Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-947/2021 22.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X11, X3, X12, X7, X8, X4 və onların yetkinlik yaşına çatmayan övladları X9, X5, X6 və X10 iddiaçıya məxsus Ağcabədi şəhəri, M.Hüseynzadə küçəsi, 23 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Ağcabədi şəhəri, M.Hüseynzadə küçəsi, 23 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X11, X3, X12, X7, X8, X4 və onların yetkinlik yaşına çatmayan övladları X9, X5, X6 və X10 fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Ağcabədi şəhəri, M.Hüseynzadə küçəsi, 23 saylı fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(120)-947/2021 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək, iddiaçı kimi İddiaçı, cavabdeh kimi Cavabdeh saxlanılması, iddia tələbinə “X11, X3, X12, X7, X8, X4 və onların yetkinlik yaşına çatmayan övladları X9, X5, X6 və X10 iddiaçıya məxsus Ağcabədi şəhəri, M.Hüseynzadə küçəsi, 23 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması, X22, X13, X23, X18, X19, X14 və onların yetkinlik yaşına çatmayan övladları X20, X15, X16 və X21 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı, cavabdeh nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X22, X13, X23, X18, X19, X14 və onların yetkinlik yaşına çatmayan övladları X20, X15, X16 və X21 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiq edilmiş surətini, Seriya MA ******* №-li çıxarışın təsdiq edilmiş surətini, Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiq edilmiş surətini, yaşayış yerindən arayışları və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Ağcabədi şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş MA ******* nömrəli 01.07.2011-ci il tarixli çıxarışdan və **********55-10301 reyestr nömrəli 22.06.2011-ci il tarixli texniki pasporun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Ağcabədi şəhəri, Mehdi Hüseynzadə küçəsi 23 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Məhkəmə iclasında elan edilmiş Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışının məzmunundan görünür ki, üçüncü şəxslər X22, X13, X23, X18, X19, X14 və onların yetkinlik yaşına çatmayan övladları X20, X15, X16 və X21 10 Ağcabədi şəhəri, Mehdi Hüseynzadə küçəsi 23 saylı fərdi yaşayış evində qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı 07 may 2021-ci il tarixli 44 nömrəli və 09 iyun 2021-ci il tarixli, 52 №-li məktublarının məzmunundan görünür ki, X22, X13, X23, X18, X19, X14 və onların yetkinlik yaşına çatmayan övladları X20, X15, X16 və X1 şəhəri, Mehdi Hüseynzadə küçəsi 23 saylı fərdi yaşayış evində yaşamırlar. Məhkəmə iclasında elan edilmiş Ağcabədi şəhər Qeydiyyat Şöbəsinin 16.05.2021-ci il tarixli 05/76-445/13 nömrəli və 07.06.2021-ci il tarixli 05/76-523/13 nömrəli məktublardan görünür ki, İddiaçı ilə üçüncü şəxslər X11, X3, X12, X7, X8, X4 və onların yetkinlik yaşına çatmayan övladları X9, X5, X6 və X10 qohumluq əlaqələri barədə məlumat yoxdur. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********22 nömrəli 21.05.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, üçüncü şəxslər X11, X3, X12, X7, X8, X4 və onların yetkinlik yaşına çatmayan övladları X9, X5, X6 və X10 mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamamaları onların qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Beləliklə də, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin Ağcabədi şəhəri, Mehdi Hüseynzadə küçəsi 23 saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosesual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X11, X3, X12, X7, X8, X4 və onların yetkinlik yaşına çatmayan övladları X9, X5, X6 və X10 İddiaçı məxsus Ağcabədi şəhəri, Mehdi Hüseynzadə küçəsi 23 saylı fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Ağcabədi şəhər Polis Şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-947/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-947/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver