Məhkəmə qərarları › İş №2-1(120)-948/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-948/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-948/2020 24.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı (Füzuli rayonu, Əbdürrəhmanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Füzuli rayon filialının nümayəndəsi X3 (Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Füzuli rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin əvvəlki illər üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Füzuli rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı olduğu üçün nəzərdə tutulmuş müavinətin yəni, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətin 36 aylıq ödənilməyən müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Füzuli rayon filialının nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olanƏmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Füzuli rayon filialının 2xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Dövlət X5 publik hüquqi şəxsinin Füzuli rayon filialından müharibə veteranı kimi təqaüd, heç bir növ pensiya və müavinət almır. İşdə olan Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsin Bakı şəhəri Suraxanı rayon Xidmət nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı Dövlət X5 publik hüqiqi şəxsin Bakı şəhəri Suraxanı rayon Xidmət nümayəndəliyindən xx.xx.2019-cu il tarixdən ömürlük olaraq aylıq 80 manat sosial müavinət alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə müəyyən etdi ki, iddiaçı ünvan 1 ünvanında müvvəqqəti məskunlaşmışdır. Dövlət X5 publik hüquqi şəxsin Bakı şəhəri Suraxanı rayon Xidmət nümayəndəliyindən xx.xx.2019-cu il tarixdən ömürlük olaraq aylıq 80 manat sosial müavinət alır. Müharibə veteranı olduğu üçün nəzərdə tutulmuş müavinətin yəni, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Füzuli rayon filialının üzərinə qoyulmasını xahiş edir. Cavabdeh qismində isə Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Füzuli rayon filialını qeyd etmişdir. Məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan normalarının təhlili nəticəsində belə qənaətə gəlir ki, hazırkı iddiaya cavab verməli olan inzibati orqan Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Bakı şəhəri Suraxanı rayon Xidmət nümayəndəliyidir. Belə ki, işdə olan Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Bakı şəhəri Suraxanı rayon Xidmət nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubuna əlavə edilmiş 62109 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, ev 2704 ünvanında yaşayır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Füzuli rayon filialının hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Füzuli rayon filialının hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx xxxx 2020-ci il tarixli, 2-1(120)-948/2020 nömrəli məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etməmişdir. İddiaçıya izah edilir, hazırkı tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqan-Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Bakı şəhəri Suraxanı rayon Xidmət nümayəndəliyinə müraciət etməlidir. Cavabdeh inzibati orqanmüraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə, həmin inzibati orqan Bakı şəhəri, Suraxanı rayonunda yerləşdiyindən onun (iddiaçının) iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüqiqi şəxsinin Füzuli rayon filialına qarşı müharibə veteranı olduğu üçün nəzərdə tutulmuş müavinətin əvvəlki illər üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və X2 Naziriliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsinin Füzuli rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin əvvəlki illər üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar