Məhkəmə qərarları › İş №2-1(120)-940/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-940/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-940/2024 07.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə əlilliyi müavinətinin və Prezident təqaüdünün xx.xx.2014cü il tarixdən xx.xx.2017-ci tarixədək hesablanaraq ödənilməsi, həmçinin xx.xx.2008-ci il tarixdən etibarən müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqadünün hesabalanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə əlilliyi müavinətinin və Prezident təqaüdünün xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci tarixədək hesablanaraq ödənilməsi, həmçinin xx.xx.2008-ci il tarixdən etibarən müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqadünün hesabalanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 02 noyabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialına (əvvəlki Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi) qarşı “müharibə əlilliyi müavinətinin və Prezident təqaüdünün xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci tarixədək hesablanaraq ödənilməsi, həmçinin xx.xx.2008-ci il tarixdən etibarən müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqadünün hesabalanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia qaldırmışdır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-840/2018 nömrəli qərarının surətindən görünür ki, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə müavinətin və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı qüvvəyə mindiyi 01 sentyabr 2008-ci il tarixdən İddiaçı şamil olunaraq, Prezident təqaüdünün 01 sentyabr 2008-ci il tarixdən 22 dekabr 2017-ci il tarixədək olan dövr üçün hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-840/2018 nömrəli qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınının xx.xx.2018-ci il tarixli, 2-1(106)-212/2018 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin apelyasiya şikayətinin təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-840/2018 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınının xx.xx.2018-ci il tarixli, 2-1(106)-212/2018 nömrəli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınının xx.xx.2018-ci il tarixli, 2-1(102)-2076/2018 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin kassasiya şikayətinin qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınının xx.xx.2018-ci il tarixli, 2-1(106)-212/2018 nömrəli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyün müdafiəsi ilə əlaqədar əlilliyə görə müavinətinin və Prezident təqaüdünün 1992-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin Qərarın 8.4-cü bəndində qeyd edilir ki, “Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir”. Həmin Qərarın 15.5-ci bəndində qeyd edilir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Qərarın 15.6-cı bəndində qeyd edilir ki, Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialı (əvvəlki adı Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi) arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınının xx.xx.2018-ci il tarixli, 2-1(102)-2076/2018 nömrəli qərarı mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə yenidən inzibati icraat qaydasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə əlilliyi müavinətinin və Prezident təqaüdünün xx.xx.2014cü il tarixdən xx.xx.2017-ci tarixədək hesablanaraq ödənilməsi, həmçinin xx.xx.2008-ci il tarixdən etibarən müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqadünün hesabalanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar