Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-927/2024 28.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanının X7 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanının X7 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X17 və X15 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cəlilabad rayon Mənzil İstismar sahəsi iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, hazırda qeyd etdiyi ünvanda yaşayır. X2 ilə 03 oktyabr 1978-ci il tarixində rəsmi nikah bağlamaqla evlənmişlər. Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 6 nömrəli binanın 3 saylı mənzili mərhum ərinin olmuş və bu barədə onun adına 10 may 1981-ci il tarixində müqavilə üzrə texnik pasport tərtib edilmişdir. Mərhum əri 17 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə kimi uzun illərdir ki, həmin evdə yaşamışdır. O, X4 vərəsəsi kimi həmin mənzilə mülkiyyət hüququnun tanınması üçün cavabdeh DƏDRX-ın Cəlilabad 8 saylı Ərazi İdarəsinə müraciət etsə də, lakin heç bir nəticəsi olmamışdır. Yəni həmin İdarə tərəfindən mənzilə mülkiyyət hüququ tanınmayaraq məhkəməyə müraciət etməyi izah olunub. Lakin hazırda həmin yaşayış evi onun istifadəsindədir və uzun müddətdir ki, istifadə edir. Ona görə də məcbur qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2023-ci il tarixli 2-1(120)-3356/2023 saylı məktubuna 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. İddiaçı müraciətinə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 29 sentyabr 2021-ci il tarixdə **********95 saylı məktubla bildirilmişdir ki, sözü gedən mənzilin orderi təqdim edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən çatışmazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsini rəhbər tutub həmin mənzilə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək sənədlərin əsli qaytarılır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirik edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı, 3-cü şəxslər qızı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki iddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak isə Cəlilabad rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı ünvan 1 ünvanının X7 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan; xx.xx.1981-ci il tarixli pasportdan və müqavilədən görünür ki, X5 və X7 P.Axundov adına sovxoz-texnikomu tərəfindən Cəlilabad şəhəri Xanlar küçəsindən 2 otaqlı, 28 kv.metr sahəsi olan mənzil verilmişdir. xx.xx.2020-ci il tarixli, AZ-İİ № 075466 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci ildə vəfat etmişdir (ölmüşdür). xx.xx.1978-ci il tarixli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Tağıyeva İddiaçı arasında xx.xx.1978-ci ildə nikah haqqında akt qeydi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Cəlilabad Rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad Rayon X6 R.Axundov adına Sovxoz texnikomun əmr kitablarına tərəfimizdən baxıldığı zaman sizin adnıza mənzil order verilməsi barədə heç bir məlumat aşkar edilmədi. Cəlilabad rayon Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 234 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X18 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. O, vəfat etdikdən sonra onun vərəsələri İddiaçı, X17, X15 və X10r. X18 vəfat etdikdən sonra ondan qalmış əmlaka həyat yoldaşı İddiaçı Məmmədli qızı faktiki sahiblik edir, vergiləri və digər xərcləri ödəyir. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 02 Avqust 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizələr ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə Cəlilabad şəhərində yerləşən mənzilə reyestrdən çıxarış və texniki pasport almaq üçün müraciət etmisiniz. Sənədlərin ekspertizası zamanı məlum oldu ki, sözü gedən mənzilin orderi təqdim edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin mənzilə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək sənədlərin əsli sizə qaytarılır. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X7 R.Axundov adına sovxoz texnikomu tərəfindən verilmiş pasport və həmin pasport qeyd edilən ünvan 16, mənzil - 3 ünvanında yerləşən mənzilin orderi arxiv məlumatlarında aşkar edilmədi. Azərbaycan Respublikasi Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, məktubda adı göstərilən X9 vəfat etmişdir. ünvan 7 ünvanın kimə məxsus olması barədə Nümayəndəlikdə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X7 Cəlilabad rayon X16 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli qərarı ilə ünvan 9 ünvanında mənzil verilməsi barədə Cəlilabad rayon Dövlət Arxivində heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon X6 Cəlilabad rayon Xalq deputatlar Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli qərarına tərəfimizdən baxıldı X7 mənzil verilməsi barədə heç bir məlumat aşkar edilmədi. Cəlilabad rayon Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 566 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ondan ötəri ki, onun mərhum həyat yoldaşı X9 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. O, vəfat etdiyi günə qədər ünvan 11 ünvanında yaşamışdır. O, vəfat etdikdən sonra onun aşağıdakı vərəsələri qalmışdır. İddiaçı -həyat yoldaşı, X17 -oğlu və X15- oğlu X2 vəfat etdikdən sonra ondan qalmış əmlaka həyat yoldaşı İddiaçı faktiki sahiblik edir, vergiləri və digər xərcləri ödəyir. Cəlilabad Rayon Mənzil İstismar Sahəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 131 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon Mənzil X3 Azərbaycan küçəsi ev 06, mənzil 03, ünvanda qeydiyyatda olan X2 xx.xx.2020-ci il tarixində vəfat edib və həmin tarixdən qeyd olunan ünvanda faktiki yaşayış yoxdur. Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, X9 1980-1983-cü illərdə “R.Axundov” adına sovxozda fəhlə işləmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon 1 Sayli Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 15ariat ofisində X2 barəsində vərəsəlik işinin açılıb-açılmaması ilə əlaqədar “Elektron notariat" X1 heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 16 ünvanında yerləşən çıxarışlı mənzillərin çıxarışlarının və çıxarışların verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini sizə göndəririk. Əlavə olaraq bildiririk ki, həmin ünvandakı 8 nömrəli mənzil xx.xx.2011-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə dövlət qeydiyyatına alınmışdır. Müəyyən səbəblərdən həmin çıxarışın və çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq ediimiş surətlərini sizə təqdim edə bilmirik. Sənədlər aşkar edildikdən dərhal sonra sizə göndəriləcək. Cəlilabad Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon Mənzil X3 Azərbaycan küçəsi ev 06, mənzil 03 ünvana MİS-in mütəxəssisləri tərəfindən təkrar baxış keçirilən zaman orada İddiaçı və X11 yaşayışı müşahidə edilmişdir. Qeyd edirik ki, adı göstərilən mənzilin komunal xidmətlər üzrə olan borcu İddiaçı tərəfindən ödəniş olunmuş, o cümlədən həmin mənzildə yaşamağı barədə aktın və ödənişin sürətini ünvanınıza göndəririk. Cəlilabad Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, Cəlilabad rayon Mənzil X3 Azərbaycan( yeni adı Z.Əliyeva) küçəsində yerləşən 06 saylı yaşayış binasının 03 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı Sizin xx.xx.2024-cü il tarixinə qədər komunal xidmətlər üzrə olan 24 (iyirmi dörd) manat mənzilin borcu tam ödənildi. Cəlilabad Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 04- 15 nömrəli arayışda qeyd edilmişdir ki, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev, mənzil 3-də İddiaçı, X17 və X15 yaşayır. Cəlilabad Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 04- 15 nömrəli arayışda qeyd edilmişdir ki, Cəlilabad rayonu, R.Axundov adına Sovxoz Texnikom tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İddiaçı Xanlar qızı, əvvəllər Xanlar küçəsi 6 nömrəli binanın, 3 nömrəli mənzili dəyişərək hazırda Azərbaycan küçəsi 6 nömrəli, binanın 3 nömrəli mənzilidir. Bundan başqa Tutulmuş Dövlət yaşayış sahəsi üzrə pasportda X9 ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci ildə ölmüşdür. Bununla yanaşı olaraq pasportda göstərilən ailə sayı X8, X17 və X12r. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının sərəncamının, səlahiyyətli orqan (XDS və ya müvafiq yerli icra hakimiyyəti orqanı) tərəfindən verilmiş orderin və ya mənzil kirayə müqaviləsinin əlavə olunmamasını göstərmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0, 8.0.8-ci maddələrinə əsasən,bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi: Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X16 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (maddə 139.3). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə, iş materiallarından müəyyən edir ki, X9 1980-1983-cü illərdə “R.Axundov” adına sovxozda fəhlə işləmişdir.Və işlədiyi dövrdə, yəni 10 may 1981-ci il tarixdə sovxoz tərəfindən Cəlilabad şəhəri, Xanlar küçəsi 6 nömrəli binanın, 3 nömrəli mənzili Dövlət yaşayış sahəsi üzrə pasportla X9, X8, X17 və X13 verilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı hal-hazırda həmin mənzildə yaşayır, faktiki istifadəsindədir. Əri rəhmətə gedəndən sonrakı dövrdə və hal-hazırda da İddiaçı həqiqətən də, ünvan 20 ünvanında yaşayır. Buna görə həmin mənzil İddiaçı oğlu və onun ailə üzvləri üçün mühüm iqtisadi maraq kəsb edir və deməli, bu maraq «mülkiyyətə» bərabərdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinasında qeyd edilən çatışmazlıqlar iddiaçının ziyanına dəyişməyən haldır və onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli mənzilin müqavilə ilə X7 ailə üzvləri ilə birlikdə verilməsi qanuni əsaslarla öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə hüquqlarının reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ünvan 21 ünvanının X7 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 21 ünvanının X7 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-927/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-927/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver