Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-942/2022 23.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 dekabr 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa edilməsi və xx.xx.2020-ci il tarixdən bu günə kimi ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialının hazırkı məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilməsi, həmçinin iddianın dəyişdirilərək “ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialının hazırkı məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilmiş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olmuşdur. Hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Qeyd edir ki, o, xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ləğv edilmiş X8 İnstitutunda mühəndis vəzifəsində işləmişdir. İşlədiyi illər ərzində çöl şəraitində geodeziya və topoqrafıya işlərini yerinə yetirmişdir. Buna əsasən ona xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə ona güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Bildirmək istəyir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarına əsasən ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıyageodeziya, geofızika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər və geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər güzəştli şərtlərlə əmək pensiyası alırlar. Ona görə də, ona güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası tam qanuni olmasma baxmayaraq qanunsuz olaraq dayandırılmışdır. Kəsilmiş pensiyanın (müavinətin) bərpa edilməsini tələb etsə də tələbinə məhəl qoyan olmadı. Bu səbəbdən də kəsilmiş pensiyanın bərpa edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2017-ci il tarixdən iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə pensiya ödənişi dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Bunun müqabilində, xx.xx.2020-ci il tarixdə cavabdeh orqan bildirmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan 12 il 6 ay güzəştli sosial sığorta stajı mövcud deyildir. Bu səbəblə, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 7557,33 manat artıq əmək pensiyası almışdır. Bu səbəbdən də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı is yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək səraiti xüsusilə zərərli və ağır olan islərdə (istehsalatların, pesələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalısan sığortaolunanların: kisilər-57 yasına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin islərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin islərdə çalısmıslarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək səraitinə görə güzəstli sərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında səxsin güzəstli sərtlə pensiya hüququ verən isdə çalısmasına dair is yerinin arayısının əlavə edilməli olması göstərilmişdir. İddiacı N.Sahbazova məxsus səxsiyyət vəsiqəsindən məlum olur ki, iddiacı xx.xx.1958-ci il tarixdə doğulmusdur. xx.xx.2020-ci il tarixdə iddiaçının 61 yası tamam olmusdur. İs üzrə icraat materiallarına əlavə edilmis N.B.Sahbazova məxsus l/İT-l № ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.2015-ci il tarixədək iddiacının 24 il 08 ay 35 gün sosial sığorta stajı mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Dasınmaz Əmlakın Kadastrı və Ünvan Revestri Xidməti Kadastr və X2 Cəmiyyətinin 350 nömrəli, xx.xx.2015-ci il tarixli təsdiqləyici arayısına əsasən X1 Yerqurulusu Layihə İnstitutunda mühəndis vəzifəsində çalışmışdır və arayışa əlavə edilmis arayışa əsasən onun güzəstli sosial sığorta stajı 12 il 5 aydır. İddiaçı N.Sahbazov ona güzəstli sərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə xx.xx.2020-ci il tarixdə çatmısdır. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində güzəstli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ücün əsas sərtlərdən biri kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli olması qeyd olunmusdur. Qanunvericiliklə müəyyən edilmis qaydaya əsasən iddiaçı N.Sahbazova güzəstli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 40800,00 manat olmalıdır. Lakin, iddiaçı N.Sahbazovun fərdi hesabının sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı 21580,31 manatdır. İddiaçının ümumi sosial sığorta stajı 25 ildən az, yəni 24 il 8 ay 35 gün, güzəstli sosial sığorta stajı isə 12 il 6 aydan az, yəni 12 il 5 ay təskil edir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarsılıqlı təhlili və isin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, iddiaçı N.Sahbazovun həm sosial sığorta stajının tələb olunan sosial sığorta stajından az olması səbəbilə, həm də fərdi hesabının sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən asağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəstli sərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmis və buna görə də cavabdeh tərəfindən verilmis imtina qanunauyğun olmusdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2017-ci il tarixdən iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə pensiya ödənişi dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Bunun müqabilində, xx.xx.2020-ci il tarixdə cavabdeh orqan bildirmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan 12 il 6 ay güzəştli sosial sığorta stajı mövcud deyildir. Bununla yanaşı, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən iş yeri çöl şəraitində olduğundan onun güzəştli arayışının forması fərqli, yəni aylarla deyil günlərlə yazılmalı idi. İddiaçının təqdim etdiyi güzəştli arayışında isə dövrlər aylar üzrə göstərilmiş, üstəlik yuvarlaqlaşdırılıb 12 il 06 ay görünüşü verilməyə çalışılmışdır. Lakin bu cəhd baş tutmamış həmin illər toplansa belə, güzəştli staj 12 il 05 ay təşkil etmiş olur. Qanunsuz təyinatın aparılması seçmə auditlə aşkar olunmuş və qanunsuz əlverişli inzibati aktın dayandırılması barədə inzibati akt qəbul edilmişdir. Beləliklə, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 7557,33 manat artıq əmək pensiyası almışdır. Bu səbəbdən də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmisdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı is yerindən asılı olmayaraq yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək səraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, pesələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yasına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək səraitinə qörə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. İddiaçı N.Sahbazova məxsus səxsiyyət vəsiqəsindən məlum olur ki, iddiacı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçının 61 yası tamam olmuşdur. İs üzrə icraat materiallarına əlavə edilmis N.B.Sahbazova məxsus l/İT-l № ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.2015-ci il tarixədək iddiaçının 24 il 08 ay 35 gün sosial sığorta stajı mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Dasınmaz Əmlakın Kadastrı və Ünvan Revestri Xidməti Kadastr və X3 Cəmiyyətinin 350 nömrəli, xx.xx.2015-ci il tarixli təsdiqləyici arayısına əsasən X1 Yerquruluşu Lavihə İnstitutunda mühəndis vəzifəsində çalısmısdır və arayısa əlavə edilmis arayısa əsasən onun güzəştli sosial sığorta stajı 12 il 5 aydır. İddiaçı N.Sahbazov ona güzəstli sərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmus yaş həddinə xx.xx.2020-ci il tarixdə çatmısdır. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində güzəştli sərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əsas sərtlərdən biri kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasınm minimum məbləgindən az olmayan pensiya təminatına imkan verməli olması qeyd olunmusdur. Qanunvericiliklə müəyyən edilmis qaydaya əsasən İddiaçı güzəstli sərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 40800,00 manat olmalıdır. Lakin, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21580,31 manatdır. İddiaçının ümumi sosial sıqorta stajı 25 ildən, güzəstli sosial sığorta stajı isə 12 il 06 aydan azdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarsılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı həm sosial sığorta stajının tələb olunan sosial sığorta stajından az olması səbəbilə, həm də fərdi hesabının sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən asağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəstli sərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərı baxımından mümkün hesab edilməmis və buna görə də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmusdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2017ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında qanunvericiliyin pozulması halına yol verildiyi aşkar edilmiş, iddiaçının nəinki 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2017-ci il tarixə ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 12 il 06 ay minimum sığorta stajına malik olmadığı müəyyən edilmiş, bu səbəbdən xx.xx.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 10-10-11-/12 saylı məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən 1979-cu ildə S.Ağamalıoğlu adına “Şərəf Nişanı” Ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Meyvə-tərəvəz və üzümçülük” ixtisası üzrə əyani şöbəyə daxil olmuş və 1985-ci ildə tam kursu bitirmişdir. İş materiallarında olan 15 aprel 1985-ci il tarixli, ЛB 015239 nömrəli diplomun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 3158 nömrəli arayışının və 03 iyun 1979-cu il tarixli, İT-İ № ******* nömrəli əmək kitabçasının surətlərindən görünür ki, İddiaçı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aldığı təhsil illəri 05 il 04 ay 11 gün, hərbi xidmət illəri 2 il, xx.xx.1975-ci il tarixindən əmək fəaliyyətini bitirdiyi xx.xx.2021ci il tarixinə kimi iş stajı 28 il 01 gün, ümumilikdə isə iş stajı 35 il 04 ay 12 gün təşkil edir. Qeyd olunan sənədlərin surətlərinə əsasən müəyyən edilən 35 il 04 ay 12 gün ümumi iş stajının 20 il 08 ay 25 gün təşkil edən hissəsi xx.xx.2006-cı il tarixə, 30 il 07 ay 22 gün təşkil edən hissəsi isə xx.xx.2017-ci il tarixə yaranmış iş stajıdır. Həmin sənədlərin surətinə əsasən xx.xx.2017-ci il tarixə toplanmış 30 il 07 ay 22 gün iş stajının 13 il 09 ay 27 gün təşkil edən hissəsi iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində işlədiyi dövrdür. İş materiallarında olan DSMF Masallı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli 461 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X4 Cəmiyyətinin 14 avqust 2015-ci il tarixli 326 nömrəli arayışında İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən çöl işləri üzrə iş stajının xx.xx.2006-cı il tarixə 3 il 10 ay 11 gün, xx.xx.2015-ci il tarixə 12 il 07 ay, 03 sentyabr 2015-ci il tarixli 350 nömrəli digər arayışında isə xx.xx.2006-cı il tarixə güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən çöl işləri üzrə iş stajının 4 il 03 ay, xx.xx.2015-ci il tarixə 14 il təşkil etdiyi qeyd olunmuşdur. İş materiallarında olan DSMF Yasamal rayon şöbəsinin DSMF Masallı rayon şöbəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli, 12/4027 nömrəli məktubdan və ona əlavə edilmiş aktın surətində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X4 Cəmiyyəti tərəfindən İddiaçı adına verilmiş 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayış düzgün tərtib edilmiş, arxiv arayışları və sənədləri ilə heç bir uyğunsuzluq aşkar edilməmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı hərbi xidmət və təhsil illəri nəzərə alınmaqla xx.xx.1975-ci il tarixindən əmək fəaliyyətini bitirdiyi xx.xx.2021-ci il tarixinə kimi ümumilikdə 35 il 04 ay 12 gün iş stajına malik olmuş, həmin stajın 20 il 08 ay 25 gün təşkil edən hissəsi xx.xx.2006-cı il tarixə, 30 il 01 ay 12 gün təşkil edən hissəsi iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə, 30 il 07 ay 22 gün təşkil edən hissəsi isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi xx.xx.2017-ci il tarixə yaranmış iş stajından ibarət olmuş, xx.xx.2017-ci il tarixə toplanmış 30 il 07 ay 22 gün iş stajının 13 il 09 ay 27 gün təşkil edən hissəsi iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində işlədiyi dövr olmuş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X4 Cəmiyyətinin 03 sentyabr 2015-ci il tarixli 350 nömrəli arayışına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən çöl işləri üzrə iş stajının 14 il təşkil etdiyi qeyd olunmuş, bu əsaslarla DSMF Masallı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli, 461 nömrəli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən iş stajının qanunla tələb olunan minimum həddən, yəni 12 il 6 aydan az olması, həmçinin tələb olunan pensiya kapitalının 40800,00 manat qarşılığında İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 21580,31 manat təşkil etməsi səbəbi ilə xx.xx.2020-ci il tarixdən ona pensiya ödənişi dayandırılmışdır. “Əmək pensiyaiarı haqqında” Azərbaycan Respubiikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 U sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunduğu kimi, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2017-ci il tarixə 30 il 07 ay 22 gün iş stajı toplamış, bu stajın 13 il 09 ay 27 gün təşkil edən hissəsi iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində işlədiyi dövr olmuş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və X4 Cəmiyyəti 03 sentyabr 2015-ci il tarixli 350 nömrəli arayışında İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən iş stajının 14 il təşkil etdiyini qeyd etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və X4 Cəmiyyəti 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayışında İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən çöl işləri üzrə iş stajının 14 il olduğunu qeyd etsə də, həmin arayışın tərkib hissəsi olan cədvəldən görünür ki, Cəmiyyət bu nəticəyə iddiaçının 2001-2014-cü illəri əhatə edən əmək fəaliyyəti dövründə çöl işlərinə ezam olunduğu müddətləri yuvarlaqlaşdırmaqla gəlmişdir. Halbuki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və X4 Cəmiyyətinin 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayışının tərkib hissəsi olan cədvəldən görünür ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində işlədiyi vaxt güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən çöl işləri üzrə ezam müddətində topladığı güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən iş stajı 12 il 03 ay 05 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2017-ci il tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 12 il 06 ay minimum sığorta stajına malik olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasında cavabdeh təşkilat tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3cü maddəsinin tələbinə əsasən bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsassız olduğundan rədd edilməldir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-942/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-942/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver