Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-945/2022 19.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 19 avqust 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə təqaüd təyin edilməsinə köməklik edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmət illəri də daxil olmaqla 46 ildir ki, Azərbaycan Dəmir Yolları QSC-nin 8 nömrəli Saatlı yol sahəsində müxtəlif peşə və vəzifələrdə işləmişdir. Bu illər ərzində Yeni Ələt-Horadiz sahəsində yerləşən magistral dəmir yolu xəttində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 21.4-cü bəndində qeyd olunan və ayrı-ayrı kateqoriyalı peşə və vəzifələrdə çalışmışdır. Ona görə də qeyd edir ki, ümumi iş stajının 23 ildən çoxunu ağır, zərərli və çətin iqlim şəraitində işləmişdir. Bu işlədiyi müəssisə rəhbərliyinin təqdim etdiyi arayışda və Nazirlər Kabinetinin 12 saylı qərarında ayrı-ayrı kateqoriyalı işçilər siyahısında öz təsdiqini tapmışdır. Belə ki, o, yol mantyoru, briqadir, defektoskop operatoru, emalatxana fəhləsi və nəhayət sahə rəisinin yol təmiri üzrə müavini işlədiyi dövrlərdə dəmir yolunda mazutla hopdurulmuş şpalların üzərində mazutun zərərli qoxusun udmaqla, başının üzərində isə 3500 volt gərginliklə yüklənmiş elektrik xəttindən şüalanmaya məruz qalmışdır ki, bu da zərərli iş şəraiti sayılır. Bütün bunlar onun sağlamlığında öz izini buraxmışdır və çətinliklə nəfəs alır. Bundan əlavə o, işlədiyi Yeni Ələt-Şirvan çeşidləmə sahəsində su mənbəyi olmadığı üçün çən vaqonları ilə bu əraziyə daşınan sulardan günlərlə istifadə etmiş və həmin ərazilər vaxtı ilə qoruq olduğu üçün teztez zəhərli ilanların və zərərli həşarətlərin hücumuna məruz qalmışdır. İnsanlar yaşamayan bu səhralıq ərazilərdə o, tez-tez çox güclü küləklərin, qarın, çovğunun və yağışın təsirlərinə məruz qalmışdır ki, bütün bunlar da onun sağlamlığına öz təsirini göstərərək çətin iqlim şəraiti adlandırılır. Hətta ağır, zərərli və çətin iqlim şəraitində işlədiyinə görə dövlət tərəfindən 23 il aylıq maaş okladının üzərinə 15% miqdarinda pul vəsaiti hesablanıb verilmişdir. Nazirlər Kabinetinin qərarı dəyişilmədiyi halda onun işlədiyi peşə və vəzifələrdə işləyən onlarla tanıdığı insanlara güzəştli şərtlərlə təqaüd təyin olunub. Lakin bu qədər fakt-arqument ortaya qoyduğu halda və ölkə başçısının əhalinin sosial rifahını yaxşılaşdirmaq istiqamətində çox böyük, möhtəşəm sərəncamlar verdiyi vaxtda DSMF-nin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialinin direktoru tərəfindən onun ünvanına iki dəfə imtina məktubu daxil olub. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı 27 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialina müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınm təyin edilrnəsini xahiş etmisdir. Lakin İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən xx.xx.1987-ci il tarixdən bugünədək "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində işlədiyi briqadir mühəndis, operator köməkçisi və rəsi müavini vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nda nəzərdə tutulmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə cavab verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakirniyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 element mövcud olmalıdır: 1). iddiaçının 60 yaşının tamam olması; 2). iddiaçının xx.xx.2019-cu il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 3) iddiaçının xx.xx.2019-cu il tarixədək azı 12 il 06 ay güzəştli iş stajının mövcud olrnası; 4). İddiaçının xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb edilən məbləğdə pensiya kapitalının mövcud olması. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin 02 aprel 2021-ci il tarixli, 745 nömrəli arayışından və ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, İddiaçı xx.xx.1978-xx.xx.1980-ci il tarixlərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. İş materiallarında olan İT ******* nömrəli 08 iyun 1976-cı il tarixli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə Saatlı yol sahəsində 2-ci dərəcəli fəhlə peşəsində, xx.xx.1980-xx.xx.1987-ci il tarixlərdə Saatlı dəmiryol distansiyasında 3-cü dərəcəli fəhlə, 4-cü dərəcəli operator köməkçisi, 5-ci dərəcəli briqadir peşələrində, xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə “Aqrarsənayetikinti” trestində 5-ci dərəcəli briqadir vəzifəsində, xx.xx.1988-xx.xx.2011-ci il tarixlərdə Saatlı dəmiryol distansiyasında mühəndis, operator köməkçisi, müdir, texnik peşələrində, xx.xx.2011-ci il tarixdən 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində rəis müavini peşəsində çalışmışdır. Belə ki, İddiaçı xx.xx.1987-ci il tarixdən bugünədək "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində işlədiyi briqadir mühəndis, operator köməkçisi və rəsi müavini vəzifələri Azərbaycan Respublikası Naziriər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarmın fəhlələri və ayrı-avrı kateqoriyalı işçilər bəndində (21,4) nəzərdə tutulmadığından onun giizəştli iş stajı 12 il 06 aydan az təşkil edir (09 ay 28 gün (xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövrlər)). Yuxarıda şərh edilənlərin nəticəsi olaraq iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun güzəştli iş stajının 09 ay 28 günü təşkil etməsi səbəbindən mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsinin xx.xx.2022-ci il tarixli, 186 saylı arayışından görünür ki, İddiaçı hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin dəmir yolların təmiri ilə məşğul olan 8 nömrəli Saatlı yol sahəsində istehsalatda dəmir yolların cari təmiri üzrə rəis müavini işləməklə dəmir yolunda 46 il fasiləsiz ümumi iş stajına malikdir. Bu müddət ərzində o, yol sahəsinin xidməti ərazisi olan Yeni Ələt-Horadiz sahəsində yerləşən Magistral dəmir yolu xəttində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 21.4-cü bəndində qeyd olunan müxtəlif peşə və vəzifələrdə ağır, zərərli və çətin iqlim şəraitində işləmişdir. Onun işlədiyi yol sahəsi 371,6 km magistral dəmir yolların təmiri ilə məşğul olur. Belə ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilədək 4 il 3 ay dəmir yolunda yol mantyoru, körpü fəhləsi, 2 il hərbi xidmət dövründə də dəmir yol hərbi hissəsində yol mantyoru işini icra etmiş, tərxis olunduqdan sonra yenidən dəmir yolunda dispetçer mərkəzləşməsinin tikintisi üzrə 3-cü dərəcəli fəhlə, dəmir yollarında relsdə qüsur axtaran briqadada (defektoskop) operator köməkçisi peşələrində işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək MPMK-142 trestinin 8 nömrəli aqrar sənaye tikinti idarəsində 1 il 6 ay briqadir işində və xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilədək 7 il 05 ay yenidən dəmir yolunda çətin iqlim şəraitində texniki təhlukəsizlik sahəsində çalışmışdır. İddiaçı 09..06.2011-ci il tarixdən hal-hazıra qədər 11 il yol sahəsində istehsalatda cari təmir üzrə rəis müavini işləməklə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin təsdiq etdiyi şəxsi normativə əsasən istehsalatda cari təmir üzrə rəis müavini aylıq iş günlərinin 75-80 faizini xidməti ərazidə yəni istehsalatda yol mantyorları, azad olunmuş yol briqadirləri və yol ustalarına istiqamət verib praktiki köməkliklər etmək üçün onlarla tam bir yerdə istehsalatda ağır, zərərli və çətin iqlim şəraitində işləmişdir və beləliklə, o ümumi iş stajının 24 ildən çoxunu ağır, zərərli və çətin iqlim şəraitində işləmişdir. Ümumiyyətlə İddiaçı magistral dəmir yolunda qatarların təhlükəsiz hərəkətinin təmin olunmsı ilə əlaqədar işlədiyi bütün peşə və vəzifələrdə həmişə istehsalatla sırf təmasda olmaqla əlaqəli şəkildə işləmiş yol mantyorları, yol briqadirləri və yol ustaları ilə birgə dəmir yolların təmiri işlərində çalışmışdir. Buna görə də "xxxx" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin göstərişi əsasında ağır, zərərli və çətin iqlim şəraitində işlədiyi üçün hər ay onun vəzifə maaşınm üzərinə 15% əlavə pul vəsaiti hesablanıb verilmişdir. Bu tərəflərindən təqdim olunmuş illər üzrə əmək haqqı cədvəllərindən çıxarışda öz əksini tapmışdır. Eyni zamanda əmək haqqı cədvəllərindən çıxarışda İddiaçı işlədiyi 46 il ərzində DSMF-nin hesabına köçürülmüş kifayət qədər tələb olunan kapital yığımına malik olması da məlumdur. Ona görə də İddiaçı işlədiyi bütün dövrlər Sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının XXVİll fəsil. Nəqliyyat, kod 23001000-19825 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 21.4 dəmir yolları nəqliyyatı bəndinə əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin yol mantyoru və digər kateqoriyalı işçiləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdirlər. İş materiallarında olan "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsinin xx.xx.2022-ci il tarixli, 201 saylı arayışından görünür ki, İddiaçı hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin dəmir yolların təmiri ilə məşğul olan 8 nömrəli Saatlı yol sahəsində istehsalatda dəmir yolların cari təmiri üzrə rəis müavini işləməklə dəmir yolunda 46 il fasiləsiz ümumi iş stajına malikdir. Bu müddət ərzində o, yol sahəsinin xidməti ərazisi olan Yeni Ələt-Horadiz sahəsində yerləşən Magistral dəmir yolu xəttində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 21.4-cü bəndində qeyd olunan müxtəlif peşə və vəzifələrdə ağır, zərərli və çətin iqlim şəraitində işləmişdir. Onun işlədiyi yol sahəsi 371,6 km magistral dəmir yolların təmiri ilə məşğul olur. Belə ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilədək 4 il 3 ay dəmir yolunda yol mantyoru, körpü fəhləsi, 2 il hərbi xidmət dövründə də dəmir yol hərbi hissəsində yol mantyoru işini icra etmiş, tərxis olunduqdan sonra yenidən dəmir yolunda dispetçer mərkəzləşməsinin tikintisi üzrə 3-cü dərəcəli fəhlə, dəmir yollarında relsdə qüsur axtaran briqadada (defektoskop) operator köməkçisi peşələrində işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək MPMK-142 trestinin 8 nömrəli aqrar sənaye tikinti idarəsində 1 il 6 ay briqadir işində və xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilədək 7 il 05 ay yenidən dəmir yolunda çətin iqlim şəraitində texniki təhlukəsizlik sahəsində çalışmışdır. İddiaçı xx.xx.2011-ci il tarixdən hal-hazıra qədər 11 il yol sahəsində istehsalatda cari təmir üzrə rəis müavini işləməklə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin təsdiq etdiyi şəxsi normativə əsasən istehsalatda cari təmir üzrə rəis müavini aylıq iş günlərinin 75-80 faizini xidməti ərazidə yəni istehsalatda yol mantyorları, azad olunmuş yol briqadirləri və yol ustalarına istiqamət verib praktiki köməkliklər etmək üçün onlarla tam bir yerdə istehsalatda ağır, zərərli və çətin iqlim şəraitində işləmişdir və beləliklə o ümumi iş stajının 24 ildən çoxunu ağır, zərərli və çətin iqlim şəraitində işləmişdir. Ümumiyyətlə İddiaçı magistral dəmir yolunda qatarların təhlükəsiz hərəkətinin təmin olunmsı ilə əlaqədar işlədiyi bütün peşə və vəzifələrdə həmişə istehsalatla sırf təmasda olmaqla əlaqəli şəkildə işləmiş yol mantyorları, yol briqadirləri və yol ustaları ilə birgə dəmir yolların təmiri işlərində çalışmışdir. Buna görə də "xxxx" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin göstərişi əsasında ağır, zərərli və çətin iqlim şəraitində işlədiyi üçün hər ay onun vəzifə maaşınm üzərinə 15% əlavə pul vəsaiti hesablanıb verilmişdir. Bu tərəflərindən təqdim olunmuş illər üzrə əmək haqqı cədvəllərindən çıxarışda öz əksini tapmışdır. Eyni zamanda əmək haqqı cədvəllərindən çıxarışda İddiaçı işlədiyi 46 il ərzində DSMF-nin hesabına köçürülmüş kifayət qədər tələb olunan kapital yığımına malik olması da məlumdur. Ona görə də İddiaçı işlədiyi bütün dövrlər Sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının XXVİll fəsil. Nəqliyyat, kod 23001000-19825 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 21.4 dəmir yolları nəqliyyatı bəndinə əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin yol mantyoru və digər kateqoriyalı işçiləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdirlər. İddiaçı 12 il müddətində işlədiyi istehsalatda cari təmir üzrə rəis müavini, defektoskop operatoru, yol mantyoru, tikinti briqadiri və digər peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 24.1 bəndində adları qeyd olunmuş yol mantyoru və digər kateqoriyalı peşələrin iş xarakteristikası ilə eynilik təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə X2 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində xx.xx.1977-ci il tarixindən bugünədək olan dövr ərzində işlədiyiniz körpü fəhləsi, defektoskop briqadada operator köməkçisi, mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 ay 28 gün (xx.xx.1976-xx.xx.1977-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsindəgöstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olanşəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1). iddiaçının 60 yaşının tamam olması; 2). 25 il ümumi iş stajının mövcud olması; 3). 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4). fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdeh iddiaçının 60 yaşının tamam olmasını; 25 il ümumi iş stajının mövcud olmasını, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını mübahisələndirmir. İşdə mövcud olan sənəd və sübutlar da bu halları təsdiq edir. Cavabdehin əsas mübahisələndirdiyi məsələ iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Belə olan halda, qiymət verilməli olan yeganə məsələ iddiaçının "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində xx.xx.1977-ci il tarixindən bugünədək olan dövr ərzində işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Məhkəmə cavabdehin sözügedən dəlilini əsassız hesab edir. İddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda qeyd edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsində xx.xx.1977-ci il tarixindən bugünədək olan dövr ərzində işlədiyi körpü fəhləsi, defektoskop briqadada operator köməkçisi, mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlı 21.4-cü saylı bölümündə yer aldığı peşələrlə iddiaçının işlədiyi peşələrin uyğun olması, yəni eynilik təşkil etməsi etməsi "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol sahəsi tərəfindən verilmiş arayışlarla təsdiq edilir. Bundan əlavə, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bununla bağlı olaraq iş materiallarında mövcud olan və mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş sübutlarla təsdiq olunur ki, iddiaçının işlədiyi istehsalatda cari təmir üzrə rəis müavini, defektoskop operatoru, yol mantyoru, tikinti briqadiri və digər peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 24.1 bəndində adları qeyd olunmuş yol mantyoru və digər kateqoriyalı peşələrin iş xarakteristikası ilə eynilik təşkil edir. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-945/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-945/2022
19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver