Məhkəmə qərarları › İş №2-1(120)-93/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-93/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-93/2021 15.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı «Əli» X7nın nümayəndəsi İddiaçı (Saatlı rayonu, Qıraqlı kəndində yaşayan) və Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X11 nümayəndəsi X1 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X11 hüquq məsləhətçisi, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 1, mənzil 5-də yaşayan) iştirakları ilə, İddiaçı «Əli» X7nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X9rşı mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X9rşı məhkəmədə iddia qaldıraraq Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 18 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilmiş və Dövlət Aktları Kitabında 87 nömrə ilə qeydə alınmış 52 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına dair mülkiyyəti təsdiq edən çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 13 saylı X11 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilərək, iddiaçı «Əli» X7 tanınmış, cavabdeh və iddia tələbi isə olduğu kimi saxlanılmışdır. Həmçinin Saatlı Rayon İcra Hakimiyyəti, Saatlı rayonu Mustafabəyli və Qıraqlı bələdiyyələri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Saatlı rayonu, Qıraqlı kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. «X10» Qanun qəbul edilənədək mərhum əri X3 xx xxxxxx 1996-cı il tarixli ərizəsi əsasında «Əli» X7nın yaradılması məqəsdilə Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli 18 saylı sərəncamına əsasən Saatlı rayonu Qırağlı kənd ərazisindən, şimaldan və şərqdən Araz çayı ilə, cənubdan və qərbdən isə «Bakı» kolxozu ilə həmsərhəd olmaqla rayonun asudə dövlət ehtiyat fond torpaqlarından 52 ha torpaq sahəsi ayrılaraq mərhum həyat yoldaşına verilmişdir. Həmin torpaq sahəsinə aid «Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair» Dövlət Aktı verilmiş, Dövlət Aktı Dövlət Aktları kitabında 87 nömrə ilə qeydiyyatdan keçirilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə bölgə şöbəsində 6/217 nömrə ilə uçota alınmış, Torpaq sahəsinə dair «Uçot vahidlərinin Dövlət Reyestrinə daxil edilməsi haqqında» ******* saylı şəhadətnamə verilmişdir. Eyni zamanda 5 saylı X14 tərəfindən xx.xx.2015-ci il tarixli **********135200 saylı Dövlət Reyestrindən Çıxarış və Kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı haqqında VÖEN ********** olan şəhadətnamə verilmişdir. Təqdim olunan torpaq sahəsinin plan və ölçüsü sənədləri əsasında reyestrdən çıxarış almaq üçün DƏDRX-nin 13 saylı X13 müraciət etmiş, lakin ona xx xxxxxx 2020-ci il tarixli **********33 saylı imtina barədə bildirişlə torpaq sahəsinin arxiv çıxarışının olmaması, habelə sənədin surətini təsdiq edən məsul vəzifəli şəxsin vəzifəsi, adının, soyadının göstərilməməsi, həmçinin torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının və xx.xx.1996-cı il tarixli 18 nömrəli sərəncamının qüvvədə olmasının və ya ləğv edilməsinə dair məlumatın verilməsindən ötrü Saatlı rayon İcra Hakimiyyətinə xx.xx.2020-ci il tarixdə sorğu məktubu göndərilməsini və sorğuya hazırkı tarixədək cavablandırılmaması kimi səbəblər göstərilməklə torpaq sahəsinə çıxarış verilməsindən imtina olunmuşdur. Cavabdeh tərəfindən verilən imtinanı əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəmədə iddia qaldırmalı olmuşdur. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerqurluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş edir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X11 nümayəndəsi X2 iddianı qəbul etməyərək, bildirdi ki, «Əli» X7nın qanuni təmsilçisi İddiaçı Saatlı rayonu Qıraqlı kəndində yerləşən 52 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının qeydə alınmasına dair idarəyə müraciət etmişdir. İmtinanın əsas səbəbləri ondan ibarətdir ki, İddiaçı tərəfindən Saatlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 18 nömrəli sərəncamının Azərbaycan Respublikası Milli X12 dövlət arxivi tərəfindən imza və möhürlə təsdiq edilmiş surətinin təqdim edilməsinə baxmayaraq, təsdiq edilmiş surətin ayrılmaz hissəsi olan, özündə arxiv sənədinin saxlanılmasına dair göstəriciləri əks etdirən “arxiv çıxarışı”nı təqdim etməmişdir. Həmçinin sənədin surətini təsdiq edən məsul şəxsin vəzifəsi, adı, soyadı göstərilməmişdir. Eyni zamanda, A 000800 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktında göstərilən 52 ha torpaq sahəsinin 4,75 ha hissəsi Saatlı rayonu Mustafabəyli bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxslər Saatlı Rayon İcra Hakimiyyətinə, Saatlı rayonu Mustafabəyli bələdiyyəsinə və Saatlı rayonu Qıraqlı bələdiyyəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual (bundan sonra İnzibati Prosessual Məcəllə) Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X11 «Əli» X7nın qanuni təmsilçisi İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********33 saylı Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişdə qeyd olunmuşdur ki, “Sizin Saatlı rayonu Qıraqlı kəndində yerləşən 52 ha torpaq sahəsi üzərində istifadə hüququnuzun dövlət qeydiyyatına alınması” ilə bağlı xx xxxxxx 2019-cu il tarixli müraciətinizə baxılmışdır. Tərəfinizdən Saatlı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 18 nömrəli sərəncamının Azərbaycan Respublikası Milli X12 dövlət arxivi tərəfindən imza və möhürlə təsdiq edilmiş surətinin təqdim edilməsinə baxmayaraq, təsdiq edilmiş surətin ayrılmaz hissəsi olan, özündə arxiv sənədinin saxlanılmasına dair göstəriciləri əks etdirən “arxiv çıxarışını” təqdim etməmisiniz, habelə sənədin surətini təsdiq edən məsul şəxsin vəzifəsi, adı, soyadı göstərilməmişdir. Bu hal ciddi şübhə doğurduğundan Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən A 000800 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının və xx.xx.1996-cı il tarixli 18 nömrəli sərəncamın qüvvədə olmasına və ya əksinə ləğv edilməsinə dair məlumatın verilməsindən” ötrü Saatlı Rayon İcra Hakimiyyətinə xx.xx.2020-ci il tarixdə **********49 nömrəli sorğu ünvanlanmış, sorğu hazırkı tarixədək cavablandırılmamışdır. Eyni zamanda, A 000800 nömrəli olan torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktında göstərilən 52 ha torpaq sahəsinin 4,75 ha hissəsi Saatlı rayonu Mustafabəyli bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bələdiyyənin mülkiyyətinə verilmiş 4,75 ha torpaq sahəsinə dair sizin (həmin hissənin çıxarılmasına dair notarial təsdiq olunmuş razılığ ərizəniz), Saatlı Rayon İcra Hakimiyyətinin və Mustafabəyli bələdiyyəsinin münasibətinin bildirilməsinə dair hüquqmüəyyənedici sənəd (torpağın bir hissəsinin azaldılaraq bələdiyyəyə verilməsinə dair sərəncam, məktub) təqdim edilməmişdir. Yuxarda göstərilən səbəbdən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. Bildirişdə qeyd edilmiş sorğumuzun cavabına əsasən və tərəfimizdən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətinizə baxılacaq və icrası istiqamətində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcəkdir. İş materialında olan Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surəti ilə müəyyən olunur ki, 5 saylı X14ndə “ƏLİ” X7 xx.xx.1996-cı il tarixdə qeydiyyata alınıb, Hüquqi ünvanı-ünvan 3 qanuni təmsilçisi İddiaçıdır. İş materialında olan Saatlı Rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli 44 nömrəli arayışına əsasən, «Əli» X7 kənd təsərrüfatı məhsullarının əkini ilə məşğuldur, bütün statistik hesabatları vaxtında rayon statistika idarəsinə təqdim edir. İş materialında olan məhkəmə sorğusu əsasında Saatlı Rayon Dövlət Arxivindən xx.xx.2020-ci il tarixdə daxil olmuş, arxivin möhürü və arxiv müdirinin imzası ilə təsdiq olunmuş «Əli» X4 aid sənədlərə (xx.xx.1996-cı il tarixli 18 nömrəli sərəncam, ərizə, protokol, rəy, akt, təqdimat, plan) əsasən təsərrüfatın başçısı ümumi yığıncağın protokolu əsasında iddiaçıya ayrılmış 40 ha torpaq sahəsindən səmərəli istifadə edə bilməməsinə görə həmin sahənin başqa torpaq sahəsi ilə əvəz edilməsini rayon icra hakimiyyətindən xahiş etmiş, Saatlı Rayon Torpaq Şöbəsi sözügedən 40 ha torpaq sahəsinin kənd təsərrüfatı üçün yararsız olduğuna dair rəy vermiş və təqdimatla RİB-na müraciət edərək həmin torpaqdan istifadəyə dair Dövlət Aktının etibarsız hesab edilməsinə sərəncam verməsini xahiş etmişdir; - “Saatlı rayonu “Əli” X4 torpaq sahəsi verilməsi barədə” Saatlı rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli 18 nömrəli sərəncamında qeyd edilmişdir:

1. Saatlı rayonu Qırağlı kənd sakini X3 xx xxxxxx 1996-cı il tarixli ərizəsi və “Əli” kəndli (fermer) təsərrüfatının xx xxxxxx 1996-cı il tarixli 02 saylı ümumi yığıncağının qərarı, rayon Torpaq şöbəsinin xx xxxxxx 1995-ci il tarixli təqdimatı nəzərə alınaraq, “Əli” kəndli (fermer) təsərrüfatına ayrılmış 40 (qırx) hektar torpaq sahəsi rayonun Sarı-Su ərazisində olan dövlət X8 istifadəyə dair B-№-000399 saylı dövlət aktı etibarsız hesab edilsin. 2.”Əli” kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq məqsədilə rayon Torpaq şöbəsinin xx xxxxxx 1996-cı il tarixli aktı nəzərə alınaraq rayonun asudə dövlət ehtiyat fond torpağından 52 (əlli iki) hektar torpaq sahəsi ayrılsın və onun istifadəsi üçün kollektiv mülkiyyətinə verilsin. 3. Rayon Torpaq Şöbəsinə tapşırılsın ki,”Əli” kəndli (fermer) təsərrüfatına torpaqdan istifadə hüququna dair Dövlət aktının verilməsini təşkil etsin. 4.”Əli” kəndli (fermer) təsərrüfatına 52 (əlli iki) hektar torpaq sahəsinin verilməsinə dair dövlət aktı rayon İcra hakimiyyətinə təqdim edilib qeydə alınacağı vaxtdan həmin təsərrüfata hüquqi şəxs səlahiyyəti verilsin. 5. Rayon İcra hakimiyyətinin Qırağlı İƏD-si üzrə nümayəndəliyində kəndli (fermer) təsərrüfatı, təsərrüfatbaşına kitabında qeydə alınsın. 6. “Əli” kəndli (fermer) təsərrüfatının başçısı Ə.Ağayev yoldaşa tapşırılsın ki, kəndli (fermer) təsərrüfat haqqında müəyyən edilmiş qaydada rayon Statistika idarəsinə, rayon Vergi Müfəttişliyinə və digər əlaqədar təşkilatlara müntəzəm olaraq hesabat təqdim etsin və torpaqdan səmərəli istifadə etmək üçün onun münbitliyini artırmaq üçün tədbirlər görsün. 7. Rayon İcra Hakimiyyətinin ümumi şöbə müdiri Q.Nağıyevə tapşırılsın ki, sərəncamın surətlərini Vergi, Statistika və digər təşkilatlara göndərilməsini təmin etsin. - Saatlı rayon Torpaq şöbəsinin möhürü ilə təsdiqlənmiş akta, o cümlədən Saatlı rayon İHB-nın imzası və həmin inzibati orqanın möhürü ilə təsdiqlənmiş plana əsasən, ”Əli” kəndli (fermer) təsərrüfatına ayrılmış 52 (əlli iki) hektar torpaq sahəsi Şimaldan və Şərqdən Araz çayı ilə, Cənubdan və Qərbdən “Bakı” kolxozunun torpağı ilə həmsərhəddir. İş materialında olan məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xx.xx.2020-ci il tarixdə daxil olmuş A-000800 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının və həmin sənədin verilməsinə əsas olmuş sənədlərə (Dövlət Aktı, plan, qərardan çıxarış, sərəncam) əsasən, Saatlı Rayon XDS-nin RH-nin xx.xx.1995-ci il tarixli qərarı ilə Saatlı rayonu Qıraqlı kəndində yaradılan «Əli» X7 qeydə alınmış, nizamnaməsi təsdiq olunmuş, ona kənd təsərrrüfatı məhsulları istehsal etmək üçün sahəsi rayonun Sarı-Su ərazisində olan, hazırda istifadə edilməyən dövlət X8 40 ha torpaq sahəsi ayrılmışdır. Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli 18 nömrəli sərəncamına əsasən 40 ha torpaq sahəsinə dair Dövlət Aktı etibarsız hesab edilmiş və ”Əli” kəndli (fermer) təsərrüfatına yeni ayrılmış 52,0 ha torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-000800 №-li Dövlət aktı verilmiş, bu akt Dövlət Aktları kitabında 87 № ilə qeydiyyatdan keçirilmişdir. İş materialında olan Saatlı rayonu Qıraqlı bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 30 nömrəli məktubunda qeyd olunmuşdur ki, bələdiyyəyə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx xxxxx 2020-ci il tarixli **********43 saylı məktubuna cavab olaraq bildiririk ki, həqiqətən də bələdiyyələr yaranmamışdan əvvəl Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli 18 nömrəli sərəncamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə dövlət ehtiyat fondundan Saatlı rayonu Qıraqlı kənd sakini İddiaçı və digər ailə üzvlərinin təsis etdikləri «Əli» X7nın qanuni istifadəsinə 52,0 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi müvafiq sərəncama əsasən uzun illər boyu «Əli» X7nın qanuni istifadəsində olmuş və «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi» barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 1907 nömrəli Sərəncamına əsasən 2010-2016-cı illər ərzində təsərrüfatın inkişafı üçün dövlət tərəfindən subsidiya hesablanmış və ödənilmişdir. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin aşağıdakı müddəalarına əsasən; 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2. Mülkiyyət hüququnun subyektləridövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslərdir. 3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən Saatlı rayonu Qırağlı Bələdiyyəsinə daxil olmuş sorğu məktubuna əsasən cavab olaraq bildiririk ki, kənd təsərrüfatı məhsullarının inkişafı məqsədilə Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli 18 nömrəli sərəncamına əsasən Saatlı rayonu Qırağlı kənd sakini İddiaçı və digər ailə üzvlərinin təsis etdikləri «Əli» X7nın qanuni istifadəsinə verilmiş Saatlı rayonu Qırağlı kənd ərazisində yerləşən 52,0 ha torpaq sahəsinin «Əli» X7nın qanuni mülkiyyətinə verilməsinə heç bir etirazımız yoxdur və məqsədəmüvafiq hesab edirik. İş materialında olan Saatlı rayonu Mustafabəyli bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 24 nömrəli məktubunda iddiaçı «Əli» X7nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X9rşı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə bağlı qeyd edilmişdir ki, Azərbaycanda bələdiyyə sistemi yaranmamışdan əvvəl, yəni xx xxxxxx 1996-cı ildə Saatlı Rayon İcra Hakimiyyətinin 18 saylı sərəncamına əsasən kənd təsərrüfatı mallarının istehsalı məqsədi ilə Dövlət X8 Saatlı rayonu Qıraqlı kənd sakini İddiaçı və digər ailə üzvlərinin təsis etdikləri «Əli» kəndli fermer təsərrüfatlarının istifadəsinə 52.0 ha torpaq sahəsi verilmişdir. Bələdiyyələr yarandıqdan sonra, yəni xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında torpaqların dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyi tərəfindən Mustafabəyli bələdiyyəsinə **********43 saylı məktub daxil olmuşdur. Həmin məktubda sözügedən 52.0 ha torpaq sahəsindən 4.75 ha Mustafabəyli bələdiyyəsinin ehtiyat fonduna aid olduğu bildirilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2.-2.2.3-cü maddələrinə əsasən, inzıbati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilərlər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli 18 nömrəli sərəncamına əsasən «Əli» X4 Saatlı rayonu Qıraqlı kənd ərazisində 52,0 ha torpaq sahəsi ayrılmış, həmin sərəncam əsasında torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A-000800 №-li Dövlət aktı verilmiş, bu akt Dövlət Aktları kitabında 87 № ilə qeydiyyatdan keçirilmişdir. Hazırda iddiaçı sözügedən 52,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh imtinanın əsası kimi lazımi formada təsdiq olunmuş arxiv çıxarışının və «Əli» X7nın mülkiyyətinə verilmiş 52 ha torpaq sahəsinin 4,75 ha hissəsinin Saatlı rayonu Mustafabəyli bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü, bu barədə münasibət bildirilməsinə dair hüquq müəyyənedici sənədin təqdim edilməməsini göstərmişdir. Saatlı rayonu Qıraqlı bələdiyyəsi xx xxxxxx 2020-ci il tarixli 30 nömrəli məktubunda kənd təsərrüfatı məhsullarının inkişafı məqsədilə Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1996-cı il tarixli 18 nömrəli sərəncamına əsasən Saatlı rayonu Qıraqlı kənd sakini İddiaçı və digər ailə üzvlərinin təsis etdikləri «Əli» X7nın qanuni istifadəsinə verilmiş Saatlı rayonu Qıraqlı kənd ərazisində yerləşən 52,0 ha torpaq sahəsinin «Əli» X7nın qanuni mülkiyyətinə verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmçinin Saatlı rayonu Mustafabəyli bələdiyyəsi xx xxxxxx 2020-ci il tarixli 24 nömrəli məktubunda iddiaçı «Əli» X7nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X9rşı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə bağlı qeyd edilmişdir ki, Azərbaycanda bələdiyyə sistemi yaranmamışdan əvvəl, yəni xx xxxxxx 1996-cı ildə Saatlı Rayon İcra Hakimiyyətinin 18 saylı sərəncamına əsasən kənd təsərrüfatı mallarının istehsalı məqsədi ilə Dövlət X8 Saatlı rayonu Qıraqlı kənd sakini İddiaçı və digər ailə üzvlərinin təsis etdikləri «Əli» kəndli fermer təsərrüfatlarının istifadəsinə 52.0 ha torpaq sahəsi verilmişdir. Bələdiyyələr yarandıqdan sonra, yəni xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında torpaqların dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyi tərəfindən Mustafabəyli bələdiyyəsinə **********43 saylı məktub daxil olmuşdur. Həmin məktubda sözügedən 52.0 ha torpaq sahəsindən 4.75 ha Mustafabəyli bələdiyyəsinin ehtiyat fonduna aid olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Yenə həmin Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.5) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yenə həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə hesab edir ki, 2006-cı il iyulun 6-dək iddiaçı sözügedən torpaq sahəsinə hüquqları müvafiq dövlət orqanlarının aktları əsasında əldə etdiyindən əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Bundan başqa, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının 52 ha torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin 9.6-cı bəndinə əsasən qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, 8.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməkdən ibarətdir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, qanuni əsası olduğundan iddia təmin edilməli, Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 18 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə «Əli» X7nın mülkiyyətinə verilmiş və Dövlət Aktları Kitabında 87 nömrə ilə qeydə alınmış 52 ha torpaq sahəsinə dair «Əli» X7nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X11 üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Saatlı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 18 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə «Əli» X7nın mülkiyyətinə verilmiş və Dövlət Aktları Kitabında 87 nömrə ilə qeydə alınmış 52 ha torpaq sahəsinə dair «Əli» X7nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X11 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar