Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-936/2024 11.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavadeh Cavabdehnə qarşı “xx.xx.1994-cü il təvəllüdlü X12, xx.xx.2000-ci il təvəllüdlü X16 və xx.xx.2001-ci il təvəllüdlü X2 övladları olduğundan uşaqların doğum haqqında şəhadətnamələrində ana soyadlarının “Hətəmova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 11 mart 2024-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavadeh Cavabdehnə qarşı xx.xx.1994-cü il təvəllüdlü X12, xx.xx.2000-ci il təvəllüdlü X16 və xx.xx.2001-ci il təvəllüdlü X2 övladları olduğundan uşaqların doğum haqqında şəhadətnamələrində ana soyadlarının “Hətəmova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X11 ilə 1984-cü ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Ailə qurduqdan sonra mərhum həyat yoldaşı Üzeyir Şükürovun yaşadığı Laçın rayonu, Qarakeçdi kəndinə köçüb orada yaşamışlar. Birgə nikahlarından xx.xx.1985-ci il tarixdə X5, xx.xx.1992-ci il tarixdə X13, xx.xx.1994-cü il tarixdə X12, 01.01 2000-ci il tarixdə X16 və xx.xx.2001-ci il tarixdə X8 adlı övladları doğulmuşdur. Savadsızlıqlarından nikahlarını rəsmiləşdirməmişlər. Daha sonra isə həyat yoldaşı Üzeyir Şükürov vəfat etmişdir. Qeyd edir ki, xx.xx.1985-ci il təvəllüdlü X5 və xx.xx.1992-ci il təvəllüdlü X13 adlı övladlarının doğum haqqında şəhadətnaməsində ana adı qrafasında onun soyadı düzgün olaraq Hətəmova kimi qeyd olunsa da, digər övladları xx.xx.1994-cü il təvəllüdlü X12, xx.xx.2000-ci il təvəllüdlü X16 və 23.10 2001-ci il təvəllüdlü X8 adlı övladlarının doğum haqqında şəhadətnaməsində soyadı yanlış olaraq Şükürova kimi qeyd olunmuşdur. Ehtiyac olmadığından indiyədək bu yalnışlığa əhəmiyyət verməmişlər. Lakin hazırda pensiya işləri ilə bağlı müvafiq orqana müraciət etdikdə, uşaqlarının doğum haqqında şəhadətnaməsində soyadında olan yanlışlıq aşkar edilmiş və pensiyaya çıxmağıyla əlaqədar sənədləşməyə maneəçilik yaranmışdır.Birgə nikahdan olan 5 uşağın hamısı yetkinlik yaşına çatıb və onlardan ailə quranları da var. Uşaqlarından xx.xx.1994-cü il təvəllüdlü X12, xx.xx.2000-ci il təvəllüdlü X16 və xx.xx.2001-ci il təvəllüdlü X8 adlı övladlarının doğum haqqında şəhadətnaməsində soyadında olan yanlışlığın aradan qaldırılması üçün Cavabdehnə etdiyi müraciətə xx.xx.2023-cü il tarixdə cavab verilmişdir ki, həyat yoldaşı X11 ilə nikahı rəsmi qeydə alınmadığından məhkəməyə müraciət etməlidir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.İddiaçı məhkəməyə teleqram ünvanlayaraq maddi vəziyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxıb barəsində müsbət qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx xxxxxx 1965-ci ildə Ağdərə rayonu, Çələkdar kəndində anadan olmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X12 05 sentyabr 1994-cü ildə Laçın rayonu, Qarakeçdi kəndində anadan olmuş, atası X11, anası X4r və bu barədə xx.xx.1994-cü il tarixdə Cavabdehndə 353 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X8 23 oktyabr 2001-ci ildə Laçın rayonu, Qarakeçdi kəndində anadan olmuş, atası X20, anası X4r və bu barədə xx.xx.2001-ci il tarixdə Cavabdehndə 558 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X16 01 yanvar 2000-ci ildə Laçın rayonu, Qarakeçdi kəndində anadan olmuş, atası X11, anası X4r və bu barədə xx.xx.2000-ci il tarixdə Cavabdehndə 32 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X13 25 may 1992-ci ildə Laçın rayonu, Qarakeçdi kəndində anadan olmuş, atası X11, anası İddiaçıdır və bu barədə xx.xx.1996-cı il tarixdə Cavabdehndə 22 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X5 09 avqust 1985-ci ildə Laçın rayonu, Qarakeçdi kəndində anadan olmuş, atası X11, anası İddiaçıdır və bu barədə xx.xx.1997-ci il tarixdə Cavabdehndə 01 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Ağdərə rayonu, Çələkdar kəndində anadan olmuş, Kəlbəcər rayonu, Çələkdar kəndində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı məxsus xx.xx.2012-ci il tarixli Məcburi Köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1992-ci il tarixdən məcburi köçkündür. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd ərazi vahidi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Hətəmova X1 və Cəyirli kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısının Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı həqiqətən X6 həyat yoldaşı (arvadı) olmuşdur. Lakin bu barədə nikah aktı və digər sənədlərin mövcudluğu 1992-ci ildən əvvələ təsadüf etdiyindən və nümayəndəliyin arxiv sənədlərinin 1992-ci ilədək olan hissəsi məlum səbəblərlə əlaqədar işğal zonasında qaldığı üçün onların akt qeydləri barədə məlumat vermək mümkün olmamışdır. İddiaçı ilə mərhum X6 (vəfat edib) birgə nikahları dövründə anadan olan övladları X8, X16, X14, X9 və X3r. İddiaçı ilə mərhum X6 (vəfat edib) birgə nikahları dövründə anadan olan, yuxarıda adları çəkilən uşaqlardan hər hansı birinin doğum şəhadətnamələrində ana soyadının fərqli yazılması texniki səhv nəticəsində və yaxud da onlar üçün məlum olmayan səbəblərdən yazılmışdır. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 10 yanvar 2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarında qeyd olunur ki, arxiv sənədlərinə baxış keçirilmiş və X11 ilə İddiaçı arasında bağlanmış nikah haqqında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan müəyyən olunur ki, Cavabdeh üzrə ilkin 1989-1995-ci illər, Laçın rayon Qarakeçdi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1989-1995-ci illər, nikah haqqında bərpa akt qeydləri 1990-1995-ci illər və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və X11 ilə İddiaçı nikahı barədə akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”na əsasən, Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi və konsulluq idarələri tərəfindən icra edilir. Bununla bağlı izah edirlər ki, kifayət qədər əsaslar olmadığı üçün imtina edilir və məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Tətbiq olunan hüquq normaları: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə. 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 9-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan SSR-in 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 781-İQ nömrəli Qanununa əssən qüvvədən düşmüşdür) Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 59-cu maddəsinə görə nikahda olan ata və ana onlardan hər hansı birinin ərizəsinə əsasən doğum qeydi kitabında uşağın valideynləri kimi yazılırlar. Həmin Məcəllənin 60-cı maddəsinə görə valideynlər bir-biri ilə nikahda olmadıqda, uşağın anası haqqında qeyd ananın ərizəsinə əsasən aparılır, uşağın atası haqqında qeyd isə, uşağın ata və anasının birgə ərizəsinə əsasən aparılır, yaxud ata məhkəmə qətnaməsinə əsasən qeyd edilir. Həmin Məcəllənin 62-ci maddəsinə göeə nikahda olmayan anadan uşaq doğulduqda, atalığın müəyyən edilməsi haqqında valideynlərin birgə ərizəsi və məhkəmənin qətnaməsi yoxdursa, uşağın atası barəsində qeyd, doğum qeydi kitabında ananın familiyası üzrə aparılır, uşağın atasının və babasının adı anasının göstərişinə əsasən yazılır. Həmin Məcəllənin 178-ci maddəsinə görə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetləri icraiyyə komitələrinin vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan şöbələri doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, familiyanın, adın və ata adının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Qəsəbə və kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, ölümün qeydiyyatını aparırlar. Həmin Məcəllənin 186-cı maddəsinə görə doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və familiyası, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 59, 60, 62, 63-cü və 65-ci maddələrinə uyğun surətdə yazılır. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. Azərbaycan SSR Nazirlər Sovetinin 25 mart 1985-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş (AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı qüvvədən düşmüşsür) «Azərbaycan SSR-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında əlavə olunan Təlimat»ın 15-ci bəndinə görə uşağın doğulması qeydiyyatı valideynlərin və ya onlardan birinin yazılı və yaxud şifahi məlumatı ilə valideynlər xəstə olduqda və ya öldükdə və yaxud digər səbəblərə görə onların məlumat verməyə imkanları olmadıqda isə qohumların, qonşuların, uşaq doğularkən ananın olduğu tibb müəssisəsi rəhbərliyinin və digər şəxslərin məlumatı əsasında həyata keçirilir. Təlimatın 17-ci bəndinə görə doğum qeyd edilərkən aşağıdakı sənədlər təqdim olunmalıdır: a) doğum faktını və vaxtını təsdiq edən tibb müəssisəsindən arayış. Uşaq evdə doğulubsa, doğuma kömək göstərmiş həkimin arayışı təqdim edilir. Müstəsna hallarda, uşağın doğulması faktı doğum haqqında akt qeydiyyatının 10-cu qrafasında iki şahidin imzası ilə təsdiq oluna bilər. Şahidlərin adı, atasının adı, familiyası və yaşadığı yer göstərilməlidir. . . . ; b) həmin Təlimatın 3-cü bəndi ilə nəzərdə tutulmuş valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər. . . . ; v) valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərdə nikahın bağlanması haqqında qeydlər olmadıqda valideynlər arasında nikahın bağlanması barədə şəhadətnamə və ya atalığın müəyyən edilməsi haqqında şəhadətnamə. Təlimatın 22-ci bəndinə görə bir-biri ilə nikahda olan ata və ananın hər hansı birinin ərizəsi ilə onlar doğumların qeydiyyat kitabında uşağın valideynləri qeyd olunurlar. Təlimatın 24-cü bəndinə görə əgər valideynlər arasında nikah bağlanmayıbsa, onda uşağın anası haqqında qeydiyyat ananın məlumatına əsasən, uşağın atası haqqında qeydiyyat isə ata və ananın birgə məlumatına əsasən aparılır; yaxud ata məhkəmənin qərarına əsasən yazılır. Təlimatın 26-cı bəndinə görə nikahda olmayan ana uşaq doğduqda, əgər atalığın müəyyən edilməsi barədə valideynlərin birgə ərizələri və ya məhkəmənin qərarı yoxdursa, doğum haqqında aktların qeydiyyat kitabında uşağın atası haqqında qeydiyyat ananın familiyası ilə, uşağın atasının adı, ata adı və milliyyəti ananın göstərişi ilə yazılır. Bu zaman vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat orqanı uşağın anasına doğum haqqında şəhadətnamə ilə birlikdə sosial təminat şöbəsinə təqdim etmək üçün arayış verir. Bu barədə doğum haqqında qeydiyyatın hər iki nüsxəsində göstərilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 166.2-ci maddəsinə görə doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Məhkəmə qeyd edir ki, iddiaçının 2 övladının, yəni, xx.xx.1985-ci il təvəllüdlü X5 və xx.xx.1992-ci il təvəllüdlü X10 ana adı qrafasında Salidənin soyadı düzgün olaraq Hətəmova kimi qeyd olunmuşdur.Digər 3 övladında isə Şükürova kimi qeyd olunmuşdur. Məhkəmə araşdırma zamanı müəyyən edir ki, iddiaçı ilə faktiki nikahda olduğu mərhum əri arasında rəsmi nikah münasibətləri olmamışdır.Həmin fakt məhkəməyə sorğu əsasında təqdim olunan arayış, məktublar və digər sübutlardan da müəyyən olunur.Tərəflər arasında rəsmi nikah olmadığı halda iddiaçının soyadı-onun qızlıq soyadı olmuşdur.Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçının digər 3 övladı xx.xx.1994-cü il təvəllüdlü X12, xx.xx.2000-ci il təvəllüdlü X16 və xx.xx.2001-ci il təvəllüdlü X2 doğum şəhadətnamələrində ana adı qrafasında soyadının “Şükürova” kimi qeyd olunması texniki səhv olmuşdur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı xx.xx.1994-cü il təvəllüdlü X12, xx.xx.2000-ci il təvəllüdlü X16 və xx.xx.2001-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnamələrində ana adı qrafasında soyadının “Şükürova”dan “Hətəmovaya”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 14.3, 23.1, 30.4, 33, 58.7, 62.3, 68-69, 73, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edlsin. İddiaçı xx.xx.1994-cü il təvəllüdlü X12, xx.xx.2000-ci il təvəllüdlü X16 və xx.xx.2001ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnamələrində ana adı qrafasında soyadının “Şükürova”dan “Hətəmovaya”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-936/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-936/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver