Məhkəmə qərarları › İş №2-1(120)-94/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-94/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-94/2022 22.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “iddiaçıya məxsus ******* saylı hərbi biletin xüsusi qeydlər hissəsində “hərbi hissəni özbaşına tərk etmişdir” qeydinin yazılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və qeydlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə kompleksinin inzibati binаsındа аçıq məhkəmə iclаsında bахаrаq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “qeydin etibarsız hesab edilməsi və yeni hərbi biletin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-857/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə qarşı “qeydin etibarsız hesab eilməsi və yeni hərbi biletin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmış, iddia tələbinə “iddiaçıya məxsus ******* saylı hərbi biletin xüsusi qeydlər hissəsində “hərbi hissəni özbaşına tərk etmişdir” qeydinin yazılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və qeydlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 1993-1994-cü illərdə Qarabağ döyüşlərində iştirak etmişdir. Belə ki, Nasosnuda hərbi təlim keçdikdən sonra 1993-cü ilin iyununda onu və təlim yoldaşlarını Ağdama döyüş bölgəsinə göndərdilər. Yaralanmış əsgər yoldaşını döyüş zonasından çıxarmağa çalışanda yanlarında mərmi partladı. Həmin vaxt başından yaralanmışdır. Gözünü açanda Bakıda Semaşko xəstəxanasında olub. Müalicə zamanı həkimi ona vəziyyətinin yaxşı olmamasını, təxliyyə olunmasını məsləhət bilmişdir. O, isə razılaşmamış, sonra hərbi hissəyə qayıtmışdır. Lakin onun hərbi hissəsi dağıldığı üçün o, Nasosnuya hərbi hissəyə gəlmişdir, onu yeni çağırışçılarla xidmət etməyə göndərmişlər. O, komandirlə mübahisə edərək köhnə döyüşçü olduğunu bildirmiş, onu könüllü döyüşə, ön cəbhəyə göndərmələrini bildirmişdir. Lakin komandir onu müddətsiz qumbağa saldırmışdır. Sonra qumbağın komandiri onu tanımış və ona kömək edəcəyini bildirmişdir, ancaq onu yenə də yeni çağırışçılara qoşublar. O, SHXÇ üzrə DXnin Lənkəran şəhər İdarəsinə gedib könüllü döyüş bölgəsinə getmək istədiyini bildirib. Onu 3 gün Pirəkəşküldə saxlayandan sonra Füzulidə yerləşən N saylı hərbi hissəyə göndərmişlər. N il orada Harami düzündə döyüşmüşdür. Həmçinin yaxşı xidmətə görə təşəkkürnamə də almışdır. Onu komandiri leytenant Bahadur Həsənov məzuniyyətə göndərmək istəsə də, o getmirmiş. Batalyon komandiri özü şəxsən pozisiyaya gəlib onu məcburi xx.xx.1994-cü ildə məzuniyyətə göndərib. Onun heç bir sənədi yox imiş. Semaşko xəstəxanasından verilən sənədi də SHXÇ üzrə DX-nin Lənkəran şəhər İdarəsinə veribmiş, onda surəti də qalmamışdır, onun hərbi biletini də bir neçə ildən sonra tanımadığı şəxs gətirib, o, Ağdam rayon sakini imiş. 2012-ci ildə aparıb Lənkəran şəhər Hərbi komissarlığına verib, onlar da qeydiyyata alıblar. 2012-ci ilə qədər SHXÇ üzrə DX-nin Lənkəran şəhər İdarəsi onunla maraqlanmamışdır ki, ölüb, ya sağdır. Hərbi komissar onu hərbi müstəntiqin yanına göndərib, o hər şeyi yazılı şəkildə müstəntiqə təqdim edibmiş. O latın qrafikasını bilmir. Orada nə onun Qarabağda döyüşməsi, nə də yaralanmağı haqqında heç nə qeyd olunmayıb və hərbi biletimdə 23-cü səhifədə yazılan “Hərbi hissəni özbaşına tərk edib“ qeydindən də xəbəri yox imiş. O, bu qeyddən AR MN-ə müraciət etdikdən sonra xx.xx.2017-ci ildə xəbər tutmuşdur. Hərbi biletində 23-cü səhifədə yazılan “Hərbi hissəni özbaşına tərk edib“ qeydi etibarsız hesab edilməsini və cavabdehin üzərinə yeni hərbi biletin verilməsi öhdəliyi qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin, üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi Vəkil ərizə göndərərək başqa məhkəmə prosesləri olduğu üçün üzürlü səbəb kimi qəbul edilməsini, iddianı müdafiə etdiyini, qarşı tərəfin isə iddianın əksinə heç bir sübut və ya dəlil təqdim edə bilmədiyini, belə sübutların, arqumentlərin olmasının qeyri-mümkün olması, işə onun iştrakı olmadan baxılması və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin, üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Əsaslandırma hissəsi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İş materiallarında olan İddiaçı məxsus НЗ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə hərbi xidmətə çağırılmışdır. Xüsusi qeyd olan hissədə isə, onun N və N saylı hərbi hissəni özbaşına tərk etməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli Hp-01/36 nömrəli Sumqayıt rayon Hərbi Prokurorluğunun xx.xx.2012-ci il tarixli Hp-14/256 saylı məktub və Füzuli rayon Hərbi Prokurorluğunun xx.xx.2012-ci il 17/652 saylı məktubuna əsasən hərbi uçota götürülməsi qeyd edilmişdir. - İş materiallarında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, hərbi biletini 2012-ci il tarixdə Lənkəran Hərbi Komissarlığa verdiyini, qeydiyyata alındığını, hərbi komissarın onu hərbi müstəntiqin yanına göndərdiyini, hər şeyi yazılı qaydada müstəntiqə təqdim edildiyini, latın qrafikasını bilmədiyini, hərbi biletdə Qarabağda döyüşməsi və yaralanması barədə qeyd olunmadığını, hərbi biletdə 23-cü səhifədə yazılan “hərbi hissəni özbaşına tərk edib” qeydindən xəbəri olmadığını, bundan xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinə müraciət edəndə xəbər tutduğunu, N saylı Hərbi hissənin M/977 saylı, xx.xx.1994-cü il tarixli ezamiyyət sənədi ilə evə buraxıldığını, fərarilik etmədiyini bildirmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 1/Q-1568 saylı məktuba əsasən, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2017-ci il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Arxiv sənədlərinə əsasən xidmət müddəti tam təsdiqlənmədiyindən və hərbi biletinin 23-cü səhifəsindəki qeydlərə əsasən N və N nömrəli hərbi hissələrdən fərarilik etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin məhkəməyə göndərdiyi xx.xx.2021-cı il tarixli, 9/2-5114 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 75 №-li əmrilə (əsas: səh.48, §1, sıra-97) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq “sıravi" hərbi rütbəsi verilərək kursant vəzifəsinə təyin olunmuşdur. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 79 Nq-İİ əmrilə (əsas: səh.41, §2, sıra-66) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına keçirilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş X4 N nömrəli hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 4 №-li əmrilə (əsas: səh.15, §1, sıra-65, əmrdə adı Sadıq yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq kəşfiyyatçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 17 №-li əmrilə (əsas: səh 46, § 4, sıra 3, əmrdə adı Sadıx yazılmışdır) X5 müalicə üçün N №-li hərbi hissənin tibb bölüyünə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 48 №-li əmrilə (əsas; səh 27, § 2, sıra 4, əmrdə adı Sadıx yazılmışdır) X5 müalicə üçün hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 998 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayonu Qurunba kənd sakini xx.xx.1975-ci il təvəllüdlü X3 məxsus H3 ******* nömrəli hərbi biletinin 23-cü səhfəsindəki qeydlər yazılması, N və N nömrəli hərbi hissəni özbaşına tərk etməsi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-01/36 nömrəli, Sumqayıt Hərbi Prokurorluğunun HP-14/256 nömrəli və Fizuli Hərbi Prokurorluğunun xx.xx.2012-ci il tarixli 17/652 nönmrəli məktubları əsasında qeyd edilərək keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığının xx.xx.2006-cı il tarixli 1113 nömrəli məktubu əsasındada hərbi qeydiyyata götürülmüşdür. X2 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsinə dair xidmət illəri barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə olunmuş təkrar sorğular nəticəsində natamam xidmət etməsi qeyd edilmişdir. X2 Az.Resp.SQ-də tam hərbi xidmət keçib-keçməməsinə dair məlumatların qeyd edilməsi Müdafiə Nazirliyinin səlahiyyətindədir. - İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 012-12476- 1221 nömrəli məktubunda qeyd edilmişdir ki, 15.01,1975-ci ildə Lənkəran rayonunda doğulmuş İddiaçı Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 811 saylı “Əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Bununla yanası qeyd edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırılmaqla Daxili İşlər Nazirliyi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış «Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat»ın (www.e-qanun.az) 8.6. bəndinə və 8.6.1. yarımbəndinə müvafiq olaraq şəxsin məhkumluğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsi ilə yoxlanılır. Tələbnamələr bu Təlimatla müəyyən olunmuş formada (9 nömrəli əlavə) tərtib edilir və hər bir yoxlanılan səxsə dair ayrıca tələbnamə doldurulur, onun soyadı, adı, ata adı adlıq halda, çap hərfləri ilə yazılır. Bu növ sorğuların icra prosesində operativliyi təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarında «Elektron tələbnamə» sorğu sistemi istismara verilmişdir. Gələcəkdə müvafiq məlumatların qısa müddətdə əldə olunması üçün ərazi polis orqanına müraciət etmək tövsiyə olunur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüququ İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 11/1231 nömrəli münasibət məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən sorğumuza əsasən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 4/2-2109 nömrəli arxiv arayışında Lənkəran RHK-nın çağrılmış, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 75 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilərək kursant vəzifəsinə təyin edildiyi, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 79 nömrəli əmrilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxardılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına keçrildiyi, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 4 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq “kəşviyyaçı” vəzifəsinə təyin edildiyi, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 17 nömrəli əmrilə müalicə üçün N nömrəli hərbi hissənin tibb bölüyünə göndərilərək qazan təminatından çıxarıldığı, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 48 nömrəli əmrilə müalicə üçün hospitala göndərilərək qazan təminatından çıxarıldığı, N nömrəli hərbi hissə komandirinin N iyul-dekabr 1993-cü il və 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-İVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbivətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbinəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”ni və Xidmətin normativ hüquqi aktlarını rəhbər tutur. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.Xidmət fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkili prinsipləri əsasında qurur. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 695 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. İddiaçı ona məxsus ******* saylı hərbi biletin xüsusi qeydlər hissəsində “hərbi hissəni özbaşına tərk etmişdir” qeydinin yazılmasını mübahisələndirir. İddiaçıya məxsus ******* saylı hərbi biletin xüsusi qeydlər hissəsində “hərbi hissəni özbaşına tərk etmişdir” yazılması hansı əsasla yazılması araşdırılmalıdır. Məhkəmədən hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul etməsini xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli HPxx/xx-4103 nömrəli arayışdan görünür ki, xx.xx.2006cı il tarixli HP-01/36 nömrəli məktub 03 aprel 1996-cı il tarixədək hərbi hissə və xidmət yerlərini özbaşına buraxıb getmiş hərbi qulluqçular barəsində hərbi prokurorluq orqanlarında cinayət işi və ya araşdırma materialı olmadığı halda yaSadıq ları yer üzrə hərbi komissarlıqda hərbi uçota qəbul edilmələri və onların hərbi xidmətə göndərilməsi məsələsinin qanunla müəyyən edilmiş qaydada həll edilməsinə aid olmuş və icra edilməsi üçün Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Hərbi Komissarlığına xx.xx.2006-cı il tarixdə göndərilmişdir. - İş materiallarında olan Sumqayıt Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HP- 20/1983 saylı məktubuna əsasən, Prokurorluq tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli, HP-14/256 saylı məktubla 1975-ci il təvəllüdlü İddiaçı barəsində Sumqayıt Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmadığından sənədlərin surəti Lənkəran şəhər Hərbi Komissarlığına geri qaytarılmışdır. - Azərbaycan Respublikası Hərbi Komissarlığının xx.xx.2006-cı il tarixli, 1113 saylı tələbinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılmış və hərbi hissələri özbaşına tərk etmiş, fərarilik etmiş, qanunla müəyyən edilmiş hərbi xidmət müddətini (18 ay) tam keçmiş şəxslərdən, barələrində cinayət işi və ya araşdırma materialı olmayan hərbi qulluqçuların hərbi vəzifəlilərin hərbi uçotuna götürülmələrini və onların hərbi hileliərinin və uçot katlalarının «xüsusi qeydlər» bölməsində yuxanda göstərilən məzmunda qeydiyyatın aparılmasının təşkil edilməsi tələb edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş etiraza əsasən, Lənkəran rayon, Qurumba kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, 5-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdə Lənkəran onunun keçmiş Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 9/2-1337 saylı arxiv arayışında X2 xx.xx.1993-cü il tarixli 75 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olunması qeyd edilmişdir. xx.xx.1993-cü il tarixdə xidmətini davam etmək üçün N saylı hərbi hissəyə göndərilmiş, lakin hərbi hissədən nə vaxt tərxis olunması barədə qeyd aparılmayıb. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş ayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında siqələr,yaralanma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı və müvafiq teran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik azirlikləri tərəfindən onların yaratdıqları komissiyanın rəyi ilə verilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon X1 hərbi xidmətdən nə vaxt tərxis olunması, yaralanması və ya fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi və ya məkum olunub-olunmaması barədə heç bir məlumat yoxdur. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına da nəzər yetirməyi zəruri hesab edir. Belə ki, «Hərbi Qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 28.6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Haqqında” xx.xx.2012-ci il tarixli Əsasnamənin 5.6.5-ci maddəsinə əsasən, qərarlar formasında normativ hüquqi aktlar, əmr və sərəncamlar formasında isə qeyrinormativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. Əsasnamənin 5.6.12-ci maddəsinə əsasən, xidmət rəisi vətəndaşları Xidmətə həqiqi hərbi xidmətə və işə qəbul edir, onları işdən azad edir, ali zabit heyəti istisna olmaqla, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır. «Hərbi xidmətkeçmə haqqında» xx.xx.1997-ci il tarixli Əsasnamənin 130-cu maddəsinə əsasən, müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq üçün müəyyən edilmiş müddət bitdikdən sonra hərbi qulluqçuların hərbi-həkim komissiyasında yenidən müayinədən keçməsi barədə qərar qəbul edilibsə və onlar dinc dövrdə hərbi xidmətə yararsız və ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılıblarsa, onları ehtiyata və ya istefaya buraxmaq olar. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi o vaxt qanuni və əsaslı hesab oluna bilər ki, iddiaçının hərbi xidmətə daxil olması, sonrakı xidməti və xidmətdən tərxis olunması nizami hissə üzrə əmrlər ilə öz təsdiqini tapsın. Hərbi xidmət keçmə dedikdə isə şəxsin (hərbi qulluqçunun) hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla tərxis olunması barədə hər hansı mötəbər sübut aşkar olunmamışdır. İddiaçı tərəfindən də məhz hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasına dair sübutlar (əmr) məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.1993-1994-cü il tarixlərdə və həmin tarixdən sonrakı xidməti barədə məlumat aşkar edilməmiş və araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı müharibə veteranı adının alınması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin iddiaçının ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhz qanunvericiliyin tələblərinə uyğun iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “iddiaçıya məxsus ******* saylı hərbi biletin xüsusi qeydlər hissəsində “hərbi hissəni özbaşına tərk etmişdir” qeydinin yazılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və qeydlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “iddiaçıya məxsus ******* saylı hərbi biletin xüsusi qeydlər hissəsində hərbi hissəni özbaşına tərk etmişdir” qeydinin yazılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və qeydlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. 30 (otuz) gün müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar