Məhkəmə qərarları › İş №2-1(120)-951/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-951/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-951/2020 01.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 03 avqust 1955-ciildəanadanolmuşdur, “xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Beyləqan rayon İstehlak Cəmiyyətində (sovxoz fəhlə kooperativi) 65 nömrəli qarışıq mallar mağazasında və 1977-1996-cı illərdə Beyləqan rayon “Səməd Vurğun” kolxozunda, xx.xx.1974-xx.xx.1974-cü illərdə Beyləqan (Jdanov) rayon Mədəniyyət evində, xx.xx.1976-xx.xx.1976-cı illərdə müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1980xx.xx.2002-ci illərdə Beyləqan rayon Mədəniyyət evində işləmişdir. O, yaşagörəəmək pensiyasıtəyinedilməsiüçüncavabdehDövlət Sosial Müdafiə Fondunun Beyləqan rayonşöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 16 mart 2020-ci il tarixli, **********6 saylı imtina məktubu verilərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Beyləqan rayon İstehlak Cəmiyyətində (sovxoz fəhlə kooperativi) 65 nömrəli qarışıq mallar mağazasında və 1979-cu ildə “Səməd Vurğun” kolxozunda işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2-1(120)-951/2020 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək iddia tələbinə işlədiyi illər və həqiqi hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla, mənə hüququmun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Beyləqan rayon İstehlak Cəmiyyətində (sovxoz fəhlə kooperativi) 65 nömrəli qarışıq mallar mağazasında və 1977-1996-cı illərdə Beyləqan rayon “Səməd Vurğun” kolxozunda, xx.xx.1974-xx.xx.1974-cü illərdə Beyləqan (Jdanov) rayon Mədəniyyət evində, xx.xx.1980xx.xx.2002-ci illərdə Beyləqan rayon Mədəniyyət evində işləmiş və xx.xx.1976-xx.xx.1976cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İşlədiyi və hərbi xidmət dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı vaxt 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də işlədiyi iş illəri və hərbi xidmət dövrü nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, arxiv arayışlarını, cavabdehin imtina məktubunu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 179 saylı arayışını, yaşayış yerindən arayışını, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən X2 rayon filialı tərəfindən göndərilmiş sənədlərin, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin 11 mart 2020-ci il tarixli **********8 nömrəli məktubunun məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Beyləqan rayon Dövlət Arxivinin 01 may 2020-ci il tarixli, 107 saylı məktubunun, Beyləqan rayon İcra Hakimiyyətinin Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 may 2020-ci il tarixli, 08 saylı məktubuna əlavə edilmiş sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Beyləqan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 03 avqust 1955-ci il tarixdə doğulmuşdur. 03 fevral 2020-ci il tarixdə 64 yaş yarımı tamam olmuşdur. İddiaçının işlədiyi iş illəri və hərbi xidmət dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçının 03 fevral 2020-ci il tarixədək 25 ildən artıq sosial sığorta stajı vardır. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, o cümlədən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Beyləqan rayon İstehlak Cəmiyyətində (sovxoz fəhlə kooperativi) 65 nömrəli qarışıq mallar mağazasında və 1977- 1996-cı illərdə Beyləqan rayon “Səməd Vurğun” kolxozunda işləməsiBeyləqan rayon Dövlət Arxivinin 15aprel 2019-cu il tarixli, 154və 155 nömrəli arxiv arayışı və kolxozun şəxsi hesab kitabları ilə, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 179 saylı arayışı ilə, həmçinin digər müəssisələrdə işləməsi ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının kolxoz və mədəniyyət şöbəsində işlədiyi müəyyən illər (iş stajları) üst-üstə düşür. Buna baxmayaraq iddiaçının hüququnun yarandığı vaxt 25 ildən artıq sosial sığorta stajı yaranmışdır. Başqa sözlə üst-üstə düşən dövrləri vahid dövr kimi qəbul edilməsi şərtilə, iddiaçının digər dövrlərdəki sığorta stajı və hərbi xidmət illəri nəzərə alındıqda iddiaçının hüququnun yarandığı vaxt 25 ildən artıq sosial sığorta stajının olması müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Beyləqan rayon İstehlak Cəmiyyətində (sovxoz fəhlə kooperativi) 65 nömrəli qarışıq mallar mağazasında və 1977-1996-cı illərdə Beyləqan rayon “Səməd Vurğun” kolxozunda işləməsinədairBeyləqan rayon X2 rayon Dövlət Arxivinin 15aprel 2019-cu il tarixli, 154və 155 nömrəli arxiv arayışını) təqdim etmişdir. Sözügedən arxiv arayışlarının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Beyləqan rayon İstehlak Cəmiyyətində (sovxoz fəhlə kooperativi) 65 nömrəli qarışıq mallar mağazasında və 1977-1996-cı illərdə Beyləqan rayon “Səməd Vurğun” kolxozunda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasındaDövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsi tərəfindən təqdim edilən 05 may 2020-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilir ki,rayonun Təzəkənd kənd sakini xx.xx.1955-ci il təvəllüdlü İddiaçı “yaşa görə” əmək pensiyası təyin edilməsi ilə əlaqədar iddia tələbinə dair icraatınızda olan inzibatı işinə baxılması üçün lazım olan müvafiq məlumatların verilməsi ilə bağlı 14 aprel 2010-ci il tarixdə 2- 1(120)-951/2020 nömrəli məktub şöbəmizə daxil olmuşdur.İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1977xx.xx.1978-ci il tarixədək SFK-nın 65 nömrəli qarışıq mallar mağazasında satıcı vəzifəsində işləmişdir. xx.xx.1966-cı il tarixdən sonrakı dövr üçün kolxozçuların əmək stajı qadınlar və kişilər üçün həmin kolxozda il ərzində işlənilməsi tələb olunan iş günləri və faktiki işlənmiş iş günlərinin müqayisəsi əsasında müəyyən olunur. Həmin arayış kolxozçuların şəxsi hesab kitablarına əsasən tərtib olunmuşdur ki, həmin kitablarda kolxozçular üçün il ərzində işlənilməsi tələb olunan müəyyən olunmuş minimum iş günləri qeyd olunmamışdır. Beyləqan rayonunun Təzəkənd kəndində kişilər üçün tələb olunan iş günü 240 gündür. Beyləqan rayon Dövlət Arxivi tərəfindən tərtib olunmuş 15 aprel 2019-cu il tarixli 154 saylı arayışdan göründüyü kimi Cəfərov X1 rayonunun Təzəkənd kəndində fəaliyyət göstərmiş “Səməd Vurğun” adına kolxozda 1977-ci ildə şəxsi hesab № 8/415 minimum əmək günü kişilərdə tələb olunan 240 gün, faktiki iş günü 2 gün, illik əmək haqqı 6-00 man, 1978-cü ildə 8/1144 minimum əmək günü 240, faktiki iş günü 30 gün, illik əmək haqqı 116-00man, 1979-cu ildə şəxsi hesab № 4/643, minimum əmək günü 240, faktiki iş günü 204 gün, illik əmək haqqı 1371-00 man, 1980-ci ildə şəxsi hesab № 4/694 minimum əmək günü kişilərdə tələb olunan 240 gün ,faktiki iş günü 214 gün, illik əmək haqqı 1465- 00 man, 1981-ci ildə şəxsi hesab № 7/702 minimum əmək günü 240faktiki iş günü 282 gün, illik əmək haqqı 2212-00 man, 1982-cı ildə şəxsi hesab № 5/812, minimum əmək günü 240, faktiki iş günü 184 gün, illik əmək haqqı 1103-00 man, 1983-cü iidə şəxsi hesab № 5/709, minimum əmək günü 240, faktiki iş günü 265 gün, illik əmək haqqı 2028-00 manat olmuşdur. 1984-cü ildə 9/786 minimum əmək günü 240, faktiki iş günü 254 gün, illik əmək haqqı 2306-00man, 1985-ci ildə şəxsi hesab №9/816, minimum əmək günü 240, faktiki iş günü 275 gün, illik əmək haqqı 2781-00 man, 1986-ci ildə şəxsi hesab №10/839 minimum əmək günü kişilərdə tələb olunan 240 gün, faktiki iş günü 237 gün, illik əmək haqqı 2986- 00 man, 1987-ci ildə şəxsi hesab №10/767 minimum əmək günü 240,faktiki iş günü 217 gün, illik əmık haqqı 2560-00 man, 1988-ci ildə şəxsi hesab №8/815, minimum əmək günü 240, faktiki iş günü 317 gün, illik əmək haqqı 1748-00 man, 1989-cu ildə şəxsi hesab №5/700, minimum əmək günü 240, faktiki iş günü 341 gün, illik əmək haqqı 1627-00 manat olmuşdur. 1990-ci ildə şəxsi hesab №5/756, minim əmək günü 240, faktiki iş günü 341 gün, illik əmək haqqı 1807-00 man, 1991-ci ildə şəxsi hesab №5/786, minimum əmək günü 240, faktiki iş günü 343 gün, illik əmək haqqı 4449-00 manat olmuşdur. 1992-ci ildə 5/812 minimum əmək günü 240 faktiki iş günü 365 gün, illik əmək haqqı 44882-00 man, 1993-cü ildə şəxsi hesab №5/774, minimum əmək günü 240, faktiki iş günü 303 gün, illik əmək haqqı 271380-00 man, 1994-ci ildə şəxsi hesab №4/753 minimum əmək günü kişilərdə tələb olunan 240 gün, faktiki iş günü 365 gün, illik əmək haqqı 374517 -00 man, 1995-ci iidə şəxsi hesab №5/802 minimum əmək günü 240 faktiki iş günü 365 gün, illik əmək haqqı 968399-00 man, 1996-ci ildə şəxsi hesab №5/801 minimum əmək günü 240, faktiki iş günü 330 gün, illik əmək haqqı 729206-00 manat olmuşdur. Beyləqan rayon Dövlət Arxivi tərəfindən tərtib olunmuş 15 aprel 2019-cu il tarixli 154 saylı arayışdan göründüyü kimi Cəfərov X1 rayonunun Təzəkənd kəndində fəaliyyət göstərmiş “Səməd Vurğun’’ adına kolxozda tələb olunan 240 iş gününə əsasən 13 il tam illəri, 240 iş günündən aşağı olan illərin cəmi 1088:240=4il 5 ay ümumilikdə 17 il 5 ay sığorta stajı yaranmışdır. İddiaçı xx.xx.1974-xx.xx.1974-cü və xx.xx.1980-xx.xx.2002-ci illərdə Beyləqan rayonu Təzəkənd kənd Mədəniyyət evinin bədii rəhbər vəzifəsində işləmişdir. Müəyyən illərin iş stajlarının üst-üstə düşməsinə baxmayaraq vətəndaşİddiaçı kolxoz və mədəniyyət şöbəsində eyni dövrlərdə işləmiş və 25 il 10 ay sosial sığorta stajı yaranmışdır. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Beyləqan rayon Dövlət Arxivinin 15aprel 2019-cu il tarixli, 154 nömrəlivə 155 nömrəli arxiv arayışlarınıiddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Beyləqan rayon İstehlak Cəmiyyətində (sovxoz fəhlə kooperativi) 65 nömrəli qarışıq mallar mağazasında və 1977-1996-cı illərdə Beyləqan rayon “Səməd Vurğun” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı işlədiyi iş illərinin və hərbi xidmət müddətinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçı işlədiyi illər və həqiqi hərbi xidmət müddətisosial sığorta stajı kimi qəbul edilərək, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar