Məhkəmə qərarları › İş №2-1(120)-934/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-934/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-934/2021 09.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə- Tədqiqat İdarəsinə qarşı “Masallı rayonu, Binə Xocavar kəndində yerləşən 0,07 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışa əlavə olaraq verilmiş plan və ölçünün bələdiyyə tərəfindən verilmiş ilkin plan və ölçüyə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə- Tədqiqat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Binə Xocavar kəndində yerləşən 0,07 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışa əlavə olaraq verilmiş plan və ölçünün bələdiyyə tərəfindən verilmiş ilkin plan və ölçüyə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə- Tədqiqat İdarəsinin nümayəndələri, üçüncü şəxslər X3 və X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə-Tədqiqat İdarəsinin nümayəndələrinin, üçüncü şəxslər X1 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə-Tədqiqat İdarəsinə qarşı Masallı rayonu, Binə Xocavar kəndində yerləşən 0.07 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əlavə olaraq verilən plan və ölçünün bələdiyyə tərəfindən verilmiş ilkin plan və ölçüyə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, iddiaçı bir-biri ilə əlaqəli olmayan iki cavabdehə, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə-Tədqiqat İdarəsinə qarşı ayrı-ayrı tələblər irəli sürmüşdür ki, belə tələblərin də bir iddiada birləşdirilməsi inzibati prosessual qanunvericiliyə əsasən mümkün sayılmır. Bundan əlavə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya “Masallı rayonu, Binə Xocavar kəndində yerləşən 0.07 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əlavə olaraq verilən plan və ölçünün bələdiyyə tərəfindən verilmiş ilkin plan və ölçüyə uyğun düzəliş edilməsindən imtina edilməmişdir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin 08 aprel 2020-ci il tarixli, **********31 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması haqqında 24 iyun 2009-cu il tarixli 001975 nömrəli şəhadətnaməyə əsasən X6 adına Masallı rayonu, Binə Xocavar kəndində yerləşən 0.07 ha torpaq sahəsinə Xidmətin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən 19 aprel 2019-oi il tarixli, **********47 reyestr nömrəli torpaq sahəsinin çıxarışı və planı və ölçüsü verilmişdir. Sonra həmin torpaq sahəsi Masallı Regional “Asan xidmət” mərkəzində fəaliyvət göstərən Notariat Ofisinin 16 may 2019-cu il tarixli, 4Ə- 291 nömrəli alqı-satqı müqaviləsi ilə sizə satılmış və adınıza 11 iyun 2019-cu il tarixli, **********47 reyestr nömrəli torpaq sahəsinin çıxarışı və planı və ölçü sənədi ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsinə çıxarış verilən zaman Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mütəxəssisləri tərəfindən sizə torpaq sahəsinin ərazisi yerində göstərilmişdir. Müraciətinizlə əlaqədar Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mühəndisləri tərəfindən sözü gedən torpaq sahəsinə 30 mart 2020-ci il tarixdə sizin iştirakınızla baxış keçirilmiş və çöl ölçmə işləri aparılmışdır. Aparılmış müayinə işlərinin nəticəsi olaraq müəyyən edilmişdir ki, iddia etdiyiniz torpaq sahəsində başqa şəxsə məxsus qeyri yaşayış binası mövcuddur.Odur ki, müraciətinizin icrası Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən mümkün deyildir. Beləliklə iş materiallarında olan sənədlərdən (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin 08 aprel 2020-ci il tarixli, **********31 nömrəli məktubundan) görünür ki, İddiaçı Əlhüseyin oğlu mülkiyətində olan Masallı rayonu, Binə Xocavar kəndində yerləşən 0.07 ha torpaq sahəsini 16 may 2019-cu il tarixli, 4Ə-291 nömrəli alqı-satqı müqaviləsi əsasında X4 almışdır. X8 isə həmin əmlakı dövlət torpaq sahələrinin satılması haqqında 24 iyun 2009cu il tarixli 001975 nömrəli şəhadətnaməyə əsasən əldə etmiş və adına 19 aprel 2019-cu il tarixli, **********47 reyestr nömrəli torpaq sahəsinin çıxarışı və plan və ölçü sənədi verilmişdir. Göründüyü kimi iddiaçının əldə etdiyi əmlakın ilkin hüquqmüəyyənedici sənədi bələdiyyə tərəfindən deyil, dövlət torpaq sahələrinin satılması haqqında 24 iyun 2009-cu il tarixli 001975 nömrəli şəhadətnamə əsasında əldə edilmiş və həmin sənəd əsasında 19 aprel 2019-cu il tarixli, **********47 reyestr nömrəli torpaq sahəsinin çıxarışı və plan və ölçü sənədi tərtib edilmişdir. Belə olduğu halda plan və ölçü sənədinin bələdiyyə tərəfindən verilmiş ilkin plan və ölçüyə uyğun düzəliş edilməsi ilə bağlı tələb irəli sürülməsi anlaşılan deyildir. Bununla belə məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilərək bildirilmişdir ki, düzəliş etmək istədiyi plan və ölçü sənədinin onun hüquqi marağına uyğun əvvəlki mülkiyyətçi olan X6 adına tərtib edilmiş plan və ölçü sənədinə və yaxud X7 ilkin torpaq sahəsi ayrılan zaman tərtib edilmiş yerquruluşu planı sənədinə uyğun düzəliş edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmək hüququ vardır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sözügedən torpaq sahəsini alqı-satqı müqaviləsi ilə aldığından və əvvəlki mülkiyyətçinin adına plan və ölçü sənədi tərtib edildiyindən əslində iddiaçının hüquqi marağı plan və ölçü sənədinin əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş plan və ölçü sənədinə uyğun tərtib edilməsi ilə bağlı iddia olmalıdır. Başqa sözlə iddiaçı hesab edirsə ki, onun adına tərtib edilmiş plan və ölçü sənədi əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş plan və ölçü sənədindən fəqrqlidir, bu zaman həmin plan və ölçü sənədinin əvvəlki mülkiyyətçinin plan və ölçü sənədinə uyğun düzəliş edilməsini tələb edə bilər. Beləliklə də iddiaçıya izah edilir ki, torpaq sahəsinə dair onun adına tərtrib edilmiş mövcud plan və ölçü sənədinin konkret olaraq hansı sənədə (əvvəlki mülkiyyətçi olan X6 adına tərtib edilmiş plan və ölçü sənədinə yoxsa X7 ilkin torpaq sahəsi ayrılan zaman tərtib edilmiş yerquruluşu planı sənədinə) uyğun düzəliş etmək istəməsi ilə bağlı fikrini qətiləşdirməli və həmin tələblə bağlı cavabdeh inzibati orqan - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etməlidir. Cavabdeh inzibati orqan müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin Tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə- Tədqiqat İdarəsinə qarşı “Masallı rayonu, Binə Xocavar kəndində yerləşən 0,07 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışa əlavə olaraq verilmiş plan və ölçünün bələdiyyə tərəfindən verilmiş ilkin plan və ölçüyə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar