hazırki halda da inzibati nəzarət orqanı olan İddiaçı “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun müddəalarına uyğun olaraq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun cavabdehə münasibətdə inzibati nəzarət icraatını “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna uyğun şəkildə həyata keçirmiş, yalnız bundan sonra və buna əsaslar yarandığından yuxarıda göstərilən növdə iddia ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə iddiaçının hazırkı məzmunda iddia qaldırmaq hüququ onun müraciətinin bələdiyyə tərəfindən təmin olunmasından sonra yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İPM-nin 38.1-ci maddəsinə istinad edərək iddiaçının iddianın verilmə müddətini buraxmış olmasını hesab etməsi düzgün olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına idiaçının nümayəndəsi X18 və üçüncü şəxsin nümayəndəsi və vəkili X12 gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X18 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X12 iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı cavabdehə göndərdiyi 27 noyabr 2020-ci il tarixli 1656/682 №li məktubundan görünür ki, Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında 16 avqust 2005-ci il tarixli 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin 11 avqust 2005-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi, Ələtli bələdiyyəsinin həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı 19 iyun 2017ci il tarixli 08 saylı və 23 avqust 2019-cu il tarixli 08 saylı qərarlarının ləğv edilməsi, Ələtli bələdiyyəsi ilə X19 arasında bağlanmış 16 avqust 2005-ci il tarixli 09 saylı torpaq icarə müqaviləsinin, X13 istifadəsində olmuş 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarının X4 dair xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüquqlarının X1 dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı həmin şəxslərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilərək 50 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı məhkəmədə iddianın qaldırılması təklif edilmiş, təklifin 5 iş günü müddətində bələdiyyə iclasında müzakirə olunması və müzakirənin nəticəsi barədə qəbul edilmiş qərarın surətinin İddiaçınə göndərilməsi təklif edilmişdir. İş materiallarında olan Hacıqabul rayonu Ələtli bələdiyyəsinin 10 dekabr 2020-ci il tarixli, 21 saylı iclas protokolunun surətindən görünür ki, İddiaçı 27 noyabr 2020-ci il tarixli, 1656/682 №-li məktubu ilə göndərilmiş Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı idarə tərəfindən aparılmış inzibati nəzarət icraatının nəticələri barədə tövsiyə məktubunda Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı Ələtli bələdiyyəsi ilə Oktay Əkbərov arasında 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin 11 avqust 2005-ci il tarixli, 04 saylı qərarının ləğv edilməsi, Ələtli bələdiyyəsinin həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı 19 iyun 2017-ci il tarixli, 08 saylı və 23 avqust 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv edilməsi, Ələtli bələdiyyəsi ilə X19 arasında bağlanmış 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin, X13 istifadəsində olmuş 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarının X4 dair xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüquqlarının X1 dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı həmin şəxslərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilərək 50 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı məhkəmədə iddianın qaldırılması barədə təklifinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Hacıqabul rayonu Ələtli bələdiyyəsinin 11 avqust 2005-ci il tarixli, 04 saylı qərarının surətindən görünür ki, Hacıqabul şəhər sakini X16 Hacıqabul rayonu Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün 94 illik icarə müqaviləsi ilə 50,0 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Hacıqabul rayonu Ələtli bələdiyyəsinin 19 iyun 2017-ci il tarixli iclasının protokolunun 08 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən, Ələtli bələdiyyəsinin mülkiyyətində olan, fiziki şəxs X16 icarəyə verilmiş 50,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materialında olan Hacıqabul rayonu Ələtli bələdiyyəsinin 23 avqust 2019-cu il tarixli iclas protokolunun 08 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən, Ələtli bələdiyyəsinin mülkiyyətində olan, fiziki şəxs X17 icarəyə verilmiş 50,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 402/2021 saylı məktubundan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)186/2020 saylı 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X13 cavabdehlər X17, Hacıqabul rayon Notariat kontoruna, 3cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə, 3-cü şəxs Hacıqabul rayonunun Ələtli kənd bələdiyyəsinə və 3-cü şəxs Sabirabad rayonunun Həşimxanlı kənd sakini X9 qarşı icarə hüquqlarının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası üzrə iddia tələbi təmin edilmiş, Hacıqabul rayonunun Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün X16 94 illik icarə müqavilə ilə ayrılmış 50 ha torpaq sahəsinə dairə icarə hüquqlarının Hacıqabul rayon Notariat kontorunda 21 iyun 2017-ci il tarixdə cavabdeh X4 dair reyestrdə 3M-11 nömrə ilə qeyd edilmiş icarə hüquqlarının alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və hüquqi nəticələri ləğv olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və qətnamədən apelyasiya şikayəti verilməmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun preambulasında müəyyən olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Buna görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi fəaliyyətinin tərkib hissələrindən biri də müvafiq əsaslar mövcud olduqda məhkəməyə müraciət edilməsi imkanıdır. Sözügedən Qanunda həmçinin məhkəməyə müraciət edilməsinin şərtləri və qaydası da tənzimlənmişdir. İddia qaldırmaq üçün inzibati nəzarət orqanı həmin şərtlərə və qaydalara riayət etməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsində aşkar şəkildə təsbit olunmuşdur ki, inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Beləliklə, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun bələdiyyə qərarının ləğvi ilə bağlı məhkəmədə qaldırılacaq iddiaya iddia müddətlərinin şamil edildiyini təsbit edir. Bu müddət hazırkı iddia üzrə bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati nəzarət orqanının etdiyi təklifin bələdiyyə tərəfindən təmin edilməməsi barədə qəbul edilmiş bələdiyyə qərarının inzibati nəzarət orqanına təqdim olunduğu gündən hesablanmağa başlanan 15 günlük müddətdir. Hazırkı işin hallarından müəyyən olunur ki, Hacıqabul rayonu Ələtli bələdiyyəsinin 11 avqust 2005-ci il tarixli 04 saylı qərarı ilə X16 Hacıqabul rayonu Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün 94 illik icarə müqaviləsi ilə 50,0 hektar torpaq sahəsi ayrılmışdır. Sonradan həmin bələdiyyənin 19 iyun 2017-ci il və 23 avqust 2019-cu il tarixli qərarları ilə sözügedən torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə mübahisələndirdiyi qərarların ləğvi barədə cavabdehə təklif göndərmiş, sonuncu 10 dekabr 2020-ci il tarixdə keçirilmiş ümumi iclasında qəbul edilmiş qərarla təklifi təmin etməmişdir. Eyni zamanda işin hallarından müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin hazırda qanuni qüvvədə olan 2(071)-186/2020 saylı 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən 23 avqust 2019-cu il tarixli qərar artıq hüquqi qüvvəsini itirmişdir. Belə ki, qətnamə əsasında Hacıqabul rayonu Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün X16 94 illik icarə müqaviləsi ilə ayrılmış 50 ha torpaq sahəsinə dair icarə hüquqlarının Hacıqabul rayon Notariat kontorunda xx.xx.2017-ci il tarixdə X4 dair reyestrdə 3M-11 nömrə ilə qeyd edilmiş icarə hüquqlarının alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və hüquqi nəticələri ləğv olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin ikinci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərti ilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ırazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin altıncı bəndinin üçüncü hissəsinə görə isə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətlərinə və torpağın ayrılma məqsədinə, mövcud tikinti normalarına, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun, torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək (maddə 4.0.1), müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır (maddə 4.0.2). Həmin Qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrininin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir (maddə 9.2). Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır (maddə 9.3). Həmin Qanunun 16-cı maddəsinə görə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır (maddə 16.1). Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 16.2). Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (maddə 16.3). Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (maddə 16.4). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Hacıqabul rayonu Ələtli bələdiyyəsinin 11 avqust 2005-ci il tarixli 04 saylı qərarı ilə X16 Hacıqabul rayonu Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün 94 illik icarə müqaviləsi ilə 50,0 hektar torpaq sahəsi ayrılmış, həmin qərar əsasında torpaq sahəsi 94 il müddətinə O.Əkbərova icarəyə verilmiş və bələdiyyə ilə sonuncu arasında 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müaviləsi bağlanmış, həmin torpaq sahəsi üzərində Oktay Əkbərovun hüquqları dövlət qeydiyyatına alınaraq, ona daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış seriya RX ******* nömrəli çıxarış verilmiş, həmin vaxtdan hazırki vaxtadək mübahisəli torpaq sahəsi səmərəli istifadə olunmaqdadır. Torpağı icarəyə vermə səlahiyyətində olan orqan (Hacıqabul rayonu Ələtli Bələdiyyəsi) həmin müqavilədən irəli gələn nəticələrdən məmundur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid olan 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı Hacıqabul rayonu Ələtli bələdiyyəsi ilə X19 arasında 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsi bağlanması üçün əsas olmuş bələdiyyənin mübahisə predmeti olan 11 avqust 2005-ci il tarixli qərarı qanuni, iddiaçının tələbi isə əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Hacıqabul rayonu Ələtli Bələdiyyəsinə qarşı “Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin 11 avqust 2005-ci il tarixli, 04 saylı qərarının, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin 19 iyun 2017-ci il tarixli, 08 saylı və 23 avqust 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv olunması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Hacıqabul rayonu Ələtli Bələdiyyəsinə qarşı “Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X16 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında 16 avqust 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin 11 avqust 2005-ci il tarixli, 04 saylı qərarının, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin 19 iyun 2017-ci il tarixli, 08 saylı və 23 avqust 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-926/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-926/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver