Məhkəmə qərarları › İş №2-1(120)-945/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-945/2020

07.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-945/2020 07.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa оğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə qarşı «sosial sığorta stajının müəyyən edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1973-cü il tarixdə «S.Vurğun» adına kolxozda, 1977-ci il tarixdən 30.04.1995-ci il tarixə kimi «S.Vurğun» adına sovxozda işlədiyi müddəti və 1996-cı il tarixdən 2010-cu il tarixə kimi anası X1 qulluq etdiyi illəri sığorta stajı kimi qəbul edərək ona yaşa görə əmək pensiyası hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə təqdim olunmuş və sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin tərəflər işin halları və mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün ilk dəfə 02 iyun 2020-ci il tarixə, saat 11:00-а məhkəməyə dəvət olunmuşlar. Həmçinin iddiaçıya iddia ərizəsinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib olunması izah olunmuşdur. Göstərilən vaxtda məhkəmənin hazırlıq icraatı ilə bağlı iclasına gəlmədiklərindən işin halları və mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün tərəflər təkrarən 07 iyul 2020-ci il tarixə, saat 15:00-a məhkəməyə dəvət olunmuşlar. Buna baxmayaraq iddiaçı və Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən «Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir». Məhkəmə belə hesab edir ki, iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 29 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 83 və 85-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinə qarşı «sosial sığorta stajının müəyyən edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin üzərinə qoyulması barədə» tələbi ilə bağlı inzibati mübahisə üzrə iddia geri götürülmüş sayılsın. Qərardaddan, onun elan olunduğu gündən 10 (оn) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar