Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-929/2022 12.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Mərkəzi Aran regional filialına qarşı “iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə 12 dekabr 2022-ci il tarixdə, Şirvan şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Kürdəmir rayonu, Mürtülü kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Mərkəzi Aran regional filialına qarşı 1972-1973-cü illərdə və xx.xx.1977-ci ildən xx.xx.1977-ci il tarixə kimi Kürdəmir rayonundakı keçmiş "Nizami" adına kolxozda, xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixə kimi keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olduğu illər, xx.xx.1977-ci ildən xx.xx.1983-cü il tarixə kimi Kürdəmir rayon Elektrik Şəbəkəsində, xx.xx.1983-cü ildən xx.xx.1998-ci ilə kimi və xx.xx.1998-ci ildən xx.xx.2000-ci il tarixə kimi Kürdəmir rayon X19 (X24 ATS-də) işləməyi ilə bağlı xx.xx.2022-ci il tarixli, 3 nömrəli Arxiv arayışını, xx.xx.1977-ci il tarixdə doldurulmuş İT-İ ******* nömrəli əmək kitabçasını və NZ ******* nömrəli hərbi biletini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi filialının vəzifəli şəxslərinin qəbul etməmələri barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər üzrə əmək stajının və hərbi xidmət illərinin nəzərə alınmaqla, ona yaşa görə pensiya hüququnun yarandığı gündən əmək pesiyası təyin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi filialının üzərinə öhdəlik qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(120)-929/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Kürdəmir rayonu “Nizami” adına kolxozda 1972, 1973, 1977-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illərin və xx.xx.1983xx.xx.1988, xx.xx.1988-xx.xx.2000-ci illərdə Kürdəmir rayon X19 işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(120)-929/2022 nömrəli qərardadı ilə iddia tələbinə “iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının arxiv arayışındakı və əmək kitabasındakı iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Kürdəmir rayonu, Mürtülü kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrıayrı müəssisələrdə işləmiş və xx.xx.2000-ci il tarixdə işdən azad olunması barədə qeydlər vardır. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 3 nömrəli arxiv arayışından və məhkəmənin sorğusu əsasında göndərilmiş kolxozun şəxsi hesab kitabından çıxarışdan görünür ki, İddiaçı 1972-1973, 1977-ci illərdə Kürdəmir rayonu “Nizami” adına kolxozda işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan NZ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********919500 nömrəli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Baza məlumatlarına əsasən vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2096-cı il tarixədək dayandırılmışdır. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 43 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon X26nə dair hər hansı sənəd aşkar edilməmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir: İddiaçı xx.xx.2021 -ci il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2021 -ci il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-xx.xx.1976cı illər hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977- xx.xx.1983-cü illər əmək fəaliyyəti dövrü üzrə onun xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 8 il 1 ay 25 gün təşkil edir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2021 -ci il tarixli 140 nömrəli arxiv arayışına əsasən Kürdəmir rayon X20 arxiv sənədləri Arxiv İdarəsinə təhvil verilməmişdir. Bu səbəbdən əmək kitabçasında qeyd edilən sözügedən müəssisədəki xx.xx.1983-xx.xx.1998ci illər, xx.xx.1998-xx.xx.2000-ci illər üzrə əmək fəaliyyəti dövrü vətəndaşın sığorta stajına daxil edilməmişdir. Həmçinin vətəndaşın təqdim etdiyi Kürdəmir rayon Dövlət Arxivinin arayışına əsasən Kürdəmir rayon keçmiş “Nizami” adına kolxozda 1972-1973, 1977-ci illər üzrə 2 il 6 ay əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilmədiyindən sığorta stajına daxil edilməmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir: İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (65 yaş) çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-xx.xx.1976-cı illər hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-xx.xx.1983-cü illər əmək fəaliyyəti dövrü üzrə onun xx.xx.2006-cı il tarixədək mübahisələndirilməvən sığorta stajı 8 il 1 ay 25 gün təşkil edir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2021 -ci il tarixli 140 nömrəli arxiv arayışına əsasən Kürdəmir rayon X20 arxiv sənədləri Arxiv İdarəsinə təhvil verilməmişdir. Bu səbəbdən əmək kitabçasında qeyd edilən sözügedən müəssisədəki xx.xx.1983-xx.xx.1998-ci illər, xx.xx.1998-xx.xx.2000-ci illər üzrə əmək fəaliyyəti dövrü vətəndaşın sığorta stajına daxil edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Kürdəmir Rayon Statistika İdarəsinin 19 aprel 2022-ci il tarixli 45 nömrəli məktubuna əsasən Kürdəmir rayon X26 haqqında hüquqi şəxslərin Kürdəmir rayonu üzrə reyestrində heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarsinin 25 aprel 2022-ci il tarixli məktubuna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirən stajı (xx.xx.1983-xx.xx.1998-ci illər, xx.xx.1998-xx.xx.2000-ci illər) nə Dövlət arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. Həmçinin vətəndaşın təqdim etdiyi Kürdəmir rayon Dövlət Arxivinin arayışına əsasən Kürdəmir rayon keçmiş “Nizami” adına kolxozda 1972-1973, 1977-ci illər üzrə 2 il 6 ay əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilmədiyindən sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən vətəndaşın xx.xx.1983-xx.xx.1998-ci illər, xx.xx.1998- xx.xx.2000-ci illər və kolxozda 2 il 6 ay əmək fəaliyyəti dövrləri daxil olmaqla mübahisələndirilən əmək fəaliyyəti dövrü 19 il 3 ay 25 gün təşkil edir. Eyni zamanda onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə qeydə alınmadığından iddiaçıya Qanunun 22-1-ci maddəsinin tələbləri qaydasında avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. Beləliklə, sadalanan səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, X9 yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1980-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək Kürdəmir rayonu X19 işlədiyi dövrlər sığorta stajında nəzərə alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi Kürdəmir rayon Dövlət Arxivinin arayışına əsasən Kürdəmir rayon keçmiş “Nizami” adına kolxozda 1972-1973, 1977-ci illər üzrə 2 il 6 ay əmək fəaliyyəti dövrünün əmək kitabçasında qeyd edilmədiyindən iddiaçının sığorta stajına daxil etməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın həmin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 3 nömrəli arxiv arayışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 3 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 3 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1972-1973, 1977-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə cavabdeh tərəfindən iddiaçının mübahisə edilən və xx.xx.1983-xx.xx.1998, xx.xx.1998-xx.xx.2000-ci illərdə Kürdəmir rayon X19 işlədiyi illəri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1983-xx.xx.1998, xx.xx.1998xx.xx.2000-ci illərdə Kürdəmir rayon X19 işlədiyi əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələrin mövcud olması, iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi halı müəyyən edilmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1983-xx.xx.1998, xx.xx.1998-xx.xx.2000-ci illərdə Kürdəmir rayon X16 iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1983-xx.xx.1998, xx.xx.1998-xx.xx.2000-ci illərdə Kürdəmir rayon X19 işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1983-xx.xx.1998, xx.xx.1998xx.xx.2000-ci illərdə Kürdəmir rayon X19 işləməsi onun əmək kitabçasında qeyd olunduğu və arxiv sənədləri ilə təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin, əmrlər kitabının) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi, həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Kürdəmir rayon X8 birlikdə X15, X13, X4 işləmiş və onlara pensiya təyin edilərkən həmin iş illəri staj kimi qəbul edilmişdir. Qeyd olunan məsələ ilə bağlı cavabdeh orqana sorğu ilə müraciət edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubda qeyd edilmişdir ki, X10 yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Kürdəmir rayon X19 işlədiyi illər sığorta stajı kimi nəzərə alınmışdır. Eyni zamanda iddiaçının xx.xx.1983-xx.xx.1998, xx.xx.1998-xx.xx.2000-ci illərdə Kürdəmir rayon X19 işləməsi 05 dekabr 2022-ci il tarixdə məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X3nun ifadəsi ilə də təsdiq olunur. X3 ifadəsində İddiaçı tanıdığını, heç bir qohumluq əlaqəsinin olmadığını, 1987-ci ildən 2004-cü ilə kimi Kürdəmir rayon X19 işlədiyini, İddiaçı ondan qabaq həmin müəssisədə işlədiyini, onun və iddiaçının traktorçu işlədiyini, müəssisənin direktorunun İspəndiyar Məmmədov olduğunu, X12 tanıdığını, birlikdə işlədiklərini, həmçinin əmək pensiyası aldığını, ona pensiya təyin edilərkən həmin müəssisədəki iş stajının nəzərə alındığını bildirmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışı üzrə müəyyən edilmiş sığorta stajı və əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Mərkəzi Aran regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Mərkəzi Aran regional filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-929/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-929/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver