Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-951/2025 27.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “X5 və X3 işə götürən özəl və dövlət müəssisələrinin konkret adı və ünvanı ilə bağlı informasiya sorğunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “informasiya sorğunun cavablandırılması, informasiya sorğusunu tam, obyektiv cavablandırmaqdan qəsdən yayındığı üçün ciddi tədbir görülməsi üçün xüsusi qərardad çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-951/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “X5 və X3 işə götürən özəl və dövlət müəssisələrinin konkret adı və ünvanı ilə bağlı informasiya sorğunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı ərizəsində bildirmişdir ki, o, “Media Haqqında" Qanunun müvafiq maddələrini rəhbər tutaraq, Redaksiyamız tərəfindən, X2 və X4 əkinə yararlı torpaq sahəsinin olub-olmaması barəsində, bundan başqa, həmin Müəssisələrdə təhsil alan tələbələr üçün,istehsalat təcrübəsinin həyata keçirilməsi məqsədi ilə,dövlət və özəl işəgötürən müəssisələrlə müvafiq müqavilələrin olub-olmaması barəsində informasiya sorğusunun cavablandırılmasını xahiş etmişdir. Lakin,Peşə Təhsili üzrə Dövlət Agentliyi informasiya sorğularının tam,doğru-düzgün,əl imzası ilə cavablandırmaqdan açıq-aşkar imtina edir. Hesab edir ki, Peşə Təhsil üzrə Dövlət Agentliyi, bununla ciddi qanun pozuntusuna yol vermişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Həqiqətlə üz-üzə qəzetinin baş redaktoru İddiaçı Azərbayca Respublikası Təhsil Nazirliyi Peşə təhsini üzrə Dövlət Agentliyinə ünvanladığı 20 fevral 2024-cü il tarixli 251 nömrəli sorğuda göstərilmişdir ki, “Media Haqqında"qanununun 6.3 və 17.1-ci maddələrini rəhbər tutaraq, Sizdən, xahiş edirik ki, X4 əkin üçün yararlı torpaq sahəsinin olub-olmaması barəsində, Liseyin işəgötürən özəl və dövlət müəssisələri ilə (konkret müəssisələrin adını və ünvanını göstərməklə), müqavilələrin olub-olmaması ilə bağlı, həmçinin Peşə təhsilinin üstünlükləri ilə bağlı informasiya sorğusu tam, konkret şəkildə, əl imzası ilə cavablandırılsın. İşdə olan Həqiqətlə üz-üzə qəzetinin baş redaktoru İddiaçı Azərbayca Respublikası Təhsil Nazirliyi Peşə təhsini üzrə Dövlət Agentliyinə ünvanladığı 13 yanvar 2024-cü il tarixli 240 nömrəli sorğuda göstərilmişdir ki, “Media Haqqında"qanununun 6.3 və 17.1-ci maddələrini rəhbər tutaraq, Sizdən, xahiş edirik ki, X2 əkin üçün yararlı torpaq sahəsinin olub-olmaması barəsində, Liseyin işəgötürən özəl və dövlət müəssisələri ilə(konkret müəssisələrin adını və ünvanını göstərməklə), müqavilələrin olub-olmaması ilə bağlı,həmçinin Peşə təhsilinin üstünlükləri ilə bağlı informasiya sorğumuzu tam, konkret şəkildə,əl imzası ilə cavablandırılsın. İşdə olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məxaric qəbzlərinin surətindən görünür ki, Həqiqətlə üz-üzə qəzetinin baş redaktoru İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə məktub ünvanlanmışdır. İşdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciətlər etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə tam cavab verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 239 və 240 nömrəli, xx/xx/2024-cü il tarixli informasiya sorğusunun cavablandırılması ilə bağlı məktublara Peşə Təhsili üzrə Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır. X1 və X2 əkinə yararlı torpaq sahəsi mövcud deyil. Həmin peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün istehsalat təcrübəsinin həyata keçirilməsi məqsədilə işəgötürən müəssisələrlə müvafiq əlaqələr qurulmuş və müqavilələr bağlanmışdır. Eyni zamanda, "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsində informasiya sahibinin açıqlamalı olduğu informasiyaların siyahısı dəqiq göstərilmişdir. Qanunun 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Qanunda göstərilən bu faktlar nəzərə alınaraq müəssisələrin əməkdaşlıq etdiyi dövlət və özəl işəgötürən təşkilatlar haqqında məlumatları İddiaçıla bölüşülməsi məqsədəuyğun hesab edilmir. Məktubda qeyd edilən digər məsələ ilə bağlı isə bildirilir ki, ölkəmizdə gedən iqtisadi inkişaf, xüsusilə də qeyri-neft sektorundakı sürətli artım fonunda əmək bazarında peşə təhsilli kadrlara tələbat olduqca yüksəkdir. Buna görə də peşə təhsilinin inkişafı dövlətin əsas prioritet sahələrindən biridir. Peşə təhsil pilləsi gənclər üçün bir sıra üstünlüklər təqdim edir. Peşə təhsili almış məzun iş yerində bilik, bacarıq və səriştə qazandığından onun əmək bazarına daxil olması daha çevik olur. Bundan əlavə, yüksək texniki peşə təhsili alan məzunlara subbakalavr dərəcəsi verilir ki, bu da imtahansız ali təhsilə keçidi təmin edir, peşə təhsilinin imicini artırır, təhsil varislik prinsipini təmin edir. İşçi qüvvəsi ixtisasını öyrənməklə və özünü inkişaf vasitəsilə həm daha fərqli sahələrə keçid ala bilər, həm də sahibkar kimi yetişə bilər. Həmçinin, təhsil müddətinin nisbətən qısa olması və praktikaya əsaslanan tədris peşə təhsilini gənclər üçün əmək bazarının tələbinə uyğun alternativə çevirir. Son 4 ildə peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı qeydə alınan statistika da (2020 - 14795 nəfər; 2021 - 16590 nəfər; 2022 - 19043 nəfər, 2023 - 20563 nəfər) bir daha gənclərimizin peşə təhsilinə olan marağının artdığını sübut edir. Peşə təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi istiqamətində addımlar atılır. Bu proses işğaldan azad edilmiş ərazilərdə də davam edəcəkdir. Belə ki, Böyük Qayıdışa dair İ Dövlət Proqramına əsasən Qarabağda 8 yeni peşə təhsil müəssisəsi qurulacaq. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 251 nömrəli, xx.xx.2024-cü il tarixli informasiya sorğusunun cavablandırılması ilə bağlı məktuba Peşə Təhsili üzrə Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır. X4 30 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur. Həmin müəssisədə təhsil alan tələbələr üçün istehsalat təcrübəsinin həyata keçirilməsi məqsədilə dövlət və özəl işəgötürən müəssisələrlə müvafiq əlaqələr qurulmuş və müqavilələr bağlanmışdır. Məsələ ilə əlaqədar olaraq nəzərinizə çatdırırıq ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsində informasiya sahibinin açıqlamalı olduğu informasiyaların siyahısı dəqiq göstərilmişdir. Qanunun 2.4-1-ci maddəsinə əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Qanunda göstərilən bu faktlar nəzərə alınaraq müəssisələrin əməkdaşlıq etdiyi dövlət və özəl işəgötürən təşkilatlar haqqında məlumatları sizinlə bölüşülməsi məqsədəuyğun hesab edilmir. Məktubda qeyd edilən digər məsələ ilə bağlı isə bildirilir ki, ölkədə gedən iqtisadi inkişaf, xüsusilə də qeyri-neft sektorundakı sürətli artım fonunda əmək bazarında peşə təhsilli kadrlara tələbat olduqca yüksəkdir. Buna görə də peşə təhsilinin inkişafı dövlətin əsas prioritet sahələrindən biridir. Bu təhsil pilləsi gənclərimiz üçün bir sıra üstünlüklər təqdim edir. Peşə təhsili almış məzun iş yerində bilik, bacarıq və səriştə qazandığından onun əmək bazarına daxil olması daha çevik olur. Bundan əlavə, yüksək texniki peşə təhsili alan məzunlara subbakalavr dərəcəsi verilir ki, bu da imtahansız ali təhsilə keçidi təmin edir, peşə təhsilinin imicini artırır, təhsil varislik prinsipini təmin edir. İşçi qüvvəsi ixtisasını öyrənməklə və özünü inkişaf vasitəsilə həm daha fərqli sahələrə keçid ala bilər, həm də sahibkar kimi yetişə bilər. Həmçinin, təhsil müddətinin nisbətən qısa olması və praktikaya əsaslanan tədris peşə təhsilini gənclər üçün əmək bazarının tələbinə uyğun alternativə çevirir. Son 4 ildə peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı qeydə alınan statistika da (2020 - 14795 nəfər; 2021 - 16590 nəfər; 2022 - 19043 nəfər, 2023 - 20563 nəfər) bir daha gənclərin peşə təhsilinə olan marağının artdığını sübut edir. Peşə təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi istiqamətində addımlar atılır. Bu proses işğaldan azad edilmiş ərazilərdə də davam edəcəkdir. Belə ki, "İşğaldan azad edilmiş ərazilərə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən Qarabağda 8 yeni peşə təhsil müəssisəsi qurulacaqdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına, həmçinin bələdiyyələrə şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, həmçinin bələdiyyələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların müraciətlərinə müəyyən edilmiş qaydada və müddətlərdə baxmalı və cavab verməyə borcludurlar və yalnız bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “informasiya sorğusunun cavablandırılması” barədə iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin üzərinə İddiaçı X5 və X3 (xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublar üzrə) işə götürən özəl və dövlət müəssisələrinin adı və ünvanı ilə bağlı müraciətlərinə cavab verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-951/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-951/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver