Məhkəmə qərarları › İş №2-1(120)-943/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-943/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-943/2020 19.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1 iştirakı ilə, İddiaçı qızının cavabdeh Dövlət x7 Ağcabədi rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı qızı 1960-cı ildə anadan olmuşdur, 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “C.Cabbarlı” kolxozunda işləmişdir. Həmçinin 01.07.2000-ci il tarixdən 11.03.2020-ci il tarixədək qaynatası x2 qulluq etmişdir. O, əlil uşağa qulluq etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət x7 Ağcabədi rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh 04 mart 2020-ci il tarixli, **********9 məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı qızı cavabdeh Dövlət x7 Ağcabədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “C.Cabbarlı” kolxozunda işlədiyi illərin və 01.07.2000-ci il tarixdən 11.03.2020-ci il tarixədək qaynatası x2 qulluq etdiyi müddətin sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2-1(120)-943/2020 saylı qərardadı ilə iddia tələbinə 01.07.2000-ci il tarixdən 11.03.2020-ci il tarixədək qaynatası x2 qulluq etdiyi illərin və 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “C.Cabbarlı” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, əlil uşağa qulluq etmiş ana kimi hüququnun yarandığı (56 yaş yarımdan) vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət x7 Ağcabədi rayon şöbəsinin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “C.Cabbarlı” kolxozunda işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “C.Cabbarlı” kolxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, iddiaçı və cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətini, Dövlət x7 Ağcabədi rayon şöbəsinin 05 iyun 2020-ci il tarixli, **********2 nömrəli arayışını, yaşayış yerindən arayışını, ödəniş qəbzini, arxiv arayışını, əlil övladının əlilliyə görə müavinət alması barədə vəsiqəsini, Ağcabədi rayon İcra Hakimiyyətinin Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və aktını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən Dövlət arxivinin Ağcabədi rayon şöbəsi tərəfindən göndərilmiş arxiv kitablarından çıxarışın məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Ağcabədi rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlil uşaq anası kimi yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, 19 fevral 2020-ci ildə 56 yaş yarımı tamam olduğu vaxt onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 25 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 01.07.2000-ci il tarixdən 11.03.2020-ci il tarixədək qaynatası x2 qulluq qulluq etməsi iş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının Hindarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 fevral 2020-ci il tarixli aktı ilə təsdiq olunur. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, eləcə də, 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “C.Cabbarlı” kolxozunda işləməsi Dövlət Arxivinin Ağcabədi filialının 04 mart 2020-ci il tarixli 69 nömrəli arxiv arayışı ilə təsdiq olunur. İddiaçının 02.04.2001-ci il tarixdən sağlamlıq imkanları məhdud əlil övladı x3 qulluq etməsi iş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının Hindarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 iyun 2020-ci il tarixli, 288 nömrəli arayışı və Dövlət x7 Ağcabədi rayon şöbəsinin 05 iyun 2020-ci il tarixli, **********2 nömrəli arayışı ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçı uşaqlıqdan sağlamlıq imkanları məhdud əlil övladına qulluq etdiyindən və 25 ildən artıq sığorta stajına malik olduğundan, onun pensiya yaşı (61 yaş yarım) 5 il azaldılmaqla 56 yaş yarımına çatdığı 19 fevral 2020-ci ildən yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Ağcabədi rayon şöbəsinin 29 aprel 2020-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan İddiaçı qızı 04.03.2020-ci il tarixdə iş stajı barədə sənədlərini təqdim edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyində 08 oktyabr 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyaları təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı ilədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı qızı 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu Tacikistan və C.Cabbarlı adına kolxozlarda işləmiş, 01.07.2000- 11.03.2020-ci ilərdə isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən 70 yaşdan yuxarı qocaya qulluq etmişdir. Bununla bağlı vətəndaş Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 04.03.2020-ci il tarixli 69 nömrəli Arxiv arayışı təqdim etmişdir. Vətəndaşın arxiv arayışı üzrə 16 il, 70 yaşdan yuxarı qocaya qulluq dövrü 19 il 8 ay nəzərə aldıqda ümumilikdə 35 il 8 ay sosial sığorta stajı yaranır. Bu halda 25 ildən artıq iş stajı olduğu üçün İddiaçı qızının yaşa görə əmək pensiyası hüququ yaranar. Lakin, 1979, 1981-1997-ci illərdə, Ağcabədi rayonu Tacikistan və C.Cabbarlı adma kolxozlarda işləməsi barədə əmək kitabçası təqdim edə bilmədiyinə görə pensiya təyin edilməsində həmin illəri nəzərə almaq mümkün olmur. Bu halda vətəndaşa yaşa görə əmək pensiyası təyin edilməsi tərəfimizdən mümkün olmur. Qeyd olunanları nəzərə alaraq İddiaçı qızına 1979, 1981- 1997-ci illərdə Ağcabədi rayonu Tacikistan və C.Cabbarlı adına kolxozlarda işləməsinə, həmçinin 01.07.2000-11.03.2020-ci ilərdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən 70 yaşdan yuxarı qocaya qulluq etdiyi dövrün sığorta stajı kimi nəzərə alınmasına qətnamə çıxarılmasına etiraz etmirik. Xahiş edirik iş çoxluğu ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyimizi nəzərə alıb nümayəndəmizin iştirakı olmadan məhkəmə prosesini keçirib qərar qəbul edəsiniz. İş materiallarında olan Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Ağcabədi rayon şöbəsinin 02 iyun 2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Ağcabədi rayon şöbəsi sizin 08.04.2020-ci il tarixli 2-1(120)-943/2020 nömrəli sərəncamınıza cavab olaraq bildirir ki, vətəndaş İddiaçı qızı 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu Tacikistan və C.Cabbarlı adına kolxozlarda işləmiş, 01.07.2000-11.03,2020-ci ilərdə isə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən 70 yaşdan yuxarı qocaya qulluq etmişdir. Bununla bağlı vətəndaş Ağcabədi rayon Dölət Arxivi tərəfindən verilmiş 04.03.2020-ci il tarixli 69 nömrəli Arxiv arayışı təqdim etmişdir. Vətəndaşın arxiv arayışı üzrə 16 il 1 ay, 70 yaşdan yuxarı qocaya qulluq dövrü 19 il 8 ay nəzərə aldıqda ümumilikdə 35 il 8 ay sosial sığorta stajı yaranır. Bu halda 25 ildən artıq iş stajı olduğu üçün x4 yaşa görə əmək pensiyası hüququ yaranar. Vətəndaşın kolxoz dövründəki iş stajı kolxozun qadınlar üçün müəyyən etdiyi adam günü norması 180 gün müəyyənləşdirilmişdir. Belə ki, vətəndaşın 1981-1997-ci illərdəki stajı 16 il 1 ay, 70 yaşdan yuxarı qocaya qulluq dövrü 19 il 8 ay olmuşdur. Ümumilikdə 35 il 9 ay əmək stajı vardır. Bunlara nəzərə alaraq hesablanma qaydası aşağıdakı kimidir. 01.01.2006-cı il tarixədək stajı 21 il 7 ay və 01.01.2006-cı il tarixindən sonrakı dövr üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən 70 yaşdan yuxarı qocaya qulluq etmə dövrü 14 il 2 ay 11 gün olmuşdur. Belə ki, 01.01.2006-dək. 25*306=7650:144=53.12, 01.01.2006-dan sonra fərdi şəxsi hesabında kapital olmamışdır. Lakin 70 yaşdan yuxarı qocaya qulluq dövrü vətəndaşa hüquq yaratdığı üçün ona minumum pensiya məbləğində pensiya təyin edilməsi mümkündür. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci və 21.2.4-cü maddələrinə görə siğortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq etməsi müddəti ümumi qaydada sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “C.Cabbarlı” kolxozunda işləməsinə dair Dövlət Arxivinin Ağcabədi filialının 04 mart 2020-ci il tarixli 69 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Dövlət Arxivinin Ağcabədi filialının 04 mart 2020-ci il tarixli 69 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “C.Cabbarlı” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 01.07.2000-ci il tarixdən 11.03.2020-ci il tarixədək qaynatası x2 qulluq etdiyi illər və 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “C.Cabbarlı” kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilməklə, əlil uşağa qulluq etmiş ana kimi hüququnun yarandığı (56 yaş yarımdan) vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə yazaraq, ödədiyi dövlət rüsumunun cavabdehdən tutulmamasını xahiş etdiyi üçün, məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı qızının 01.07.2000-ci il tarixdən 11.03.2020-ci il tarixədək qaynatası x2 qulluq etdiyi illər və 1979, 1981-1997-ci illərdə Ağcabədi rayonu “Tacikistan” və “C.Cabbarlı” kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, əlil uşağa qulluq etmiş ana kimi hüququnun yarandığı vaxtdan (56 yaş yarımdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət x7 Ağcabədi rayon şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiyaşikayətiverilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar