Məhkəmə qərarları › İş №2-1(120)-944/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-944/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-944/2021 22.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 7 saylı regional ərazi filialına qarşı cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiya ilə əlaqədar ödəniləcək müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 7 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiya ilə əlaqədar ödəniləcək müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçı X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X4 vəsatət təqdim edərək bildirdi ki, İddiaçı Dövlət Sosial Müdafiə X6 şəxsin 7 saylı regional ərazi filialının 935181 nömrəli, 26.07.2021-ci il tarixli qərarına əsasən sosial adaptasiyaya görə birdəfəlik müavinət təyin edilmişdir. Ona görə də hazırkı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qənaətinə görə iddiaçı X1 tələbi təmin olunduğundan (sosial adaptasiyaya görə birdəfəlik müavinət təyin edildiyindən) və mübahisə artıq mövcud olmadığından, cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 7 saylı regional ərazi filialına qarşı cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiya ilə əlaqədar ödəniləcək müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar