Məhkəmə qərarları › İş №2-1(120)-927/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-927/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-927/2025 15.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xx.xx.2006-cı il tarixli, 06 saylı doğum akt qeydində doğum tarixinin xx.xx.2005-ci ildən xx.xx.1999-cu ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2006-cı il tarixli, 06 saylı doğum akt qeydində doğum tarixinin xx.xx.2005-ci ildən xx.xx.1999-cu ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2006-cı il tarixli, 06 saylı doğum akt qeydində doğum tarixinin xx.xx.2005-ci ildən xx.xx.1999-cu ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə Ağcabədi rayon Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 06 saylı doğum haqqında akt qeydində doğum tarixi xx.xx.2005-ci il kimi qeyd olunmuşdur. Halbuki o, xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Buna görə də həmin doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.2005ci ildən xx.xx.1999-cu ilə düzəliş edilməsi barədə rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli N316- 5/8-15-Ә-104/2024 nömrəli məktubunda qeyd olunur ki, həmin uyğunsuzluğun cavabdeh tərəfindən aradan qaldırılması mümkün deyildir, bu barədə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2006-cı il tarixdə Ağcabədi rayon Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 06 saylı doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.2005-ci ildən xx.xx.1999-cu ilə düzəliş edilməsi vəzifəsinin həmin ərazi dairəsi üzrə nümayəndəliyinin üzərinə qoyulması barədə qərar çıxarılmalıdır. Belə ki, doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1999-cu il tarix kimi düzəliş edilməsinə baxmayaraq Cavabdeh xx.xx.2024-cü il tarixli, N316-5/8-15-Ә-104/2024 nömrəli məktubunda doğum tarixinin xx.xx.2005-ci il olduğu qeyd olunmuşdur. Ümumi orta təhsil haqqında AN596095 nömrəli şəhadətnaməyə əsasən 1999-cu ildə anadan olmuşdur, 2015-ci ildə ümumi orta təhsilini bitirmişdir. 1 saylı Sumqayıt Regional "Asan Xidmət" Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-t serialı 229449 saylı doğum haqqında şəhadətnaməyə əsasən bacısı X3 22 fevral 2005-ci ildə anadan olmuşdur. AR Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Qubadli Sektoru İ.Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbi tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli 147 nömrəli arayışda qeyd olunur ki, iddiaçı həqiqətən 2006-cı ilin sentyabr ayında Qubadlı rayonu İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2015-ci ildə isə məktəbin 9-cu sinfini bitirərək məktəbdən AN596095 nömrəli şəhadətnamə almışdır. AR Elm və Təhsil Nazirliyi Şərqi X8 İdarəsi Qubadlı Sektoru İ.Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbi tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli 147 nömrəli arayış. Ümuni orta tahsil haqqında AN596095 nömrəli şəhadətnamə, 1 saylı Sumqayıt Regional "Asan Xidmət” Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-t serialı 229449 saylı doğum haqqında şəhadətnamə sübutların siyahısına daxildir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın etirazı: Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair münasibət (etiraz) təqim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş Cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Әdliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İşin halları: İş materiallarına əlavə edilmiş Cavabdeh 05/70-104/69 nömrəli, 05 fevral 2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı 02 fevral 2005-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. Bu barədə xx.xx.2006-cı il tarixdə Ağcabədi rayonu Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 06 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X2 milliyyəti: azərbaycanlı Anası: X1 milliyyəti:azərbaycanlı. İş materiallarına əlavə edilmiş Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 1414 nömrəli, xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı “Ceyranbatan-1” doğum tarixi xx.xx.1999-cu il tarixli, Sumqayıt şəhəri 19 nömrəli Yol Tikinti İdarəsi Asvaltzavod (qeydiyyatsız) ərazisində yaşayır. İş materiallarında olan AZ-İ seriyalı, 777731 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. Atası: X2 milliyyəti: azərbaycanlı Anası: X1 milliyyəti:azərbaycanlı. İş materiallarında olan AZ-T seriyalı, 229449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2005-ci ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. Atası: X2 milliyyəti: azərbaycanlı Anası: X1 milliyyəti:azərbaycanlı. İş materiallarında olan AN seriyalı, 596095 nömrəli Ümumi Orta Təhsil Haqqında Şəhadətnamənin surətindən görünür ki, 1999-cu ildə anadan olmuş İddiaçı 2015-ci ildə Qubadlı rayonu, İ.Məmmədov adına A.Mollu kənd orta məktəbinin 9-cu sinfini bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Әdliyyə Nazirliyi Cavabdeh 05 fevral 2024-cü il tarixli, 3-16-5/8-15-Ә-104/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Cavabdehnə daxil olmuş müraciətə baxılmışdır. Bildirilir ki, iddiaçının barəsində xx.xx.2006-cı il tarixdə Ağcabədi rayon Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 06 saylı doğum haqqında akt qeydində doğum tarixi "xx.xx.2005"-ci il, təqdim olunan digər sənədlərdə isə "xx.xx.1999"-cu il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarınnın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.2006-cı il tarixdə Ağcabədi rayon Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 06 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında doğum tarixinə "xx.xx.2005"-ci "xx.xx.1999"-cu ilə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Qubadlı Sektoru İ.Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin 147 nömrəli, 22 fevral 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı, həqiqətən 2006-cı ilin sentyabr ayında Qubadlı rayonu İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbin İ sinfinə daxil olmuş, 2015-ci ildə isə məktəbin İX sinfini bitirərək məktəbdən A№596095 nömrəli şəhadətnamə almışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3127/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə “şəxsin fiziki yaşının müəyyən edilməsi” ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5” X9 xx.xx.2025-ci il tarixli, 4102 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı məhkəmə-tibb müayinəsinə və tibbi sənədə əsasən aşağıdakı rəyə gəlinir: 1. İddiaçı müəyyən edilmiş sümük yaşı 25-26 ilə uyğun gəlir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə Ağcabədi rayon Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 06 saylı doğum haqqında akt qeydində doğum tarixi xx.xx.2005-ci il kimi qeyd olunmuşdur. İddiaçıya məxsus AZ-İ seriyalı, 777731 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. İddiaçıya məxsus AN seriyalı, 596095 nömrəli Ümumi Orta Təhsil Haqqında Şəhadətnaməsinin surətindən görünür ki, 1999-cu ildə anadan olmuş İddiaçı 2015-ci ildə Qubadlı rayonu, İ.Məmmədov adına A.Mollu kənd orta məktəbinin 9-cu sinfini bitirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 10 (on) yaşında 9-cu sinfini bitirməsi hal mümkün deyildir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5” X9 xx.xx.2025-ci il tarixli, 4102 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı məhkəmə-tibb müayinəsinə və tibbi sənədə əsasən İddiaçı müəyyən edilmiş sümük yaşı 25-26 ilə uyğun gəlir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi Hissə Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “xx.xx.2006-cı il tarixli, 06 saylı doğum akt qeydində doğum tarixinin xx.xx.2005-ci ildən xx.xx.1999-cu ilə düzəliş edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar