Məhkəmə qərarları › İş №2-1(120)-945/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-945/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-945/2023 18.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək (xx.xx.1992- ci ildən xx.xx.1993-cü ilə dək xam mal və hazır mal şöbəsinin rəisi, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək 3-cü zona təmizləyicisi, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə dək istehsalat və texniki sahə üzrə mühəndis, xx.xx.1995-ci ildən xx.xx.1999cu ilə dək xam mal və hazır mal şöbəsinin rəisi, xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək 2 saylı biqadanın növbə ustası) işləməsini sosial siğorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçının ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, “İddiaçı pensiya hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Saatlı şəhərində anadan olmuşdur. 1974-cü ilin sentyabr ayından Aoperator kimi əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyəti xx.xx.2001-ci ilə qədər davam etmişdir. xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuş. Hazırda onun 65 yaşı vardır. Yaşla əlaqədar pensiya almaq hüququ yaranandan sonra ona pensiya təyin edilməsindən imtina edilmişdir. Pensiya yaşına çatana qədər hərbi xidmətdə nəzərə alınmaqla onun 27 ilə yaxın sosial stajı vardır. Bu hal hərbi xidmət haqqında vəsiqə, əmək kitabçası və "xxxx" ASC-nin arxivində saxlanılan və arxiv sənədlərinə istinad edilərək "xxxx" ASC tərəfindən verilmiş işləmə barədə xx.xx.2022-ci il tarixli, 04№li arayışla müəyyən edilir. Cavabdeh təşkilat tərəfindən xx.xx.1992-ci il tarixinə dək olan dövr iş stajı kimi qəbul edilərək hərbi xidmətlə birlikdə 16 il 4 ay hesablabnmışdır. Lakin "xxxx" ASC-də xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilə qədər olan dövr iş stajı kimi nəzərə alınmamışdır.Cavabdeh tərəfindən ona ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubda qeyd olunur ki, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə qədər olan dövr araşdırılarkən məlum olmuşdur ki, Fondun Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-nin əmək haqqı kitabları X7 filialına təhvil verilməyib."xxxx" ASC fəaliyyətini hazırda da davam etdirir. Əmək haqqı cədvəllərinin arxivə təhvil verib verməməsi üçün o cəza çəkməli deyil. Bu onun günahı deyil. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, **********0 sayı məktubda göstərilənlər əsassızdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı X2 Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.Belə ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur:şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması;-fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Həmin qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 31.1-1. Bu Qanunun 31.1 -ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1 -ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirilir. İddiaçı X13 xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 1 ay 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək,xx.xx.1974-cü il tarixdən 22.01,1975-ci il tarixədək, 26.01,1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 15 il 2 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi 17 il 1 ay 5 gün, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2022- ci il tarixədək olan 2 il əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 19 il 1 ay 5 gün mübahisəiəndirilməyən sığorta stajı təşkil edir.İddiaçının 19 il 1 ay 5 gün sığorta stajına uyğun olaraq 13902,26 manat, X1 Sisteminin Pensiya altsisteminə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1459,52 manat olmaqla ümumilikdə 15361,78 manat pensiya kapitalıpensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının qanunun 1 -ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasənpensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir.İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci U tarixədək "xxxx" ASC-də işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır.Fondun Mil-Muğan regional filialının xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən sözügedən müəssisənin əmək haqqı kitabları saxlanılmadığından və Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən əmək fəaliyyəti dövrləri ümumilikdə 9 il 10 ay mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir.Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, iddiaçı X6 "xxxx" ASC-də işlədiyi iilərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab olunmur.Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç biri ödənilmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır.Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Sabirabad şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçıSabirabadrayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 06563397 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuş Ömərov X4 şəhəri, H.Əliyev pr, ev 2 Q, m.4-də qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 saylı imtina məktubuna əsasən,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Əmək kitabçasının, hərbi biletinin surətlərinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 16 il 4 ay təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi əmək kitabçanın surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun Mil-Muğan regional Filialının xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-nin əmək haqqı kitabları Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməyib.Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. İddiaçının adına aktiv əmək müqaviləsi (işəgötürən: fiziki şəxs X9) olduğu üçün məşğul şəxs hesab edildiyindən syaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974xx.xx.2001-ci illərdə müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixində Sovet ordu sıralarına qoşulmuş, xx.xx.1978-ci ildə hərbi xidmətini başa vurmuşdur. - "xxxx" ASC-nin İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli 04 nömrəli arayışından görünür ki, İddiaçı"Sabirabad-Pambıq ASC-nin"kadrlar şöbəsində saxlanılan arxiv sənədlərinə əsasən aşağıda göstərilən tarixlərdə Sabirabad pamıqtəmizləmə zavodunda işləmişdir: 1.xx.xx.1978-ci il 93 saylı əmrlə xx.xx.1978-ci il tarixdə təmir birqadasına 3 cü dərəcəli çilingər təyin olunub. 2.28.05.1980- ci il 77 saylı əmrlə keçrilərək 4-cü dərəcəli çilingər təyin olunub. 3.24.11.1980- ci il 170 saylı əmrlə keçrilərək 1 saylı birqadaya böyük presləyici təyin olunub. 4.08.06.1981- ci il 68 saylı əmrlə keçrilərək 1 saylı birqadaya təmizləyici təyin olunub. 5.26.08.1981- ci il 114 saylı əmrlə keçrilərək laborant təyin olunub. 6.05.09.1983- cü il 145 saylı əmrlə xx.xx.1983-cü il tarixdə keçrilərək mərkəzi laboratoryaya laborant təyin olunub. 7.26.12.1983- cü il 224 saylı əmrlə xx.xx.1983-cü il tarixdə keçrilərək 1 saylı birqadaya növbə ustası təyin olunub. 8.15.09.1986- cı il 125 saylı əmrlə xx.xx.1986-cı il tarixdən keçrilərək təmir birqadasına çilngər təyin olunub. 9.13.10.1986- cı il 152 saylı əmrlə xx.xx.1986-cı il tarixdən keçrilərək 3 saylı birqadaya növbə ustası təyin olunub. 10.16.07.1987- ci il 117 saylı əmrlə təmir birqadasına 5-ci dərəcəli çilingər təyin olunub. 11.30.09.1987- ci il 187 saylı əmrlə xx.xx.1987-ci il tarixdən keçrilərək 3 saylı birqadaya növbə ustası təyin olunub. 12.22.12.1987- ci il 241 saylı əmrlə keçrilərək XM və HM şöbəsinə rəis təyin olunub. 13.08.09.1993- cü il 62 saylı əmrlə xx.xx.1993-cü il tarixdə keçrilərək zavodun 3-cü zona təmizləyicisi təyin olunub. 14.29.08.1994- cü il 53 saylı əmrlə xx.xx.1994-cü il tarixdə keçrilərək istehsalat və texniki sahə üzrə mühəndis təyin olunub. 15.01.01.1995- ci il 116 saylı əmrlə keçrilərək XM və H.M.şöbəsinin rəisi təyin olunub. 16.xx.xx.1999-cu il 56 saylı əmrlə öz razılığı ilə xx.xx.1999-cu il tarixdə keçrilərək 2 saylı birqadaya növbə ustası təyin olunub. 17.xx.xx.2001-ci il 19 saylı qərarla əmək məcəlləsinin 73-cü maddəsinə əsaşən işdən azad olunub. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********1 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, iddiaçı X13 01,07.2022-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1976-cıil tarixindən xx.xx.1978-ci il tarixədək 2 il 1 ay 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixədək,xx.xx.1974-cü il tarixdən 22.01,1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək,xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan 15 il 2 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 17 il 1 ay 5 gün, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan 2 il əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 19 il 1 ay 5 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin 17 il 1 ay 5 gün sığorta stajına uyğun olaraq 13902,26 manat, X1 Sisteminin Pensiya altsisteminə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1459,52 manat olmaqla ümumilikdə 15361,78 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarına əsasən sözügedən müəssisənin əmək haqqı kitabları saxlanılmadığından və Sabirabad rayon Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən əmək fəaliyyəti dövrləri ümumilikdə 9 il 10 ay mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 25 yanvar 2023-cü il tarixli 3-21-3/2-795/2023 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 393 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Sabirabad Pambıqtəmizləmə zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2016-cı il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Müraciətdə qeyd olunan məsələlərlə bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət etmək məqsədəuyğun hesab etmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı 27 yanvar 2023-cü il tarixli **********929000 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsınin Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 322 saylı sərəncamı ilə Sabirabad pambıqtəmizləmə zavodunun bazasında "xxxx" X20 Cəmiyyəti yaradılmışdır."xxxx" X20 Cəmiyyəti təşkilati hüquqi formasını dəyişərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti kimi (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınmışdır.Cəmiyyətin hüquqi ünvanı Sabirabad şəhəri, Heydər Əliyev prospekti, ev 2, rəhbəri X11, təsisçiləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - 66.58 %, Azərbaycan Respublikası - 29.92 % və Milli Depozit Mərkəzinin 28 mart 2013-cü il tarixli reyestrində göstərilən digər şəxslərdir.Cəmiyyətin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar məktuba əlavə edilir. Hal-hazırda fəaliyyəti aktiv vəziyyətdədir."xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 5 saylı Ərazi Vergilər İdarəsində mövcud olan iş qovluğunda tələb olunan sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 07 nömrəli məktubundan göstərilmişdir ki, "Sabirabad Pambıq” ASC mühafizə uçun Sabirabad rayon Dövlət Arxivinə sənədləri təhvil verilməmişdir. - İşdə olanƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 10 fevral 3-17-1/2-27226/2023 nömrəli məktubu ilə iddiaçının əmək fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş 29 iyul 2022-ci il tarixli qarşılıqlı yoxlama aktında göstərilmişdir ki, Ömərov X4 Pambıq ASC-nin Əmək haqqı kitabları Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməyib. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 10 fevral 2023-cü il tarixli, 3-17-1/2-27226/2023 nömrəli məktubu ilə iddiaçının əmək fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş 04 avqust 2022-ci il tarixli qarşılıqlı yoxlama aktında göstərilmişdir ki, Ömərov X4 Pambıq ASC Əmr №241 xx.xx.1987-ci il üç nömrəli briqadanın növbə rəisindən keçirilərək OSTP rəisi keçirilsin Əmr № 62 xx.xx.1993-cü il Xammal hazır məhsullar şöbəsinin rəisi xx.xx.1992-ci il tarixdən keçirilən zavodun 3-cü zona təşkilatçısı təyin edilsin Əmr № 53xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il keçirilərək istehsalat və texniki sahə üzrə mühəndi təyin edilsin. Əmr№116 xx.xx.1995. keçirilərək Xam mal və hazır məhsullar şöbəsinə rəis təyin edilsin . Əmr №56 xx.xx.1999-cu il tarixdən keçirilərək 2 saylı istehsalat birqadasına növbə ustası vəzifəsinə təyin edilsin (Əmr №) Qərar № 19 xx.xx.2001-ci il əmək məcəlləsinin 73-cü maddəsinə əsasən işdən azad edilib. Sabirabad Pambıq ASC–nin Əmək haqqı kitabları saxlanılmadığı üçün vətəndaş İddiaçı əmək haqqı cədvəlini yoxlamaq mümkün olmadı. - İşdə olanƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə FondununMəhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 27 aprel 2023-cü il tarixli, 3-17-1/2-91436/2023 nömrəli məktubunda göstərilmişdir ki, sərəncamın icrası məqsədi ilə X3 və X10 pensiya işinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən, xx.xx.1974-cü il tarixdən xx.xx.1974cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrlərdə işlədiyi illər cavabdeh orqan tərəfindən mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə tərəfindən müəyyən edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı məktub üzrə Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 322 saylı sərəncamı ilə Sabirabad pambıqtəmizləmə zavodunun bazasında "xxxx" X20 Cəmiyyətinin yaradılması, "xxxx" X20 Cəmiyyəti təşkilati hüquqi formasını dəyişərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti kimi (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı məktub üzrə isə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 393 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Sabirabad Pambıqtəmizləmə zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2016-cı il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişməsi barədə məlumatlar öz əskini tapmışdır. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti mövcud olmuş, iddiaçı həmin Açıq Səhmdar Cəmiyyətində işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq ASC-nin sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, sənədlər təhvil verilməmiş və iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair bütün əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Həmçinin iddiaçının əmək fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş 04 avqust 2022-ci il tarixli qarşılıqlı yoxlama aktında Ömərov X4 Pambıq ASC (Əmr №241) xx.xx.1987ci il üç nömrəli briqadanın növbə rəisindən keçirilərək OSTP rəisi keçirilməsi, (Əmr № 62) xx.xx.1993-cü il Xammal hazır məhsullar şöbəsinin rəisi xx.xx.1992-ci il tarixdən keçirilən zavodun 3-cü zona təşkilatçısı təyin edilməs, (Əmr № 5329).08.1994-cü il tarixdən xx.xx.1994-cü il keçirilərək istehsalat və texniki sahə üzrə mühəndis təyin edilməsi (Əmr№116) xx.xx.1995-ci ildə keçirilərək Xammal və hazır məhsullar şöbəsinə rəis təyin edilməsi (Əmr №56), xx.xx.1999-cu il tarixdən keçirilərək 2 saylı istehsalat birqadasına növbə ustası vəzifəsinə təyin edilməsi (Əmr №) Qərar № 19 xx.xx.2001-ci il Əmək Məcəlləsinin 73cü maddəsinə əsasən işdən azad edilməsi, Sabirabad Pambıq ASC–nin əmək haqqı kitabları saxlanılmadığı üçün vətəndaş İddiaçı əmək haqqı cədvəlini yoxlamaq mümkün olmadığı göstərilmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi ASC-də sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bildirir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləməsi onun əmək kitabçasında qeyd olunmuşdur və iddiaçının işlədiyi dövrə aid əmək haqqı cədvəllərinin mövcud olmadığı üçün iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. . Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci ilədək müxtəlif vəzifələrdə işləməsi barədə arayış təqdim edilmişdir. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası və ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləməsinə dair ASC-nin əmək haqqı arayışını) təqdim etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş iddiaçının iş yoldaşları olmuş X3 və X10 pensiya işlərinə nəzər yetirilərək müəyyən edilir ki, M.Həmidov və Q.Rzayev mübahisələndirilən dövrlərdə, yəni xx.xx.1992-xx.xx.2001-ci il tarixlərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyərək fəaliyyət göstərmişlər, həmin dövrlər cavabdeh orqan tərəfindən sosial siğorta stajı kimi nəzərə alınmış, həmin şəxslərə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı tarixdən, (xx.xx.2022-ci il tarixdən) yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar