Məhkəmə qərarları › İş №2-1(120)-926/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-926/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-926/2025 18.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli və xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarlarının ləğv edilməsi, iddiaçıya xx.xx.2003-cü il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik xx.xx.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli və xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarlarının ləğv edilməsi, iddiaçıya xx.xx.2003-cü il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik xx.xx.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 may 2025-ci il tаriхli, 2-1(120)-926/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 26 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi” kimi baxılması qərara alınmışdır. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli və xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarlarının ləğv edilməsi, iddiaçıya xx.xx.2003-cü il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik xx.xx.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tаriхli, 2-1(120)-926/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli və xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarlarının ləğv edilməsi, iddiaçıya xx.xx.2003-cü il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik xx.xx.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Astara rayonu, Kijəbə qəsəbəsində anadan olmuşdur. Astara rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1989-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduğuna görə xx.xx.1991-ci il tarixdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının erməni təcavüzündən qorumaq məqsədi ilə xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüş əməliyyatlarında xx.xx.1992-ci il tarixdə Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yarası həmçinin digər orqanlarında odlu silah xəsarətləri almışdır. İlk növbədə yaralandığı yerdə tibbi yardım göstərilmişdir. Sonrada Ərikli qəsəbəsində yerləşən hərbi hospital gətirilmiş, vəziyyəti ağır olduğu üçün Eksperimental İnstituta gətirilib əməliyyat olunmuşdur. mBeləliklə xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə kimi Ərikli hərbi hospitalında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Eksperimental İnstitutunun cərrahiyə şöbəsində müalicə olunmuşdur. Yenidən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Eksperimental İnstitutun cərrahiyyə şöbəsində əməliyyat olunmuşdur. Kürək nahiyyəsindən güllə çıxarılmışdır. Ümumiyyətlə əmək qabiliyyətini itirdiyi üçün Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinin Həkim Əmək Ekspert Komissiyasının xx.xx.1993-cü il tarixli 052995 nömrəli rəyinə əsasən ikinci qrup əlil hesab edilmişdir. Əlilliklə əlaqədar uzun müddət təqaüd almışdır. Buna baxmayaraq cavabdeh Tibbi-Sosial Ekspert Komissiyası xx.xx.2023-cü il tarixli rəyi ilə "hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, müharibə dövründə odlu silahla alınmış zədələnmələr, Ağciyərin digər travmaları, Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yarasından, sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət” diaqnozu ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır. Belə ki, onun torpaqlarımızı düşməndən qoruyarkən döş qəfəsindən güllə yarası almışdır. Həkimlərin səyi nəticəsində ölümdən xilas olmuşdur. O, vətən müharibəsinin qazisidir. xx.xx.1992-ci il tarixdə Laçın zonasında döyüş zamanı döş qəfəsinə güllə yarası almışdır. xx.xx.1992-ci il tarixdə Topçubaşov adına Cərahiyyə İnstitutunda plevra, daxili qanaxmaya görə sol tərəfli topakotmiya edilərək sağ agciyər ikincili segmentinin rezeksiyası va Vl segmentin yarası tikilmişdir. Hazırda da xəstədir tənəffüzü çatışmır. Müharibədə güllə yarası almağı ilə əlaqədar əmək qabiliyyətini itirməyinə baxmayaraq əlillik təyin edilmir. Bu diqqətsizlik və ədalətsizlikdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İş materiallarında olan “Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi” X19 tərəfindən məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Müharibə dövründə odlu silahla alınmış zədələnmələr. Ağciyərin digər travmaları. Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yarasından Sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət. Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Astara rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixində əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olması barədə qərar verilmişdir. (ESDAS **********5) Daha sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İ.lbrahimzadəyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 479 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Döş qəfəsinin sol yarısının odlu-silah nüfuz edən güllə yaralanması (xx.xx.1992) nəticəsində ağciyerin zədələnməsi və hemopnevmotoraksı sonrakı soltərəfli adgeziv plevriti. //-/// dərəcəli tənəffüz çatışmazlığı ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, təngnəfəslikdən, sağ aşağı ətrafda hərəkət məhdudluğundan, sol aşağı ətrafda ödemdən şikayətlənmişdir. Müayinə zamanı çəkisi 92 kq. boyu 173 sm, saturasiyası 96%, nəbzi 137 vurğu, tənəffüs hərəkətlərinin sayı 20 müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs (səthi tez-tez) eşidilmişdir. Baxış zamanı sağ baldırın yuxarı 1/3-də. sağ biləkdə, sağ kürəkdə, döş qəfəsinin ön sol tərəfində çapıqlar, sol tərəfli torakotomiya çapıqları izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Anamnezində gündə 5-6 ədəd siqaret çəkdiyini bildirmişdir. X3 İnstitunun xx.xx.2023-cü il tarixli 5892 nömrəli Tibbi rəyində diaqnoz Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından, sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki bronxit, Kəskinləşmə mərhələsi” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2.98.-69.77%. FEV1 1.80-52.21%. Qarışıq tipli mötədil ventilyasiva pozğunluğu qeyd olunur, "kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidi, 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə İddiaçı iddiası, fikrimizcə mümkünsüz hesab edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq,iddiaçın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul etməyinizi xahiş edirik. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia ərizəsinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə müddətlə bağlı-iddiaçının xx.xx.2023-cü il tarixli qərardan xəbərdar olmasına və 30 günlük şikayət vermə müddətini ötürərək xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsi ilə bağlı mümkünlük məsələsinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndəriş əsasında elektron qaydada aparılmış qiymətləndirilmə nəticəsində əlilliyin təyinindən imtina edilmiş (diaqnoz əlillik təyin etmir), iddiaçıya həmin qərar barəsində telefon (SMS) vasitəsi ilə məlumat verilmiş, lakin hüquqi müdafiə vasitələri izah edilməmişdir. İddiaçının müraciəti əsasında xx.xx.2022-ci il tarixində əyani müayinə həyata keçirilmiş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş, həmin qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə əlavə əyani müayinədə olmuşdur. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, etirazın dəlili olan müddətlə bağlı iddianın mümkünlüyü məsələsi ödənilmiş hesab edilməlidir. xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarlara münasibətdə (müddətlə bağlı) məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli qiymətləndirmə qərarının iddiaçıya təqdim edilməsi barədə cavabdeh orqan məhkəməyə heç bir sübut təqdim etməmiş, o cümlədən əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərardan şikayətə əsasən 29 noyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, həmin qərarın da iddiaçıya nə zaman təqdim edilməsi ilə bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmiş və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir; Bundan sonra iddiaçı 2003-cü il tarixdə ona təyin edilmiş müddətsiz təyin edilmiş əlilliyini bərpa etmək üçün cavabdeh tərəfindən şifahi qayda ona yenidən 088 Arayış təqdim edilməsi tövsiyə edilmiş əllik vəziyyətinin qiymətlədirilməsindən ötrü Astara Rayon Mərkəzi Xəstəxanasından xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş, həmin qərarın da iddiaçıya nə zaman təqdim edilməsi ilə bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmiş və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının tələbindəndə görünür ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qərardan məlumatı yoxdur, bu səbəbdəndə “xx.xx.1992-ci il tarixdə Laçın rayonu, döyüş əməliyyatları zonasında döş qəfəsindən güllə yarası alıb əmək qabilliyətini itirdiyinə görə əlliyin təyin edilməsini cavabdehin üzərinə qoyulmasını” məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı zamanı iddiaçı xx.xx.2022-ci il tarixli qərardan məlumalı olduqdan sonra tələb dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddət ötürülməmişdir. Faktiki hallar və sübutlar: İş materiallatında olan: Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 477 saylı arayışının surətindən müəyyən edilir ki, İddiaçı həqiqətən Astara rayonu, Kijəbə qəsəbəsində yaşayır. İş materialarında olan 052995 nömrəli arayışdan görünür ki, xx.xx.1993-cü il tarixli, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi Astara rayon Əlillik Müəyyənləşdirmə Komissiyasının VTE=3№ 052995 saylı arayışına əsasən, X5 yaralanma nəticəsində İİ qrup əlillik təyin edilmiş, əmək qabiliyyətinin olmadığı qeyd edilmiş və istirahət tövsiyə olunmuşdur.Əlilliyin müddəti 01 aprel 1994-cü ilədək müəyyən edilmişdir. İş materiallarında olan Hərbi-həkim komissiyası tibbi müayinəsi tərəfindən verilmiş 497 saylı “29” yanvar 1993-cü il xəstəlik haqqında olan şəhadətnamənin məzmununda qeyd edilmişdir ki, İlyas İbrahimovun 1992-ci ildə döyüşdə aldığı güllə-qəlbə yarası ilə bağlı hərbi hospitalda müayinə olunduğunu və onun tibbi rəyini əks etdirən sənəddir. Əlavə olaraq silahlı döyüş nəticəsində sinə nahiyyəsində qəlpə yarası, ağciyər zədələnməsi, qan itkisi və iş qabilliyətsizlik qeyd olunmuşdur. İş materiallarında olan xəstəlik tarixçəsinin yekununda qeyd olunmuşdur ki, xəstə X10, 21 yaş xx.xx.1992-ci il günorta saatlarında sol döş qəfəsinin kor güllə yarası ilə klinikaya daxil olub. Şikayətləri daxil olduqda-texnogen infeksiyadan, sağ tərəfində ağrılardan və sol döş qəfəsi nahiyəsindəki ağrılardan ibarət idi. xx.xx.1992- ci ildə Laçın zonasında döyüş zamanı sol döş qəfəsinə güllə yarası aldıqdan sonra xx.xx.1992-ci ildə Tbilisidə yerləşən Tibbi İnstitutundan plevra daxilində qanaxma ilə əlaqədar sol tərəfli torakotomiya aparılmış, sağ ağciyərin ikinci segmentinin rezeksiyası və Vİ segmentin zərərləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 026992 saylı vəsiqənin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müdafiə ilə bağlı ikinci dərəcəli əlillik vəsiqəsi verilmişdir. İş materiallarında olan Hərbi-Həkim komissiyası tibbi müayinəsi tərəfindən verilmiş 29 yanvar 1993-cü tarixli xəstəlik haqqında olan şəhadətnamədə qeyd olunmuşdur ki, xx.xx.1992- ci ildə Laçın şəhəri ərazisində döyüş əməliyyatları zamani döş qəfəsinin sol tərəfinə güllə yarası almışdır. Yaralıya ilkin tibbi yardım yerində göstərilmiş, sonra təcili olaraq Arxı kəndində yerləşən hərbi hospital çatdılmış və təcili əməliyyat olunmuşdurtrokotomiya, sol ağciyətin zereksiyası, Plevra boşluğunun drenajı. Vəziyyət pisləşdiyi üçün xx.xx.1992-ci ildə helikopterlə X2 təxliyə olunmuşdur. Orada qanaxma və arterial təziqin düşməsi səbəbindən təkrar əməliyyat aparılmış, qan köçürülmüş,mayelər yeridilmişdir. Vəziyyəti tədricən yaxşılaşdırılmışdır. xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək ambulator müalicə almışdır. xx.xx.1992- ci ildən xx.xx.1992-ci ilədək Əsgəran Hospitalında, xx.xx.1992-ci ildən X1, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək institutun cərrahiyə şöbəsində müalicə olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinin surətindən müəyyən olunur ki, İddiaçı "hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Müharibə dövründə odlu silahla alınmış zədələnmələr. Ağciyərin digər travmaları. Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yarasından, sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət” diaqnozu ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənim müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon X11 Hüquqi Şəxsinin 17 aprel 2021-cü il tarixli, 18-1-26/2-330/2024 saylı məktubunun surətindən müəyyən olunur ki, Astara rayonu Kijəbə qəsəbə sakini İddiaçı “Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından, sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət qarışıq tipli əhəmiyyətli vetinlasiya pozğunluğu” diaqnozu ilə dispanser qeydiyyatında durur. Onun tibbi sənədləri xx.xx.2023-cü il tarixdə TSEK-ə göndərilmişdir. Lakin, vətəndaşa əlillik təyin edilməmişdir. İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-15404/2024 saylı məktubunun surətindən müəyyən olunur ki, Astara rayon sakini İddiaçı əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlilik" altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından tam reabilltasiya olması barədə qarar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair Astara Rayon Mərkəzi Xəstəxanası tərəfindən A00117275ZNP nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli, **********5 saylı Qərarının surətindən müəyyən olunur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası (bunan sonra Komissiya) xx.xx.2022-ci il tarixdə 19 nəfər və 9 nəfər müxtəlif tarixlərdə aşağıda adı göstərilən 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və aşağıdakıları müəyyən etmişdir: Astara rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) xx.xx.2003-cü il tarixli Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən təkrar əyani müayinə olunmuş və ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, lakin Əlillik altsisteminə daxil edilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli, 479 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Hamin şəhadətnamədə "Dəlib-keçən odlu güllə yaralanması nəticəsində döş qəfəsinin sol yarısının yaralanması sol ağciyərin zədələnməsi (hemopnevmotoraks), soltərəfli adgeziv plevrit tənəffüs çatmazlığı ilə İİ-İİİ dərəcə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı auskultasiyada hər iki ağciyər payları üzərində vezikulyar tənəffüs edilmiş, tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik olmuş, saturasiya SpO2- 99%, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) Elmi X6 İnstitutu xx.xx.2022-ci il tarixli 10 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur. FVC-42%, FEV1-38% kimi, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) X8 və Ortopediya İnstitutu xx.xx.2022-ci il tarixli Tibbi Rəydə diaqnoz “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Döş qəfəsinin sol yarısının dəlib-keçən güllə yaralanmasından, soltərəfli adgeziv plevritdən sonrakı vəziyyət” kimi qeyd olunmuşdur. Nəticədə diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-17923/2023 saylı Qərarının surətindən müəyyən olunur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası (bunan sonra Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda 35 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsi həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 32 Astara rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixində əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olması barədə qərar verilmişdir. (ESDAS **********5) Daha sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993cü il tarixli, 479 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Hamin şəhadətnamədə “Döş qəfəsinin sol yarısının odlu-silah nüfuz edən güllə yaralanması (xx.xx.1992) nəticəsində ağciyərin zədələnməsi və hemopnevmotoraksı sonrakı soltərəfli adgeziv plevriti.İİ-İİİ dərəcəli tənəffüz çatışmazlığı ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, təngənəfəslikdən, sağ aşağı ətrafda hərəkət məhdudluğundan, sol aşağı ətrafda ödəmdən şikayətlənmişdir. Müayinə zamanı çəkisi 92 kq, boyu 173 sm, saturasiyası 96%, nəbzi 137 vurğu, tənəffüs hərəkətlərinin sayı 20 müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs (səthi tez-tez) eşidilmişdir. Baxış zamanı sağ baldırının yuxarı 1/3-də, sağ biləkdə, sağ kürəkdə, döş qəfəsinin ön sol tərəfində çapıqlar, sol tərəfli torakotomiya çapıqları izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Anamnezində gündə 5-6 ədəd siqaret çəkdiyini bildirmişdir. X3 İnstitutunun xx.xx.2023-cü il tarixli 5892 nömrəli Tibbi rəyində diaqnoz “Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından, sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu.Xroniki bronxit. Kəskinləşmə mərhələsi” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMNnin tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2.98-69,77%, FEV1 1,80-52,21%.Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüz çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X16 5344 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinin surətindən müəyyən olunur ki, 1971ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.İddiaçı adına Astara Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli A00117275ZNP saylı Forma 088 göndərişində qeyd edilmiş "asas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində odlu silahla va digər adi silah növləri ila törədilmiş zədələnmələr. Müharibə dövründə odlu silahla alınmış zədələnmələr; Ağırlaşmalar: M79.5-Yumşaq toxumalarda qalmış yad cisim. Hər iki əlin çoxsaylı yad cisimləri (metal qırıqlar). M16.5- Digər postravmatik koksartrozlar. Sağ mil-bilək oynağının sol bud-çanaq oynağının artrozu; F45.4-somatorofm ağrı pozğunluğu. Agrı sindromu. Funksiya pozulması; J96.1- Xroniki respirator çatmamazlıq. Tipli əhəmiyyətli ventilyasiya pozğunluğu; S27.3- Ağciyərin digər travmaları. Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yarasından sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət; Yanaşı xəstəliklər: İ11.0-(Durğunluq) ürək çatmamazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik-(yi). Hipertoniya xəstəliyi İİ-İİİ dərəcə" diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Tibbi-sosial ekspertləri tərəfindən şəxsin xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinəsi zamanı tam reablitasiya olunması barədə qarar qəbul edilmişdir. –Xəstəliklər tam reablitasiya olunduqlarından müalicəyə zərurət yoxdur. -Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə tasdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlat Tibbi-Sosial Ekspertiza va X4sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Tətbiq edilən hüquq. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MƏHKƏMƏNİN MÖVQEYİ Hazırkı iş üzrə iddiaçının tələbi- onun hüquqi marağı və məqsədi ona xx.xx.2003-cü il tarixdən müddətsiz olaraq “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” təyin olunmuş İİ qrup əlilliyinin bərpa olunması nail olmaqdan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixdək, ondan sonra hər il təkrar olaraq 2003-cü il tarixinədək 1 (bir) il olmaqla əllik təyin edilmiş, səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi zamanı olmaqla ikinci dərəcəli; xx.xx.2003-cü il tarixdən isə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlilik" altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından tam reabilltasiya olması barədə qarar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair Astara Rayon Mərkəzi Xəstəxanası tərəfindən A00117275ZNP nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********5 saylı Qərarının surətindən müəyyən olunur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası (bunan sonra Komissiya) xx.xx.2022-ci il tarixdə 19 nəfər və 9 nəfər müxtəlif tarixlərdə aşağıda adı göstərilən 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və aşağıdakıları müəyyən etmişdir: Astara rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) xx.xx.2003-cü il tarixli Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən təkrar əyani müayinə olunmuş və ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, lakin Əlillik altsisteminə daxil edilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli, 479 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Hamin şəhadətnamədə "Dəlib-keçən odlu güllə yaralanması nəticəsində döş qəfəsinin sol yarısının yaralanması sol ağciyərin zədələnməsi (hemopnevmotoraks), soltərəfli adgeziv plevrit tənəffüs çatmazlığı ilə İİ-İİİ dərəcə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı auskultasiyada hər iki ağciyər payları üzərində vezikulyar tənəffüs edilmiş, tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik olmuş, saturasiya SpO2- 99%, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasından xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə iddiaçının əlilliyi yenidən qiymətləndirilmiş, diaqnoz: "hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, müharibə dövründə odlu silahla alınmış zədələnmələr, Ağciyərin digər travmaları, Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yarasından, sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət” diaqnozu ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-17923/2023 saylı Qərarının surətindən müəyyən olunur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası (bunan sonra Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda 35 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsi həyata keçirmiş, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, təngənəfəslikdən, sağ aşağı ətrafda hərəkət məhdudluğundan, sol aşağı ətrafda ödəmdən şikayətlənmişdir. Müayinə zamanı çəkisi 92 kq, boyu 173 sm, saturasiyası 96%, nəbzi 137 vurğu, tənəffüs hərəkətlərinin sayı 20 müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs (səthi tez-tez) eşidilmişdir. Baxış zamanı sağ baldırının yuxarı 1/3-də, sağ biləkdə, sağ kürəkdə, döş qəfəsinin ön sol tərəfində çapıqlar, sol tərəfli torakotomiya çapıqları izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Anamnezində gündə 5-6 ədəd siqaret çəkdiyini bildirmişdir. X3 İnstitutunun xx.xx.2023-cü il tarixli 5892 nömrəli Tibbi rəyində diaqnoz “Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından, sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu.Xroniki bronxit. Kəskinləşmə mərhələsi” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, müddətsiz əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü qiymətləndirilərkən ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Baxılan iş üzrə məhkəmə hesab edir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarı ləğv etmişdir. Belə ki, cavabdeh şəxsin xəstəliyinin əlillik təyinatına əsas verməməsi qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarını ləğv etmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt (birgə) ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Nəzərə alınmalıdır ki, iddiaçının əlilik ilə bağlı sənədləri illərlədir ki, cavadeh orqandadır. Hazırki iş üzrə müəyyən edilir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarın ləğv edilməsinə əsas ola biləcək hər hansı bir əsas olmadan, iddiaçı xx.xx.2003 –cü ildə təyin edilmiş əlilliyinin elktron qaydada altsitetmə yerləşdirilməsi üçün müraciət etmiş şəxsi tibbi göndəriş olmadan xx.xx.2022-ci ildə əyani müayinəyə cəlb etmiş və nəticədə şəxsin müddətsiz əlilliyini diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə ləğv etmişdir. Qanunvericilk inzibati orqanın qanunsuz əlverişli inzibati aktını ləğv etməsini müəyyən şərtlər daxilində tanıyır. Bunun üçün ilk növbədə qanunla müəyyən edilmiş əsas olmalı, belə əsas olduqda inzibati icraat təzələnməli və qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. Yoxsa, heç bir əsas olmadan, şəxsin hər hansı səbəbdən bir məsələ ilə bağlı cavabdehə müraciət etməsi, inzibati orqan tərəfindən icraatın təzələnməsi, şəxsin əyani müayinəyə cəlb edilməsi üçün əsas ola bilməz. Bunun əksi o anlama gələr ki, cavabdeh orqan əlilliyi olan şəxsi istədiyi vaxt əyani müayinəyə cəlb edə bilər. Bu isə inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə ziddir. Məhkəmə tərəfindən qeyd edilən məsələnin aydınlaşdırılması məqsədi ilə göndərilmiş sorğuya cavabdeh orqan bildirmişdir ki, iddiaçının inzibati orqana müraciəti əsasında əyani müayinə həyata keçirilmişdir. Lakin belə bir müraciət ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı isə məhkəmə prosesində cavabdeh orqana əlillik alt sistemində ona təyin edilmiş əlillik görünmədiyi üçün onu həmin alt sistemə yerləşdirlməsi üçün müraciət etmiş, həqiqətən də təyin edilmiş əlillik qərarı (xx.xx.2003) narazılıq doğursaydı hazırda olduğu kimi keçən bu 19 (on doqquz) il müddətdə bununla bağlı müraciət edilə bilməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh orqana əlillik alt sistemində ona təyin edilmiş əlillik görünmədiyi üçün onu həmin alt sistemə yerləşdirlməsi üçün müraciət etməsi hazırki işdə olduğu kimi inzibati icraatın təzələnməsi və inzibati aktın ləğv edilməsi üçün əsas ola bilməz. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının tələblərinə riayət etmədiyindən iddia təmin edilməli İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli və xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarları ləğv edilməli və iddiaçıya xx.xx.2003-cü il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik xx.xx.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli və xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarları ləğv edilsin İddiaçıya xx.xx.2003-cü il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik xx.xx.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar