Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-94/2021 17.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı Hüseyin qızının iştirakı ilə, İddiaçı Hüseyin qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X62 qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş koordinatların dəyişdirilərək torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçü sənədinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Hüseyin qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X62 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.20 hektar torpaq sahəsinin çizgi və koordinatlarının Saatlı rayon X29 xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə və JN-0035, kod: 90804018 saylı dövlət aktında olduğu kimi düzəliş edilməsinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1218/2020 nömrəli qərardadı ilə X12 və X51 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sonradan İddiaçı Hüseyin qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X62 qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş koordinatların dəyişdirilərək torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçünün verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1218/2020 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1218/2020 nömrəli qərardadı ilə X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1218/2020 nömrəli qərardadı ilə X52, X45, X39, X30, X53, X13, X46 və Şahbazova Güllü Möhsüm qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı Hüseyin qızı şifahi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon X29 xx xxxx 1998-cu il tarixli, 06 saylı qararı ilə və JN-0035, kod ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X25, Şahbazova Güllü Mövsüm qızının, X14, X26, X18, X15, İddiaçı, X31 və X8 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan və Saatlı rayon Hacıqasımlı kəndi ərazisində yerləşən 5,39 hektar torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətindədir. Əvvəllər mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan 5,39 hektar torpaq sahəsindən səmərəli şəkildə istifadə edirdilər. Belə ki, həmin torpaq sahəsini ailə üzvlərinin köməyi ilə əkib becərirdilər və əldə etdikləri kənd təsərrüfatı məhsullarını sataraq ailəsinin ehtiyaclarını təmin edirlər. 2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Saatlı rayon X29 xx xxxx 1998-ci il tarixli, 06 saylı qərarı ilə və JN-0035, kod ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına çıxarış alarkən məlum olmuşdur ki, sözügedən dövlət aktında olan 351 nömrəsi ilə işarələnmiş, 2,20 hektar torpaq sahəsinin koordinatlarının yeri və torpaq sahəsinin ölçü planları dəyişmişdir. Ona görə də, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X62 ərizə verərək, Saatlı rayon X29 xx xxxx 1998-ci il tarixli, 06 saylı qərarı ilə və JN-0035, kod ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında, 5-ci səhifədə olan 351 cizgisində göstərilmiş torpaq sahəsinin koordinatlarına uyğun dəyişdirilməklə verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən ona göndərilmiş xx.xx.2020-ci il tarixli, **********02 saylı məktubla ərizəsinin icrasından imtina edilmişdir. Odur ki, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş koordinatların dəyişdirilərək torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçünün verilməsi ödəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Saatlı rayon Hacıqasımlı kəndində yerləşən və ümumi birgə mülkiyyətdə olan 2,2036 ha torpaq sahəsinin “planı və ölçüsü” sənədinin ləğv edilməsi və torpaq sahəsinin yerini dəyişdirməklə ərizəçinin iddia etdiyi torpaq sahəsinin mövcud vəziyyətinə uyğun “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi mümkün deyildir. Odur ki, ərizənin icrasından imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz və müvafiq şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X51 iddia ərizəsinə etirazında göstərmişdir ki, hazırki mübahisəli torpaq sahəsi faktiki olaraq onun mülkiyyətindədir və həmin torpaq sahəsini qanuni alqısatqı yolu ilə əldə etmişdir. Məlumat üçün bildirir ki, 2017-ci ildə Şahbazovlar ailəsi eyni predmet üzrə məhkəməyə müraciət etmiş və İddiaçı Hüseyin qızının da adı iddiaçılar siyahısında qeyd edilmişdir. Həmin mülki işin baxışı zamanı xx xxxx 2017-ci il tarixli, 27238 saylı və xx xxxxxxxx 2017-ci il tarixli, 20117 saylı məhkəmə ekspertizası mərkəzinin mütəxəssislərinin rəyi əsasında müəyyən olunmuşdur ki, hazırki iş üzrə mübahisəlndirilən torpaq sahəsinin iddiaçılara heç bir aidiyyəti yoxdur, onların dövlət aktında qeyd olunan torpaq sahəsi mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşmür və onların dövlət aktında qeyd olunan torpaq sahəsi həmin ərazidən 1200 metrdən cox məsafədə kənarda yerləşir. Hesab edir ki, hazırki iş üzrə əsas iddiaçı iddia ərizəsində cüzi dəyişiklik etsə də, yekun iddia tələbi eyni mahiyyət daşıyır. Hazırki iddia tələbi dolayısı yolla onun maraqlarına toxunur, mülkiyyətinə müdaxilə cəhti kimi qiymətləndirir. Hər iki işin halları onu göstərir ki, iddiaçı ailəlikcə ona qarşı əsassız iddialar irəli sürməklə onu bezdirmək, qanunsuz yolla mülkiyyətinə müdaxilə etməyə çalışırlar. Hesab edir ki, İddiaçı iddiasının heç bir hüquqi əsası yoxdur və iddia rədd olunmalıdır. Eləcə də iddiaçının iddia ərizəsində məhkəməyə yalan ifadə, məlumat verməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi öz əksini tapmaqdadır və əvvəlki məhkəmə qərarı, ekspertiza rəyləri, DƏDRX-nin 13 saylı ərazi idarəsinin vəkil sorğusuna verilmiş cavabında iddiaçının ailəlikcə verilmiş əsassız iddiaları bu açıq şəkildə sübut etməkdədir. Hesab edir ki, iddiaçı əvvəlki iddia ərizəsindən fərqli olaraq iddia ərizəsində mahiyyət eyni qalmaqla cüzi dəyişiklik etməklə məhkəməni aldatmağa cəhd edir və AR-nın CM-nin 297-ci maddəsi kimi qiymətləndirilərək müvafiq tədbirlər görülməlidir. Qeyd olunan halları nəzərə alaraq iddia tələbinin rədd olunmasını, iddiaçı barədə AR-nın CM-nin 297-ci maddəsini tətbiq olunaraq prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X59 nümayəndəsi, üçüncü şəxslər X12, X51, X24, X52, X45, X39, X30, X53, X13, X46 və Şahbazova Güllü Möhsüm qızı məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X59 nümayəndəsinin, üçüncü şəxslər X4, X32, X9, X33, X26, X18, X16, X31, X5, X25, Şahbazova Güllü Möhsüm qızının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1). İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Saatlı rayonu ərazisində yerləşir. Məhkəmə- Hüquq Şurasının "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibatiiqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, İddiaçı Hüseyin qızı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş koordinatların dəyişdirilərək torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AZE seriyalı, 08943175 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Hüseyin qızı xx.xx.1972-ci il tarixdə Saatlı rayonu, Hacıqasımlı kəndində anadan olmuş, Saatlı rayonu, Məzrəli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0035 (kod 90804018) nömrəli dövlət aktının surətindən görünür ki, Saatlı rayon X29 xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X27 və onun ailə üzvləri olan Şahbazova Güllü Möhsüm qızına, X19, X34, X28, X20, İddiaçı Hüseyin qızına, X40, X2 məhsulları istehsalı üçün 5,39 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən 2,2036 ha torpaq sahəsinə dair İddiaçı Hüseyin qızının mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, A 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci tarixli, JN- 35L nömrəli dövlət aktına əsasında İddiaçı Hüseyin qızına verilmiş 2,2036 ha torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X59 İddiaçı Hüseyin qızına ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına imtina barədə xx.xx.2020-ci il tarixli, **********02 nömrəli bildirişində qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindəki torpaq sahəsinin Saatlı rayonu X29 1998-ci il 10 iyun tarixli 6 nömrəli qərarı ilə tərtib edilmiş “torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində 35L cizgi üzrə göstərilmiş torpaq sahəsinin koordinatlarına uyğun dəyişdirilməklə verilməsi ilə əlaqədar ərizənizin icrasından Ərazi idarəsinin xx.xx.2018-ci il tarixli **********15 nömrəli bildirişi ilə imtina edilmişdir. Sözügedən torpaq sahəsi ilə bağlı təkrar islahat keçirilmiş və yeri dəqiqləşdirilmişdir. Bu səbəbdən təqdim edilmiş dövlət aktında göstərilən 35L nömrəsi ilə qeyd edilmiş torpaq sahəsi ilə üzərində hüquqların dövlət qeydiyyatı aparılmış torpaq sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahələrinin koordinatları və konfiqurasiyası fərqlidir. Eyni zamanda, torpaq sahəsi hər iki mülkiyyət sənədinə əsasən 2,2036 ha təşkil edir. Məlumat üçün qeyd edirik ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərizəçilər tərəfindən daşınmaz əmlaka dair təqdim edilmiş mülkiyyət sənədlərini, Ərazi İdarəsinin arxiv və elektron kadastr baza məlumatları ilə uyğunluq təşkil etdiyi halda qeydiyyata alır. Belə ki, xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə sözügedən torpaq sahəsi üçün A 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin məlumatlarına əsasən tərtib edilmişdir. Eyni zamanda, Ərazi İdarəsi tərəfindən adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü- Kadastr və X35 X36 Məlumat bazasına və ləğv edilmiş DTXK tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş JN-0035 nömrəli dövlət aktının arxiv nüsxəsinə uyğun hazırlanmışdır. O cümlədən, torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli 2-1(86)-999/2019 və xx.xx.2020-ci il tarixli 2-1(120)-21/2020 iş nömrəli məhkəmə mübahisəsi davam edir və məhkəmə mübahisəsi öz həllini tapana kimi hər hansı torpaq sahəsinin yerinin dəyişdirilməklə, iddia etdiyiniz torpaq sahəsinin mövcud vəziyyətinə uyğun "torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi mümkün deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətiin icrasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X59 İddiaçı Hüseyin qızına ünvanladığı xx.xx.2020-ci il tarixli, **********35 nömrəli məktubunda qeyd olunmuşdur ki, torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli 2-1(86)-999/2019 və xx.xx.2020-ci il tarixli 2- 1(120)-21 /2020 iş nömrəli məhkəmə mübahisəsi davam edir və məhkəmə mübahisəsi öz həllini tapana kimi “Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən 1,2036 ha torpaq sahəsinə verilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi”, torpaq sahəsinin yerinin dəyişdirilməklə, iddia etdiyi torpaq sahəsinin mövcud vəziyyətinə uyğun torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi mümkün deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən müraciətinin icrasından imtina edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində yerləşən 1,599 ha torpaq sahəsinə dair X4 mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən 1,599 ha torpaq sahəsinə dair X4 mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Hacıqasımlı kəndində yerləşən 0,7345 ha torpaq sahəsinə dair X4 mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində yerləşən 3,9573 ha torpaq sahəsinə dair X32 mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X59 xx.xx.2020-ci, **********17 nömrəli məktubunda qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(120)-21/2018 saylı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş koordinatların torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması bağlı qərarı icraya yönəldilərək təkrar araşdırma zamanı müəyyən olunmuşdur ki, Saatlı rayon X22 xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarına əsasən sözügedən torpaq sahəsi ilə bağlı təkrar islahat keçirilmiş və yeri dəqiqləşdirilmişdir. Təkrar islahat keçirilən zaman İddiaçı və 8 nəfər aillə üzvünə verilmiş dövlət aktının JN-35L hissəsində dəyişiklik edilmiş və xx.xx.2004-cü il tarixdə dövlət aktının qeydiyyat kitabında 2907 nömrəsilə qeydiyyata alınmışdır. İddiaçı Hüseyin qızı məhkəməyə təkrar islahat keçirilməmişdən qabaq olan dövlət aktı təqdim etmişdir. Təkrar islahat keçiriləndən sonra ərizədə qeyd olunan torpaq sahəsinin 1.5990 ha hissəsi X11 və 2 nəfər ailə üzvünün (90804018; JN-141) mülkiyyətinə, yerdə qalan hissəsi isə X21 və 6 nəfər ailə üzvünün (90804018; JN-140) mülkiyyətinə verilmişdir. Hər iki mülkiyyətçi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X59 xx.xx.2020-ci, **********97 nömrəli məktubunda qeyd olunmuşdur ki, təkrar islahat keçiriləndən sonra ərizədə qeyd olunan torpaq sahəsinin 1,5990 ha hissəsi X11 və 2 nəfər ailə üzvünü (90804018; JN-141) mülkiyyətinə, yerdə qalan hissəsi isə X21 və 6 nəfər ailə üzvünün (90804018; JN-140) mülkiyyətinə verilmişdir. Hər iki mülkiyyətçi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatını Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. X11 və 2 nəfər ailə üzvü JN-141, kod 90804018 saylı dövlət aktının 1,5590 hisssəsini 30.07.214-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən xx.xx.2017-ci il tarixli 4Ə-671 reyestr nömrəli alqı-satqı müqaviləsilə X1. Alıcı reyestrdən çıxarış almaq üçün Ərazi idarəsinə müraciət etməmişdir. X21 və 6 nəfər ailə üzvü JN-141, kod 90804018 saylı dövlət aktında olan 4,77 ha (mübahisəli torpaq sahəsinin yerləşdiyi 140-cı hissə 3.0575 ha, 140L hissə 1.7139 ha) torpaq sahəsini xx.xx.2003-ci il tarixli 4Ə-671 reyestr nömrəli alqı-satqı müqaviləsilə Yaqubova (Qəhrəmanova) Təranə Dilavər qızına satmışlar. Yaqubova (Qəhrəmanova) Təranə Dilavər qızı mübahisəli torpaq sahəsinin yerləşdiyi 140-cı hissə 3,0575 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirmişdir. Yaqubova (Qəhrəmanova) Təranə Dilavər qızı qeyd olunan torpaq sahəsini xx.xx.2015-ci il tarixli AN- İ ******* saylı 4Ə -129 reyestr nömrəli alqı-satqı müqaviləsilə X3. X51 mübahisəli torpaq sahəsin də daxil olmaqla 3.9573 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu X7 Layihə-Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli, Ç-085 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Araşdırma zamanı müəyyən olundu ki, Saatlı rayonu keçmiş Hacıqasımlı kəndi (“Vətən” təsərrüfatı) ərazisində Saatlı rayonu X29 10.06 1998-cı il tarixli 06 nömrəli qərarına əsasən sözügedən torpaq sahəsi ilə bağlı təkrar islahat keçirilmiş və yeri dəqiqləşdirilmişdir. Həmin vaxtda vətəndaşlara o cümlədən, Şahbazovlar ailəsinə RAİKnın xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə xx xxxx 2004-cü il tarixdə tərtib edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 2-ci dəfə verilmişdir. Belə ki, xx xxxxxx 1998-ci ildə tərtib edilən JN-0035 (kod 90804018) olan Dövlət Aktı ilə xx xxxx 2004-cü ildə tərtib edilən JN-0035 (kod 90804018) olan Dövlət Aktında göstərilən 35L nömrəsi ilə qeyd edilmiş plan/cızgisində torpaq sahəsinin koordinatları və konfiqurasiyası fərqlidir. Mütəxəssis qarşısında qoyulmuş suallara cavab olaraq: İddiaçı adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2.2036 hektar torpaq sahəsi, Saatlı rayonu X29 xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərari ilə xx xxxx 2004-cü il tarixdə, tərtib edilmiş JN-0035 (kod 90804018) nömrəli Dövlət Aktında 35 L plan cizgisi nəzərə alınmaqla İddiaçı yə onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 5.39 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin İddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsi ilə xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2,2036 hektar torpaq sahəsi heç bir halda üst-üstə düşmür və 1348.48 metr məsafədə yerləşir. (Sxematik planda əks olunmuşdur). Birinci sualın cavabında qeyd edilənlər, hər iki suala uyğun aydın və geniş şəkildə qeyd edilmişdir. Həmçinin digər şəxslərin mülkiyyət hüquqlarının pozulub-pozulmaması mühəndisin səlahiyyətinə aid deyildir. Qeyd: İddiaçı adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və xx.xx.2018ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan, Reyestri Xidmətinin tabeliyində olan Kadastr və X35 X36 Məlumat bazasına və ləğv edilmiş DT və XK tərəfindəni DƏDRX-nin 13 saylı X62 təhvil verilmiş JN-0035 nömrəli Dövlət Aktının arxiv nüsxəsinə uyğun hazırlanmışdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23414 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTl-nin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı,1383281 nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2,2036 hektar torpaq sahəsi Saatlı rayonu X29 xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə xx xxxx 2004-cü il tarixdə, tərtib edilmiş JN-0035 (kod 90804018) nömrəli Dövlət Aktına 35L plan/cizgi nəzərə alınmaqla İddiaçı və onunun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 5,39 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin İddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsi xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 2.2036 hektar torpaq sahəsi heç bir halda üst-üstə düşmür və 1348.48 metr məsafədə yerləşir. Həmçinin qeyd olunur ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və X35 X38 Məlumat bazasına və ləğv edilmiş DT və XK tərəfindən DƏDRX-nin 13 saylı X62 təhvil verilmiş JN-0035 nömrəli Dövlət Aktının arxiv nüsxəsinə uyğun hazırlanmışdır. İşdə olan Saatlı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(055)-01/2018 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iş materialı kimi istinad edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2017-ci il tarixli, 20117 nömrəli ekspertiza rəyində qeyd olunmuşdur: “Tədqiqatın nəticə hissəsində Saatlı rayon X29 xx xxxx 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X46 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0035 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında olan torpaq sahəsinin mübahisələndirilən 2,20 ha hissəsinin planı (cizgisi) və koordinatları elektron baza koordinatlarına uyğun gəlməməsi və bu barədə bazada məlumatın olmaması, X21 və onun ailə üzvlərinin adına verilmiş JN-141 saylı, X47 və onun ailə üzvlərinin adına verilmiş JN-142 saylı, X48 və onun ailə üzvlərinin adına verilmiş JN-143 saylı, X6 və onun ailə üzvlərinin adına verilmiş JN-139 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrinin planı (cizgisi) və koordinatları elektron baza koordinatlarına uyğun gəlməsi göstərilmişdir. Hal-hazırda qeyd edilən torpaq sahələri ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş müvafiq çıxarışlarla X32 və Elman Abdullayevin mülkiyyətində olduğu müəyyən edilmişdir”. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 16-cı maddəsinə əsasən: 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə ilk öncə qeyd edir ki, İddiaçı Hüseyin qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X62 qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş planındakı koordinatların (yerin) torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçünün verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(120)-21/2020 nömrəli qərarı ilə İddiaçı Hüseyin qızının iddia tələbi qismən təmin edilərək, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş planındakı koordinatların (yerin) torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçünün verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı İddiaçı Hüseyin qızının müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X59 üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2020-ci il tarixdə icraya yönəldilərək icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X62 göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X59 İddiaçı Hüseyin qızına ünvanladığı xx.xx.2020-ci il tarixli, **********35 nömrəli məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli 2-1(86)-999/2019 və xx.xx.2020-ci il tarixli 2-1(120)- 21/2020 iş nömrəli məhkəmə mübahisəsi davam edir və məhkəmə mübahisəsi öz həllini tapana kimi “Saatlı rayonu Hacıqasımlı kəndində yerləşən 1,2036 ha torpaq sahəsinə verilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi”, torpaq sahəsinin yerinin dəyişdirilməklə, iddia etdiyi torpaq sahəsinin mövcud vəziyyətinə uyğun torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi mümkün deyil. Ona görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən müraciətinin icrasından imtina edilmişdir. İddiaçı qeyd edir ki, Saatlı rayon X29 xx xxxx 1998-cu il tarixli, 06 saylı qararı ilə və JN-0035, kod ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə, X25, Şahbazova Güllü Mövsüm qızının, X14, X26, X18, X15, İddiaçı, X31 və X8 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan və Saatlı rayon Hacıqasımlı kəndi ərazisində yerləşən 5,39 hektar torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətindədir. 2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Saatlı rayon X29 xx xxxx 1998-ci il tarixli, 06 saylı qərarı ilə və JN-0035, kod ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına çıxarış alarkən məlum olmuşdur ki, sözügedən dövlət aktında olan 35 L nömrəsi ilə işarələnmiş, 2,20 hektar torpaq sahəsinin koordinatlarının yeri və torpaq sahəsinin ölçü planları dəyişmişdir. İddiaçı Saatlı rayon X29 xx xxxx 1998-ci il tarixli, 06 saylı qərarı ilə və JN-0035, kod ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında, 5-ci səhifədə olan 35L cizgisində göstərilmiş torpaq sahəsinin koordinatlarına uyğun dəyişdirilməklə, yəni xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə müraciət etmiş, ancaq müraciəti təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təkrar islahat keçiriləndən sonra ərizədə qeyd olunan torpaq sahəsinin 1,5990 ha hissəsi X11 və 2 nəfər ailə üzvünü (90804018; JN-141) mülkiyyətinə, yerdə qalan hissəsi isə X21 və 6 nəfər ailə üzvünün (90804018; JN-140) mülkiyyətinə verilmişdir. Hər iki mülkiyyətçi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatını Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. X11 və 2 nəfər ailə üzvü JN-141, kod 90804018 saylı dövlət aktının 1,5590 hisssəsini 30.07.214-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən xx.xx.2017-ci il tarixli 4Ə-671 reyestr nömrəli alqı-satqı müqaviləsilə X1. Alıcı reyestrdən çıxarış almaq üçün Ərazi idarəsinə müraciət etməmişdir. X21 və 6 nəfər ailə üzvü JN-141, kod 90804018 saylı dövlət aktında olan 4,77 ha (mübahisəli torpaq sahəsinin yerləşdiyi 140-cı hissə 3.0575 ha, 140L hissə 1.7139 ha) torpaq sahəsini xx.xx.2003-ci il tarixli 4Ə-671 reyestr nömrəli alqı-satqı müqaviləsilə Yaqubova (Qəhrəmanova) Təranə Dilavər qızına satmışlar. Yaqubova (Qəhrəmanova) Təranə Dilavər qızı mübahisəli torpaq sahəsinin yerləşdiyi 140-cı hissə 3,0575 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirmişdir. Yaqubova (Qəhrəmanova) Təranə Dilavər qızı qeyd olunan torpaq sahəsini xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı 4Ə -129 reyestr nömrəli alqı-satqı müqaviləsilə X3. X51 mübahisəli torpaq sahəsin də daxil olmaqla 3.9573 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirmişdir. Bundan əlavə, məhkəmə iş materiallarındakı mütəxəssis və ekspert rəyləri ilə müəyyən etdi ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, A № 293801 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və X35 X38 Məlumat bazasına və ləğv edilmiş DT və XK tərəfindən DƏDRX-nin 13 saylı X62 təhvil verilmiş JN-0035 nömrəli Dövlət Aktının arxiv nüsxəsinə uyğun hazırlanmışdır. Həmçinin, iş materiallarındakı mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyiki torpaq sahəsinə, yəni xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlarda yerləşən torpaq sahəsinə üçüncü şəxslərin (X32 və X12) mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Мəhkəmə iş materiallarında olan mütəxəssis və ekspert rəylərini mötəbər sübut kimi qəbul edir. Məhkəmənin qənaətinə görə xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlarda yerləşən torpaq sahəsinə üçüncü şəxslərin mülkiyyət hüquqları qeydiyyata alındığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbləri baxımından dövlət reyestrində aparılmış qeydin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Başqa sözlə, nə qədər ki, üçüncü şəxslərin (X32 və X12) adına dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməyib, həmin torpaq sahəsinə digər şəxsin mülkiyyət hüquqları qeydiyyata alına və torpaq sahəsinin plan və ölçü sənədi verilə bilməz. Yuxarıda qeyd olunanları, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı Hüseyin qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X62 qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş koordinatların dəyişdirilərək torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçü sənədinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Hüseyin qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X62 qarşı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş koordinatların dəyişdirilərək torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixli, JN-35L nömrəli dövlət aktının planındakı koordinatlara uyğun yeni plan və ölçü sənədinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-94/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-94/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver