Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-946/2024 01.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhlkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadın dəyişdirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X9 xx.xx.1964-cü ildə Kürdəmir şəhərində andan olmuşdur. xx.xx.1983-cü ildə Kürdəmir şəhər sakini X4 ilə ailə həyatı qurmuşdur. Nikahları xx.xx.1983-cü il ildə Kürdəmir rayon VVADQ Şöbəsində qeydə alınarkən o, həyat yoldaşının İbrahimova soyadını qəbul etmişdir. Birgə nikahlarından 2 övladları var və onların soyadları İbrahimovdur və adlarına olan doğum haqqında şəhadətnamələrində iddiaçının soyadının İbrahimova qeyd olunmuşdur. O, anadan olanda doğum haqqında şəhadətnamədə adının Aidə yazılmasına baxmayaraq ailədə onu Şəbinə adı ilə çağırdıqlarından qohumları və onu tanıyanlar onu Şəbinə adı ilə çağırırmışlar. Bundan sonra 2007-ci ildə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinə adının Şəbinə və soyadının qız soyadı ilə Şıxıyevaya dəyişdirilməsini xahiş etmiş və Sabunçu rayon Məhkəməsinin 14 mart 2007-ci il tarixli 2-683/2007 saylı qətnaməsi ilə adının Şəbinə və soyadının Şıxıyeva ilə əvəz edilməsi qət edilmişdir. Həyat yoldaşı X4 vəfat etmiş və onun ölümü ilə əlaqədar nikaha xitam verilmiş və ölüm xx.xx.2002-ci ildə 211 №-li akt qeydi ilə Cavabdehndə dövlət qeydiyyatına alınmışdır. Övladlarının doğum haqqında şəhadətnamələrində onların anası kimi Soyadı İbrahimova qeyd edilmişdir, o isə hazırda Şıxıyeva qız soyadını daşıyır. Qeyd olunanlar və övladlarının xahişini nəzərə alaraq atalarının vəfat etməsi ilə əlaqədar, həm də mərhum həyat yoldaşının ruhunun şad olması üçün soyadının Şıxıyevadan İbrahimovaya dəyişdirilməsi qərarına gəlmişdir. Qız soyadının dəyişdirilərək həyat yoldaşının soyadına keçirilməsi barədə Cavabdehnə müraciətinə imtina olunmuşdur və əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı göstərilmişdir. Göstərilənlərə əsaslanaraq, soyadının mərhum həyta yoldaşının soyadı olan İbrahimova ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-156/2023 saylı məktubunda aşağıdakılar bildirilmişdir: “Soyadınızın dəyişdirilməsi barədə Cavabdehnə daxil olmuş ərizəniz araşdırılmışdır. Məlum olmuşdur ki,. xx.xx.2007-ci ildə Sizin soyadınız "İbrahimova”-dan “Şıxıyeva”-ya, adınız “Aidə”-dən “Səbinə”-yə dəyişdirilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.3-cü bəndinə uyğun olaraq qeydiyyat şöbəsində adını, soyadını və ata adını dəyişdirən şəxsin növbəti dəfə qeydiyyat şöbəsində soyadının, adının və ata adının dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) yol verilmədiyi göstərilmişdir.Soyadınızın dəyişdirilməsi və yaxud əvvəlki soyadadınıza qaytarılması qeydiyyat şöbəsində mümkün olmadığına görə Cavabdeh tələbinizin yerinə yetirilməsindən imtina edir.” - İş materialarında olan Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-xx-xx/2024 saylı məktubunda bildirilmişdir ki, X5 verilmiş 3-16-5/7-Ş-2xxxx/2023 saylı arayışın verilməsinə əsas olan sənədlərin surətini göndərilmişdir, AZ- İ 002366 saylı soyadın , adın və ata adının dəyişdirilməsi üçün əsəs olan sənədlər şöbənin arxivində saxlanılmadığı üçün göndərə bilmədiyi qeyd edilmişdir. Məktuba əlavə edilmiş 17 nömrəli, xx.xx.1983-cü il tarixli nikahın bağlanması haqqında akt qeydinə əsasən, X4 ilə İddiaçı arasında nikah 20 may 1983-cü il tarixdə bağlanaraq qeydə alınmış, qadına “İbrahimova” soyadı verilmişdir. Sonradan “İbrahimova” soyadının və “Aidə” adının üstündən xətt çəkilmiş, soyadı “Şıxıyeva”, adı “Səbinə” qeyd edilmiş və “dəyişikliyə inanmaq: əsas: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2007-ci il tarixli qətnaməsi” yazılmışdır. İş materiallarında olan Cavabdeh 3-16-5/7-Ş-2xx-xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 və İddiaçı nigahı haqqında 20 may 1983-cü il tarixdə 17 №li akt qeydi tərtib olunmuşdur. Nigahın qeydə alındığı yer Kürdəmir rayon Xırdapay kənd icra nümayəndəliyi olmuşdur. Nigah bağlandıqdan sonra ərə İbrahimov arvada Şıxıyeva soyadı verilmişdir. Nigaha Y.M.İbrahimovun xx.xx.2002-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2002-ci ildə 221 №-li akt qeydi ilə Cavabdehndə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh AZ-İ№002366 nömrəli xx.xx.2007-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən, xx.xx.1964-cü ildə Kürdəmir şəhərində doğulmuş vətəndaş X10 adını “Səbinə” adına dəyişdirmişdir. İş materialarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2-683/2007 nömrəli 14 mart 2007-ci il tarixli qətnaməsinə əsasən, Kürdəmir VVAQ şöbəsi tərəfindən X7 xx.xx.1964-cü ildə Kürdəmir şəhərində anadan olması barədə xx.xx.1964-cü ildə verilmiş doğum haqqında şəhadətnamə etibarsız hesab edilmiş, X6 doğum akt qeydinə dəyişiklik edilmiş, ərizəçi X2 adı Səbinə, soyadı isə Şıxıyeva ilə əvəz edilmişdir. Maraqlı tərəf –Bakı şəhər Sabunçu rayon VVADQ şöbəsinə bu barədə doğum haqqında şəhadətnamənin verilməsi tapşırılmış, həmin şəhadətnamədə İddiaçı adı qeyd edilmiş, anasının adı isə X8 qeyd edilmişdir. İş materialarında olan Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-4xx-xx/2023 saylı məktubunda bildirilmişdir ki, iddiaçı X1 növbəti dəfə dəyişdirilməsi, əvvəlki ər soyadına İbrahimova-ya qaytarılması barədə ərizə ilə şöbə müraciət etmişdir. Onun bu müraciəti səlahiyyəti daxilində olmadığından rəsmi imtina edilmiş və bu barədə ona rəsmi məktub verilmişdir. Odur ki, işə iştirakları olmadan baxıb qanunamüvafıq qaydada qərar qəbul edilməsini, bununla əlaqədar vətəndaşın ərizəsi və imtina məktubun surəti göndərilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Kürdəmir rayonu Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5/1410-xid-23 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü Kürdəmir şəhəri, E.Mikayılov küçəsi, ev 47 ünvanında qeydiyyatda olan X3 barəsində son 3 il ərzində Kürdəmir rayon prokurorluğunda təqsirləndirici material araşdırılmamış, cinayət işi istintaq edilməmişdir. İş materiallarında olan Kürdəmir rayon Polis Şöbəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-86/2-21096/2023 saylı məktubunda bildirilmişdir ki, Şöbənin aidiyyəti əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında, xx.xx.1964-cü il təvəllüdlü, Kürdəmir şəhəri E.Mikayılov küçəsi ev 47-də qeydiyyatda olan X3 barəsində Kürdəmir RPŞ-də hər hansı təqsirləndirici material, o cümlədən sadələşdirilmiş icraat materialı, cinayət işi və s. aşkar olunmamışdır. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.1964-cü il tarixdə Kürdəmir şəhərində doğulmuşdur və X4 ilə nigahı haqqında 20 may 1983-cü il tarixdə 17 №-li akt qeydi tərtib olunmuşdur. Nigahın qeydə alındığı yer Kürdəmir rayon Xırdapay kənd icra nümayəndəliyi olmuşdur. X4 ilə İddiaçı arasında nikah 20 may 1983-cü il tarixdə qeydə alınan zaman qadına “İbrahimova” soyadı verilmişdir. Sonradan “İbrahimova” soyadının və “Aidə” adının üstündən xətt çəkilmiş, soyadı “Şıxıyeva”, adı “Səbinə” qeyd edilmiş və “dəyişikliyə inanmaq: əsas: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2007-ci il tarixli qətnaməsi” yazılmışdır. Belə ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2- 683/2007 nömrəli 14 mart 2007-ci il tarixli qətnaməsinə əsasən, Kürdəmir VVAQ şöbəsi tərəfindən X7 xx.xx.1964-cü ildə Kürdəmir şəhərində anadan olması barədə xx.xx.1964-cü ildə verilmiş doğum haqqında şəhadətnamə etibarsız hesab edilmiş, X6 doğum akt qeydinə dəyişiklik edilmiş, ərizəçi X2 adı Səbinə, soyadı isə Şıxıyeva ilə əvəz edilmişdir. Maraqlı tərəf –Bakı şəhər Sabunçu rayon VVADQ şöbəsinə bu barədə doğum haqqında şəhadətnamənin verilməsi tapşırılmış, həmin şəhadətnamədə İddiaçı adı qeyd edilmiş, anasının adı isə X8 qeyd edilmişdir. Sonradan Y.M.İbrahimovun xx.xx.2002-ci ildə ölməsi ilə bağlı nikaha xitam verilmiş və ölüm xx.xx.2002-ci ildə 221 №-li akt qeydi ilə Cavabdehndə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən iddiaçının tələbinə edilmiş imtina qanuna ziddi sayıla bilməz. Belə ki, soyadının növbəti dəfə dəyişdirilməsi ilə qanunverciliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın) nəzərdə tutulduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Eyni zamanda, məhkəmə bildirir ki, hazırkı iş üzrə soyadın, əvvəlki soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «soyadın dəyişdirlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-946/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-946/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver